Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə207/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   203   204   205   206   207   208   209   210   ...   244

 

382 


 

yanğın  təhlükəsizliyi  və  dövlət  yanğın  nəzarəti  sisteminin  təşkilinin  hüquqi  əsasını  və 

prinsiplərini müəyyən edir. 

“Əhalinin  radiasiya  təhlükəsizliyi  haqqında”  1997-ci  il  30  dekabr  tarixli  Azərbaycan 

Respublikasının  Qanunu  radioaktiv  şüa  mənbələri  sahəsində  qəzasız  fəaliyyətin,  əhalinin 

radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını 

müəyyən edir. 

“Ekoloji təhlükəsizlik haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının 

Qanununun 1-ci maddəsinə uyğun olaraq, ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyati 

vacib  maraqlarının,  ətraf  mühitin  ona  antropogen  və  təbii  təsirlər  nəticəsində  yaranan 

təhlükələrdən qorunmasının təmin edilməsidir. 

“Texniki  təhlükəsizlik  haqqında”  1999-cu  il  2  noyabr  tarixli  Azərbaycan 

Respublikasının  Qanunu  təhlükə  potensiallı  obyektlərin  təhlükəsiz  istismarının  hüquqi, 

iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki 

şə

xslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların 



nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir. 

Beləliklə,  II  suala  yekun  olaraq  göstəririk  ki,  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin 

daxili və xarici təhlükələrdən müdafiə olunması sizə təhlükəsizlik anlayşının açıqlanmasına 

ə

sas verdi. 



 

SUAL 3. 

Müdafinə sahəsində dövlət idarəetməsinin anlayışı və  

təşkilati-hüquqi formaları 

 

18  oktyabr  1991-ci  ildə  qəbul  edilmiş  Azərbaycan  Respublikasının  dövlət 

müstəqilliyi  haqqında  Konstitusiya  Aktının  29-cu  maddəsində  göstərilir:  “Azərbaycan 

Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. 

Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir”. 

 Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını möhkəmləndirən əsas 

hüquqi  akt  26  noyabr  1993-cü  il  tarixli  “Müdafiə  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunudur.  Bu  Qanunun  1-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  müdafiəsi 

dedikdə,  dövlətin  müstəqilliyinin,  ərazi  bütövlüyünün,  suverenliyinin  və  əhalinin 

təcavüzdən  qorunmasının  təmin  olunması  məqsədilə  dövlət  tərəfindən  həyata  keçirilən 

siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemi başa düşülür”. 

 Azərbaycan Respublikasının müdafiəsinin məqsədi, hər hansı bir vaxtda və şəraitdə 

Azərbaycan  Respublikasına  qarşı  hərbi  basqının  qarşısını  almaq  və  mümkün  təcavüzü 

silahla dəf etmək üçün bütün zəruri şərtlərin yaradılmasıdır. 

 Azərbaycan  Respublikasının  müdafiəsi  Silahlı  Qüvvələrin,  iqtisadiyyatın,  əhalinin, 

ə

razinin  müdafiəyə  daim  hazır  olmasına  əsaslanır  və  dövlətin  hərbi  doktrinasına  uyğun 



olaraq  təşkil  edilir.  Azərbaycan  Respublikasının  hərbi  doktrinası  Silahlı  Qüvvələrin 

quruculuğunda  “müdafiə  yetərliyi”  prinsipi  ilə  müəyyənləşdirilir  və  Azərbaycan 

Respublikası  heç  bir  dövlətə  qarşı  ərazi  iddiasının  olmamasına  və  əgər  təcavüz  obyekti 

olmasa  beynəlxalq  hüquqa  əsaslanan  öhdəliklərdən  başqa  heç  vaxt  heç,  bir  dövlətə  qarşı 

birinci hərbi əməliyyatlara başlamayacağına əsaslanır. 

 Azərbaycan Respublikasının müdafiəsinin təşkili aşağıdakılardan ibarətdir: 

 dövlətin hərbi siyasətinin və doktrinasının formalaşdırılması; 




 

383 


 

 təcavüzün  qarşısının  alınması  üçün  beynəlxalq  aləmdə  müvafiq  tədbirlərin 



görülməsi; 

 taktiki hərb elminin inkişafı; 



 müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi; 

 silahlı 



qüvvələrin 

strukturunun 

hazırlanması, 

formalaşdırılması 

və 

təkmilləşdirilməsi,  zəruri  sayının  təmin  olunması,  onların  yüksək  döyüş  qabiliyyətinin, 



döyüş və səfərbərlik hazırlığının saxlanması; 

 dövlətin  hərbi-texniki  siyasətinin  hazırlanması  və  həyata  keçirilməsi,  Silahlı 



Qüvvələrin  silah,  hərbi  texnika,  ərzaq,  geyim  və  digər  material  ehtiyatları  ilə  təmin 

edilməsi; 

 dövlət  orqanlarının,  iqtisadiyyatın  və  əhalinin  müharibə  dövründə  fəaliyyət 



göstərməsi üçün səfərbərlik hazırlığı; 

 dövlət sirrinin və hərbi sirrin qorunmasının təmin edilməsi. 



 Müdafiənin  əsasını  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  təşkil  edir. 

Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  26  noyabr  1993-cü  il  “Azərbaycan 

Respublikası  Silahlı  Qüvvələri  haqqında”  Azərbaycan  Respublikası  Qanununa  əsasən, 

Azərbaycan  Respublikasının  suverenliyinin,  müstəqilliyinin,  ərazi  bütövlüyünün  və 

maraqlarının  silahlı  müdafiəsinə,  dövlətə  olan  silahlı  basqının  qarşısının  alınmasına, 

təcavüz zamanı isə onun dəf edilməsinə xidmət edir. 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  Azərbaycan  Respublikası  Milli 

Məclisinin qərarı və Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında öz təyinatına 

ə

sasən vəzifələrin icra olunmasına cəlb oluna bilinər. 



 Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  quruculuğunun  və  fəaliyyətinin 

prinsipial  əsasını  “qanunçuluq”,  “nizami  ordu”,  “qarışıq  komplektləşdirmə”,  “kadr”, 

“mərkəzləşdirilmiş  və  vahid  rəhbərlik”,  “yüksək  hərbi  intizam”,  “daimi  döyüş  və 

səfərbərlik  hazırlığı”,  “hərbi  qulluqçuların  sosial-hüquqi  müdafiəsinin  təmin  olunması” 

prinsipləri təşkil edir. 

 Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  quru  qoşunlarından,  hava 

hücumundan müdafiə və hərbi-dəniz qüvvələrindən ibarətdir. 

 Təşkilati  cəhətdən  Azərbaycan  Respublikası  Silahlı  qüvvələrin  birliklərdən, 

birləşmələrdən,  hərbi  hissələrdən,  hərbi  təşkilatlardan  və  hərbi  təhsil  müəssisələrindən 

ibarətdir. 

  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrin  strukturu,  sayı,  silahları  Azərbaycan 

Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 

təsdiq  olunur.  Azərbaycan  Respublikası  Silahlı  qüvvələrinin  təminatı  əsasən  dövlət 

büdcəsindən  ayırmalar  və  Azərbaycan  ordusuna  xalqın  köməkliyi  adlı  hesab  vasitəsilə 

həyata keçirilir. 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin,  hərbi  qulluqçularının  hərbi-

vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri 

ruhunda  həyata  keçirilir.  Siyasi  məqsədlər  güdən  hər  hansı  təşkilatların  və  həmkarlar 

ittifaqlarının  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrində  fəaliyyət  göstərməsinə  icazə 

verilmir.  Müdafiə  sahəsində  idarəetmə  silahlı  qüvvələrdə  ciddi  mərkəzləşdirilmiş  vahid 

rəhbərlik və hərbi intizam əsasında qurulur. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə