Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə23/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
49
 
 






Qiymətlər 
(manat, dollar, avro

Təklif  
(əmtəə və xidmətlər)
 
dərmanlara, yanacağa qiymətlərin artmasına baxmayaraq, onlara olan tələbat bəzi hallarda 
az dəyişəcək, əksər hallarda isə heç dəyişməyəcəkdir. 
Bunun  əksinə  olaraq,  satışdakı  teleskopların,  mikroskopların  xüsusi  təyinatlı 
cihazların  qiymətlərinin  əhəmiyyətli  dərəcədə  endirilməsi,  yəqin  ki,  alıcılarda  onları  əldə 
etmək  həvəsini  artırmayacaqdır.  Gündəlik  zəruri  istehlak  məhsulları,  paltar,  ayaqqabı, 
sabun,  ətriyyat,  meyvə  satışında  qiymətlərin  ucuzlaşması,  onlara  tələbi  xeyli  artıraraq, 
həmin  tələbi  elastik  edəcəkdir.  Tələbin  elastiklik  səviyyəsinin  dəyişməsi  zəif,  orta  və 
kəsgin formalarda ola bilər. 
Zəif elastiklik o deməkdir ki, qiymətin artmasına baxmayaraq, əmtəə və xidmətlərin 
satış  həcmi  az  dəyişir.  Buna  çörək,  şəkər,  duz  kimi  gündəlik  təlabat  mallarını  göstərmək 
olar.  Eyni  zamanda  ağır  yük  maşınlarının,  geniş  ekranlı  televizorların,  çox  bahalı  mebel 
dəstlərinin  qiymətinin  müəyyən  qədər  aşağı  salınması,  şübhəsiz  onların  satış  həcminə 
əhəmiyyətli təsir göstərməyəcəkdir. 
Orta  elastiklik,  bir  qrup  məhsullara  aid  edilir  ki,  həmn  şeylərin  əvəzləyiciləri 
olduğundan, elastiklik səviyyəsi özünü aralıq həddə göstərir. Buna misal kimi ət, süd, yağ, 
qab-qacaq, ayaqqabı, paltar, yuyucu toz, sabun, ətriyyat məmulatlarını göstərmək olar. 
Kəsgin  elastiklik  dedikdə,  müəyyən  növ  məhsulların  qiymətlərinin  sürətlə  artması 
nəticəsində, onlara olan tələb əhəmiyyətli dərəcədə azalır. Bu ilk növbədə ölkəyə xaricdən 
idxal olunan və bəzən də yerli məhsullara aid edilə bilər. 
Zəif,  orta  (aralıq)  və  kəsgin  (şiddətli)  elastiklik  hallarını  qrafik-sxem  halında  belə 
göstərmək olar: 
 
 
 
 
 
 
1 – zəif 
elastiklik 
2 – orta 
elastiklik 
3 – kəsgin elastiklik 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
50
 
 
 
Mövzu 6.  Bazar münasibətləri iqtisadi sistemi 
 
6.1  Mülkiyyətin mahiyyəti və formaları 
6.2  Xüsusi mülkiyyət və sahibkarlıq fəaliyyəti 
6.3  Rəqabət və onun formaları 
6.4  Bazarlar və qiymət 
6.5  Bazar iqtisadiyyatı şəraitində dövlətin rolunun məhdudlaşdırılması 
6.6  İxtisaslaşma və istehsalın səmərəliliyi 
6.7  Pul və ondan istifadə edilməsi 
6.8  İqtisadi sistemin 5 əsas məsələsi 
6.9  Bazar iqtisadi sisteminin fəaliyyəti 
6.10İstehsalın təşkili prinsipləri 
 
6.1. Bütövlükdə cəmiyyətdə və xüsusilə də onun iqtisadi həyatında baş verən mürəkkəb 
prosesləri,  qarşıya  çıxan  müxtəlif  problemləri  dərk  edib,  həlli  yollarını  müəyyənləşdirmək 
üçün mülkiyyət münasibətləri həlledici rol oynayır.  
Dərin elmi-nəzəri  əhəmiyyətə  malik olan  mülkiyyət anlayışı,  maddi-mənəvi  sərvətlərə, 
əmtəə-xidmətlərə,  kapitala,  torpağa,  istehsal  vasitələrinə  sahib  olmaq,  onun  mülkiyyətçisi 
sayılmaq  və  ondan  necə  faydalanmaq  yolunda  yaranmış  münasibətləri  nəzərdə  tutur.  Həmin 
münasibətlərin  bir  tərəfində  mülkiyyətçilər,  sahibkarlar,  işgüzar  iş  adamları,  bizneslə  məşğul 
olanlar; digər tərəfində isə icraçılar, işləyənlər, təsərrüfat həyatı və xidmət dairəsinin müxtəlif 
sahələrində  konkret  tapşırığı,  vəzifəni  yerinə  yetirən  adamlar,  qulluqçular,  menecerlər, 
məmurlar dururlar.  
Mülkiyyət  anlayışına  hüquqi,  tarixi,  iqtisadi,  fəlsəfi  mövqelərdən  yanaşıb 
qiymətləndirmək  mümkündür.  Böyük  alman  filosofu  Hegelin  yazdığı  kimi  mülkiyyətə  adi 
əşya,  sadəcə  maddi  bir  şey  kimi  deyil,  insanlar  arasında  formalaşmış  ictimai  (sosial) 
münasibətlərin  ifadəçisi  (əksi)  kimi  baxmaq  lazımdır.  Qədim  Roma  hüququnda  mülkiyyət 
müqəddəs və toxunulmaz elan olunmuşdur. Fransız iqtisadçısı Prudon isə mülkiyyəti oğurluq 
kimi  qimətləndirmişdir.  Fransada  Napaleon  dövrünün  qanunlarında  (kodeksində)  mülkiyyət 
hər hansı bir əmlaka mütləq mənada sahib olmaq hüququ kimi təsbit olunmuşdur.  
Mülkiyyətin  tarixi  tipləri  kimi,  –  icma,  quldar,  feodal,  kapitalist  (xüsusi,  özəl),  ictimai 
(ümumi, sosialist), dövlət formalarını göstərmək olar. Bu mülkiyyət tipləri yaranmış, fəaliyyət 
göstərmiş, formalarını dəyişmiş, məhv olub getmişlər.  
Mülkiyyətin  əsas  formaları,  –  dövlət,  xüsusi,  bələdiyyə  mülkiyyəti  sayılır.  Mülkiyyətin 
törəmə  (alınma)  formalarına  isə  kollektiv,  korporativ,  ictimai-dini  təşkilatların,  səhmdar 
cəmiyyətlərin, habelə insanların şəxsi və fərdi mülkiyyətləri daxildir.  
 
6.2.  Kapitalist,  yaxud  sərbəst  sahibkarlıq  sisteminin  əsasını,  –  torpaq  və  kapitalist 
(istehsal  vasitələri)  kimi  iqtisadi  resurslar  üzərində  xüsusi  mülkiyyətin  olması  təşkil  edir. 
Normal  bazar  iqtisadiyyatı,  –  xüsusi  mülkiyyət,  sahibkarın  iqtisadi  sərbəstliyi,  tələb-təklif  və 
rəqabət  prinsipləri  üzərində  qurularaq  fəaliyyət  göstərir.  Şəxsi  maraq  və  öz  fəaliyyətinin 
gələcəyinə inam hissi, xüsusi mülkiyyətə əsaslanan cəmiyyətin yüksəlişinə təminat yaradır.  
Bazar  münasibətləri  iqtisadi  sistemi  şəraitində  hər  bir  mülkiyyət  və  kapital  sahibi  ölkə 
qanunlarına  əməl  etmək,  habelə  başqalarının  hüquqlarını  pozmamaq  şərtiylə  sahibkarlıq 
(əmək)  fəaliyyəti  ilə  məşğul  ola  bilər.  Mülkiyyət  təkcə  maddi  əmlak  şəklində  deyil,  həm  də 
intelektual, ağıl, kəşflər formasında da ola bilər. Mülkiyyət və onun sahibi, biznes-sahibkarlıq 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə