Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə201/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   197   198   199   200   201   202   203   204   ...   244

 

370 


 

müzakirə edilir. Təhlükəsizlik Şurasında iqtisadi, ekoloci, ictimai təhlükəsizlik məsələlərinə 

də baxıla bilər. Təhlükəsizlik Şurası icrası məcburi olan qərarlar qəbul edə bilməz. 

 Təhlükəsizlik Şurasının tərkibinə aşağıdakı vəzifəli şəxslər daxildir: 

  Milli Məclisin sədri; 



  Baş Nazir; 

  Prezidentin  cra Aparatının rəhbəri; 



  Xarici Siyasət Məsələləri üzrə Dövlət müşaviri; 

  Hərbi  şlər üzrə Dövlət müşaviri; 



  Baş Prokuror; 

  Xarici  şlər Naziri; 



  Müdafiə Naziri; 

  Milli Təhlükəsizlik Naziri; 



  Daxili  şlər Naziri. 

            Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyi  Milli  təhlükəsizliyi  təmin 

edən  xüsusi  orqanların  sisteminə  daxil  olan  icra  hakimiyyəti  orqanlarından  biridir.  Milli 

Təhlükəsizlik  Nazirliyinin  təşkili  və  fəaliyyətinin  əsasları  Azərbaycan  Respublikasının 

“Milli  Təhlükəsizlik  haqqında”  29  iyun  2004-cü  il  tarixli  Qanunu  və  27  mart  2004-cü  il 

tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 

Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” əsasnamə də müəyyən edilmişdir.  

Azərbaycan  Respublikasının  Ali  Sovetinin  qərarı  ilə  01  noyabr  1991-ci  il  tarixli 

239-XII saylı Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının 

Dövlət  Təhlükəsizliyi  Komitəsi  Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik 

Nazirliyinə (bundan sonra-MTN) çevrilmişdir. Ali Sovetin bu qərarına əsasən, Azərbaycan 

Respublikasının MTN Azərbaycan Respublikasının Prezidentinə tabe edilmişdir. 

Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik  Nazirliyi  xüsusi  xidmət  orqanı 

olaraq ona  həvalə  edilmiş  vəzifələri bilavasitə və  tabeliyindəki  qürumlar  vasitəsilə həyata 

keçirir.  Nazirliyin  strukturuna  baş  idarələr,  idarələr,  şöbələr  və  digər  qürumlar  daxildir. 

Nazirliyin mərkəzi aparatı, Naxçıan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, 

şə

hər  və  rayon  orqanları,  hərbi  əks-kəşfiyyat  qürumları,  akademiya,  hərbi-tibbi 



müəssisələri, habelə digər struktur bölmələr Nazirliyin vahid sistemini təşkil edir. 

Milli  Təhlükəsizlik  Nazirliyi  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə 

yetirir: 

- Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması istiqamətində 

dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər 

görür; 

-  Milli  təhlükəsizliyin  təmin  edilməsi  məqsədi  ilə  kəşfiyyat,  əks-kəşfiyyat  və 



ə

məliyyat-axtarış  fəaliyyətini  təşkil  edir  və  həyata  keçirir,  səlahiyyətlərinə  aid  edilmiş 

cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır; 

- xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan 

Respublikasının  milli  maraqlarına  qarşı  yönəlmiş  niyyətləri,  planları  və  əməlləri  barədə 

məlumatları  əldə  edir,  təhlil  edir,  milli  təhlükəsizliyə  real  və  potensial  təhdidləri 

proqnozlaşdırır; 

-  xarici  xüsusi  xidmət  orqanlarının  və  təşkilatların,  cinayətkar  qrupların  və  ayrı-

ayrı  şəxslərin  Azərbaycan  Respublikasının  suverenliyinə,  ərazi  bütövlüyünə,  konstitusiya 



 

371 


 

quruluşunun  əsaslarına  və  təhlükəsizliyinə,  iqtisadi,  elmi-texniki,  müdafiə  potensialına  və 

sair  milli  maraqlarına  zərər  vurulmasına  yönəlmiş  kəşfiyyat,  terror-təxribat,  digər 

pozuculuq  və  cinayətkar  fəaliyyətinin  aşkarlanması,  qabaqlanması  və  qarşısının  alınması 

məqsədi ilə tədbirlər görür; 

-  beynəlxalq  terrorçuluq  və  transmilli  mütəşəkkil  cinayətkarlığın  digər  formaları 

ilə mübarizə aparır; 

-  Azərbaycan  Respublikasının  Prezidentinin  və  onun  tapşırığı  ilə  müvafiq  dövlət 

orqanlarını  milli  təhlükəsizliyə  olan  təhdidlər  barədə  məlumatlandırır,  habelə  siyasi, 

iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhükəsizliyin təminatı ilə bağlı digər sahələr 

üzrə zəruri kəşfiyyat məlumatları ilə təmin edir; 

-  Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  diplomatik  və  digər 

nümayəndəlikləri  əməkdaşlarının  və  onların  ailə  üzvlərinin  xarici  ölkələrdə  olma 

müddətində,  dövlət  sirri  təşkil  edən  məlumatlarla  işləməyə  buraxılmış  Azərbaycan 

Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin təmin 

edilməsi məqsədi ilə zəruri hallarda tədbirlər görür; 

- hərbi-sənaye kompleksinin, eneergetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər 

strateji  əhəmiyyətli  sahələrinin,  həmçinin  milli  təhlükəsizlik  baxımından  əhəmiyyət  kəsb 

edən  elmi-texniki  araşdırmaların  və  onların  nəticələrinin  təhlükəsizliyinin  təmin  edilməsi 

üzrə tədbirlər görür; 

-  xarici xüsusi  xidmət orqanlarının texniki  kəşfiyyatına  qarşı əks  tədbirlər həyata 

keçirir, texniki kəşfiyyat aparır; 

-  dövlət  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada xüsusi rabitə ilə təmin olunmasında iştirak edir; 

-  kəşfiyyat,  əks-kəşfiyyat  və  əməliyyat-axtarış  fəaliyyətinin  təminatı  ilə  bağlı 

hadisələrin,  faktların,  əşyaların  və  digər  informasiya  mənbələrinin  əməliyyat  uçotunu 

aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır; 

-  əməliyyat-axtarış  tədbirlərinin  keçirilməsinə  dair  məhkəmə  qərarlarını,  istintaq 

orqanlarının  qərarlarını  və  ya  cinayət  işləri  üzrə  yazılı  tapşırıqlarını,  habelə  əməliyyat-

axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirir; 

-  nazirliyin  orqanları  üçün  ixtisaslı  kadrlar  hazırlayır,  hərbi  qulluqçuların  və 

işçilərin  peşə  hazırlığının  təkmilləşdirilməsini,  ixtisaslarının  artırılmasını  və  mənəvi-

psixoloji hazırlığını təmin edir və s. 

Azərbaycan  Respublikasının  Milli  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  dövlət 

proqramının  işlənib  hazırlanmasında  və  onun  realizəsində  iştirak  edir.  Nazirlikdə  ölkədə 

daxili  siyasət,  sosial-iqtisadi  və  kriminal  vəziyyətin  inkişafı  proqnozlarına  əsasən, 

Azərbaycan  Respublikasının  təhlükəsizliyinə  olan  təhlükənin  xəbərdar  edilməsi  və 

neytrallaşdırılması üzrə təkliflər işləyib hazırlayır və s. tədbirlər həyata keçirir. 

Azərbaycan  Respublikası  MTN-in  fəaliyyətinin  əsas  hissəsini  xarici  dövlətlərin, 

təşkilatların  və  şəxslərin  real  və  potensial  imkanlarında,  hərəkətlərində,  planlarında  və 

niyyətlərində  Azərbaycan  Respublikasının  strateji  maraqlarına  toxunan  məlumatları  aşkar 

etməkdən,  əldə  etməkdən  və  işləməkdən  (təhlil  etməkdən),  eləcə  də  Azərbaycan 

Respublikasının  təhlükəsizliyinin  təmin  edilməsi  marağı  ilə  dövlətin  həyata  keçirdiyi 

tədbirlərin həyata keçirilməsinə köməklik göstərməkdən ibarətdir. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə