Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə25/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
53
 
 
Təsadüfi  deyildir  ki, tanınmış  iqtisadçı  Jozef Şumpeter (Avstriya)  yazmışdı ki, rəqabət 
köhnə  ilə  yeninin, tələbatların ödənilməsinin ənənəvi  mənbələri  ilə təzələrinin,  işin təşkilinin 
vaxtı  keçmiş  formaları  ilə  daha  mütərəqqi  üsulları  arasında  mübarizədir.  Nobel  mükafatı 
laureatı  Fridrix  fon  Hayek  (Avstriya)  isə  gəstərmişdir  ki,rəqabətə  əsaslanan  cəmiyyətlər,  öz 
qarşısına qoyduqları məqsədlərə daha tez nail olmaq imkanı qazanırlar. 
Eyni  zamanda  rəqabət  mübarizəsi  təkcə  öz  sərvətlərini  artıran  qaliblər  deyil,  həm  də 
uduzanlar,  yaxud  məğlub  olanlar  deməkdir.  A.Smitin  fikrincə  istehsalçıların  və  satıcıların 
rəqabət mübarizəsinin mahiyyəti «qiymət vasitəsilə rəqiblərinə təzyiq göstərmək» olmuşdur. 
Bazar  rəqabətinin  4  forması  (tipi)  və  onların  özünəməxsus  xarakterik  xüsusiyyətləri 
aşağıdakı cədvəldə verilmişdir (səh.59).  
Qeyd etmək lazımdır ki, bazarda inhisar (monopoliya) rəqabəti dedikdə, orada bir sıra 
iri  istehsalçı-satıcının  olduğu  nəzərdə  tutulur.  Monopsoniya  rəqabəti  dedikdə,  bazarda  bir 
alıcının olduğu  nəzərdə tutulur. Oliqopoliya rəqabəti dedikdə,  bazarda  bir  neçə  iri  istehsalçı-
satıcı  nəzərdə  tutulur.  Oliqopsoniya  rəqabəti  dedikdə,  bazarda  bir  neçə  iri  alıcının  olduğu 
nəzərdə tutulur.  
 
6.4.  Bazar  münasibətləri  iqtisadi  sistemində  satışa  çıxarılan  resurslar,  hazır  məhsullar, 
göstərilən  xidmətlər  orada  yaranmış  tələb  və  təklifə  uyğun  olaraq,  müəyyən  qiymətə  satılır. 
Bazarda  hər  şey  qiymətlə  başlayır  (neçəyədir?)  və  qiymətlə  də  (hansı  qiymətə  alındı)  başa 
çatır. Qiymət amili bazar mexanizminin bütövlükdə formalaşması və fəaliyyətində xüsusi bir 
rol oynayır. Tələbatın sonsuzluğu və iqtisadi resursların məhdudluğu şəraitində, qiymətin elmi 
əsaslar üzərində qurulması, ölkənin təsərrüfat həyatının, habelə sosial problemlərinin həllinə öz 
təsirini göstərir. Aydındır ki, əmtəələrin və xidmətlərin qiymətində, onların istehsalına, habelə 
satışına sərf olunmuş müxtəlif xərclər, vaxt amili, faydalılıq dərəcəsi, resursların məhdudluğu 
kimi mühüm amillər öz əksini tapmalıdır. Bu mənada, A.Smitin vaxtilə dediyi kimi əgər bazarı 
«gözəgörünməyən əl» idarə edirsə, onda qiymətlər həmin iqtisadi sistemi, obrazlı ifadə etsək, 
böyük orkestri idarə edən dirijorun «sehirli çubuğu» (Q.Mənkyü) rolunu oynayır.  
Bazar münasibətləri iqtisadi sisteminin iştirakçıları (subyektləri) olan çoxsaylı satıcıların 
və alıcıların mürəkkəb qarşılıqlı əlaqələrini istiqamətləndirən qiymət amili, əmtəə-xidmətlərin 
dəyərinin  ifadəçisi  kimi  tələblə  təklifin  həm  tənzimlənməsi,  həm  də  həvəsləndirilməsi 
(stimullaşdırılması) proseslərinə xidmət edir.  
Təcrübə  göstərir  ki,  obyektiv  və  subyektiv  səbəblərlə  bağlı  əmtəə-xidmətlər  öz 
dəyərindən aşağı, habelə yüksək qiymətə reallaşdırıla bilər. Belə bir vəziyyət, konkret əmtəə-
xidmətlər  qrupu  üzrə  bazarda  yaranmış  tələb  və  təklifdən  asılıdır.  Lakin  bu  qiymət 
dəyişiklikləri nəzərə alınmazsa, tələblə təklifin nisbi uyğunluğu prinsipinə əsasən müəyyən bir 
bazar tarazlığı və tarazlıq qiyməti formalaşır.  
 
6.5.  Bazar  münasibətləri  iqtisadi  sistemində  xüsusi  mülkiyyətin,  tələb-təklif  əsasında 
formalaşan  rəqabətin,  şəxsi  marağın  olması,  istehsal-xidmət  dairəsinin  ehtiyacları  üçün 
resurslardan  daha  səmərəli  istifadə  edilməsi  zəruriliyi,  şübhəsiz  dövlətin  tədricən  ölkənin 
təsərrüfat həyatına qarışmasını, hədsiz müdaxiləsini təbii olaraq, xeyli məhdudlaşdırılır.  
Klassik iqtisadi nəzəriyyənin banilərindən sayılan A.Smit, 1776-cı ildə nəşr olunmuş «Xalqlar 
sərvətinin  təbiəti  və  səbəbləri  haqqında  tədqiqat»  kitabında  yazmışdı  ki,  bazarı  sanki 
«görünməz  əllər»  (tələb-təklif,  qiymət,  maraq,  rəqabət)  idarə  etdiyindən  onun  işi  dövlət 
müdaxiləsi olmadan da, özü-özünü tənzimlənə bilir. Doğrudan da dövlətin iqtisadiyyata hədsiz 
qarışması sahibkarlıq fəaliyyətini məhdudlaşdırır, rəqabət mübarizəsini zəiflədir, şəxsi marağı 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
54
 
 
və  təşəbbüskarlıq  səylərini  boğur.  Bunu  keçmiş  Sovet  İttifaqı  və  sosialist  sistemi  ölkələrinin 
mərkəzləşdirilmiş, habelə inzibati-amirlik metodları ilə idarə olunan təsərrüfat həyatı («dövlət 
kapitalizmi») nümunəsi öz iflası ilə sübut etdi.  
Lakin  nəzəri  fikrin  və  real  həyatın  konkret  inkişaf  məntiqi  göstərir  ki,  iqtisadiyyatın 
hərbi-müdafiə  kompleksi,  yanacaq-energetika,  nəqliyyat  sistemi,  atom-nüvə  tədqiqatları, 
əsaslı  (fundamental)  elmlərin  inkişafı,  kosmosun,  okeanların,  atmosferin,  qlobal  iqlim 
dəyişikliklərinin,  ekologiya  problemlərinin  öyrənilməsi  kimi  iri  həcmli  sərmayə  qoyuluşları, 
habelə  məqsədyönlü əlaqələndirici  fəaliyyət tələb olunan sahələrdə dövlətin  iştirakı zəruridir. 
Ümumiyyətlə dövlət iqtisadiyyatının bazar prinsipləri əsasında inkişafı üçün əlverişli hüquqi, 
iqtisadi, inzibati-təşkilatı şərait yaratmalıdır.  
Təsadüfi  deyildir  ki,  Dünya  Bankının  hesabatında,  «Dövlət  –  dəyişən  dünyada»  adlı 
xüsusi  bir  bölmədə,  son  50  ildə  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  uğurlu  və  nöqsan 
cəhətləri  hərtərəfli  təhlil  edilmişdir.  Hesabatda  qeyd  olunur  ki,  ümumi  iqtisadi  tərəqqi,  elm, 
təhsil, səhiyyə, sosial ədalətin tarazlaşdırılması sahəsində dövlətin səmərəli rolu cəmiyyət üçün 
həyatı  əhəmiyyətə  malikdir.  Lakin  Dünya  Bankı  mütəxəssislərinin  fikrincə  «Con  Keynsin 
nəzəri iqtisadi müddəalarından və 30-40-cı illərdə (XX əsr) ABŞ prezidenti Franklin Ruzveltin 
iqtisadi sahədə «yeni xətt»-indən fərqli olaraq, dövlət ölkənin təsərrüfat həyatının iştirakçısı 
(subyekti) yox, iqtisadi inkişafın (artımın) təminatçısı, qarantı rolunu oynamalıdır.  
Dövlətin ölkə iqtisadiyyatında iştirakçı deyil, cəmiyyətin ümumi iqtisadi-sosial tərəqqisinin əsl 
təminatçısı rolunu uğurla yerinə yetirə bilməsi üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:
 
 
dövlət qanunçuluğun əsasıdır; 
 
dövlət ölkədə siyasi sabitliyin və makroiqtisadi tarazlığın təməlidir; 
 
dövlət ətraf mühitin və ekoloji tarazlığın qorunmasına cavabdehdir; 
 
dövlət  müasir  qloballaşma  və  inteqrasiya  şəraitində  ölkənin  milli  iqtisadiyyatının 
təhlükəsizliyinin qayğısına qalmalıdır; 
 
dövlət ölkə vətəndaşlarının təkcə siyasi hüquqlarının deyil, eyni zamanda iqtisadi maraq, 
habelə hüquqlarının qarantıdır.  
 
6.6.  Bazar  iqtisadiyyatına  xas  olan  ən  mühüm  xüsusiyyətlərdən  biri,  bu  mürəkkəb 
münasibətlər  sistemində  yeni  texnika  və  qabaqcıl  texnologiyadan  səmərəli  istifadə  olunması 
əsasında istehsalın ixtisaslaşdırılmasıdır.  
İstehsalın  ixtisaslaşdırılması,  ictimai  əmək  bölgüsünün  forması  olub,  texniki  tərəqqi 
nəticəsində,  köhnə  sahələrlə  yanaşı,  yeni  sahələrin  meydana  çıxıb  formalaşmasını  nəzərdə 
tutur. Bu proses, öz mahiyyəti etibarilə təbii zəruri bir xarakter daşımaqla yanaşı, eyni zamanda 
öz  formaları,  habelə  istiqamətləri  etibarilə  sonsuzdur.  İnkişaf  edib  təkmilləşən  cəmiyyətin 
istehsal  və  istehlak  təyinatlı  təlabatları  artdıqca,  iqtisadiyyatın  sənaye,  kənd  təsərrüfatı, 
nəqliyyat, tikinti, ticarət, xidmət-servis dairəsində yeni-yeni sahələr meydana çıxıb inkişaf edir. 
Son  100  ildə  hasilat,  yanacaq,  maşınqayırma,  kimya,  metallurgiya,  avtomobil,  məişət 
texnikası,  rabitə-məlumat-informasiya,  energetika,  elektronika  istiqamətlərində  baş  verən 
ixtisaslaşma prosesləri bunu təsdiq edir.  
İstehsalın ixtisaslaşdırılmasının 3 əsas növü vardır: 
a)  predmet  (avtomobil,  paltar,  mebel,  soyuducu,  ayaqqabı)  üzrə  ixtisaslaşma;  b)  detal 
(ehtiyat hissələr, çiplər, birləşdirici hissələr) üzrə ixtisaslaşdırma; c) texnoloji (metal əridilməsi, 
yeni keyfiyyətlərə malik dərmanlar hazırlanması və s.) üzrə ixtisaslaşma.  
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə