Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə206/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   202   203   204   205   206   207   208   209   ...   244

 

380 


 

hüquqlara  malikdirlər.  Hərbi şuranın qərarları  onun üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul 

edilir, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə elan olunur və həyata keçirilir. 

 

 



 

 

SUAL 2. 



Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  təhlükəsizliyinin  təmin  edilməsinin 

istiqamətlərindən biri kimi. 

 

Respublikamızda şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi 

üçün bir çox fəaliyyət sahələrindən istifadə olunur. Bu fəaliyyət sahələri arasında kəşfiyyat 

və əks-kəşfiyyat fəaliyyəti xüsusi yer tutur. 

Kəşfiyyat fəaliyyəti dedikdə, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının 

ölkənin  siyasi,  iqtisadi,  sosial,  elmi-texniki,  hərbi  və  digər  sahələrdə  milli  maraqlarının 

müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin 

təmin  edilməsi  məqsədi  ilə  həyata  keçirilən  xüsusi  fəaliyyətidir.  Bu  fəaliyyət  mahiyyətcə, 

ölkəmizdə  milli  maraqların  təmin  edilməsinə  və  milli  təhlükəsizlik  siyasətini  uğurla 

reallaşdırmaq üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Azərbaycan Respublikasında 

siyasi,  iqtisadi,  sosial,  elmi-texniki,  hərbi  və  s.  sahələrdə  milli  maraqların  təmin  edilməsi 

üçün kəşfiyyat fəaliyyəti ilə yanaşı əks-kəşfiyyat fəaliyyəti də həyata keçirilir. 

Ə

ks-kəşfiyyat  fəaliyyəti  Azərbaycan  Respublikasını  müvafiq  dövlət  orqanları 



tərəfindən  xarici  xüsusi  xidmət  orqanlarının,  təşkilatların  və  ayrı-ayrı  Azərbaycan 

Respublikasının  müstəqilliyinə,  suverenliyinə,  ərazi  bütövlüyünə,  konstitusiya  quruluşuna, 

iqtisadi,  müdafiə,  elmi-texniki  potensialına  və  digər  milli  maraqlarına  zərər  vura  biləcək 

kəşfiyyat,  terror-təxribat  və  sair  pozuculuq  əməllərinin  aşkarlanması,  qabaqlanması  və 

qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 

Ə

ks-kəşfiyyat 



fəaliyyətinin 

həyata 


keçirilməsində 

məqsəd 


Azərbaycan 

Respublikasının  milli  maraqlarının  həyata  keçirilməsinə  mane  olan  və  ya  bu  maraqlara 

təhlükə yaradan şərait, proses və amilləri aradan qaldırmaqdır. 

Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  həyata  keçirilməsində  rəhbər  müddəalar 

vardır. Bunlar aşağıdakılardır: 

- qanunçuluq; 

- insan və vətəndaş hüquqları və azadıqlarına riayət edilməsi; 

- humanistlik; 

- konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması və s. 

Azərbaycan  Respublikasının  “Kəşfiyyat  və  əks-kəşfiyyat”  fəaliyyəti  haqqında 

Qanununun  VII  maddəsinə  əsasən,  barəsində  danışılan  fəaliyyətlərin  vəzifələri 

aşağıdakılardır: 

a)  xarici  dövlətlərin,  təşkilatların  və  ayrı-ayrı  şəxslərin  Azərbaycan  Respublikasının 

milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri 

barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması; 

b)  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində 

dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması; 



 

381 


 

c)  Azərbaycan  Respublikasının  Prezidentinin  və  digər  dövlət  orqanlarının  siyasi, 

iqtisadi,  hərbi,  elmi-texniki,  ekoloji  və  milli  təhlükəsizliyin  təminatı  ilə  bağlı  digər  sahələr 

üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması; 

ç)  Azərbaycan  Respublikasının  iqtisadi  inkişafına,  elmi-texniki  tərəqqisinə  və 

təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi; 

d)  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  fəaliyyət  göstərən  idarə  və 

təşkilatlarında dövlət sirlərinin, mühafizəsinin təmin edilməsi; 

e) kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi; 

ə

) texniki kəşfiyyatın həyata keçirilməsi; 



f) əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi; 

g)  Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  diplomatik  və  digər 

nümayəndəliklərinin  əməkdaşlarının  və  onların  ailə  üzvlərinin  təhlükəsizliyinin  zəruri 

hallarda təmin edilməsi və s. 

Azərbaycan  Respublikasının  Prezidentinin  31  iyul  2002-ci  il  tarixli  Fərmanı  ilə 

Azərbaycan  Respublikasının  Hərbi  Əks-Kəşfiyyat  Xidməti  Azərbaycan  Respublikası  Milli 

Təhükəsizlik Naziriyinin tərkibinə daxil edilmişdir. 

Mərkəzi  icra  hakimiyyəti  orqanı  olan  Hərbi  Əks-Kəşfiyyat  Xidməti  vahid  əks-

kəşfiyyat  sisteminə  başçılıq  edir.  Həmin  sistemə:  Azərbaycan  Respublikası  ərazisində  öz 

fəaliyyətini  yerli  dövlət  hakimiyyəti  orqanlarından  asılı  olmayaraq  həyata  keçirən  əks-

kəşfiyyat  orqanları:  Silahlı  Qüvvələrdə,  Sərhəd  Qoşunlarında,  Daxili  Qoşunlarda  və 

Azərbaycan  Respublikasının  digər  qoşunlarında  və  hərbi  birləşmələrindəki  hərbi  əks-

kəşfiyyat orqanları daxildir. 

Hərbi Əks-Kəşfiyyat Xidməti fəaliyyətinin mühüm istiqaməti siyasi, iqtisadi, müdafiə 

və s. sahələrdə Azərbaycan Respublikasının təhlükəsizliyinə qorxu törədən hallar haqqında 

məlumat  əldə  edib  işləməkdən,  onu  təhlil  edərək  materialları  operativ  olaraq  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etməkdən ibarətdir. 

Hərbi  Əks-Kəşfiyyat  Xidməti  öz  fəaliyyəti  prosesində  nazirliklərdə,  dövlət 

komitələrində  və  təşkilatlarında  dövlət  sirrinin  qorunmasının  təmin  olunmasına  nəzarəti 

həyata keçirir, onlara bu işdə yardım və köməklik göstərir və s. 

Hərbi Əks-Kəşfiyyat Xidməti öz fəaliyyətini dövlət orqanları və təşkilatları ilə, eləcə 

də ictimai birliklər və vətəndaşlarla qarşılıqlı əlaqə formasında həyata keçirir. 

ndi  də  digər  sahələrdə  təhlükəsizliyin  əsaslarını  özündə  əks  etdirən  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  haqqında  qeyd  edək.  Azərbaycan  Respublikası 

Konstitusiyasının 94-cü maddəsinin 20-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli 

Məclisi təhlükəsizliyin əsasları məsələlərinə dair ümumi qaydalar müəyyən edir. Belə ki, bu 

baxımdan ölkədə təhlükəsizliyin  təmin  edilməsi sahəsində  Milli  Məclis  tərəfindən müvafiq 

qanunlar  qəbul  edilmişdir.  Bunlardan  öncə  1996-cı  il  15  noyabr  tarixində  qəbul  edilmiş 

“Dövlət  sirri  haqqında”  Qanunu  qeyd  etmək  olar.  Qanunun  1-ci  maddəsinə  uyğun  olaraq, 

dövlət  sirri  –  dövlətin  hərbi,  xarici,  siyasi,  iqtisdi,  elmi,  kəşfiyyat,  əks-kəşfiyyat  və 

ə

məliyyat-axtarış  fəaliyyəti  ilə  bağlı  olub  dövlət  tərəfindən  mühafizə  olunan  və  yayılması 



Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. 

“Yanğın  təhlükəsizliyi  haqqında”  1997-ci  il  10  iyun  tarixli  Azərbaycan 

Respublikasının Qanunu Azərbaycan Respublikasında insan həyatının və sağlamlığının, milli 

sərvətin,  mülkiyyətin  bütün  növlərinin  yanğından  qorunması  məqsədilə  fəaliyyət  göstərən 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə