11
icra hakimiyyəti orqanları (idarəetmənin əsas subyektləri).
b) Yerli özünüidarə orqanları (bələdiyyə orqanları).
3. Dövlət idarəetməsində rəhbər tutulan prinsiplərin məzmunundan asılı olaraq onlar
aşağıdakı iki əsas qrupa bölünür:
- dövlət idarəetməsinin ümumi (sosial-hüquqi) prinsipləri:
•
obyektivlik (elmilik);
•
qanunçuluq və intizam;
•
konkretlilik (dəqiqlilik);
•
idarəetmədə vətəndaşların iştirakı;
•
effektivlilik.
- dövlət idarəetməsinin təşkilati prinsipləri:
•
sahəvi prinsip;
•
xətti tabecilik prinsipi;
•
ərazi prinsipi;
•
funksional tabecilik prinsipi;
•
ikili tabeçilik prinsipi;
•
təkbaşçılığın və kollegiallığın uzlaşdırılması prinsipi;
•
səlahiyyətlərin səmərəli bölüşdürülməsi prinsipi.
4. Dövlət idarəetmə metodları aşağıdakı növlərə bölünür:
- inzibati metodlar (məsələn: müxtəlif əmrlərin, göstərişlərin, təlimatların və s.
tətbiq edilməsi);
- iqtisadi metodlar (dövlət idarəetmə orqanları qərarlarının yerinə yetirilməsi üçün
maddi marağın yaradılması);
- ideoloji metodlar (mənəvi həvəsləndirmənin müxtəlif növləri və s.).
5. Dövlət idarəetmə prosesində aşağıdakı funksiyalar reallaşdırılır:
proqnozlaşdırma;
planlaşdırma;
idarəedən və idarəolunan sistemaltının təşkili;
hüquqi nizamasalma;
ümumi rəhbərlik və operativ-sərəncamvermə ;
müxtəlif idarəetmə orqanların, vəzifəli şəxslərin, təşkilatların fəaliyyətinin
qabaqcadan və cari əlaqələndirilməsi;
yoxlama;
icraedici-sərəncamverici fəaliyyətin uçotunun aparılması;
məlumatlandırmanın təmin edilməsi və analitik işin aparılması;
metodiki rəhbərlik;
maddi-texniki təminat və s.
Sual III
cra hakimiyyə
tinin anlayış
ı, xüsusiyyə
tlə
ri və
mə
qsə
di
Vahid dövlət hakimiyyətini təşkil edən qanunverici, icra və məhkəmə hakimiyyəti
qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Göstərilən bu
prinsipdən keçmiş Sovetlər ttifaqı dövründə imtina edirdilər. Həmin dövrdə «qanunverici
hakimiyyətlə icra hakimiyyətinin birləşdirilməsi» kimi şüarlar işlədilirdi. Bu şüarlar birbaşa
elmə və təcrübəyə tətbiq edilir və ″Bütün hakimiyyət Sovetlərə″ kimi fikirlərin
12
formalaşmasına gətirib çıxarmışdı. Keçmiş SSRi-də hakimiyyətlərin bölünməsi rəsmi olaraq
Qərb alimlərinin fikri kimi qəbul edilir və dövlət idarəetməsində tətbiq olunmurdu .
Həqiqətdə ″hakimiyyətlərin bölünməsi″ nəzəriyyəsi aşağıdakı kimi prinsipial əsaslardan irəli
gəlir:
dövlət hakimiyyəti bir şəxsə və ya bir dövlət orqanına məxsus olarsa, bu totalitar
və antidemokratik rejim deməkdir ;
dövlət hakimiyyəti yalnız qanunvericilik hakimiyyəti ilə məhdudlaşdırıla bilməz .
Çünki o bu və ya digər qolun fəaliyyətinin vahid əsasını təşkil edir.
cra hakimiyyəti müəyyən dövlət orqanlarının və vəzifəli şəxslərin icraedici-
sərəncamverici fəaliyyətlərini təşkil edən və həyata keçirən dövlət hakimiyyəti qollarından
biridir.
cra hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından aşağıdakı xüsusiyyətlərinə
görə fərqlənir:
1.
cra hakimiyyəti vahid dövlət hakimiyyətinin müstəqil qolu olub, qanunverici və
məhkəmə hakimiyyəti ilə sıx qarşılıqlı əlaqədədir.
2.
cra hakimiyyəti yalnız funksional səlahiyyət mənasında müstəqildir. O qanunların
təcrübi cəhətdən reallşdırılmasına xidmət edir. Dövlət hakimiyyətinin digər səlahiyyətləri
qanunverici və məhkəmə hakimiyyətinin payına düşür.
3.
cra hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulmuş dövlət
hakimiyyət mexanizminin vacib atributudur. O qanunverici və məhkəmə hakimiyyətləri ilə
qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4.
cra hakimiyyəti başqalarının fəaliyyətinə və davranışına müəyyənedici təsirlər
göstərmək bacarığına və başqalarının iradəsini öz iradəsinə tabe etmək hüququna malikdir. O
hakimiyyətin hüquq tətbiqetmə və hüquq icraetmə funksiyası vasitəsi ilə həyata keçirilir. cra
hakimiyyətinin bu əlaməti dövlətin hüquqi təbiətini açıqlayır. Bu əlamət özünüidarəetmə
vasitəsi kimi icraçılığı idarəetmədən fərqləndirməyə imkan verir.
5.
cra hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolu olub, dövlətin icra fəaliyyəti
ilə eyniləşdirilə bilməz. Dövlət fəaliyyətinin bu növü icra hakimiyyəti vasitəsilə reallaşdırılır.
cra hakimiyyəti bu halda icra fəaliyyətinin funksional səlahiyyətlərinin ifadəsindən
ibarətdir.
6.
cra hakimiyyəti mahiyyətcə hüquqtətbiqedici fəaliyyət növüdür. Hüquq
tətbiqedici fəaliyyət dedikdə, hüquq tətbiqetmənin xüsusi növü başa düşülür. Qeyd etmək
lazımdır ki, hüquqtətbiqetmə fəaliyyətini məhkəmə orqanları da həyata keçirir. Lakin onların
hüquq tətbiqetmə fəaliyyətləri məzmunca və məqsədcə bir-birindən fərqlənir. Məhkəmə
hakimiyyəti tərəfindən hüquq tətbiqedici fəaliyyət qüvvədə olan qanunvericiliyin pozulması
ilə əlaqədar olaraq tətbiq edilir. cra hakimiyyəti tərəfindən hüquq tətbiqedici fəaliyyət onun
təsiri altında olan sosial, iqtisadiyyat, mədəniyyət və s. obyektlərin normal və effektiv
fəaliyyəti üçün qanunvericiliyin tələblərinin birbaşa icrası prosesində tətbiq edilir.
7.
cra hakimiyyəti müəyyən icraedici səlahiyyətlərə malik xüsusi subyektlərin
fəaliyyətində özünü biruzə verir. cra hakimiyyəti dövlət hakimiyyət mexanizmində müvafiq
orqanlar ilə təmin edilmişdir. Təbii ki, dövlət hakimiyyətinin qanunvericilik və məhkəmə
orqanları icra hakimiyyəti orqanları sisteminə daxil deyildir.
Beləliklə, icra hakimiyyəti özünün ″dinamik″ keyfiyyətlərini dövlət orqanları vasitəsi
ilə əldə edir. Onlar icra hakimiyyəti subyektləri qismində çıxış edirlər. Azərbaycan
Respublikası Konstitusiyasının 9, 114, 124, 134, 137, 140-141-ci maddələrinə əsasən, icra