Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə216/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   212   213   214   215   216   217   218   219   ...   244

 

401 


 

beynəlxalq  müqavilələrə  uyğun  olaraq  xarici  ölkəyə  daxil  olmaq  üçün  rəsmiləşdirilmiş 

“icazə-viza” əsasında həyata keçirilir. 

Azərbaycan  Respublikasında  qeydiyyatda  olan  və  dənizçilik  məqsədilə  istifadə 

edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işlənən vətəndaşın ölkədən getmək və ölkəyə 

gəlmək hüququ Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi “Dənizçi kitabçası 

haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. 

18  yaşına  çatmamış  vətəndaş  ölkədən  öz  valideynlərinin  və  ya  qanuni 

nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq 

edilmiş razılığı ilə gedə bilər. 

Valideynlərdən  birinin  razılığı  olmadıqda  yetkinlik  yaşına  çatmamış  vətəndaşın 

ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 

Müddətli  həqiqi  hərbi  xidmət  keçən  hərbi  qulluqçular  istisna  olmaqla  Azərbaycan 

Respublikası  Silahlı  Qüvvələrində  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  qoşun 

birləşmələrində  qulluq  edən  hərbi  qulluqçular  komandanlığın  müəyyən  olunmuş  qaydada 

rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. 

18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun 

valideynlərinin  hər  birinin  və  ya  qanuni  nümayəndəsinin  yazılı  şəkildə  ifadə  edilmiş  və 

notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı 

olduqda yol verilir. 

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz 

qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı 

ə

sasında qanuni nümayəndəsinin müşayiəti ilə gedə bilər. 



Azərbaycan Respublikası vətəndaşının pasportu(bundan sonra-pasport) Azərbaycan 

Respublikasının  ərazisindən  kənarda  vətəndaşın  şəxsiyyətini  təsdiq  edən,  habelə  ona 

ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququnun  həyata  keçirilməsi  üçün  verilən  rəsmi 

sənəddir. 



Pasport  18  yaşına  çatmış,  müstəsna  hallarda  isə  təhsil  almaq,  beynəlxalq 

tədbirlərdə  iştirak  etmək,  müalicə  olunmaq  və  ya  daimi  yaşamaq  üçün  xaricə  gedən  18 

yaşına  çatmamış  Azərbaycan  Respublikası  vətəndaşlarına  qanunla  müəyyənləşdirilmiş 

qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. 

Pasportun  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  təsdiq  edilən 

ümumvətəndaş, xidməti, diplomatik tipləri vardır. 

Pasport  Azərbaycan  Respublikasının  mülkiyyətidir,  onun  vətəndaşdan  alınması  və 

ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar 

istisna olunmaqla qəti qadağandır. 

Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş 

pasportu  verən  dövlət  orqanlarına,  belə  hadisə  xaricdə  baş  verərsə,  Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəliyinə  və  ya  konsulluğuna  dərhal  məlumat 

verməlidir. 

Vətəndaş  öldükdə  onun  pasportu,  habelə  etibarlıq  müddəti  qurtarmış  pasport 

müvafiq dövlət orqanına təhvil verilir. 

Ümumvətəndaş pasportu vətəndaşın müraciətindən ən geci bir ay keçənədək onun 

ə

rizəsi,  şəxsiyyət  vəsiqəsi,  fotoşəkli,  dövlət  rüsumunun  ödənilməsi  barədə  qəbz  və  zəruri 



hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında yaşadığı 

yerin daxili işlər orqanı tərəfindən verilir. 




 

402 


 

Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda 

onun ümumvətəndaş pasportuna həmin uşaqlar yazılmalı və fotoşəkilləri yapışdırılmalıdır. 

Ümumvətəndaş pasportunun verilməsi üçün şərti maliyyə vahidi məbləğinin iyirmi 

misli məbləğində dövlət rüsumu alınır. 

Xidməti  pasport  xidməti  işlə  əlaqədar  xarici  ölkələrə  ezam  edilən  Azərbaycan 

Respublikası  Prezidenti,  Milli  Məclis,  Nazirlər  Kabineti  aparatlarının,  mərkəzi  dövlət 

orqanlarının,  prokurorluğun,  Milli  Bankın  məsul  işçilərinə,  hakimlərə,  Mərkəzi  seçki 

komissiyalarının  üzvlərinə,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  və  Nazirlər 

Kabinetinin  məsul  işçilərinə,  şəhər  və  rayon  icra  hakimiyyəti  başçılarına  və  onların 

müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-

texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə) və 

18 yaşına çatmış ərdə olmayan qızlarına, habelə beynəlxalq xətlərdə çalışan dəniz və hava 

gəmiləri,  dəmir  yolu,  avtonəqliyyat  işçilərinə  müvafiq  dövlət  orqanları  rəhbərlərinin 

təqdimatı daxil olduqda ən geci on gün keçənədək, Azərbaycan Respublikasının Xarici  şlər 

Nazirliyi tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya üç illik müddətə verilir. 

Xidməti  pasportun  verilməsi  üçün  şərti  maliyyə  vahidi  məbləğinin  on  misli 

məbləğində dövlət rüsumu alınır. 

Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə 

xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar. 

Diplomatik pasport Azərbaycan Respublikasının Xarici  şlər Nazirliyi tərəfindən: 

1.  öz  vəzifələrini  icra  etməyə  başladıqdan  ən  geci  15  gün  keçənədək  Azərbaycan 

Respublikasının Prezidentinə, Milli Məclisin deputatlarına, Nazirlər Kabinetinin üzvlərinə, 

Konstitusiya  Məhkəməsinin,  Ali  Məhkəmənin,  qtisad  Məhkəməsinin  üzvlərinə,  Baş 

prokurora və onun müavinlərinə, Milli Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi seçki 

komissiyasının,  Azəraycan  Respublikası  Prezidentinin,  Milli  Məclisin,  Nazirlər 

Kabinetinin, Konstitusiya Məhkəməsinin aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də 

daxil  olmaqla  yuxarı  vəzifəlilərə),  mərkəzi  dövlət  orqanlarının  rəhbərlərinə,  diplomatik 

vəzifələrdə  çalışan  şəxslərə,  həmçinin  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

sədrinə, onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası 

Ali Məhkəməsinin sədrinə və Naxçıvan Muxtar Respublikasının Prokuroruna; 

2.  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  sədrinin  və  istisna  hallarda  Azərbaycan  Respublikası  xarici  işlər  nazirinin 

sərəncamına  əsasən  beynəlxalq  konfranslarda,  müşairələrdə  və  danışıqlarda,  BMT  Baş 

Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, 

dövlətlərarası  görüş  və  əlaqələrdə  Azərbaycan  Respublikasını  təmsil  edən  nümayəndə 

heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə; 

3.  Azərbaycan  Respublikası  Prezidentinin,  Milli  Məclisin  sədrinin,  Baş  nazirin, 

Konstitusiya  Məhkəməsi  sədrinin,  xarici  işlər  nazirinin,  habelə  xaricə  3  aydan  artıq 

müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə) və 

18 yaşına çatmış ərdə olmayan qızına verilir. 

Diplomatik pasportun verilməsi üçün dövlət rüsumu alınmır. Diplomatik pasportda 

onun  sahibinin  yetkinlik  yaşına  çatmayış  uşaqları,  arvadı  (əri)  yazıla  bilər  və  belə  halda 

pasporta onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportdan ailə üzvlərinin 

ölkədən getmək və ya ölkəyə gəlmək üçün istifadə etməsi qadağandır. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə