Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə217/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   213   214   215   216   217   218   219   220   ...   244

 

403 


 

Diplomatik  pasport  onun  sahibinə  beş  il  və  ya  xüsusi  səlahiyyətlərin  yerinə 

yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir. 

Azərbaycan  Resupblikasının  Prezidentinə,  Milli  Məclisin  sədrinə,  Baş  nazirə, 

Konstitusiya  Məhkəməsinin  sədrinə  və  xarici  işlər  nazirinə  diplomatik  pasport  ömürlük 

verilir. 

Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün 

səlahiyyətli  şəxslər  diplomatik  pasport  sahibinə  həmin  pasportda  yazılmış  şəxslər  sərhədi 

sərbəst  və  təhlükəsiz  keçməkdə,  digər  zəruri  hallarda  kömək  və  havadarlıq  göstərməyə 

borcludurlar. 

 

Tiplərindən asılı olmayaraq hər bir pasportda: 

 

1.  Azərbaycan  Respublikasının  adı,  dövlət  gerbi,  ölkənin  kodu,  pasportun  tipi, 



seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, 

cinsi, boyu, gözlərinin rəngi, qan qurupu, yaşayış yeri, pasportu verən orqanın adı, verilmə 

tarixi,  pasport  sahibinin  şəxsi  imzası,  onunla  birgə  gedən  18yaşına  çatmamış  uşaqların 

soyadı, adı, cinsi və doğulduğu tarix, pasporta aid olan tələblər göstərilir; 

2. pasport sahibinin fotoşəkli yapışdırılır; 

3. xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi 

(gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir. 

Pasportdakı  yazılar  Azərbaycan  Respublikasının  dövlət  dilində  və  ingilis  dilində 

göstərilir və müvafiq dövlət orqanlarının məsul əməkdaşı tərəfindən imza və möhürlə təsdiq 

edilir. Pasportun ayrıca vərəqələrində xüsusi bölmələrin adlarının rus, fransız, alman, ispan, 

ə

rəb və çin dillərində tərcüməsi verilir. 



Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) 

müvafiq  dövlət  orqanına  ərizəsi  və  ya  müəssisənin,  idarənin,  təşkilatın  vəsatəti  əsasında 

verilir. 

Vətəndaş haqqında yalan məlumat  yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim 

olunubsa,  pasportun  verilməsindən  imtina  edilir  və  həmin  məsələyə  yalnız  yeni  sənədlər 

təqdim edildikdən sonra baxıla bilər. 

Dövlət  sirrinin  və  ya  hərbi  sirrin  mühafizəsi  ilə  əlaqədar  pasportun  verilməsindən 

imtina  yalnız  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda 

edilir. 

Pasportun  verilməsi  haqqında  ərizəyə  (vəsatətə)  baxılmasının  süründürülməsindən 

və ya buna imtina edilməsindən vətəndaş məhkəməyə şikayət edə bilər. 

Vətəndaşın  soyadı,  adı,  atasının  adı  dəyişdirildikdə  və  ya  pasportdakı  yazılarda 

dəqiqsizlik  müəyyən  edildikdə,  yaxud  pasport  yararsız  hala  düşdükdə  vətəndaş  pasportu 

dəyişdirməlidir. 

Ə

cnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  (bundan  sonra  əcnəbilər)  Qanunda 



nəzərdə  tutulmuş  qaydada  xüsusi  ayrılmış  nəzarət  məntəqələrindən  keçmək  şərti  ilə  şəxsi 

pasportları  və  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  rəsmiləşdirilmiş  icazə-viza  əsasında 

Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. 

Ə

cnəbilərə  Azərbaycan  Respublikasına  gəlmək  yalnız  aşağıdakı  hallarda  qadağan 



edilir: 

1. milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb edirsə; 




 

404 


 

2. bu, Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərinin hüquqlarının və 

qanuni mənafelərinin qorunması üçün zəruridirsə; 

3. şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası 

qanunlarının tələblərini pozmuşsa; 

4.  Azərbaycan  Respublikasına  gəlməsi  haqqında  vəsatət  qaldırarkən  şəxs  özü 

haqqında yalan məlumat vermişsə; 

5.  ruhi  və  ya  yolxucu  xəstəliklərə  tutulmuş  şəxsin  Azərbaycan  Respublikasına 

gəlməsi  əhalinin  sağlamlıq  üçün  təhlükə  törədirsə  (belə  təhlükə  törətməyən  və  öz 

hesablarına,  ya  da  qanuni  qəyyumlarının  və  nümayəndələrinin  maddi  himayəsi  ilə 

müalicyəə gələn şəxslər istisna təşkil edir). 

Azərbaycan  Respublikasının  bağladığı  dövlətlərarası  müqavilələrə  uyğun  olaraq 

Azərbaycan  Respublikası  Prezidetinin  təklifi  üzrə  Azərbaycan  Respublikasının  Milli 

Məclisi əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin şəxsi papsorta əsaslanan vizasız 

(sadələşdirilmiş) qaydasını müəyyənləşdirə bilər. 

Ə

cnəbilərin  Azərbaycan  Respublikasından  getməsi  aşağıdakı  hallarda  müvəqqəti 



məhdudlaşdırıla bilər: 

1.  onların  getməsi  milli  təhlükəsizliyin  təmin  edilməsi  mənafeyinə  zidd  olarsa-bu 

ə

sas aradan qalxanadək; 



2.  onlar  cinayət  törətməkdə  şübhəli  şəxs,  yaxud  müttəhimdirlərsə-işin  icraatı 

qurtaranadək; 

3.  onlar  cinayət  törətdiyinə  görə  məhkum  olunublarsa-cəza  çəkməkdən  azad 

olunana, yaxud cəzanı tam çəkənədək; 

4.  məhkəmədə  onlara  qarşı  mülki  iddia  verilibsə-müvafiq  olaraq  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada  mülki  iş  üzrə  qərar 

qüvvəyə minənədək. 

Azərbaycan  Respublikasına  gələn  və  Azərbaycan  Respublika-sından  gedən 

ə

cnəbilər  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  qaydada 



müvafiq dövlət orqanlarında qeydiyyatdan keçməlidirlər. 

Qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  profilaktik  peyvəndlərin  aparılmaması 

Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  beynəlxalq  tibbi  sanitariya 

qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə 

uyğun olaraq profilaktik sənədlər tələb olunan ölkələrə gediş-gəlişin dayandırılması və ya 

məhdudlaşdırılması ilə nəticələnir. 

13 mart 1996-cı ildə qəbul olunmuş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

hüquqi 


vəziyyəti 

haqqında” 

Azərbaycan 

Respublikasının 

Qanunu-Azərbaycan 

Respublikasında  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  ilə  bağlı 

ictimai münasibətləri tənzimləyir. 

Qanuna əsasən əcnəbilər- Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa 

dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir. 

Vətəndaşğı olmayan şəxslər- Azərbaycan Respublikasının vətəndaşı olmayan və 

başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. 

Ə

cnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  daimi 



olmağa  müvafiq  qaydada  icazə  aldıqda,  yaxud  onlara  Azərbaycan  Respublikasında  daimi 

yaşamaq hüququ verildikdə Azərbaycan Respublikasında daimi yaşayan hesab edilirlər. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə