69
irriqasiya sisteminin idarə edilməsinin təkmilləşdirilməsidir. Layihə Azərbaycanda
379 su istifadəçiləri assosiasiyası, 760 min kiçik fermer təsərrüfatları yerləşən
təxminən 900 min hektar ərazini əhatə edəcək. Müxtəlif treninqdən başqa layihə
çərçivəsində uzunluğu 3 min km olan drenaj və irriqasiya kanallarının yenidən
qurulması nəzərdə tutulur. 1992-ci ildən indiyə kimi Dünya Bankı Azərbaycana 43
layihə üzrə təxminən 2.9 mlrd. dollar həcmində vəsait ayırıb.
Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su
təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 14 şəhər və
rayon mərkəzində etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin
edilməsini nəzərdə tutan layihənin icrası davam etdirilir. Bu layihənin həyata
keçirilməsi ilə Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax,
Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları və Xırdalan şəhərində su
təchizatı və kanalizasiya sistemləri qurulacaqdır.
Bununla yanaşı su təchizatı və kanalizasiya sisteminin ahəngdar fəaliyyətinin
təmin olunması üçün mütəmadi olaraq müvafiq təmir-bərpa işləri aparılmış, su və
kanalizasiya xətlərində baş verən qəza hadisələri operativ qaydada aradan qaldırılmış
və digər tədbirlər həyata keçirilmişdir.
70
III Fəsil Azərbaycanın beynəlxalq maliyyə institutları ilə
ə
məkdaşlığının inkişaf perespektivləri.
3.1 Azərbaycanın valyuta siyasəti və BVF ilə əməkdaşlığının genişləndirilməsi
istiqamətləri.
Azərbaycan “Rubl Regionu”ndan çıxaraq milli valyutanın tədavülünə dair qəbul
edilən qanunun ardından, 1992-ci il noyabr ayında müstəqil Azərbaycan
Respublikasının milli valyutası olan “Manat”ı tədavülə çıxartmışdır. Azərbaycanın
milli valyutası, ilk mərhələdə Rusiyanın valyutası Rubl ilə birlikdə istifadə olunurdu.
Hökumətin sərbəst bazar iqtisadiyyatına keçiləcəyini və özəlləşdirməni manat ilə
aparacağını bildirməsi ilə yanaşı ümumi həcminin bazarda az olması səbəbiylə ilk
dövrdə dəyərini qoruyan manat, idxalın böyük bir hissəsinin rubl ilə aparılma
məcburiyyətinin olması və idxal edilən məhsulların ölkələrində, xüsusilə də Rusiyada
qiymətlərin liberallaşmaya paralel olaraq yüksəlməsi nəticəsində, 1993-cü ilin
ortalarından etibarən rubl qarşısında dəyər itirməyə başladı. Bununla yanaşı 1993-
1994–cü illərdə bank sektorunda baş verən iflaslar və manatın dəyərini itirəcəyi
qorxusu, başda dollara olmaq üzrə xarici valyutaya istiqamətlənməyə, yəni valyuta
ə
vəzetməsinə səbəb olmuşdur. Hər iki valyutanın mübadilə üçün istifadə olunması,
ödəmələr sistemində, xarici ticarət tədiyyə balansında bəzi problemlərə səbəb
olarkən, ölkədə baş verən iqtisadi böhranın dərinləşməsində də rol oynamışdır.
Nəhayət, 1994-cü ildən etibarən manat ölkədə yeganə pul vahidi olaraq fəaliyyət
göstərməyə başlayır. 1994-cü ildə “Valyuta Tənzimlənməsi Haqqında”qanunun qəbul
edilməsi və 1995-ci ildə anti-inflyasyonist pul və kredit siyasətinin tətbiq edilməyə
başlaması nəticəsində tətbiq edilməyə başlaması nəticəsində 1996-cı ilin may ayından
manat dəyər və etibar qazanmağa başladı. Manat ilk illərdə inflyasiya, siyasi və
iqtisadi stabilliyin olmaması kimi səbəblərlə ABŞ dolları qarşısında sürətlə dəyər
itirsə də, 1995-ci ildən sonra ölkədə həyata keçirilən iqtisadi tədbirlər və sərt pul
siyasəti nəticəsində milli valyutada çox böyük dalğalanmalar olmamışdır.
71
Qonşu ölkələr daha yüksək inflyasiya rəqəmlərinə sahib olduqlarından, manat bu
ölkələrin valyutaları qarşısında dəyər qazanmışdır.
Milli Bankın siyasətləri və bunu dəstəkləyən neft müqavilələri nəticəsində 1997-
1998-ci illərdə xarici investisiya daxil olmalarında artışlar səbəbiylə manat ABŞ
dolları qarşısında dəyər qazanmışdır. Həddən artıq istifadə olunan milli valyutamız
ilə yanaşı 1998-ci ildə baş verən Rusiya böhranının da təsiriylə ixrac gəlirlərində
önəmli miqdarda azalmalar baş vermişdir. Ancaq, 1999-cu ildən etibarən efektif
valyuta bazarında manatın dəyəri aşağı salınmış və Azərbaycanın ticari rəqabət şansı
artırılmağa çalışılmışdır. 1999-cu ilin ikinci yarısında, 1995-ci ildən etibarən tətbiq
olunmağa başlanan valyuta siyasətlərində yumuşama ilə birlikdə yenidən milli
valyuta yüksəlməyə başlamışdır56. 1999-cu ilin ortalarından etibarən milli valyutanın
tənzimlənməsi məqsədli bazar mexanizmasına, yəni dalğalı məzənnə rejiminə
keçilmiş, milli valyuta ABŞ dolları qarşısında 7% nisbətində devalüasiya edilərək
ixrac məhsullarına rəqbət üstünlüyü qazandırılmağa cəhd edilmişdir.
Qısacası, 1999-cu ildəki maliyyə stabilliyi, sərt pul siyasəti və devalvasiya ilə
manat güc qazanmış və stabillik əldə etmişdir. Manatın devalvasiya səbəbiylə ixrac
məhsulları xaricdə ucuz, daxildə isə baha qiymətə istehlak olunmağa başlamışdır.
Bundan əlavə idxal xam maddəni əsas alan ixrac məhsullarının xərcləri artmış, digər
ifadəylə idxal baha olduğu üçün ixrac yolu ilə əldə edilən valyuta gəlirləri, pul vahidi
manata qarşı dəyər qazanan ölkələrə geri getməyə başlamışdır.
2000-2003–cü illər arasında yumşaq bir devalvasiyaya məruz qalan manatın
2004-cü ildə bir az dəyər qazandığını müşahidə edirik. Manatın dəyər qazanmasının
səbəbləri isə belə açıqlanır: 2004-cü ildə tədavüldəki pul kütləsi 31% artarkən ölkəyə
böyük həcmdə valyuta daxil olmaları valyuta məzənnələrinə təsir edir. Neft və təbii
qaz istehsalının artması və ÜDM-dəki artışla birlikdə ölkəyə valyuta daxil olmaları
daha da artacaqdır. Bunlar isə manatın dəyər qazanmasına səbəb olacaqdır.
Azərbaycanın milli valyutası olan manatın dəyəri günlük olaraq Bakı
BanklararasıValyuta Birjasında müəyyənləşir. Real və nominal valyuta məzənnələri
arasında ciddi fərqlər var. Valyuta məntəqələri və banklar Milli Bankın