Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə212/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   208   209   210   211   212   213   214   215   ...   244

 

392 


 

Diplomatik  nümayəndəliklərin  fəaliyyətinə  diplomatik  nümayəndəliyin  başçısı 

(diplomatik nümayəndə) rəhbərlik edir. 

X N-in  xaricdəki  səfirliklərinə  Azərbaycan  Respublikasının  Fövqəladə  və 

Səlahiyyətli səfiri, missiyaya (ikinci dərəcəli diplomatik nümayəndəliklərə) isə Azərbaycan 

Respublikasının  Fövqəladə  və  Səlahiyyətli  nümayəndəsi  və  yaxud  da  Azərbaycan 

Respublikasının işində vəkil edilmiş şəxs rəhbərlik edir. 

Azərbaycan  Respublikasının  Fövqəladə  və  Səlahiyyətli  səfiri,  Fövqəladə  və 

Səlahiyyətli  nümayəndəsi  vəzifəyə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təyin 

edilirlər.  Azərbaycan  Respublikası  işində  vəkil  edilmiş  şəxs  isə  Azərbaycan 

Respublikasının xarici işlər naziri tərəfindən təyin edilirlər. 

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik 

edilməsi  və  “Azərbaycan  Respublikasının  xaricdəki  diplomatik  nümayəndəliklərinin 

başçıları  üçün  dərəcələrin  və  diplomatik  rütbələrin  müəyyən  edilməsi  haqqında” 

Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə 29 oktyabr 

2002-ci  il  tarixli  Azərbaycan  Respublikasının  Qanununa  əsasən  Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəliklərində  işləyən  diplomatik  xidmət  əməkdaşları 

üçün aşağıdakı vəzifələr müəyyən edilir: 

1.  Fövqəladə  və  Səlahiyyətli  səfir;  Azərbaycan  Respublikası-nın  beynəlalq 

təşkilatlardakı daimi nümayəndəsi; 

2. müşavir-elçi; daimi nümayəndənin müavini;  

3. müşavir; 

4. birinci katib; 

5. ikinci katib; 

6. üçüncü katib; 

7. attaşe. 

Diplomatik  personal,  onların  ailə  üzvləri  diplomatik  immunitetə  malikdirlər. 

Olduqları ölkənin yurisdiksiyaları istisna olmaqla, onlar şəxsi və mənzil toxunulmazlığına 

malikdirlər.  Diplomatik  personal  və  onların  ailə  üzvləri  olduqları  ölkənin  vergilərindən, 

rüsumlarından,  şəxsi  yüklərinin  gömrük  baxışından  azad  edilirlər.  Onlar  öz  ölkələri  ilə 

maneəsiz əlaqə saxlamaq hüququna malikdirlər. 

Azərbaycan Respublikasının X N-in xaricdəki orqanlarından biri də konsulluqlardır. 

Azərbaycan  Respublikası  X N-in  konsulluqları  Azərbaycan  Respublikasının  digər 

xarici dövlətlərlə qarşılıqlı razılaşma əsasında təşkil edilir. Konsulluqlar olduqları ölkənin 

böyük şəhərlərində, dəniz və çay limanlarında fəaliyyət göstərirlər. 

8 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının “Konsul Nizamnaməsinin 

təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmişdir.  Bu 

Nizamnamənin  birinci  maddəsinə  əsasən Azərbaycan Respublikasının konsulluqları  xarici 

dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq 

və  mənafeyini  müdafiə  edirlər.  Xarici  dövlətlərdə  fəaliyyət  göstərən  konsulluqlar 

Azərbaycan Respublikasının başqa dövlətlərə dostluq münasibətlərinin inkişafına, iqtisadi, 

elmi  texniki,  mədəniyyət,  ticarət,  idman,  turizm  və  digər  əlaqələrinin  genişlənməsinə 

yardım göstərir. 

Azərbaycan Respublikasının konsulluqları aşağıdakı orqanlardan ibarətdirlər: 

  Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən; 



  baş konsulluqlardan; 




 

393 


 

  konsulluqlardan; 



  vitse-konsulluqlardan; 

  konsul agentliklərindən. 



Konsulluqlar  öz  gündəlik  fəaliyyətlərini  aşağıdakı  normativ-hüquqi  normalara 

ə

saslanaraq həyata keçirirlər: 



  Azərbaycan Respublikasının Konsul Nizamnaməsi; 

  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərinin  və  konsulluqların 



yerləşdiyi dövlətlərin qanunları; 

  beynəlxalq müqavilələr; 



  beynəlxalq adətlər. 

Konsulluqlar  Azərbaycan  Respublikasının  X N-in  tabeliyində  olaraq  Azərbaycan 

Respublikasının  xaricdəki  diplomatik  nümayəndəliyi  başçısının  ümumi  siyasi  rəhbərliyi 

altında  fəaliyyət  göstərirlər.  Diplomatik  nümayəndəliklərin  konsul  şöbələrinə  şöbə 

müdirləri başçılıq edir və onlar baş konsul və ya konsul adlanırlar. 

Konsul  yalnız  “Konsul  Nizamnaməsi”  ilə  nəzərdə  tutulmuş  funksiyaları  yerinə 

yetirə  bilər.  Lakin  bu  Nizamnamənin  6-cı  maddəsinə  əsasən  konsul  bu  Nizamnamədə 

nəzərdə tutulmamış başqa funksiyaları da yerinə yetirə bilər, bir şərtlə ki, həmin funksiyalar 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  konsulluğun  olduğu  dövlətin 

qanunvericiliyinə zidd olmasın. 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyi  olmayan  dövlətdə,  həmin 

dövlətin  razılığı  ilə  konsula  diplomatik  funksiyaların  da  yerinə  yetirilməsi  həvalə  oluna 

bilər. Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi dövlətlə razılıq əsasında 

müəyyənləşdirilir.  Xarici  dövlətlərdə  yerləşən  bütün  konsulluqlar  üzərində  Azərbaycan 

Respublikasının  Dövlət  gerbinin  təsviri  və  Azərbaycan  Respublikasının  dövlət  dilində 

konsulluğun  adı  olan  möhürə  malikdirlər.  Bundan  əlavə  konsulluq  yerləşdiyi  binaya 

üzərində  Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsviri  olan  Azərbaycan 

Respublikasının dövlət dilində və konsulluğun yerləşdiyi dövlətin dövlət dilində adı yazılan 

lövhə  vurulur.  Konsulluq  yerləşdiyi  bina  üzərində,  öz  igamətgahında,  habelə  nəqliyyat 

vasitələrində Azərbaycan Respublikasının bayrağını qaldıra bilər. 

Konsulluğun  vəzifəli  şəxsləri  və  konsulluğun  əməkdaşları  Azərbaycan 

Respublikasının  X N-də  dövlət  qulluqçularıdırlar  və  konsulluğun  vəzifəli  şəxsi  yalnız 

Azərbaycan  Respublikasının  vətəndaşı  ola  bilər.  Vəzifəyə  təyin  edilərkən  konsul 

Azərbaycan Respublikasının X N-in Vəkalətnamə konsul potenti alır və vəzifəsinin icrasını 

qəbul  edən  dövlətdən  razılıq  (ekzekvatura)  alandan  sonra  başlayır.  Əgər  konsul  hər  hansı 

səbəblərə  görə  öz  funksiyalarını  yerinə  yetirə  bilmirsə  və  ya  onun  yeri  boşdursa,  belə 

hallarda  yeni  konsul  təyin  edilənədək  konsul  vəzifəsinin  icrası  həmin  konsulluğun  və  ya 

Azərbaycan Respublikasının həmin dövlətin ərazisindəki digər konsulluğun vəzifəli şəxsinə 

və  yaxud  da  Azərbaycan  Respublikasının  həmin  dövlətdəki  diplomatik  nümayəndəliyinin 

diplomatik heyəti üzvlərindən birinə həvalə edilir. 

Konsul  ona  həvalə  olunmuş  funksiyaları  şəxsən  icra  edir  və  ya  onların  icrasını 

konsulluğun digər vəzifəli şəxsinə tapşırır. 

Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan Respublikası Xarici 

ş

lər  Nazirliyinin  xüsusi  göstərişi  və  qəbul  edən  dövlətin  razılığı  əsasında  yerinə  yetirə 



bilər. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə