Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə20/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
43
 
 
c)  Tənzimlənən  bazar  forması,  müasir  bazar  münasibətləri  iqtisadi  sisteminin 
bərqərar olduğu yüksək inkişaf etmiş, qanun və səmərəlilik prinsiplərinin ali sayıldığı sivil 
cəmiyyətlərdə  fəaliyyət  göstərir.  Dövlət  və  onun  müxtəlif  idarəetmə  orqanları  konkret 
vəziyyətin  hərtərəfli  təhlilinə  əsaslanaraq,  elə  düşünülmüş  tədbirlər  sistemi  işləyib 
hazırlayırlar  ki,  bunların  tətbiqi  ölkənin  təsərrüfat  həyatını  tənzimləyir.  Bu  kompleks 
iqtisadi-inzibati tədbirlər sistemi ölkənin vergi gömrük, pul-kredit, xarici ticarət siyasətinin 
ümummilli mənafe və təhlükəsizlik baxımından qoruyub tənzimləyir. Aydındır ki, dövlətin 
iqtisadiyyatı  tənzimlənməsi  siyasəti  müəyyən  optimal  hüdudlar  və  uyğun  ədalət-
səmərəlilik müstəvisində həyata keçirilərək, istehsalçıların sərbəstliyini, istehlakçıların isə 
seçim  qərarını  pozmamalıdır.  Dövlət  orqanlarının  ölkənin  təsərrüfat  həyatını  təmizləməsi 
prosesi son nəticə etibarilə bütövlükdə iqtisadiiyyatın yüksəlişinə xidmət etməlidir və heç 
vaxt  unudulmamalıdır  ki,  «bir  inci  saflığı  varsa  da  suda,  artıq  içiləndə  dərd  verir  o  da» 
(Nizami). 
ç)  Mərkəzləşdirilmiş  (əmrlə  idarə  olunan,  inzibati-amirlik,  dövlətin  iqtisadiyyata 
hədsiz  müdaxiləsi)  bazar  formasının  acınacaqlı  sosial-iqtisadi  nəticələrini,  keçmiş  Sovet 
İttifaqı və sosialist ölkələrinin nümunəsi aydın göstərir. Bu tipli iqtisadiyyatın son dərəcədə 
mərkəzləşdirilərək,  dövlət  mülkiyyəti  əsasında  qurulması;  xüsusi  mülkiyyət  əsasında 
sərbəst  sahibkarlıq  –  biznes  fəaliyyətinə  yol  verilməməsi;  iqtisadi  inkişafın  əsasən 
ekstensiv  yollarla  aparılması;  əhalinin  həyat  səviyyəsinin  dünya  standartlarından  kəsgin 
surətdə  geridə  qalması;  ölkənin  iqtisadi  resurslarının  hərbi  xərclərə,  kommunizm 
ideyalarının  təbliğinə  yönəldilməsi;  planlı  sosialist  iqtisadiyyatının  qapalı  xarakter 
daşıması  və  dünya  bazarında  kəsginləşən  rəqabət  mübarizəsinə  davam  gətirə  bilməməsi, 
onun iflasına səbəb oldu. 
d)  Qarışıq  bazar,  xüsusi  mülkiyyət  əsasında  sahibkarların,  işgüzar  biznes 
adamlarının, dövlət bölməsinin, xarici kapitalın optimal nisbətlər və maksimum səmərəlilik 
prinsipləri  əsasında  fəaliyyət  formasıdır.  Dünya  təsərrüfat  həyatı  təcrübəsi  göstərir  ki, 
tədricən bu forma aparıcı rol oynayır. 
Alim  və  mütəxəssislərin  fikrincə, dövlət bölməsi  ilə  xüsusi (özəl) bölmənin ölkənin 
təsərrüfat  həyatının  müxtəlif  istiqamətlərində  birgə  səyləri  «güclü  iqtisadiyyat  yaradır, 
insanlara rahatlıq gətirir, onların ləyaqətini qoruyur və şəxsi azadlıqlarını təmin edir». Eyni 
zamanda  «tam  sərbəst  bazar  əslində  bir  növ  xaos,  qarışıqlıq,  nizamsızlıq  yaradır...  Bazar 
münasibətlərinə  dövlətin  həddsiz  qarışması  da  istənilən  nəticələri  vermir».  Ona  görə  də 
xüsusi və dövlət, habelə xarici kapitalın optimal nisbətlərinə əsaslanan qarışıq iqtisadiyyat, 
bu təməldə formalaşan qarışıq bazar, müasir dövrdə özünü daha çox doğruldur. 
Təbii olaraq belə bir sual qarşıya çıxa bilər ki, bazar iqtisadiyyatının üstün və nöqsan, 
çatışmayan cəhətləri hansılardır? 
Cəmiyyətdə  bazar  münasibətlərinin  formalaşması  sırf  iqtisadi  məsələ  olmayıb,  həm 
də  ictimai,  siyasi,  əxlaqi  dəyərlərlə  bağlı  mürəkkəb  bir  prosesdir.  Onun  üstün  cəhətləri 
kimi xüsusi mülkiyyətə, sərbəst sahibkarlıq fəaliyyətinə, insanların təşəbbüskarlığına geniş 
imkanlar  açdığını,  bazarda  rəqabət  yaratdığını,  məhsul  və  xidmətlərin  keyfiyyətini 
yüksəltdiyini, iqtisadi artımı təmin etdiyini göstərmək olur. 
Eyni  zamanda  bazar  münasibətləri  iqtisadi  sisteminə  xas  olan  sosial  ədalətsizlik, 
işsizlik,  inflyasiya,  yoxsulluq,  əxlaq  və  milli  mentalitetə  uyğun  olmayan  meyllər,  ictimai 
əhəmiyyət  kəsb  edən  sahələrə  –  elmə,  təhsilə,  səhiyyəyə,  mədəniyyətə,  incəsənətə  lazımı 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
44
 
 
qayğı  göstərilməməsi  kimi  faktlar  danılmazdır.  Lakin  bütün  bu  çatışmayan  cəhətlərə 
baxmayaraq,  bazar  münasibətləri  iqtisadi  sistemi,  hələlik  bəşəriyyətin  kəşf  etdiyi  və 
təcrübədə sınaqdan keçirərək, yaşayıb fəaliyyət göstərdiyi ən optimal bir modeldir. 
 
5.2.  İnsanlar  həmişə  və  müxtəlif  cəmiyyətlərdə  müəyyən  tələblər,  ehtiyaclar 
dairəsində  yaşamışlar.  İqtisadi  kateqoriya  kimi  tələb  –  bazar  mexanizminin  əsas 
ünsürlərindən biri olub, alıcının müəyyən dövr ərzində hər hansı bir əmtəədən, xidmətdən 
müəyyən qiymətə və miqdarda əldə etmək imkanıdır. Həmin tələblər fiziki (yemək, paltar, 
mənzil),  sosial  (iş,  təqaüd,  pensiya),  ictimai  (vəzifə,  mövqe),  mədəni  (tamaşa,  əyləncə, 
konsert), intelektual (təhsil, dünyagörüşü) istiqamətlərdə öz ifadəsini taparaq, ödənilməsini 
irəli sürür. 
Şübhəsiz ayrı-ayrı şəxslərin, ailələrin, kollektivlərin, nəhayət bütövlükdə cəmiyyətin 
tələbləri  ilə  tələbatlarını  fərqləndirmək  lazımdır.  Tələbat  kateqoriyası  daha  geniş  və 
əhatəli,  həm  də  çoxcəhətli  bir  anlayışdır.  İnsanların  və  cəmiyyətin  tələbatları  durmadan 
artdığından, həmin tələbatlar təbii olaraq sonsuzdur. 
Tələbə gəldikdə isə o iqtisadi kateqoriya kimi real imkanlarla bağlı olub, pulla ifadə 
olunan və pulla da məhdudlaşan konkret tələbatdır. Əgər tələbatı dairə kimi təsəvvür etsək, 
onda tələb bu dairənin yalnız müəyyən bir hissəsini əhatə edəcəkdir. Tələbin arxasında pul, 
maddi  imkan  dayanmırsa,  o  xəyal  və  boş  arzu  olaraq  qalacaqdır.  Buna  görə  də,  iqtisadi 
nəzəriyyədə ödəniş qabiliyyətili yaxud tədiyə qabiliyyətili tələb anlayışından geniş istifadə 
olunur. Ödəniş qabiliyyətli tələb əmtəələrin  alınmasına və xidmətlərin göstərilməsinə sərf 
olunmuş  müəyyən  pul  məbləğidir.  Faydalılıq,  səmərəlilik,  seçim,  xərclər  kimi  cəhətləri 
özündə birləşdirən tələb – istehsalın canı və bazar iqtisadiyyatının qanunudur. 
Tələb  qanununa  əsasən,  başqa  şərtlər  dəyişməz  qaldıqda,  bazarda  qiymətlərin  aşağı 
düşməsi tələbi artırır. Əksinə, digər şərtlər (gəlirlər, məhsulun keyfiyyəti, alıcıların zövqü, 
ailənin  tərkibi  və  sair)  dəyişməz  qaldıqda,  bazarda  qiymətlərin  artması,  uyğun  surətdə 
tələbin  aşağı  düşməsinə  səbəb  olacaqdır.  Başqa  sözlə,  müxtəlif  təyinatlı  məhsulların  və 
göstərilən  xidmətlərin  qiymətləri  ucuzlaşdıqda,  onlara  olan  təlabat  çoxalır,  satış  həcmi 
artır.  Əmtəə  və  xidmətlərin  qiymətlərinin  artması  meyli,  onlara  olan  tələbi  nisbətən 
zəiflədəcək,  satış  həcmi  aşağı  düşəcəkdir.  Deməli  əmtəələrin  –  xidmətlərin  qiymətləri  ilə 
onlara yaranan tələb arasında tərs mütanasiblik (nisbət) vardır. Məsələn, bazarda müxtəlif 
məhsullara,  konkret  olaraq  balıq  məhsullarına  olan  tələblə  qiymət  arasındakı  asılılığı 
aşağıdakı cədvəldən görmək olar. 
 
Balıq məhsullarının 1kq-nın 
qiyməti (manatla, dollarla) 
Alıcı tələbi həcmi (tonla) 
0,5 
15 

12 








 
Cədvəldən  aydın  olur  ki,  bazarda  balıq  məhsullarına  formalaşan  qiymətlərin  təsiri 
altında  alıcı  tələbi  və  satış  həcmi  xeyli  dəyişəcəkdir.  Bu  qanun  öz  təsirini  taxıl,  neft, 
avtomobil bazarında da göstərəcəkdir. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə