Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

 
 
46
çəkməyə vadar etdi... Məhəmməd paşa  İrəvanın 
mühasirəsindən əl çəkib, Qazi xanla birlikdə Ərzuruma 
qayıtdı. Tərəflər arasında sülh şərtləri tam 
razılaşdırıldıqdan sonra o, Qazi xanı yenidən  şahın 
yanına göndərdi, özü isə digər türk sərkərdələri ilə 
birlikdə  İstanbula yola duşdü".
1
 
İskəndər bəy Türkmən "Tarixi-aləmaraye-
Abbasi"də  şah qoşunlarının  İrəvanı müdafiə etməsini 
təfsilatı ilə  şərh etmişdir. Üstəlik, o həmin günləri 
poetik şəkildə də tərənnüm etməyə çalışıb:  
 
Vuruşmaq üçün Rum elindən  
Məkrli, hiyləli bir ordu sərkərdəsi gəldi. 
Dünya padişahı isə (öz torpağını) qorumaq üçün  
Haqq qoşununu silahlandırdı.  
 
O, Lütfillahın (Həzrəti  Əli nəzərdə tututlur - 
tərcüməçi)  
qəzəbindən kəmər bağlayıb, 
Öz sərkərdələrinin arasına girdi.  
O istədi ki, bu dünya bəndələrindən biri  
Allahın həqiqi qəzəbini görsün. 
O,  qeybdən bir səs eşitdi və həmin səs deyirdi: 
“Qələbə Allahın vəlisi Əlinin oğluna məxsusdur”. 
Bu, qeybdən gələn heyrətamiz bir nida idi 
Əlinin lütfü ilə düşmənin fəna tarixi yazıldı. 
       
Bundan  əlavə, gözəl qələm sahibi və istedadlı  şair 
Xacə  Məhəmməd Yusif Qəzvini də bu tarixi nəzmə 
çəkib: 
 
                                                 
1
 Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, səh.1747 


 
 
47
O zaman ki, Rum ordusunun sərdarı 
İrəvan mülkünə varid oldu
İki-üç ay qalanın ətrafında oturub 
O qalaya daş atıb, qışqırıq saldı. 
Gördü ki, Əli şiələrinin qılıncı ilə 
Ordusunun yarısı qətlə yetirilib. 
Hiylə kəmərini bağladı belə 
Qaçmaqdan savayı bir çarə görmədi. 
Şəvval ayının 20-ni keçəndə 
Onun ordusunun yarısı qırılmışdı. 
Din şahının dövləti xoşbəxt oldu  
Rum ordusu isə baş götürüb qaçdı. 
O böyük tarixin ardınca 
Şiələrin bugünkü bayramı gəldi. 
 
Rum (Osmanlı) ordusu çıxıb gedəndən sonra, yəni 
hicri-qəməri tarixi ilə 1015-ci ildə qoşun başçıları  və 
əsgərlər möhtəşəm bir qələbə paradı düzənlədilər.  Şah 
Əğrəqin ordusunu Bərgüşada tərəf göndərib, özü yaxın 
adamları ilə birgə  həmin  şənliyə qatıldı. O, şənlikdən 
sonra “Yeni qala”nı bir daha nəzərdən keçirdi, 
Əmirgunə xana və digər sərkərdələrə şahanə bir nəvaziş 
göstərdi. Əmirgunə xan döyüşlərdə göstərdiyi şücaət və 
qəhrəmanlığa görə “Sarı Aslan” adına layiq görüldü".
1
 
     Şah Abbasın xüsusi ehtiramla yanaşdığı  Əmirgunə 
xan qacarlar tayfasının  ən məşhur  şəxslərindən idi. O, 
Çuxursədin azad edilməsində göstərdiyi  xidmətlərə 
görə  həmin yerin bəylərbəyi oldu. Əmirgunə xan  
hicri-qəməri tarixi ilə 1035-ci ildə (miladi tarixi 
ilə1623-cü ildə) vəfat etdi. O, ömrünün sonunadək 
həmin vəzifəni daşıdı".
2
 
                                                 
1
 Tarix-e Aləmara-ye Abbasi, səh.909 
2
 Faruq Sumer. Qaraqoyunluha, səh.223 


 
 
48
Şah Abbasın xüsusi münəccimi Cəlaləddin 
Məhəmməd Yəzdi "Tarixe-Abbasi" adlı  əsərində yazır: 
"Çuxursəd hakimi Əmirgunə xan Qacar davada kürəyin-
dən aldığı güllə  və ayağından aldığı ox yarasını özü 
müalicə etdi. Deyilənə görə, o, gülləni öz əliylə 
kürəyindən çıxararaq, yerinə məlhəm qoyub tikmişdi”.
1
 
Hicri-qəməri tarixi ilə 1032-ci ildə  Əmirgunə 
xan I Şah Abbas tərəfindən  əmr aldı ki, Gürcüstana 
məxsus Axısqa bölgəsini tutsun və qiyama qalxmış 
gürcüləri sakitləşdirsin. Hicri-qəməri tarixi ilə 1035-ci 
ildə gürcülərlə aparılan digər bir müharibədə  Əmir-
gunə xan yaralandı  və müalicə olunmaq üçün İrəvana 
yollandı. O, İrəvanda həmin yaradan vəfat etdi və  Şah 
Abbas onun vəzifəsini oğlu Təhmasibqulu xana 
tapşırdı.
2
 
A.Oleari hicri-qəməri tarixi ilə 1049-cu ildə 
(miladi tarixi ilə 1639-cu ildə) tamamladığı və 1656-cı 
ildə yenidən çap etdirdiyi əsərinin 668-670-ci səhifə-
lərində  Səfəvilər dövlətinin maliyyə  vəziyyətinə toxu-
nur. O, şah sarayının vergilərdən gəlirinin 8 milyon 
rayeştaler (yəni, bəzi mənbələrin göstərdiyi kimi, 640 
min tümən yox, 160 min tümən) olduğunu yazır. Onun 
bildirdiyinə görə, həmin məbləğin  bir  milyondan 
çoxu Qəndəhardan, təxminən, bir o qədəri də İrəvan və 
Babildən (Bağdaddan) toplanırdı.  
 
              
                                                 
1
 Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, səh.115 
2
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.29 


 
 
49
İrəvan sonuncu Səfəvi şahları dövründə 
 
Hicri-qəməri tarixi ilə 1038-ci ildə I Şah Abbas 
vəfat etdi. Həmin ilin cəmadiüssani ayında onun nəvəsi 
Əbu Nəsir Sam Mirzə I Şah Səfi adı ilə  İsfahanda 
hakimiyyətə  gəldi. O, hicri-qəməri tarixi ilə 1041-ci 
ildə İrəvanda hakimlik, Çuxursəddə bəylərbəyilik edən 
Təhmasibqulu xana Azərbaycana basqın edənləri 
cəzalandırmağı əmr etdi. Təmasibqulu xan da  basqın-
çıları darmadığın edərək, onları Diyarbəkrə  qədər 
qovub, qələbəylə geri qayıtdı.
1
 
Osmanlı sultanı IV Murad Şah Abbasın ölümün-
dən sonra Səfəvilər dövlətinin daxilində baş verən qar-
şıdurmalardan istifadə etmək qərarına gəldi. O, Bağ-
dadı, Azərbaycanı işğal etməklə Şah Abbas dövründəki 
məğlubiyyətlərin  əvəzini çıxmaq istədi. Osmanlılar 
Səfəvi dövlətinə qarşı hücuma başlasalar da, onların 
qarşısı alındı. Belə olan halda, Sultan Murad şəxsən 
özü orduya rəhbərlik etmək qərarına gəldi. O, hicri-
qəməri tarixi ilə 1045-ci ildə İrəvana hücum etdi. Şəhər 
Əmirgunə xanın oğlu Təhmasibqulu xan tərəfindən 
Osmanlılara təslim edildi. Bu hadisəyə Osmanlı 
tarixçiləri müfəssəl şəkildə toxunmuşlar. Onlar yazırlar 
ki, IV Sultan Murad Əmirgunənin oğlunun bu 
addımından sonra ona xüsusi diqqət yetirdi. O,  Boğaz 
adlı  məhəlləyə köçdü və  həmin məhəllə bu gün də 
Əmirgunənin oğlunun adı ilə  “Əmirqan” adlanır. 
Osmanlılar  İrəvanı tutduqdan sonra Təbrizə doğru 
hərəkət etdilər. Lakin Sultan Murad Təbrizi işğal edə 
bilmədi,  ətraf kəndlərdə  və  qəsəbələrdə dağıntılar 
törətdikdən sonra İstanbula qayıtdı. 
                                                 
1
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh 29 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə