Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə214/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   210   211   212   213   214   215   216   217   ...   244

 

397 


 

16. Avropa Şurasına yanvar 2001-ci il. 

Ümumiyyətlə,  Azərbaycan  Respublikası  xarici  dövlətlərlə  500  çox  müqavilə 

bağlayıb, 120-dən çox beynəlxalq konvensiyalara qoşulmuşdur. 

Azərbaycan Respublikası X N-i sisteminə xarici işlər sahəsində fəaliyyət göstərən 

aşağıdakı kimi orqan, təşkilat, idarə və müəssisələr daxildirlər: 

  Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları; 



  Azərbaycan  Respublikasının  beynəlxalq  (dövlətlərarası,  hökumətlərarası) 

təşkilatlar yanında nümayəndələri; 

  Azərbaycan  Respublikası  ərazisində  X N-in  fəaliyyətinin  təmin  edilməsi  üçün 



yaradılmış və onun tabeçiliyində olan müəssisələr, idarələr və təşkilatlar. 

Xarici  işlər  sahəsində  dövlət  idarəetməsini  bilavasitə  həyata  keçirən  icra 

hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası X N-in əsas vəzifələri aşağıdakılardır: 

  Azərbaycan  Respublikasının  xarici  siyasətinin  ümumi  strategiyasının 



hazırlanması və Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflərin verilməsi; 

  Azərbaycan Respublikasının xarici siyasət xəttinin həyata keçirilməsi; 



  Azərbaycan  Respublikası  Prezidentinə  Azərbaycan  Respublikasının  xarici 

siyasətinin  əsaslarının  müəyyən  edilməsi  haqqında  və  Azərbaycan  Respublikası 

Prezidentinin səlahiyətlərinə uyğun olaraq, onun üzərində rəhbərliyin həyata keçirilməsinə 

dair təklif və tövsiyyələrin hazırlanması və təqdim edilməsi; 

  Azərbaycan  Respublikası  Prezidentinə  xarici  siyasət  sahəsində  dövlət 



orqanlarının  razılaşdırılmış  qarşılıqlı  fəaliyyətinin  təmin  edilməsi  üzrə  təkliflərin 

hazırlanması və təqdim edilməsi; 

  Azərbaycan  Respublikası  Prezidentinə  dövlət  hakimiyyət  orqanlarının  xarici 



siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə məlumat verilməsi; 

  diplomatik 



vasitələrlə 

Azərbaycan 

Respublikasının 

suverenliyinin, 

təhlükəsizliyinin,  ərazi  bütövlüyünün  müdafiəsi  və  beynəlxalq  aləmdə  digər  maraqlarının 

təmin edilməsi; 

  Azərbaycan  Respublikasının  vətəndaşlarının  və  hüquqi  şəxslərinin  xaricdə 



hüquq və mənafelərinin təmin edilməsi; 

  xarici  dövlətlərdə  Azərbaycan  Respublikasının  diplomatik  və  konsulluq 



münasibətlərinin, beynəlxalq təşkilatlarla əlaqələrinin təmin edilməsi; 

  xarici  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibətdə  Azərbaycan 



Respublikasının vahid xarici siyasi xətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə 

digər  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinin  əlaqələndirilməsi  və  onların  işi  üzərində 

nəzarət; 

  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının  siyasi,  iqtisadi,  elmi-texniki, 



mədəni, humanitar münasibətlərinin əlaqələndirilməsi və diplomatik təmini və s. 

Azərbaycan Respublikası X N-in üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün 

X N aşağıdakı hüquqlara malikdir: 

  dövlət  orqanlarıdan,  bələdiyyələrdən,  habelə  təşkilati-;  hüquqi  formasından  və 



idarəçilik  tabeçiliyindən  asılı  olmayaraq  müəssisələrdən,  idarələrdən  və  təşkilatlardan 

Nazirliyin səlahiyyətinə aid məsələlərin həll edilməsi üçün zəruri olan sənədləri, arayış və 

digər  materialları  müəyyən  edilmiş  qaydada  ala  bilər;  məlumatları  müəyyən  edilmiş 

qaydada göstərilən orqanlara, müəssisələrə, idarələrə və təşkilatlara verə bilər; 




 

398 


 

  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  layihələrinin 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  beynəlxalq  hüquqi  normalara 

uyğunluğuna nəzarəti həyata keçirir; 

  xarici  siyasət  və  diplomatik  xidmət  məsələlərinə  dair  qanunvericilik  aktlarının 



hazırlanması  barəsində  təklifləri  Azərbaycan  Respublikası  Prezidentinə  müəyyən  edilmiş 

qaydada baxılmaq üçün təqdim edir; 

  beynəlxalq  əlaqələrini  həyata  keçirərkən  icra  hakimiyyətinin  digər  orqanları, 



yerli  idarəçilik  orqanları,  (habelə  təşkilati-hüquqi  formasından  və  idarəçilik  tabeliyindən 

asılı  olmayaraq  müəssisələr,  idarə  və  təşkilatlar)  üçün  öz  səlahiyyətləri  daxilində  icrası 

zəruri olan normativ xarakterli qərarlar qəbul etmək; 

  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tabeli 



müəssisələrin  yaradılması,  yenidən  təşkil  edilməsi  və  ləğv  edilməsi,  onların  rəhbərlərinin 

vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; maliyyə təsərrüfat fəaliyyətinin təftişi 

və yoxlanılması; 

  konsulluq  və  digər  xidmət  növlərindən  alınan  büdcədən  kənar  vəsaitlərdən 



Nazirliyin  maddi-texniki  bazasının  inkişafının  maliyyələşdirilməsi,  onun  işçilərinin  sosial 

ehtiyacları və maddi həvəsləndirilməsi üçün müəyyən edilmiş qaydada istifadə və s.  

Azərbaycan Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikası Prezidenti 

tərəfindən  vəzifəyə  təyin  edilən  və  vəzifədən  azad  edilən  müavinləri  vardır.  Nazir  öz 

müavinləri arasında vəzifə bölgüsü aparır. 

Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  nazirliyin  üzərinə  qoyulmuş 

vəzifələrin yerinə yetirilməsi və onun tərəfindən öz funksiyalarının həyata keçirilməsi üçün 

şə

xsi  məsuliyyət  daşıyır.  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  nazirliyin 



fəaliyyətinə  rəhbərlik  edir,  onun  struktur  bölmələrinin  Əsasnaməsini,  (habelə  tabeli 

təşkilatların  Əsasnamələrini)  Nizamnamələrini  təsdiq  edir,  kadr,  maliyyə,  istehsalat, 

təsərrüfat  və  digər  məsələlərin  həll  olunmasında  Nazirlik  sisteminin  vəzifəli  şəxslərinin 

səlahiyyətini müəyyən edir. 

  Xarici işlər naziri Nazirliyin mərkəzi aparatının, xaricdəki nümayəndəliklərin, 



tabeli təşkilatların fəaliyyəti məsələləri üzrə əmrlər, təlimatlar və göstərişlər verir; 

  Azərbaycan  Respublikasının  xarici  dövlətlərdəki  səfirlərinin  və  Azərbaycan 



Respublikasının 

beynəlxalq 

təşkilatlardakı 

(dövlətlərarası, 

hökumətlərarası) 

nümayəndələrinin təyin edilməsi və geri çağırılması, dövlət və hökumət nümayəndə heyəti 

rəhbərlərinin  təyin  edilməsi  və  geri  çağırılması  barədə  müəyyən  edilmiş  qaydada 

Azərbaycan Respublikası Prezidentinə təkliflər verir; 

  ikitərəfli  və  çoxtərəfli  danışıqlarda  Azərbaycan  Respublikasını  təmsil  edir, 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının 

beynəlxalq müqavilələrini imzalayır; 

  Azərbaycan  Respublikasının  dövlət  orqanları  ilə  xarici  dövlətlərin  dövlət 



hakimiyyəti  orqanları,  habelə  beynəlxalq  təşkilatlarla  qarşılıqlı  münasibətlərdə  Nazirliyi 

təmsil edir; 

  Nazirliyin mərkəzi aparatının və xaricdəki nümayəndəliklərin rəhbər işçilərini, 



habelə Nazirlik sisteminin digər işçilərini öz səlahiyyəti çərçivəsində vəzifəyə təyin edir və 

vəzifədən azad edir; 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə