Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə203/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   199   200   201   202   203   204   205   206   ...   244

 

374 


 

 Azərbaycan  Respublikasının  dövlət  sərhədi  rejimi  Azərbaycan  Respublikası  dövlət 

sərhədinin  keçilməsi  qaydasını,  xarici  təyyarələrin  və  başqa  uçuş  aparatlarının  Azərbaycan 

Respublikasının hava fəzasına girməsi və orada olması, xarici qeyri-hərbi gəmilərin və hərbi 

gəmilərin  Azərbaycan  Respublikasının  ərazi  və  sularında  üzməsi  və  olması,  xarici  qeyri-

hərbi gəmilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına 

girməsi  və  orada  olması,  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  lazımi  qaydada 

saxlanması,  Azərbaycan  Respublikasının  dövlət  sərhədində  müxtəlif  işlərin  görülməsi, 

mədən fəaliyyəti və başqa fəaliyyət göstərilməsi qaydası Azərbaycan Respublikasının dövlət 

sərhədi  haqqında  Qanunla,  qanunvericilik  aktları  və  Azərbaycan  Respublikasının 

dövlətlərarası müqavilələri ilə müəyyən edilir. 

 Sərhədboyu  rejim  sərhədboyu  zonada  və  sərhədboyu  zolaqda  qoyulur. 

Sərhədboyu rejim Dövlət Sərhədi haqqında Qanunua və Azərbaycan Respublikasının digər 

qanunvericilik  aktlarına  uyğun  olaraq  Azərbaycan  Respublikası  vətəndaşlarının  və  başqa 

şə

xslərin  gəlməsi,  müvəqqəti  yaşaması,  bir  yerdən  başqa  yerə  getməsi,  işlərin  görülməsi, 



motorlu  və  motorsuz  gəmilərin  yanalma  körpülərində  uçota  alınması  və  saxlanması, 

Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında  onların  üzməsi  və  hərəkət  etməsi 

qaydalarını  tənzimləyir.  Azərbaycan  Respublikasının  dövlət  sərhədində  Nazirlər  Kabineti 

sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir. 

Azərbaycan  Respublikası  dövlət  sərhədinin  mühafizəsi  Azərbaycan  Respublikasının 

milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir.  

 Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsi  dövlət  sərhədinin 

qanunsuz  surətdə  dəyişdirilməsinin  qarşısının  alınmasına;  dövlət  sərhədi  rejiminə, 

sərhədboyu  rejimə  və  dövlət  sərhədindən  buraxılış  məntəqələrindəki  rejimə  əməl 

olunmasına;  dövlət  sərhədində  dövlətin,  cəmiyyətin  və  şəxsiyyətin  digər  həyati 

mənafelərinin  xarici  və  daxili  təhlükələrdən  qorunmasına  yönələn  siyasi,  hüquqi,  iqtisadi, 

hərbi əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi 

ilə təmin edilir.  

 Azərbaycan  Respublikası  dövlət  sərhədinin  quruda,  dənizdə,  çaylarda,  göllərdə  və 

digər  sututarlarda  mühafizə  olunması  sərhəd  qoşunlarına,  havada  mühafizə  olunması  isə 

hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur. 

Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  qorunması  sahəsində  sərhəd 

qoşunlarının  vəzifələri,  hüquqları  sərhəd  qoşunları  haqqında  və  Dövlət  Sərhəd  Xidməti 

haqqında  Azərbaycan  Respublikasının  qanunları  və  digər  qanunvericilik  aktları  ilə 

müəyyən edilir.  

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndi rəhbər 

tutularaq  Azərbaycan  Respublikası  Prezidentinin  31  iyul  2002-ci  il  tarixli  Fərmanı  ilə 

Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  Sərhəd  Qoşunları  darəsinin 

ə

sasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmışdır. Dövlət Sərhəd 



xidmətinin rəisi, həmçinin Sərhəd Qoşunlarının Komandanıdır. 

 Azərbaycan  Respublikasının  Dövlət  Sərhəd  Xidməti  (bundan  sonra  Dövlət  Sərhəd 

Xidməti)  Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsi  sahəsində  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  səlahiyyətləri  həyata  keçirən  mərkəzi 

icra hakimiyyəti orqanıdır. 

 Dövlət  Sərhəd  Xidməti  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının 

Konstitusiyasını,  Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikası 



 

375 


 

Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

qərar  və  sərəncamlarını,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələri,  Azərbaycan  Respublikası  Prezidentinin  12 dekabr  2002-ci  il  tarixli  Fərmanı 

ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməni Dövlət Sərhəd Xidmətinin 

normativ-hüquqi aktlarını rəhbər tutur. 

Dövlət  Sərhəd  Xidməti  ona  həvalə  edilmiş  vəzifələri  bilavasitə  və  tabeliyindəki 

hərbi  hissələr  və  digər  orqanları  vasitəsilə  həyata  keçirir.  Dövlət  Sərhəd  Xidmətinin 

strukturuna  baş  idarələr,  idarələr,  şöbələr  və  digər  qurumlar  daxildir.  Dövlət  Sərhəd 

Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd 

nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin 

vahid sistemini təşkil edir. 

 Dövlət  Sərhəd  Xidməti  fəaliyyətini  insan və vətəndaş hüquq  və  azadlıqlarına  riayət, 

qanunçuluq,  humanistlik  və  Silahlı  Qüvvələr  quruculuğunun  təşkilat  prinsipləri  əsasında 

qurur. 

Dövlət  Sərhəd  Xidmətinin  kadr  tərkibi  hərbi  qulluqçulardan  və  əmək  müqaviləsi 



ilə işləyən mülki heyətdən (işçilərdən) ibarətdir. 

 Dövlət  Sərhəd  Xidmətinin  əsas  təyinatı  Azərbaycan  Respublikasının  dövlət 

sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir. 

Dövlət  Sərhəd  Xidməti  öz  təyinatına  uyğun  olaraq  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı  əsas  vəzifələri  yerinə 

yetirir: 

1. Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidlərin dəf 

edilməsini,  sərhəd  boyu  zonada  əhalinin,  mülkiyyətin  bu  cür  əməllərdən  qorunmasını, 

onların qarşısının alınmasını təşkil edir; 

2. Səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlər 

görür, zəruri hallarda həmin münaqişələrin həlli məqsədilə aidiyyəti olan dövlət orqanlarına 

müraciət edir; 

3.  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  Hava  Hücumundan  Müdafiə 

Qoşunları  və  Hərbi  Hava  Qüvvələri  onlar  tərəfindən  Azərbaycan  Respublikasının  dövlət 

sərhədinin  havadan  mühafizə  olunması  ilə  əlaqədar  vəzifələrinin  yerinə  yetirilməsində 

kömək göstərir; 

4.  Şəxslərin  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  dövlət 

sərhədini qanunsuz keçəməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini 

həyata keçirmək məqsədilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və 

ya  onlardan  qanunsuz  istifadə  edilməsini  qabaqlamaq  üçün  terrorçuların  və  terrorçu 

qrupların, habelə qeyri-leqal miqrantların yerdəyişməsinin qarşısının alınması üzrə tədbirlər 

görür; 


5.  Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  qanunsuz  dəyişdirilməsi 

cəhdlərinin qarşısının alnmasını təmin edir. Azərbaycan Respublikasının dövlət sərhədinin 

müəyyən  olunması  ilə  əlaqədar  işlərin  (delimitasiya,  demarkasiya  və  sair)  yerinə 

yetirməsində iştirak edir; 

6.  Qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  rəsmiləşdirilmiş  sənədlər  olduqda 

şə

xslərin,  nəqliyyat  vasitələrinin,  yüklərin  və  başqa  əmlakın  müəyyən  olunmuş 



məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmasını təmin edir; 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə