Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə210/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   206   207   208   209   210   211   212   213   ...   244

 

388 


 

29.


 “Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu, 14 iyun 1994-cü il. 

30.

 “Konsul  Nizamnaməsinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının 



Qanunu, 8 fevral 1994-cü il. 

    5.  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 

    6. E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

 

7.V.M.Monax,  Ö.S.Aduşmin,  Z.A.Baqişaev.“Rossiyskoe  admi-nistrativnoe  pravo”.  



Dərslik.        M., 1997-ci il. 

     8.A.P.Alexin,  A.A.Kormolitskiy,  E.M.  Kozlov.      “Administratisnoe  pravo  Rossiyskoy 

Federaüii”. Dərslik.   M., 1997-ci il.  

 9.  A.P. Korenev.  “Administrastivnoe pravo”. Dərslik.  M., 1999-cu il.  



 

G   R   Ş 

 

1991-ci  il  oktyabr  ayının  18-də  Azərbaycan  Respublikasının  Ali  Soveti  xalqın 



iradəsini  ifadə  edərək  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında 

Konstitusiya Aktını qəbul edərək, Azərbaycanın dövlət müstəqilliyini dünyaya bəyan etdi. 

Bu möhtəşəm addımdan sonra Azərbaycan Respublikası həm  daxildən, həm də xaricdən 

bir sıra təcavüzlərə məruz qaldı.  kinci tərəfdən Azərbaycan Respublikası keçmiş Sovetlər 

ttifaqı  tərkibində  olan  müddətdə,  müstəqil  olaraq  heç  bir  vaxt  özünün  xarici  siyasətini 

həyata keçirməmişdir.  

“Xarici işlər sahəsində dövlət idarəetməsi” mövzusunun öyrənilməsinin həm nəzəri 

cəhətdən,  həm  də  təcrübi  cəhətdən  bu  mənada  böyük  əhəmiyyəti  vardır.  Çünki 

Azərbaycan  Respublikası  öz  müstəqilliyini  elan  etdikdən  sonra  müstəqil  bir  dövlət  kimi 

özünün  xarici  siyasətini  həyata  keçirməyə  başladı.  Digər  tərəfdən  isə  1991-ci  ildən  bu 

günə  kimi  Azərbaycan  Respublikası  beynəlxalq  təşkilatların  üzvü  olmuş,  bir  sıra 

dövlətlərdə  öz  diplomatik  nümayəndəliklərini,  konsulluqlarını  açmış  və  Azərbaycan 

Respublikasında  da  bir  sıra  xarici  dövlətlərin  diplomatik  nümayəndəlikləri  və 

konsulluqları fəaliyyət göstərir. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən 

sonra müstəqil bir dövlət kimi üzvü olduğu beynəlxalq təşkilatlarda özünü təmsil edir və 

xarici  dövlətlərlə  tam  bərabər  vəziyyətdə  qarşılıqlı  əlaqə  yaradır  və  dövlətin  xarici 

siyasətini həyata keçirir. 

Bu  mövzunun  köməkliyi  ilə  biz  xarici  işlər  sahəsində  idarəetmənin  məzmununu, 

xarici  işlər  sahəsində  idarəetmənin  təşkilati-hüquqi  formalarını,  Xarici  şlər  Nazirliyinin 

və  onun  orqanlarının  qarşısında  duran  vəzifələri,  funksiyaları  və  hüquqları  öyrənmiş 

olacağıq. 

Azərbaycan Respublikasının qonşu və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s. 

ə

laqələrinin yaranmasına və inkişaf etdirilməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının 



fəaliyyəti haqqında hüquqi biliklərin əldə edilməsi sizin bir hüquqşünas kimi həm nəzəri, 

həm  də  təcrübi  cəhətdən  peşəkar  kimi  formalaşmağınızda  böyük  əhəmiyyətə  malik 

olacaqdır.  

Odur ki, indi də birinci sualın açıqlanmasına keçək. 

 

 

 




 

389 


 

SUAL  I.  XARICI  IŞLƏR  SAHƏSINDƏ  DÖVLƏT  IDARƏETMƏSININ  ANLAYIŞI, 

PRINSIPLƏRI VƏ TƏŞKILATI-HÜQUQI FORMALARI. 

 

Azərbaycan  xalqı  özünün  çoxəsrlik  dövlətçilik  ənənələrini  davam  etdirərək  18 

oktyabr  1991-ci  ildə  qəbul  edilmiş  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi 

haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək bütün cəmiyyətin və 

hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq ədalətin, azadlığın və təhlükəsizliyin 

bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini 

anlayaraq suveren hüququndan istifadə edərək aşağıdakı niyyətlərini bəyan edir: 

  Azərbaycan  dövlətinin  müstəqilliyini,  suverenliyini  və  ərazi  bütövlüyünü 



qorumaq; 

  Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; 



  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; 

  xalqın  iradəsinin  ifadəsi  kimi  qanunların  aliliyini  təmin  edən  hüquqi,  dünyəvi 



dövlət qurmaq; 

  ədalətli  iqtisadi  və  sosial  qaydalara  uyğun  olaraq  hamının  layiqli  həyat 



səviyyəsini təmin etmək; 

  ümumbəşəri  dəyərlərə  sadiq  olaraq  bütün  dünya  xalqları  ilə  dostluq,  sülh  və 



ə

min-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşıqlı fəaliyyət göstərmək. 

Azərbaycan  Respublikası  özünün  xarici  siyasətini  12  noyabr  1995-ci  il  tarixində 

ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiyasına əsasən 

bütün dünya xalqları ilə sülh, dostluq, əmin-amanlıq və tam bərabər hüquqlu subyekt kimi 

qurur və həyata keçirir. 

 Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinin  2-ci  bəndinə  əsasən 

Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti  daxili  məsələlərdə  yalnız  hüquqla,  xarici 

məsələlərdə  isə  yalnız  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən  irəli  gələn  müddəalarla  məhdudlaşır.  Bundan  əlavə  onu  da  qeyd  etmək 

lazımdır  ki,  Konstitusiyamızın  10-cu  maddəsində  göstərilmişdir  ki,  Azərbaycan 

Respublikası  başqa  dövlətlərlə  münasibətlərini  hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüquq 

normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 

 Xarici  işlər  sahəsində  dövlət  idarəetməsi  dedikdə,  Azərbaycan  Respublikasının 

qonşu və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s. əlaqələrinin yaranmasına və inkişaf 

etdirilməsinə  yönəlmiş  səlahiyyətli  dövlət  orqanlarının  (vəzifəli  şəxslərin)  fəaliyyəti  başa 

düşülür. 

Azərbaycan  Respublikası  başqa  dövlətlərlə  münasibətlərini  hamılıqla  qəbul 

edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan aşağıdakı prinsiplər əsasında qurur 

və həyata keçirir: 

  digər xarici ölkələrin daxili işlərinə qarışmamaq şərti ilə; 



  digər xarici ölkənin sərhədlərinin və ərazi bütövlüyünün pozulmaması əsasında; 

  bir-birinə qarşı güc tətbiq etmədən və yaranmış mübahisələrin sülh yolu ilə həll 



edilməsi; 

  qarşılıqlı faydalı əməkdaşlıq əsasında; 



  xalqların bərabərliyi və s. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə