Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə211/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   207   208   209   210   211   212   213   214   ...   244

 

390 


 

Azərbaycan Respublikasının xarici fəaliyyəti dövlətin iqtisadi böhrandan çıxmasına, 

iqtisadiyyatda bazar münasibətlərinin yaradılmasına və möhkəmləndirilməsinə, demokratik 

dövlətin  qurulmasına,  dünyada  müharibənin qarşısının  alınmasına və bütün  ölkələrin  dinc 

yanaşı  yaşamasına,  özünün  dövlət  maraqlarının  müdafiə  edilməsinə  köməklik  edən 

beynəlxalq şəraitin yaradılmasına və təmin edilməsinə yönəldilmişdir. 

Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri də bütün 

MDB dövlətləri, həm də keçmiş SSR -nin digər Respublikaları ilə siyasi, iqtisadi, mədəni 

və s. kimi sıx qarşılıqlı əlaqənin yaradılması və həyata keçirilməsidir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  8-ci  maddəsinin  2-ci  bəndinə  əsasən 

Azərbaycan  dövlətinin  başçısı-Azərbaycan  Respublikasının  Prezidentidir.  O,  ölkənin 

daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin 3-cü bəndinə əsasən isə 

Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  dövlətinin  müstəqilliyinin,  ərazi 

bütövlüyünün  və  Azərbaycan  Respublikasının  tərədar  çıxdığı  beynəlxalq  müqavilələrə 

riayət  olunmasının  təmsilçisidir.  Göstərilənlərə  əsaslanaraq,  Azərbaycan  Respublikasının 

Prezidenti  dövlətin  xarici  siyasətinin  əsas  istiqamətlərini  müəyyən  edir.  Azərbaycan 

Respublikasının xarici siyasətinə rəhbərlik də həmçinin Prezidentin üzərinə qoyulmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti dövlət başçısı kimi həmin fəaliyyətin həyata 

keçirilməsində Konstitusiyamızın 109-cu maddəsinə əsaslanaraq aşağıdakı kimi vəzifələrin 

və funksiyaların həyata keçirilməsində və yerinə yetirilməsində Azərbaycan Respublikasını 

təmsil edir: 

  beynəlxalq  münasibətlərdə  xarici  dövlətlərin  rəhbərləri  ilə  danışıqlar  aparır  və 



Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır; 

  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 



diplomatik  nümayəndəliklərinin  təsis  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Milli 

Məclisinə təqdimat verir; 

  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 



diplomatik nümayəndələrini təyin edir və geri çağırır; 

  xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini 



qəbul edir; 

  dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası 



beynəlxalq  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Milli 

Məclisinə təqdim edir; 

  təsdiqnamələri imzalayır; 



  Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfirlərinə, Fövqəladə və 

Səlahiyyətli diplomatik nümayəndələrinə rütbələr verir; 

   siyasi sığınacaq verilməsi məsələlərini həll edir və s. 



Azərbaycan Respublikasının Prezidenti dövlətin xarici siyasətinə rəhbərliyi həyata 

keçirməklə,  Azərbaycan  dövlətinin  müstəqilliyinin,  hakimiyyətliliyinin  və  ərazi 

bütövlüyünün qorunması sahəsində müəyyən tədbirlər keçirir. 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  öz  səlahiyyətləri  çərçivəsində  bütün  nazirliklərin,  o 

cümlədən  Xarici  şlər  Nazirliyinin  fəaliyyətinə  nəzarət  edir  və  onun  fəaliyyətinin  təşkil 

edilməsinə və həyata keçirilməsinə rəhbərlik edir. 



 

391 


 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Konstitusiyamızın  119-cu 

maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  xarici  siasətinin  realizə  olunması  məqsədi 

ilə aşağıdakı kimi tədbirlər həyata keçirir: 

   Azərbaycan  Respublikasının  xarici  siyasətinin  realizəsi  üçün  tədbirlər  həyata 



keçirir; 

  Azrbaycan  Respublikası  Nazirlər  Kabinetinin  nümayəndəliklərini  xarici 



dövlətlərdə və beynəllxalq təşkilatlarda təmin edir; 

  beynəlxalq müqavilələrin icra edilməsi məqsədi ilə tədbirlər görür; 



  hökumətlərarası sazişlər bağlayır; 

  xarici  dövlətlərin  orqan  və  təşkilatları  ilə  münasibət  yaradan  icra  hakimiyyəti 



orqanlarının fəaliyyətini əlaqələndirir. 

Xarici  işlər  sahəsində  idarəetmənin  həyata  keçirən  orqanların  sistemi  Azərbaycan 

Respublikasının  Xarici 

ş

lər  Nazirliyindən,  (bundan  sonra  X N)  diplomatik 



nümayəndəliklərdən (səfirliklər) və konsulluqlardan ibarətdir. 

Diplomatik  nümayəndəliklərin  fəaliyyətlərinin  hüquqi  bazasını  beynəlxalq  hüquq 

normaları, həm də onların təşkil edildikləri ölkələrlə Azərbaycan Respublikasının sazişləri 

təşkil edir. 

X N-in xaricdəki diplomatik nümayəndəlikləri onların olduqları ölkədə Azərbaycan 

Respublikasının 

nümayəndəliyi 

funksiyasını 

yerinə 

yetirirlər. 



Diplomatik 

nümayəndəliklərin  bu  funksiyasının  həyata  keçirilməsi  aşağıdakı  vəzifələrin  realizə 

olunmasına və təmin edilməsinə yönəldilmişdir: 

  olduğu  ölkədə  Azərbaycan  Respublikasının  vahid  xarici  siyasi  xəttinin  realizə 



edilməsinə və təmin edilməsinə; 

  Azərbaycan  Respublikasının  siyasi,  iqtisadi  və  digər  mənafelərinin  müdafiə 



edilməsinə; 

  Azərbaycan  Respublikasının  xaricdəki  idarə,  təşkilat  və  vətəndaşlarının  siyasi, 



iqtisadi və digər mənafelərinin müdafiə edilməsinə və s. 

Diplomatik nümayəndəliklər diplomatik yollarla olduqları ölkələrin siyasi, iqtisadi 

vəziyyətləri  və  həmin  ölkələrdə  əsas  vəziyyətlər,  hadisələr  barədə  olan  məlumatlar 

toplayırlar və sonra onları Azərbaycan Respublikasının X N-ə göndərirlər. 

Diplomatik  nümayəndəliklər  olduqları  ölkənin  rəhbərləri  ilə  danışıqlar  aparır, 

Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  dostluq  münasibətlərinin,  iqtisadi,  elmi-

texniki, mədəni əlaqələrin yaranmasına kömək edirlər. 

Diplomatik nümayəndəliklər öz funksiya və səlahiyyətlərinin realizəsi prosesində 

olduqları ölkədə Azərbaycan Respublikasının olan digər nümayəndəliklərinin (ticarət, elmi, 

iqtisadi, həmçinin də Azərbaycan Respublikasının dövlət, idarə, müəssisə və təşkilatlarının, 

onların  nümayəndələrinin  və  mütəxəssis  qruplarının)  fəaliyyətlərinin  əlaqələn-dirilməsini 

və işlərinə nəzarəti həyata keçirir. 

Göstərilən  nümayəndəliklərin,  nümayəndələrin  və  mütəxəssis  qruplarının 

rəhbərləri  öz  fəaliyyətlərini  diplomatik  nümayəndəliyin  başçısı  ilə  razılaşdırmalı,  ona  öz 

funksiyalarının  və  səlahiyyətlərinin  həyata  keçirilməsində  köməklik  göstərməli  və  öz 

fəaliyyətləri barədə ona  məlumat  verməlidirlər.  Öz  növbəsində müxtəlif  nümayəndəliklər, 

dövlət idarələri, təşkilatları və müəssisələri, nümayəndələr, mütəxəssis qrupları və onların 

rəhbərləri X N-ə zəruri köməklik və müraciət edə bilərlər. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə