Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə225/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   221   222   223   224   225   226   227   228   ...   244

 

419 


 

         3. 

doktorantura.  

         Bakalavriat  təhsil  səviyyəsində  tam  orta  təhsil  və  orta  ixtisas  təhsili  bazasında  ayrı-

ayrı  ixtisasların  təhsil  proqramları  üzrə  geniş  profilli  ali  təhsilli  mütəxəssislər  hazırlanır. 

Bakalavriat  təhsili  başa  çatmış  ali  təhsildir.  Bakalavriatı  bitirən  məzunlara  «bakalavr»  ali 

peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi 

tədqiqat  və  ali  təhsil  müəssisələrində  elmi-pedaqoji  fəaliyyət  istisna  olmaqla,  bütün  digər 

sahələri  əhatə  edir.  Bakalavriat  təhsilinin  məzmunu  və  təşkili  qaydaları  müvafiq  icra 

hakimiyyəti 

orqanı 

tərəfindən 



müəyyən 

edilir. 


         Magistratura təhsili ixtisaslaşmalar  üzrə hər hansı  ixtisas  sahəsinin  elmi  tədqiqat və 

ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar 

fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura 

təhsilinin  məzmunu,  təşkili  və  «magistr»  dərəcələrinin  verilməsi  qaydaları  müvafiq  icra 

hakimiyyəti 

orqanı 


tərəfindən 

müəyyən 


edilir. 

         Magistratura  elmi-pedaqoji  kadr  potensialı,  maddi-texniki  bazası  və  təhsil 

infrastrukturu  kifayət  qədər  yüksək  olan  ali  təhsil  müəssisələrində  yaradıla  bilər.  

         Tibb  təhsili  təhsil  proqramlarına  və  dövlət  təhsil  standartlarına  uyğun  olaraq,  əsas 

təhsilə  və  rezidenturaya  ayrılır,  məzunlara  müvafiq  olaraq  həkim  və  həkim-mütəxəssis  ali 

peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq 

icra 

hakimiyyəti 



orqanı 

tərəfindən 

müəyyən 

edilir.  

         Xüsusi  qabiliyyət  tələb  edən  və  öz  xüsusiyyətləri  ilə  fərqlənən  mədəniyyət,  musiqi, 

incəsənət,  idman,  memarlıq,  dizayn  və  bu  kimi  digər  sahələr  üzrə  magistr  hazırlığı  yalnız 

nəzəri  hazırlıq  və  tədqiqat  tələb  edən  sahələr  üzrə  həyata  keçirilir.  Bu  ixtisasların  siyahısı 

müvafiq 


icra 

hakimiyyəti 

orqanı 

tərəfindən 



müəyyən 

edilir. 


 

                                         Doktorantura  

 

          Doktorantura  ali  təhsilin  ən  yüksək  səviyyəsi  olmaqla  elmi  və  elmi-pedaqoji 



kadrların  hazırlanmasını,  ixtisas  və  elmi  dərəcələrin  yüksəldilməsini  təmin  edir. 

          Doktorantura  təhsili  ali  təhsil  müəssisələrində  və  elmi  təşkilatlarda  yaradılan 

doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq 

elmi  dərəcənin  verilməsi  ilə  başa  çatır.  Elmi  dərəcələr  ali  təhsil  müəssisələrində  və  elmi 

təşkilatlarda  fəaliyyət  göstərən  dissertasiya  şuralarının  vəsatəti  əsasında  qanunvericiliyə 

uyğun 


olaraq 

verilir.  

          Azərbaycan 

Respublikasında 

aşağıdakı 

elmi 


dərəcələr 

müəyyən 


edilir: 

          1. 

Fəlsəfə 

doktoru 


– 

elm 


sahələri 

göstərilməklə; 

          2. 

Elmlər 


doktoru 

– 

elm 



sahələri 

göstərilməklə. 

          Doktoranturaların  yaradılması,  doktoranturaya  qəbul  və  elmi  dərəcələrin  verilməsi 

qaydaları 

müvafiq 

icra 


hakimiyyəti 

orqanı 


tərəfindən 

müəyyən 


edilir.  

          Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  doktoranturalarına  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  qəbulu  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələr,  habelə  ali  təhsil  müəssisəsi  ilə  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan 

şə

xs  arasında  ödənişli  əsaslarla  bağlanan  müqavilə  əsasında  həyata  keçirilir. 



          Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən 

edilmiş  qaydada  həmin  elmi  dərəcəni  təsdiq  edən  vahid  formada  dövlət  nümunəli  sənəd  – 

diplom 

verilir. 




 

420 


 

         Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi 

dərəcələrin  verilməsi  dissertantlıq  yolu  ilə  də  reallaşdırılır.  Ali  təhsil  müəssisələrinin 

müvafiq  kafedralarına  və  elmi  tədqiqat  müəssisələrinə  dissertantların  təhkim  olunması  və 

elmi  dərəcələrin  verilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.  

         Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri 

nəticələrə  görə  müəyyən  edilmiş  qaydada  elmi  adlar  verilir.  Azərbaycan  Respublikasında 

aşağıdakı 

elmi 


adlar 

müəyyən 


edilir: 

         1. 

dosent;  

         2. 

professor. 

         Dosent  və  professor  elmi  adlarının  verilməsi  qaydaları  və  şərtləri  müvafiq  icra 

hakimiyyəti 

orqanı 


tərəfindən 

müəyyən 


edilir. 

         Azərbaycan  Respublikasında  ali  təhsil  müəssisəsinin  fəxri  professor  (doktor)  adı 

vermək  hüququ  vardır.  Fəxri  professor  (doktor)  adının  verilməsi  qaydaları  və  şərtləri  ali 

təhsil 


müəssisəsinin 

nizamnaməsi 

ilə 

müəyyən 


edilir. 

 

                                                 Əlavə 



təhsil 

 

          Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas 



təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz 

təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə 

hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən 

ə

mək  şəraitinə  uyğunlaşdırılması,  yaşlı  vətəndaşların  ölkənin  sosial,  iqtisadi,  siyasi  və 



mədəni  həyatında  fəal  və  səmərəli  iştirakının  təmin  edilməsi  vəzifəsini  daşıyır. 

         Azərbaycan  Respublikasında  əlavə  təhsil  aşağıdakı  istiqamətləri  əhatə  edir:  

         1. 

ixtisasartırma;  

         2. 

kadrların 

yenidən 

hazırlanması;  

         3. 

stajkeçmə 

və 

kadrların 



təkmilləşdirilməsi; 

         4. 

təkrar 

ali 


təhsil 

və 


orta 

ixtisas 


təhsili;  

         5. 

dərəcələrin 

yüksəldilməsi; 

         6. 

yaşlıların 

təhsili. 

         Əlavə  təhsil  ixtisasartırma  və  yenidənhazırlanma  qurumlarında,  peşə-ixtisas  təhsili 

müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və 

bu  sahə  üzrə  fəaliyyətinə  xüsusi  razılıq  verilmiş  digər  müəssisələrdə  həyata  keçirilir. 

         Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 

şə

xslərə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  müvafiq 



sənəd  verilir.  xtisasartırma  kurslarını  bitirmiş  şəxslər  barəsində  stimullaşdırıcı  tədbirlər 

tətbiq 


edilir. 

 

                           Təhsil 



sistemində 

elmi 

araşdırmalar 

 

          Təhsil  sistemində  elmi  araşdırmalar  təhsili  idarəetmə  orqanları  tabeliyində  fəaliyyət 



göstərən  elmi  tədqiqat  strukturlarında,  ali  təhsil  müəssisələrində  və  onların  müvafiq 

qurumlarında  və  ya  bölmələrində  (elmi  tədqiqat  institutları,  mərkəzlər,  kafedralar, 

laboratoriyalar 

və 


s.) 

aparılır. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə