Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə209/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   205   206   207   208   209   210   211   212   ...   244

 

386 


 

 başqa dövlətlərin silahlı qüvvələri ilə əməkdaşlıq edir; 



 Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  müdafiə 

məsələlərinə aid normativ aktlar qəbul edir və onların icrasına nəzarət edir; 

 qüvvədə  olan  qanunvericiliyə  müvafiq  surətdə  hərbi  xidmətin  keçilməsini  təşkil 



edir, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və hüquqi təminatlarını təmin edir; 

 hərbi  qulluqçuların  və  təşkilatların  fəaliyyəti  zamanı  ətraf  mühitin  mühafizəsi 



haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir. 

Müdafiənin  idarəetmə  orqanları  sisteminə  hərbi  komissarların  rəhbərlik  etdikləri 

şə

hər,  rayon,  şəhərdə  rayon  hərbi  komissarlıqları  da  daxildir.  Hərbi  komissarlıqlar  hərbi 



mükəlləfiyyətlilərin  qeydiyyatını  aparır,  hərbi  xidmətə  çağırışları  təşkil  edir.  Onlar 

həmçinin  gənclərin  hərbi  xidmətə  hazırlığı  məsələləri  ilə  məşğul  olur,  kütləvi  müdafiə, 

hərbi vətənpərvərlik tədbirləri keçirirlər. 

Qüvvədə  olan  qanunvericiliyə  əsasən,  yerli  dövlət  orqanlarının  müdafiənin 

idarəolunması  ilə  bağlı  müəyyən  səlahiyyətləri  vardır.  Bu  səlahiyyətlər  onlar  tərəfindən 

tabeçilikdə  olan  ərazi  çərçivəsində  və  hərbi  idarəetmə  orqanları  ilə  sıx  qarşılıqlı  əlaqədə 

həyata keçirilir. 

Yerli  dövlət  orqanlarının  və  bu  istiqamətdəki  fəaliyyəti,  onlar  tərəfindən  öz 

ə

razilərində  müdafiə  sahəsində  qanunvericilik  və  digər  hüquqi  aktlara  riayət  və  icra 



olunmasını təmin etməyi nəzərdə tutur. 

26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Qanuna əsasən, yerli komissarlıqlar 

vətəndaşların  hərbi  xidmətə,  hərbi  toplanışa  çağırışını  təşkil  edir;  səfərbərlik  hazırlığının 

müdafiə  tələblərinin  təmin  edilməsi  ilə  əlaqədar  məsələləri  həll  edir;  yaşayış  və  xidməti 

binalar  ayırır,  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  hərbi  hissələrinə, 

müəssisələrinə, təhsil müəssisələrinə məişət-kommunal və digər xidmətlər göstərir; çağırışa 

qədər  olanların  hərbi  hazırlığında  və  əhalinin  hərbi-vətənpərvərlik  ruhunda  tərbiyə 

olunmasında 

köməklik 

göstərir; 

hərbi 

qulluqçuların, 



çağırışçıların, 

hərbi 


mükəlləfiyyətlilərin,  hərbi  xidmətdən  təxris  olunmuş  şəxslərin  və  onların  ailə  üzvlərinin 

sosial-hüquqi  müdafiəsi  haqqında  qanunvericiliyin  icrasını  təmin  edirlər.  Qeyd  etmək 

lazımdır  ki,  müdafiə  məsələləri  haqqında  Azərbaycan  Respublikası  qanunvericiliyinin 

pozulmasında təqsiri olan dövlət orqanları, idarə, müəssisə və təşkilatların vəzifəli şəxsləri 

və vətəndaşlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. 

Azərbaycan  Respublikasında  hərbi  xidmətə  çağırışın  əsasları  haqqında 

qanunvericiliyin  vəzifələri  hərbi  vəzifənin  əsaslarını,  gənclərin  hərbi  xidmətə  hazırlıq 

qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin 

və  çağırışçıların  hərbi  uçot  qaydalarını,  səfərbərlik  üzrə  çağırışın  və  səfərbərlikdən 

tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək, eləcə də Silahlı Qüvvələr üçün 

kadrlar hazırlamaq onların daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır.  

Vətənin müdafiəsində iştirak etmək və hərbi xidmət hər bir vətəndaşın Konstitusiya 

vəzifəsi olmaqla bərabər, həm də onun müqəddəsi borcudur. 

 

 



Ə T   C Ə 

 

Azərbaycan  xalqı  tarixinin  ən  mürəkkəb  eyni  zamanda  ən  şərəfli  dövrünü  yaşayır-

müstəqilliyin  çətin  yolları  ilə  irəliləyərək  hörmətli  Prezidentimiz  .Əliyevin  rəhbərliyi 



 

387 


 

altında demokratik,  sivil bir  cəmiyyət  qurur.  Bu isə ölkənin  ictimai-siyasi,  iqtisadi,  hərbi, 

mədəni  həyatının  bütün  sahələrində  köklü  islahatlar  və  təhlükəsizlik  sistemində  həyata 

keçirilən  hüquqi  islahatlar  artıq  həmin  arzuları  reallığa  çevrib.  Belə  ki,  bu  sahələri  əhatə 

edən qanunvericilik aktları ilə ayrı-ayrılıqda siz tanış oldunuz. 

Mövzunun  birinci  sualının  əhəmiyyəti  ondan  ibarətdir  ki,  Milli  Təhlükəsizlik 

sahəsində idarəetmə şəxsiyyətin, cəmiyyətin və dövlətin əsas maraqlarının daxili və xarici 

təhlükələrdən  qorunması  məqsədi  ilə  həyata  keçirilir.  Biz  onu  da  qeyd  etdik  ki, 

təhlükəsizliyi  təmin  edən  orqanlar  üzərində  idarəetməyə  ümumi  rəhbərlik  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  həyata  keçirilir.  Milli  təhlükəsizlik  xidməti 

orqanlarının  vahid  mərkəzləşdirilmiş  sisteminə  rəhbərliyi  isə  mərkəzi  icra  hakimiyyəti 

orqanlarından biri olan MTN həyata keçirir. 

Mövzunun  ikinci  sualında  dövlət  sərhədi  anlayışı,  onun  mühafizəsi,  mühafizə 

rejimləri  və  nəhayət  dövlət  sərhədinin  mühafizəsini  həyata  keçirən  sərhəd  qoşunları,  o 

cümlədən Dövlət Sərhəd Xidməti haqqında hüquqi biliklər əldə edəcəksiniz. 

Üçüncü  sualda  isə  qeyd  edildi  ki,  Azərbaycan  Respublikasının  müdafiəsi  Silahlı 

Qüvvələrin,  iqtisadiyyatın,  əhalinin,  ərazinin  müdafiəyə  daim  hazır  olmasına  əsaslanır  və 

dövlətin hərbi doktrinasına uyğun olaraq təşkil edilir. Sualın açıqlanmasında onu da qeyd 

etdik  ki,  Azərbaycanın  Silahlı  Qüvvələri  quru qoşunlarından, hava  hücumundan  müdafiə, 

hərbi  hava  və  hərbi-dəniz  qüvvələrindən  ibarətdir.  Silahlı  Qüvvələrə  rəhbərliyi  Silahlı 

Qüvvələrin  Ali  Baş  Komandan  kimi  Azərbaycan  Respublikası  Prezidenti  və  həmçinin 

Azərbaycan  Respublikasının  hökuməti  həyata  keçirir.  Bilavasitə  rəhbərliyi  isə  Müdafiə 

Nazirliyi həyata keçirir. 

 

                  MÖVZU  20 “ XAR C   ŞLƏR SAHƏS NDƏ 

                                                 DÖVLƏT  DARƏETMƏS ”. 

 

 

P L A N: 

G   R   Ş 

7.

  Xarici  işlər  sahəsində  dövlət  idarəetməsinin  anlayışı,  prinsipləri  və  təşkilati-hüquqi 



formaları. 

8.

  Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi-xarici  işlər  sahəsində  idarəetməni 



bilavasitə həyat keçirən orqan kimi. 

9.

  Azərbaycan  Respublikasına  gəlmək  və  Azərbaycan  Respublikasından  getməyin 



inzibati-hüquqi nizamlanması. 

Ə T   C Ə 

 

 

Ə

 D Ə B   Y Y A T: 

 

27.


 Azərbaycan Respublikasının Konstitusiyası. 

28.


 “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu,  13  Dərslik.  mart  1996-ci  il.  Sonrakı  əlavə 

dəyişikliklərlə. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə