Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə202/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   198   199   200   201   202   203   204   205   ...   244

 

372 


 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin mənbələrindən asılı 

olaraq  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin  təmin  olunması  vəhdət  təşkil 

edən xarici və daxili təhlükəsizliklərin məcmusundan ibarətdir. 

Xarici  təhlükəsizlik  dedikdə,  Azərbaycan  Respublikasının  həyati  əhəmiyyətli 

mənafelərinin  kənardan  mümkün  risk,  təhlükə  və  təhdidlərdən  qorunması  üçün  siyasi-

diplomatik  və  ya  hərbi,  yaxud  eyni  zamanda  həm  diplomatik,  həm  də  hərbi  tədbirlər 

kompleksinin həyata keçirilməsi başa düşülür. 

Daxili təhlükəsizlik dedikdə, Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial 

sabitliyin, cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunması üçün müvafiq şəraitin yaradılması 

başa düşülür. 

Azərbaycan  Respublikasının  milli  təhükəsizliyinin  təmin  olunması  müxtəlif 

sahələr üzrə həyata keçirilir. Bu sahələr aşağıdakılardır: 

-

  siyasi; 



-

  iqtisadi; 

-

  hərbi; 



-

  sosial; 

-

  informasiya; 



-

  ekologiya; 

-

  elm; 


-

  mədəniyyət; 

-

  mənəviyyat və s. 



Azərbaycan  Respublikasının  siyasi  sahədə  milli  təhlükəsizliyinin  təmin  olunması 

Azərbaycan  xalqının  və  onun  yaratdığı  siyasi  təsisatların  dövlət  hakimiyyəti  məsələlərini 

müstəqil həll etmək, insan və cəmiyyətin maraqları naminə suveren daxili və xarici siyasəti 

həyata keçirmək imkanının və qabiliyyətinin təmin edilməsidir. 

Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması 

Azərbaycan  Respublikasının  milli  iqtisadiyyatının  və  iqtisadi  münasibətlərinin  inkişafına 

təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır. 

Azərbaycan  Respublikasının  hərbi  sahədə  milli  təhlükəsizliyinin  təmin  olunması 

dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli 

real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi 

və milli maraqların hərbi vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsdir. 

Azərbaycan  Respublikasının  informasiya  sahədə  milli  təhlükəsizliyinin  təmin 

olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə infomasiya 

sahəsində  milli  maraqların  müdafiəsinə  yönəlmiş  tədbirər  kompleksinin  həyata 

keçirilməsidir. 

Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması 

ə

traf mühitin ona zərərli təsirlər nəticəsində yaranan təhdidlərdən qorunmasıdır; 



Azərbaycan  Respublikasının  elm,  mədəniyyət  və  mənəviyyat  sahəsində  milli 

təhlükəsizliyin  təmin  olunması  Azərbaycan  xalqının  mədəni  irsini,  maddi  və  mənəvi 

dəyərlərinin və elmi-texniki potensialın daxili və xarici təhdidlərdən qorunması və inkişaf 

etdirilməsidir. 



 

 

 


 

373 


 

Dövlət sərhəddinin mühafizəsi milli təhlükəsizliyin  

təmin edilməsinin istiqamətlərindən biri kimi. 

 

 Azərbaycan  Respublikasının  dövlət  sərhədi  anlayışı,  “Azərbaycan  Respublikasının 

Dövlət  sərhədi  haqqında”  Qanunun  1-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının 

dövlət ərazisinin (quru və öz ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını 

müəyyən  edən  xətt və  bu xətt  üzrə şaquli  səthdən ibarətdir.  Digər tərəfdən  isə  Azərbaycan 

Respublikasının dövlət suverenliyinin ərazi hüdudlarıdır. 

 Dövlət sərhədi anlayışına aşağıdakı 3 amil daxildir: 

- faktiki; 

- hüquqi; 

- texniki. 

 Dövlət  sərhədinin  faktiki  cəhətdən  anlayışını-dövlət  ərazisinin  hüdudlarını 

müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səth təşkil edir. 

 Dövlət  sərhədinin  hüquqi  cəhətdən  anlayışını-dövlət  sərhəddinin  Azərbaycan 

Respublikası  qanunvericilikləri  və  beynəlxalq  müqavilələrlə  möhkəmləndirilməsi  təşkil 

edir. 

 Dövlət sərhədinin texniki cəhətdən anlayışını isə dövlət ərazisində müvafiq xəttin 



qeyd edilməsi, sərhədin texniki cəhətdən araşdırılması və onun mühafizəsi təşkil edir. 

 Dövlət sərhədi aşağıdakı iki funksiyanı yerinə yetirir: 

- ölkənin təhlükəsizliyini təmin edir; 

- digər dövlətlərlə qarşılıqlı əlaqə zamanı ön xətt kimi çıxış edir və bu dövlətlərlə 

mehriban qonşuluq münasibətinin yaranmasına xidmət edir. 

Dövlət  sərhədinin  mühafizəsi  Azərbaycan  Respublikasının  sanitar  vəziyyətinin, 

iqtisadi və siyasi maraqlarının mühafizəsinin əsas şərtidir. 

Dövlət sərhədinin mühafizəsinin effektivliyi aşağıdakılardan asılıdır: 

1)  dövlət  sərhədi  rejimini  möhkəmləndirən  hüquqi  normalardan  bacarıqla  istifadə 

edilməsindən; 

2) dövlət sərhədinin mühafizəsinə lazımi miqdarda vəsaitlərin ayrılmasından; 

3)  öz  aralarında  və  digər  dövlət  bələdiyyə  xidmətləri  ilə  qarşılıqlı  əlaqədə  olan 

xüsusi xidmətlərin yaradılmasından (sərhəd; karantin və s.). 

 Dövlət  sərhədinin  mühafizəsini  təşkil  edən  siyasi,  iqtisadi  və  sanitariya 

vəziyyətlərinin mühafizəsinin məzmunları aşağıdakılardan ibarətdir: 

- siyasi maraqların mühafizəsinin məqsədi vətəndaşların və nəqliyyat vasitələrinin 

qanunsuz olaraq dövlət sərhədi keçməsinə yol verməməkdir; 

-  iqtisadi  maraqların  mühafizəsinin  məqsədi  qanunsuz  olaraq  dövlət  sərhədindən 

predmetlərin,  mənəvi  yaradıcılıq  məhsullarının  keçirilməsinin  qarşısının  alınmasından 

ibarətdir; 

-  sanitariya  vəziyyətinin  mühafizəsinin  məqsədi  isə  dövlət  sərhədində  bu  və  ya 

digər  tərəfə  insanlar,  flora  və  fauna  üçün  təhlükəli  olan  informasiyaların    yayılmasının 

qarşısının alınmasından ibarətdir. 

 Sərhədin mühafizəsi rejimi aşağıdakı elementlərdən ibarətdir: 

1) sərhəd rejimi; 

2) sərhədboyu rejim; 

3) dövlət sərhədinin buraxılış məntəqələrində rejim. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə