Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə204/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   200   201   202   203   204   205   206   207   ...   244

 

376 


 

7.  Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  narkotik  vasitələrin,  psixotrop 

maddələrin  və  prekursorların,  güclü  təsirli,  zəhərli,  zəhərləyici,  radioaktiv,  partlayıcı 

maddələrin  və  qurğuların,  hərbi  texnikanın,  odlu  silah  və  döyüş  sursatının,  nüvə,  kimyəvi, 

bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların 

hazırlanmasında  istifadə  oluna  bilən  materialların  və  avadanlıqların  Azərbaycan 

Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparalıması qadağan edilən 

digər  əşyaların,  habelə  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  buraxılış 

məntəqələrindən  kənarda  əmlakın  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən 

keçirilməsinin qarşısının alınmasını təmin edir; 

8.  Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizə  ilə  əlaqədar 

səlahiyyətləri  daxilində  əməliyyat-axtarış,  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətini  həyata 

keçirir; 

9.  Qanunvericiliklə  səlahiyyətlərinə  aid  edilmiş  cinayət  işləri  üzrə  təhqiqat  və 

ibtidai istintaq aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir; 

10.  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçən  şəxslərin  Azərbaycan 

Respublikasına  gəlmək  və  ya  Azərbaycan  Respublikasından  getmək  hüququna  dair 

sənədlərinin  yoxlanılmasını,  həmin  sənədlərdə  müvafiq  qeydlərin  edilməsini,  qanun 

pozuntusu  aşkar  edildiyi  hallarda  qanunvericiliklə  müəyyən  edilmiş  tədbirlərin  həyata 

keçirilməsini təmin edir; 

11.  Səlahiyyətləri  daxilində  qanunvericiliklə  müəyyən  edilmiş  dövlət  sərhəd 

rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Azərbaycan Respublikasının 

dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasını təmin edir; 

12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq 

surətdə aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, 

təbii  fəlakətlər,  təhlükəli  yoluxucu  xəstəliklər  ilə  əlaqədar  tədbirlər  istisna  edilməklə, 

sərhədboyu  zolaqda  müxtəlif  işlərin  görülməsini  şəraitin  tələb  etdiyi  hallarda 

məhdudlaşdırır; 

13.  Kəşfiyyat,  əks-kəşfiyyat  və  əməliyyat-axtarış  fəaliyyətinin  təminatı  ilə  bağlı 

hadisələrin,  faktların,  əşyaların  və  digər  informasiya  mənbələrinin  əməliyyat  uçotunu 

aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır; 

14.Əməliyyat-axtarış  fəaliyyətinin  digər  subyektlərinin  səlahiyyətlərinə  aid 

informasiyalar  əldə  edildiyi  təqdirdə  zəruri  hallarda  təxirəsalınmaz  tədbirlər  keçirməklə 

həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir; 

15. Azərbaycan Respublikasının sərhədboyu zonasında tətbiq edilən fövqəladə və 

ya  hərbi  vəziyyət  rejiminin  təminində,  fövqəladə  halların  qarşısının  alınması  və  onların 

aradan  qaldırılması  üzrə  dövlət  tədbirlərinin,  həmçinin  karantin  tədbirlərinin  həyata 

keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir; 

16.  Qanunvericiliyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  Müdafiə 

Nazirliyi  ilə  qarşılıqlı  əlaqədə  Dövlət  Sərhəd  Xidmətinin  müddətli  həqiqi  hərbi  xidmət 

qulluqçuları ilə komplektləşdirilməsini həyata keçirir; 

17.  Dövlət  Sərhəd  Xidmətinin  kadr  təminatını  həyata  keçirir,  hərbi  qulluqçuların 

və  işçilərin  peşə  hazırlığının  təkmilləşdirilməsini,  ixtisaslarının  artırılmasını  və  mənəvi-

psixoloji hazırlığını təmin edir; 

18.  Səlahiyyətləri  daxilində  səfərbərlik  tədbirlərinin  həyata  keçirilməsində  iştirak 

edir; 



 

377 


 

19.  Daxili təhqiqatların aparılmasını təşkil edir; 

20.  Qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  dövlət  sərhədinin  mühafizəsi 

məsələləri  üzrə  xarici  dövlətlərin  sərhəd  mühafizə  və  digər  orqanları,  habelə  beynəlxalq 

təşkilatlarla əməkdaşlıq edir, onların fəaliyyətində iştirak edir. 

Dövlət  Sərhəd  Xidməti  qanunvericiliyə  müvafiq olaraq  digər vəzifələri də  yerinə 

yetirir. 

Dövlət  Sərhəd  Xidməti  öz  fəaliyyətini  və  vəzifələrini  həyata  keçirmək  üçün 

aşağıdakı hüquqlara malikdir: 

1. 


Azərbaycan 

Respublikasının 

dövlət 

sərhədinin 



mühafizəsinin 

və 


toxunulmazlığının  təmin  olunması  sahəsində  qanunvericiliklə  müəyyən  edilmiş 

səlahiyyətləri həyata keçirmək; 

2.  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçən  şəxslərin  qeydiyyatının 

aparılmasını,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  hallarda  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  ölkə  ərazisinə  buraxılmasını  və  ölkə  hüdudlarından 

kənarlaşdırılmasını təmin etmək; 

3.  Xidməti  vəzifələri  icra  edərkən  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və 

qaydada plomblanmış vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə 

gedən  və  xaricdən  gələn  dəniz  və  hava  gəmilərinin  başqa  yerlərinin  gömrük  və  digər 

aidiyyəti  orqanlarla  birlikdə  (Xəzər  dənizinin  Azərbaycan  Respublikasına  mənsub  olan 

bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və 

digər  aiddiyyəti  orqanların  iştirakını  təmin  etmək  mümkün  olmadığı  hallarda  isə  milli 

təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə müstəqil 

surətdə) açdırılmasını təmin etmək; 

4.  Hərbi  qulluqçularına  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  odlu  silah  və 

xüsusi vasitələr vermək; 

5.  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçən  ayrı-ayrı  şəxslərə, 

nəqliyyat  vasitələrinə,  yüklərə  və  başqa  əmlaka  münasibətdə  qanunvericiliklə  müəyyən 

edilmiş həcmdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək; 

6.  Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsi  ilə  əlaqədar 

səlahiyyətləri  daxilində  kəşfiyyat  və  əks-kəşfiyyat  tədbirləri  planlaşdırmaq,  həyata 

keçirmək və bununla bağlı məsələləri həll etmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri 

üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək; 

7.  Əməliyyat-məlumat,  əməliyyat-sorğu,  axtarış  məlumatlarının  və  digər 

informasiyaların,  hesabatların  məlumat  banklarını  yaratmaq,  bu  məlumatların  təhlilini  və 

onlardan istifadəni təşkil etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək; 

8. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə dair qanunların və digər normativ-hüquqi 

aktların  layihələrinin  hazırlanmasında  iştirak  etmək,  onların  təkmilləşdirilməsi  barədə 

təkliflər vermək, öz fəaliyyətinin normativ-hüquqi tənzimlənməsini həyata keçirmək; 

9. Sərhəd münaqişələrinin həlli məqsədilə həmsərhəd dövlətlərin sərhəd mühafizə 

xidmətləri ilə səlahiyyətləri həddində danışıqlar aparmaq; 

10.  Səlahiyyətlərinə  aid  edilmiş  məsələlər  üzrə  Azərbaycan  Respublikasının 

qanunvericilik  aktlarının  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrin sərhəd xidməti orqanları tərfindən icrasına nəzarət etmək; 

11.  Səlahiyyətlərinə  aid  edilmiş  məsələlərə  dair  məhkəmələrdə  iddia  ilə  çıxış 

etmək; 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə