Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə15/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
32
 
 
 
Mövzu 4.  Xalis kapitalizm və gəlirlərin dövr etməsi 
 
4.1  İqtisadi sistem, onun mahiyyəti və formaları 
4.2  Bazar münasibətləri iqtisadi sistem  
a.  Xalis (sərbəst) kapitalizm  
b.  İnhisarçı kapitalizm  
4.3  Qeyri-bazar iqtisadi sistemi  
a.  Ənənəvi sistem 
b.  İnzibati-amirlik sistemi  
4.4  Qarışıq iqtisadi sistem  
4.5  Bazar iqtisadi sisteminin modelləri  
4.6  Resursların və gəlirlərin dövr etməsi  
 
4.1.  Sistem  (system)  sözünün  yunan  dilindən  tərcüməsi  müxtəlif  hissələrdən  ibarət 
olan  tam,  yaxud  bütov  mənasının  verir.  İqtisadi  sistem  dedikdə  təbiətin,  cəmiyyətin  və 
insan  fəaliyyətinin  qarşılıqlı  əlaqəsi,  habelə  kompleksli  surətdə  inkişafı  başa  düşülür. 
Deməli,  iqtisadi  sistem  təsərrüfat  həyatı  hadisələrinini  və  prinsiplərinin  inkişafı  gedişini 
özündə əks etdirir. Bu  baxımdan  iqtisadi sistem konkret hər hansı  bir cəmiyyətin  istehsal 
imkanlarına,  ölkənin  və  əhalinin  maddi-mənəvi  ehtiyaclarının  ödənilməsi  səviyyəsinə 
uyğun olmalıdır. Başqa sözlə iqtisadi sistem – cəmiyyət miqyasında iqtisadi əlaqələrin və 
insanların  çoxcəhətli  təsərrüfat  fəaliyyətinin  ümumi  nəticəsi  olub,  bütovlükdə  ölkənin, 
onun  əhasilinin  maddi-mənəvi  tələbatarının  dolğun  ödənilməsi  məqsədinə  xidmət  edir. 
Nobel  mükafatı  laureatı  Vasili  Leontiyev  (ABŞ)  iqtisadi  sistem  anlayışını  belə 
müəyyənləşdirmişdir: «Hər bir ölkənin iqtisadiyyatı – qarşılıqlı əlaqə və asılılıqda çoxsaylı 
fəaliyyət növlərindən ibarətdir. Bu vahid sistemin hər bir həlqəsi başqasına nə isə (məhsul-
xidmət)  verməklə,  eyni  zamanda  digərlərindən  nə  isə  almaqla  yaşaya  bilər».  Başqa  bir 
fikrə  görə,  iqtisadi  sistem  –  cəmiyyətdə  baş  verən  iqtisadi  proseslərin,  mülkiyyət 
münasibətləri  və  hüquqi-təşkilat  formaları  əsasında  həyata  keçirilməsidir.  İlk  baxışda 
mürəkkəb  və  qarışıq  görünən  cəmiyyətin  təsərrüfat  həyatı,  ölkənin  iqtisadi  sistemi, 
şübhəsiz müəyyən qaydalar, prinsiplər əsasında təşkil olunaraq idarə edilir. İqtisadi sistem 
cəmiyyət  miqyasında  istehsalla  istehlakçılar  arasındakı  əlaqələri  müxtəlif  formalarda 
nizamlayıb reallaşdıraraq, ölkənin iqtisadi-sosial inkişafını təmin edir.  
Eyni zamanda iqtisadi nəzəriyyədə iqtisadi sistem anlayışına qısa və geniş təriflər də 
verilir.  Qısa  tərifə  əsasən  «cəmiyyətdə  başlıca  iqtisadi  münasibətlər  (mülkiyyət)  və 
istehsalın  (müəssisələrin,  şirkətlərin,  birliklərin)  təşkilati-hüquqi  formaları  bazasında 
yaranmış prosesə iqtisadi sistem deyilir. «Geniş tərifə görə «iqtisadi sistem – iqtisadiyyatın 
əsas problemlərinin həllinin təşkili və idarə olunmasına görə mövcud resurslardan (torpaq, 
kapital,  əmək,  sahibkarlıq  qabiliyyəti)  istifadə  edərək  cəmiyyətin,  habelə  onun  üzvlərinin 
tələbatlarının ödənilməsi prosesinə deyilir» 
Aydındır  ki,  müxtəlif  tarixi  dövrlərdə  cəmiyyətin  ehtiyaclarını  və  insanların 
tələbatlarını  ödəmək  üçün  ölkənin  iqtisadi  resursları,  oradakı  mülkəyyət  (icma,  xüsusi, 
dövlət,  korporativ,  bələdiyyə,  qarışıq)  formaları,  konkret  daxili-xarici  vəziyyətin  mühüm 
əhəmiyyəti  vardır.  Lakin  ən  qədim  dövrlərdən  başlayaraq  bizim  günlərə  qədər  müxtəlif 
ictismai-iqtisadi  quruluş  mərhələləri  keçmiş  insan  cəmiyyəti  yaşayıb  inkişaf  etmək  üçün 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
33
 
 
hökmən müxtəlif təyinatlı məhsul və xidmətləri istehsal etmiş, bunların bölgüsünü həyata 
keçirmiş, mübadilə etmiş, nəhayət istehlak məqsədi ilə sərf olunmuşdur.  
Deməli,  bütün  iqtisadi  sistemlər  həmişə  «nə  istehsal  etməli,  necə  istehsal  etməli  və 
kim üçün isitehsal etməli?» problemi ilə bu və ya digər formada qarşılışmışlar. Bu həyatı 
suallara cavab isə məhdud iqtisadi resurslara cəmiyyətin artan tələbatlarını necə ödəməyin 
optial yollarını tapmaq istiqamətində axtarılmışdır. Müxtəlif iqtisadi sistemlər bu məqsədi, 
məhdud  iqtisadi  resurslardan  səmərəli  istifadə  etməklə,  cəmiyyətin  və  onun  üzvlərinin 
tələbatlarını daha dolğun ödəməklə reallaşdırmağa çalışmışlar.  
Hər hansı  bir  iqtisadi  sistemdə – torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti kimi 
istehsal  amillərinin  qarqşılıqlı  əlaqəsi  və  bir-birini  tamamlayan  fəaliyyəti  əsas  şərtdir. 
İqtisadi  sistemin  strukturunun  (quruluşunun)  tərkib  hissələri  kimi  səciyyəldəndirilən  bu 
istehsal  amillərinin  fasiləsiz  hərəkəti  və  fəaliyyəti,  şübhəsiz  müəyyən  qanunlar, 
qanunauyğunluqlar, prinsiplər, modellər, (variantlar) əəsasında baş verir. İqtisadi sistemin 
mahiyyətindən və məqsədindən irəli gələn vəzifəsi, bütövlükdə ölkənin təsərrüfat həyatının 
normal fəaliyyətinə xidmət göstərmək, əhalinin yaşayış səviyyəsini yüksəltməkdir.  
İqtisadi  nəzəriyyə  (economics)  elmi,  indiyədək  bəşər  cəmiyyəti  tarixində  mövcud 
olmuş iqtisadi sistemləri (onların müxtəlif forma, model, variantları, da daxil edilməklə) 2 
böyük qrupa ayrılır. Birincisi, bazar  iqtisadi sistemi olub, özündə bu sistemin xalis bazar 
(sərbəst bazar, rəqabət bazarı) və müasir bazar (inhisarçı, korporasiya) formalarını, yaxud 
tiplərini birləşdirir. İkinçisi, qeyri-bazar iqtisadi sistemi adlanıb, özündə ənənəvi və əmrlə 
idarə ounan inzibati-amirlik iqtisadi sistemlərini birləşdirir. Törəmə bir forma kimi qarışıq 
iqtisadi sistemi göstərmək olar.  
Ölkənin  iqtisadi  resursları  və  siyasi-ictimai  quruluşundan  asılı  olaraq,  həm  bazar, 
həm də qeyri-bazar iqtisadi sistemlərinin müxtəlif modelləri mümkündür. Tarixi ardıcıllıq 
cəhətdən  qeyri-bazar  iqtisadi  sisteminin  qədimliyinə  baxmayaraq,bazar  münasibətləri 
iqtisadi  sisteminin  müasir  dövr  üçün  əhəmiyyətini  nəzərə  alaraq,  ilk  növbədə  onun 
formalarını nəzərdən keçirmək məqsədəuyğundur. 
 
4.2.(a)  Xalis  (sərbəst  rəqabət)  bazarı  forması  XVIII  əsrdən  meydana  çıxaraq,  XX 
yüzilliyin  əvvəllərinə  qədər  davam  etmişdir.  Bu  bazarın  fəaliyyətinin  səciyyəvi  cəhətləri 
onun  tələb-təklif,  çoxsaylı  alıcıların-satıcıların  iştirakı,  azad  rəqabət,  məlumat  toplamaq 
imkanları,  qiymətlərin  sərbəst  formalaşması,  dövlətin  bazarın  işinə  qarışmaması, 
inhisarçılığın  olmamasıdır.  Sərbəst  rəqabət  bazarı  öz-özünü  tənzimləmək  mexanizmi 
əsasında  fəaliyyət  göstərir,  alıcı  tələbatlarının  ödənilməsinə  yönəlmişdir,  iqtisadi 
resursların  səmərəli  bölgüsünü  təmin  edir,  əmtəə-xidmətlərin,  kapitalın,  əməyin  (iş 
qüvvəsinin) bir sahədən digərinə hərəkətinə (axınına) şərait yaradır. 
Xalis rəqabət bazarının çatışmayan cəhətləri sırasında əhalinin həyat səviyyəfsindəki 
fərqləri,  insanların  sosial  müdafiəsinin  olmamasını,  işsizliyi,  müflis  olmaq  hallarını, 
tədavüldə kifayət qədər pul kütləsinin olmamasını qeyd etmək olar.  
Əlbəttə,  sözün  əsl  mənasında  sərbəst  bazar  anlayışı  bir  qədər  mücərrəd  səslənir. 
Çünki əvvəlki dövrlərdə də, xüsusilə  müasir şəraitdə bazarın tam sərbəstliyindən və onun 
fəaliyyətinə  dövlətin  müdaxilə  edib  tənzimləməməsindən  danışmaq  mümkün  deyildir. 
Tənzimlənən  bazar,  sivil  və  humanist  bir  cəmiyyətin  inkişafının  nəticəsi  kimi  onun 
iştirakçısı  olan  subyektlərin  (həm  alıcılarn,  həm  saticıların)  ölkənin  ümumi  milli 
mənafeyinə  uyğun  maraqlarının  ifadəçisi,  habelə  müdafiəçisi  vəzifəsini  yerinə  yetirir. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə