Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə208/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   204   205   206   207   208   209   210   211   ...   244

 

384 


 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinə  rəhbərliyi  Azərbaycan  Respublikası 

Silahlı  Qüvvələrinin  Ali  Baş  Komandanı  kimi  Azərbaycan  Respublikasının  Prezidenti  və 

Azərbaycan Respublikası hökuməti həyata keçirir. 

 Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  Prezidenti  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  Ali  Baş 

Komandanı kimi aşağıdakı səlahiyyətlərə malikdir: 

 Azərbaycan Respublikası Milli Məclisinin təsdiqi üçün hərbi doktrinanın və hərbi 



quruculuq  konsepsiyasının  layihələrinə,  silahların  və  hərbi  texnikanın  dövlət  inkişaf 

proqramına, Silahlı Qüvvələrin ümumi strukturu və sayı haqqında təkliflərini təqdim edir; 

 Müdafiə nazirini vəzifəyə təyin edir və vəzifədən azad edir; 



 ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə  hərbi qulluqçuları təyin edir, 

habelə vəzifədən azad edir: “ordu generalı” hərbi rütbəsinin verilməsi barədə Azərbaycan 

Respublikası Milli Məclisinə təqdimat verir; 

 qanunla nəzərdə tutulmuş hallarda hərbi rütbələr verir; 



 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi məktəblərini, ali məktəblərin 

hərbi kafedralarını və elmi-tədqiqat təşkilatlarını yaradır və ləğv edir; 

 Azərbaycan  Respublikası  Konstitusiyası  və  qanunları  hüdudlarında  müvafiq 



orqanların  müdafiə  sahəsində  səlahiyyətlərini,  təşkilini  və  fəaliyyət  qaydasını 

müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir; 

 birgə müdafiə və hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik və tərksilah məsələləri 



barəsində  danışıqlar  aparır  və  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrini 

imzalayır; 

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf, səfərbərlik, yerləşdirilmə və 



tətbiq  planlarını,  iqtisadiyyatın  və  idarəetmənin  səfərbərlik  planlarını,  Azərbaycan 

Respublikasının  mülki  müdafiə  planını  və  ərazi  müdafəisi  haqqında  Əsasnaməni  təsdiq 

edir; 



 Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərdə hərbi vəziyyət 



tətbiq edir, Azərbaycan Respublikası hərbi basqına məruz qaldıqda isə müharibə vəziyyəti 

elan edir və bu məsələləri dərhal Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə 

təqdim  edir,  ümumi  və  ya  qismən  səfərbərlik  və  səfərbərlik  üzrə  çağırılanlar  barədə 

tərxisetmə elan edir; 

 “Hərbi vəziyyət haqqında” Qanuna müvafiq olaraq hərbi dövrün dövlət idarəçilik 



orqanlarını yaradır və ləğv edir; 

 hərbi  əməliyyatlar  aparılması  barədə  Azərbaycan  Respublikasının  Silahlı 



Qüvvələrinə əmr verir; 

 Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  təyinatı  ilə  bağlı  olmayan 



vəzifələrin icrasına cəlb edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinə təqdimat 

verir; 


 Azərbaycan  Respublikası  vətəndaşlarının  müddətli  hərbi  xidmətə  çağırılması  və 

müddətli hərbi xidmət qulluqçularının ehtiyata buraxılması barədə fərmanlar verir; 

 hərbi  qulluqçuların  hərbi  geyim  formasının  geyilməsi  və  fərqlənmə  nişanlarının 



sancılması qaydasını təsdiq edir; 


 

385 


 

 Azərbaycan  Respublikasının  Prezidenti  müdafiə  sahəsində  dövlət  siyasətinin 



formalaşdırılması üçün məşvərətçi orqan yarada bilər. Belə orqanın səlahiyyəti Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir. 

 Azərbaycan  Respublikası  Konstitusiyasının  119-cu  maddəsinə  əsasən,  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti aşağıdakı səlahiyyətlərə malikdir: 

 silahlı qüvvələrin vəziyyətinə görə məsuliyyət daşıyır; 



 silahlı  qüvvələrin  silah,  hərbi  texnika,  döyüş  sursatı  və  başqa  vasitələrlə  təchiz 

olunmasını təşkil edir; 

 müdafiə və silahlı qüvvələrin ehtiyatları üçün maddi-texniki, ərzaq, geyim və digər 



ehtiyacların həcmini müəyyənləşdirir; 

 səfərbərlik ehtiyatlarına maddi sərvətlərin toplanması planını təsdiq edir; 



 ölkə  iqtisadiyyatının  səfərbərlik  hazırlığına  və  səfərbərlik  üzrə  işə  başlanmasına, 

onun hərbi vəziyyət şəraiti reciminə keçirilməsinə rəhbərlik edir; 

 mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir və onun yerinə 



yetirilməsinə nəzarət edir; 

  hərbi komissarlıqların fəaliyyət və maddi texniki təchizat qaydasını müəyyən edir; 



 silahların və strateci materialların ixracı üzərində nəzarəti təşkil edir; 

 vətəndaşların  hərbi  uçot,  ixtisasları  üzrə  və  zabit  kadrlarının  hazırlanması 



qaydasını,  sənaye  və  başqa  müəssisə  və  təşkilatlarla  hərbi  nümayəndəliklərin  yaradılması 

və fəaliyyət qaydasını müəyyənləşdirir; 

 hərbi  qulluqçuların  hərbi  qulluqdan  ehtiyata  və  ya  istefaya  buraxılmış  şəxslərin, 



onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir. 

 Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinə  bilavasitə  rəhbərliyi  Azərbaycan 

Respublikasının  Müdafiə  Nazirliyi  həyata  keçirir.  Müdafiə  Nazirliyi  Azərbaycan 

Respublikası Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət 

orqanı  olub,  onların  inkişafına,  həmçinin  müdafiə  vəzifələrinin  yerinə  yetirilməsinə, 

hazırlığına  görə  məsuliyyət  daşıyır  və  öz  fəaliyyətində  Azərbaycan  Respublikası 

Prezidentinə tabedir. 

 Azərbaycan Respublikası Müdafiə Nazirliyi aşağıdakı səlahiyyətlərə malikdir: 

 hərbi  siyasi  vəziyyəti  qiymətləndirir  və  hərbi  təhlükənin  dərəcəsini 



müəyyənləşdirir; 

 silahlı  qüvvələrin  quruculuq  və  inkişafı  üzrə  dövlət  proqramının  layihələrini 



hazırlayır və Azərbaycan Respublikası Prezidentinə təqdim edir; 

 qoşunların döyüş, əməliyyat-taktiki və mənəvi-psixoloci hazırılığına rəhbərlik edir; 



 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi vətənpərvərlik 

ruhunda tərbiyəsini təşkil edir; 

 hərbi elminin inkişafına rəhbərlik edir, tədqiqatları təşkil edir və həyata keçirir; 



 hərbi  texnikanın  və  digər  hərbi  əmlakın  yaradılması,  istehsalı  və  təmiri  barədə 

dövlət sifarişlərini verir; 

 vətəndaşların  hərbi  xidmətə  hazırlanması  məsələlərinə  dair  qüvvədə  olan 



qanunvericiliyin icrasında iştirak edir; 

 hərbi  vəzifələrin  hazırlanmasını  və  təkmilləşdirilməsini,  vətəndaşların  həqiqi 



müddətli hərbi xidmətə çağırılmasını, hərbi qulluqçuların ehtiyata buraxılmasını, toplanışa 

çağırılmasını, səfərbərliyi və səfərbərlikdən təxris etməni planlaşdırır və təşkil edir; 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə