Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə205/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   201   202   203   204   205   206   207   208   ...   244

 

378 


 

12. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və fiziki 

şə

xslərlə müqavilələr bağlamaq; 



13.  Milli  təhlükəsizliyin,  mülkiyyətin,  insan  hüquq  və  azadlıqlarının  təmin 

edilməsi məsələləri üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək; 

14. Müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət etmək; 

15. Qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət sərhədinin 

mühafiəzsi üzrə digər fəaliyyəti həyata keçirmək. 

Dövlət  Sərhəd  Xidməti  bilavasitə  Azərbaycan  Respublikasının  Prezidentinə 

tabedir və ona hesabat verir. Dövlət Sərhəd Xidmətinin strukturu və hərbi qulluqçularının 

və  işçilərinin  ümumi  say  tərkibi  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  təsdiq 

edilir. 

 Dövlət  Sərhəd  Xidmətinin  rəisi  Sərhəd  Qoşunlarının  komandanı  Dövlət  Sərhəd 

Xidmətinə  rəhbərlik  edir.  Dövlət  sərhəd  xidmətinin  rəisi  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 

Dövlət  Sərhəd  Xidməti  rəisinin  birinci  müavini-Sərhəd  Qoşunları  Baş 

Qərargahının  rəisi  və  digər  müavinləri  vəzifələrinə,  habelə  ali  zabit  hərbi  rütbəsi  nəzərdə 

tutulmuş  başqa  vəzifələrə  təyin  və  həmin  vəzifələrdən  azad  etmə  Dövlət  sərhəd  xidməti 

rəisinin  təqdimatına  əsasən  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  həyata 

keçirilir. 

 Dövlət Sərhəd Xidmətinin rəisi: 

 Dövlət  Sərhəd  Xidmətinin  işini  təşkil  edir,  onun  fəaliyyətinə  rəhbərlik  edir  və 



vəzifələrinin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır; 

 Müavinləri  arasında  vəzifə  bölgüsü  aparır,  onların  və  Dövlət  Sərhəd  Xidmətinin 



digər vəzifəli şəxslərinin səlahiyyətlərini, məsuliyyət dərəcəsini müəyyən edir və qarşılıqlı 

fəaliyyətini təmin edir; 

 Dövlət  Sərhəd  Xidmətinin  baş  idarə,  idarə,  şöbə  və  digər  qurumların 



ə

sasnamələrini,  nizamnamələrini  təsdiq  edir,  onların  fəaliyyətinə  nəzarəti  təşkil  edir  və 

işinin əlaqələndirilməsini təmin edir; 

 Əmr,  sərəncam  və  göstərişlər  verir,  tədris  vəsaitlərini,  təlimatları  və  digər 



normativ-hüquqi  aktları  təsdiq  edir,  başqa  dövlət  orqanlarının  rəhbərləri  ilə  birgə  və  ya 

onlarla  razılaşdırılmış  əmrlər,  sərəncamlar,  göstərişlər  verir,  onların  icrasının  təmin 

edilməsi üzrə tədbirlər görür; 

 Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları və digər qurumları 



ilə  münasibətlərdə  Dövlət  Sərhəd  Xidmətini  təmsil  edir,  danışıqlar  aparır,  verilmiş 

səlahiyyətlər daxilində müqavilə və digər sənədləri imzalayır; 

 Dövlət  Sərhəd  Xidmətinin  vəzifəli  şəxslərinin  qanunvericiliyə  zidd  olan  əmr, 



sərəncam və göstərişlərini ləğv edir; 

 Dövlət  Sərhəd  Xidmətinin  fəaliyyəti  ilə  bağlı  qanun  və  digər  normativ-hüquqi 



aktların layihələrini baxılması üçün müəyyən edilmiş qaydada təqdim edir; 

 Dövlət  Sərhəd  Xidməti  sisteminə  daxil  olan  qurumların  (mərkəzi  aparatın 



strukturuna  daxil  olan  qurumlar,  sərhəd  dəstələri,  hərbi  dəniz  və  hərbi  aviasiya  hissələri 

istisna olmaqla) yaradılması, yenidən qurulması, ləğv edilməsi barədə qərarlar verir; 

 Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  hərbi  qulluqçu  heyəti  vəzifələrinin 



siyahısını, bu vəzifələrə uyğun hərbi rütbə hədlərini təsdiq edir; 


 

379 


 

 Dövlət  Sərhəd  Xidmətinin  təsdiq  edilmiş  strukturuna,  hərbi  qulluqçularının  və 



işçilərinin  ümumi  say  tərkibinə  uyğun  olaraq  baş  idarə,  idarə,  şöbə  və  digər  qrumların 

strukturunu və ştat cədvəllərini təsdiq edir və onlarda zəruri dəyişikliklər aparır; 

 Səlahiyyətləri  daxilində  vətəndaşları  Dövlət  Sərhəd  Xidmətinə  həqiqi  hərbi 



xidmətə və işə qəbul edir, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları 

həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır; 

 Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali 



zabit  rütbələrinin  verilməsi  və  ali  zabit  rütbəsi  olan  hərbi  qulluqçuların  hərbi  xidmətdən 

ehtiyata  və  ya  istefaya  buraxılması  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə 

təkliflər verir; 

 Dövlət Sərhəd Xidməti hərbi qulluqçularına polkovnik və birinci dərəcəli kapitan 



rütbəsi  də  daxil  olmaqla  hərbi  rütbələri,  habelə  ilk  zabit  rütbələri,  vaxtından  əvvəl  və 

növbədənkənar hərbi rütbələri verir; 

 Azərbaycan  Respublikasının  sərhəd  nümayəndələrinin  fəaliyyətinə  rəhbərliyi 



həyata keçirir; 

 Dövlət  Sərhəd  Xidmətinin  hərbi  qulluqçularını  və  işçilərini  qanunvericiliklə 



müəyyən  edilmiş  hallarda  və  qaydada  mükafatlandırır  və  onlar  barəsində  intizam  tənbehi 

tədbirləri tədbiq edilir; 

 Dövlət  Sərhəd  Xidmətinin  hərbi  qulluqçuları  haqqında  Azərbaycan  Respublikası 



Silahlı  Qüvvələrinin  ntizam  Nizamnaməsinin  müəyyən  etdiyi  digər  hüquqları  həyata 

keçirir; 

 Dövlət  Sərhəd  Xidmətinin  hərbi  qulluqçularının  səfərbərlik  və  döyüş  hazırlığını, 



attestasiya  komissiyalarının  yaradılması  və  attestasiyaların  keçirilməsini,  məxfilik  və 

təhlükəsizlik  qaydalarına  riayət  edilməsini  təmin  edir,  habelə  hərbi  qulluqçuların  və 

işçilərin sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər görür; 

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Dövlət 



Sərhəd  Xidməti  üçün  kadrların  hazırlanması  məqsədilə  onların  öyrənilməsi  işinin  təşkili 

qaydalarını müəyyən edir; 

 Dövlət  Sərhəd  Xidmətinin  hərbi  qulluqçularını  Azərbaycan  Respublikasının 



hüdudlarında kənara getməsi barədə müəyyən edilmiş qaydada qərarlar qəbul edir; 

 Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsi  və  Dövlət  Sərhəd 



Xidmətinin fəaliyyəti ilə əlaqədar məsələlər üzrə müvafiq dövlət orqanlarına təkliflər verir; 

 Qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. 



 Dövlət  Sərhəd  Xidmətində  Hərbi  şura  yaradılır.  Hərbi  şuraya  Dövlət  Sərhəd 

Xidmətinin rəisi, tutduqları vəzifəyə görə rəis müavinləri, digər rəhbər vəzifəli şəxslər daxil 

edirlər. Hərbi şuranın tərkibi Dövlət Sərhəd Xidmətinin rəisininin təqdimatı ilə Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. 

 Hərbi şuranın iclaslarında Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, 

icra  intizamının  vəziyyəti,  kadr  məsələləri,  normativ-hüquqi  aktların  lahiyələri  müzakirə 

edilir, vəzifəli şəxslərin hesabatları dinlənilir, digər mühüm məsələlərə baxılır və müvafiq 

qərarlar çıxarılır. 

Hərbi şuranın iclaslarında Dövlət Sərhəd Xidmətinin rəisi sədrlik edir. Hərbi şuranın 

üzvləri  müzakirə  edilən  məsələlərə  dair  qərarlar  qəbul  edərkən  səsvermədə  bərabər 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə