Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə215/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   211   212   213   214   215   216   217   218   ...   244

 

399 


 

  xüsusi  olaraq  fərqlənən  işçilərin  müəyyən  edilmiş  qaydada  Azərbaycan 



Respublikasının  dövlət  mükafatları  ilə  mükafatlandırılmasına  və  Azərbaycan 

Respublikasının fəxri rütbələrinin təltif edilməsinə təqdim edir; 

  fövqəladə və səlahiyyətli səfir, 1-ci və 2-ci dərəcəli fövqəladə və səlahiyyətli 



nümayəndə  diplomatik  dərəcələrinin  təqdim  edilməsi  barədə  Azərbaycan  Respublikası 

Prezidenti  qarşısında  vəsadət  qaldırır  və  Attaşedən  başlayaraq  1-ci  dərəcəsi  müşavir  də 

daxil olmaqla diplomatik dərəcələri verir; 

  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  digər  hüquqları  da 



həyata keçirir. 

Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyinə  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir. 

Azərbaycan Respublikası Xarici  şlər Nazirliyində nazirdən (kollegiyanın sədri) və 

onun  müavinləri  (vəzifə  üzrə),  habelə  Nazirlik  sisteminin  digər  rəhbər  işçilərindən  ibarət 

kollegiya yaradılır. 

Kollegiyanın üzvləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunur. 

Kollegiya Nazirliyinin fəaliyyəti ilə bağlı daha mühüm məsələlərə baxır və onlar haqqında 

müvafiq  qərarlar  qəbul  edir.  Kollegiya  qərarları  səs  çoxluğu  ilə  qəbul  edir  və  nazirin 

ə

mrləri ilə həyata  keçirir.  Nazir ilə  kollegiya  arasında  fikir  ayrılığı olarsa, nazir  müəyyən 



edilmiş qaydada fikir ayrılığı barədə Azərbaycan Respublikası Prezidentinə məruzə edərək 

öz  qərarını  həyata  keçirir,  qəbul  olunmuş  qərar  üzrə  xüsusi  rəy  olan  kollegiya  üzvləri  bu 

barədə müvafiq qaydada Azərbaycan Respublikası prezidentinə məruzə edə bilərlər. 

Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyində  Attestasiya  komissiyası 

yaradılır. Attestasiya komissiyasının tərkibi Kollegiya tərəfindən təsdiq olunur. Attestasiya 

komissiyası  öz  səlahiyyətləri  çərçivəsində  mərkəzi  apparat,  xaricdəki  səfirlik  və 

nümayəndəliklərdə  kadrların  peşə  hazırlığına  nəzarət  edir  və  təkliflər  verir.  Attestasiya 

komissiyası qərarını səs çoxluğu ilə qəbul edir və qəbul edilmiş qərarlar nazirin əmrləri ilə 

həyata keçirilir. 

Nazirliyin  Mərkəzi  aparatının  və  xaricdəki  nümayəndəliklərinin  strukturu  və  ştat 

cədvəli  xarici  işlər  nazirinin  təklifi  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

təsdiq edilir. 

Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  xarici  siyasət  məsələləri  üzrə 

elmi  əsaslandırılmış  təkliflərin  hazırlanması  üçün  elmi  məsləhət,  metodiki  və  ekspert 

ş

uraları yarada bilər. 



Ş

uraların tərkibi və onların Əsasnamələri xarici işlər naziri tərəfindən təsdiq edilir. 

Ş

uraların fəaliyyətinin təşkilati-texniki təminatını Azərbaycan Respublikasının Xarici  şlər 



Nazirliyinin Mərkəzi Aparatı həyata keçirir. 

Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyi  onun  fəaliyyətinə  aid  məsələlər 

üzrə müəyyən edilmiş qaydada curnallar, bülletenlər və digər nəşrlər dərc edir. 

Azərbaycan 

Respublikası 

Xarici 


ş

lər 


Nazirliyinin 

fəaliyyətinin 

maliyyələşdirilməsi icra orqanlarının saxlan-masına yönəldilən dövlət büdcəsinin hesabına 

həyata keçirilir. 

Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  hüquqi  şəxsdir.  Azərbaycan 

Respublikasının  dövlət  gerbi  təsdiq  edilmiş  və  öz  adı  olan  möhürə,  müvafiq  möhür  və 

ş

tamplara,  Azərbaycan  Respublikası  Banklarının  müəssisələrində  hesablaşma  hesabına,  o 



cümlədən Milli və xarici valyutada hesablaşma hesabına malikdir. 


 

400 


 

Beləliklə, suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasının xarici 

dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibəti  sahəsində  dövlət  idarəetməsini  həyata 

keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanı  olan  Xarici  şlər  Nazirliyi  Azərbaycan 

Respublikası Prezidentinə tabedir.  

 

 



 

SUAL  3.  Azərbaycan  Respublikasına  gəlmək  və  Azərbaycan  Respublikasından 

getməyin inzibati-hüquqi nizamlanması. 

 

nsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq 



beynəlxalq  müqavilələrinə  uyğun  olaraq  “Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  Azərbaycan  Respublikası 

vətəndaşlarının  Azərbaycan  Respublikasına  gəlmək  (bundan  sonra  ölkədən  getmək  və 

ölkəyə gəlmək) hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün 

hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin-Azərbaycan Respublikası vətəndaşının 

pasportunun  tətbiqi  nəzərdə  tutulur,  vətəndaşlara  pasportun  verilməsi  qaydaları,  xaricdə 

daimi  yaşayış  üçün  gedən  vətəndaşların  hüquqi  vəziyyəti,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlməsi  və  Azərbaycan  Respublikasından 

getməsi qaydaları təsbit olunur. 

“Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu 14 iyun 1994-cü ildə qəbul edilmiş, sonralar isə bu Qanuna əlavə 

dəyişikliklər edilmişdir. 

Azərbaycan  Respublikasının  hər  bir  vətəndaşı  (bundan  sonra  vətəndaş)  Qanunda 

nəzərdə  tutulmuş  qaydada  xüsusi  ayrılmış  nəzarət  məntəqələrindən  keçib  sərbəst  surətdə 

ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququndan  məhrum  edilə  bilməz.  Bu  hüquq  yalnız 

aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

1) vətəndaşın dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədirsə, 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həmin öhdəlik 

qüvvədən düşənədək; 

2)  vətəndaş  haqqında  cinayət  işi  qaldırılıbsa  və  ya  o,  məhkum  edilibsə-müvafiq 

olaraq  iş  üzrə  icraat  qurtaranadək  və  ya  cəza  çəkilib  qurtaranadək,  yaxud  cəzadan  azad 

edilənədək; 

3)  vətəndaş  müəyyənləşdirilmiş  qaydada  müddətli  həqiqi  hərbi  xidmətə 

çağırıldıqda-müddətli  həqiqi  hərbi  xidmət  keçənədək  və  ya  qanuna  uyğun  olaraq  ondan 

azad edilənədək; 

4)  beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrə  uyğun  olaraq  profilaktik  peyvəndlər  tələb 

olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək. 

Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı 

üçün  təhlükə  yaranarsa,  Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  Azərbaycan 

Respublikasının  əhalisini  dərhal  xəbərdar  etməklə,  vətəndaşlara  həmin  ölkəyə  getməkdən 

müvəqqəti çəkinməyi tövsiyə edə bilər. 

Vətəndaşın  ölkədən  getmək  və  ya  ölkəyə  gəlmək  hüququ  qanunla 

müəyyənləşdirilmiş  qaydada  yalnız  Azərbaycan  Respublikası  vətəndaşının  pasportu  və 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə