Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

                                                                                                                                                    
77
Başqa bir hava da çaldı yenidən. 
Ərəstu sıçrayıb qalxdı yerindən. 
Mat-məbhut yerində durub dayandı, 
Bilmədi heyvanlar necə oyandı. 
Nə oldu onları huşa gətirən, 
Nə oldu onlara hərəkət verən? 
Bildi ki, o alim, o sahibhünər 
Sirri gizlətmişdir ondan bu təhər. 
Ondan üzr istəyib, çox dua etdi, 
O da gizlin-sirri buna öyrətdi. 
Öyrənib bunları yazdı Ərəstu, 
Özü yazdığını dəftərdən pozdu. 
Ustadın hünərin eləyib iqrar, 
Ehtiram göstərdi ona o ki var. 
Şah bildi kimdəymiş əsil istedad, 
Rumda Əflatundur elmə baş ustad. 
O da rütbəsini artırdı onun, 
Sarayda uca yer tutdu Əflatun. 
ƏFLATUNUN KEÇMİŞDƏN HEKAYƏ 
                   SÖYLƏMƏSİ 
Müğənni, çəngini yenə saz elə, 
Xoş sözçün səsini xoşavaz elə. 
Könlünü şad elə sən o çəng ilə, 
Gəl nəvaziş eylə xoş ahəng ilə! 
Güldü ertəsi gün üfüq zəfərlə, 
Gecə vidalaşdı qızıl səhərlə. 
Səma çəmənində günəş gül açdı, 
Ay da balıq kimi sulara qaçdı. 
Öz qızıl təxtinə çıxdı İskəndər 
Belində gövhərlə bəzəkli kəmər. 
Yenə alimlərdən bir məclis qurdu, 
Əflatun hamıdan başda oturdu. 
Əsrarlı sazına şah qalıb heyran, 


                                                                                                                                                    
78
Təəccüb içində soruşdu ondan: 
"Ey hikmətli qoca, ey nurani pir, 
Sizin əqlinizə əyandır hər sirr. 
Bilik qıfılına sizsiniz açar, 
Bilik sayənizdə olubdur aşkar. 
Keçmiş alimlərdən verin bir xəbər, 
Olubmu sizdən çox bilən bir nəfər? 
Sizdən əvvəlkilər elə bir xəyal 
Edibmi ki, ola sizinçün mahal?" 
Əflatun padşaha dua edərək, 
Dedi ki: "Firuzə rəngli bu fələk 
Cürbəcür əfsunlar edib ixtira 
Ki, bizim əqlimiz yetməz onlara. 
Keçmişdə alimlər görüb çox işlər. 
Çox əfsun, çox hiylə icad etmişlər. 
Doğrusu, onların indiki zaman 
yüzdə birini də yoxdur anlayan! 
Şah izn verərsə, o sirlərin mən 
Deyərəm onda yox, yüzdə birindən." 
Bu işə razılıq verdi İskəndər, 
Danışsın onlardan alim bir qədər. 
Əflatun söylədi: "Var ol, hökmüdar, 
Sənin elmə, fənnə məhəbbətin var... 
Deyirlər buxarla alov əl-ələ 
Verib bu dünyaya saldı zəlzələ, 
Bu qüvvət yerlərin bağrını yardı, 
Bir düzdə tilsimli bir daş çıxardı- 
Mis ilə qalaydan xilqətin əli 
Sanki yaratmışdı bir at heykəli. 
Heykəlin böyründə bir oyuq vardı, 
Suların açdığı yerə oxşardı. 
Günəş bu oyuqdan nur saçan zaman 
Bir sehir görərdi orda hər baxan. 
Bir çoban keçəndə bu geniş düzü 
O sadə yarğana sataşdı gözü. 
Orda parıltılı tilsimi görcək 
Endi tez çuxura bir anda zirək. 


                                                                                                                                                    
79
O misdən yaranmış at heykəlinin 
Böyründə bir oyuq göründü, dərin. 
Gün işıq salmışdı həmin oyuqdan. 
Seyr etdi heykəli diqqətlə çoban. 
Orda çox köhnə bir meyid gördü ki, 
Heç əskik deyildi onun bir tükü. 
Onun barmağında bir üzük vardı, 
Qaşı Müştəritək par-par yanardı. 
Çoban tez əlini uzatdı ona, 
Çıxarıb üzüyü aldı ovcuna. 
Üzüyü ovcunda çevirdi, baxdı, 
Sonra barmağına sevinclə taxdı. 
Ayrı şey tapmadı baxdısa hara, 
Daha ləngiməyib çıxdı bayıra. 
Sürdü sürüsünü, getdi sevincək, 
Səhəri gözlədi səbr eyləyərək. 
Səmanın möhtəşəm göy bayrağında 
Işıq saçan muncuq parıldayanda, 
Çoban sürüsünü dağda tərk etdi, 
Sürü sahibinin yanına getdi. 
Ora getməyindən bu idi məqsəd: 
Üzüyü göstərib, öyrənsin qiymət. 
Çobanı önündə görəndə ağa 
Başladı onunla xoş danışmağa. 
Hal-əhval soruşdu qoyun-quzudan, 
Aydın cavab verdi hər sözə çoban. 
Çoban ağa ilə söhbət edərkən 
Arabir yox olub itirdi gözdən 
Bir də görünəndə çoban, tez ağa 
Başladı heyrətlə acıqlanmağa: 
"Bu nədir, arabir itirsən gözdən, 
Yenə də gözümə görünürsən sən? 
Əfsunçu olubsan durduğun yerdə, 
Hardandır tapdığın bu sirli pərdə?" 
Çoban bu sözlərə heyrət edərək, 
Bu işə əqlindən istədi kömək. 
Çoban ağasıyla söhbət edəndə; 


                                                                                                                                                    
80
Üzüklü əlini o tərpədəndə, 
Üzüklə qaşı da hey burulurdu, 
Gah altda, gah üstdə gəlib dururdu. 
Qaş üstə çevrilib durduğu zaman 
Görürdü çobanı ona hər baxan. 
Qaş ovcun içində olanda isə 
Onu görməyirdi artıq heç kimsə. 
Elə yaratmışdı üzük yaradan 
Gözə görünməzdi taxsa hər insan. 
Çoban başa düşüb sirli oyunu, 
Gedib dağda, daşda sınadı onu. 
Qayıdıb üzüklə qurdu min kələk, 
Necə ki, ulduzla oynayır fələk
113

Gözə görünməmək istəyən zaman 
Qaşı çıxarmazdı əsla ovcundan. 
Nə zaman istəsə görünsün, yenə 
Qaşı çevirirdi o öz yerinə. 
Bu yolla şəhərdə qurub oyunu, 
Yetirdi yerinə hər arzusunu. 
Bir gün də bu sirrə qızışdı başı, 
Ovcunun içinə alaraq qaşı, 
Əldə hindli qılınc, saraya keçdi, 
Şahın düz önündə gizli əyləşdi. 
Dağılıb gedəntək ordan adamlar, 
Şahın gözlərinə göründü aşkar, 
Bu haldan ürəyi qorxuyla doldu, 
Çarəsiz qalaraq şah təslim oldu. 
Təlaşla soruşdu: "Aç mətləbini, 
De, kimdir göndərən buraya səni?" 
Çoban cavab verdi: "Mən peyğəmbərəm, 
Iman gətir, səni xoşbəxt eylərəm. 
Istəsəm heç görməz məni bir adam, 
Mənim möcüzəm də budur, vəssalam!" 
Ona beyət etdi şah qorxusundan, 
Bütün əhali də gətirdi iman. 
Çobanın hörməti artdı, ucaldı, 
Axırda şahlığı əlinə aldı. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə