Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

                                                                                                                                                    
81
Gör varmış o qaşda nə böyük hikmət 
Ki, çoban peyğəmbər oldu, nəhayət! 
Bir bax qaş qayıran o alimlərə, 
Gör hikmət çatıbmış onda nə yerə! 
Sehir gərək belə edilsin icad. 
Bizimtək alimlər qalsın ona mat. 
Nə qədər düşünüb daşındımsa mən. 
Gəlmədi bu sirri açmaq əlimdən." 
Şah bunu eşidib, elədi səna 
Həm o icadkara, həm Əflatuna. 
Həmin o məclisdə iştirak edən 
Hamı ibrət aldı o həkayətdən. 
İSKƏNDƏRLƏ SOKRATIN 
         ƏHVALATI 
Müğənni, o könül açan saz ilə 
Mənim də könlümü bir aç, saz elə! 
Bəlkə ilham alıb sazın telindən, 
Ruma ipək həşyə nəqş eləyim mən
114

Kainat-işindən xəbərdar olan 
Bir alim deyir ki: "Bir zaman yunan 
Əhli baş qoşmayıb əsla bir işə, 
Hamı zahidliyi etmişdi peşə; 
Dünyada göz yumub istirahətə, 
Onlar xor baxırdı zövqə, şəhvətə, 
Çox bilmək, az yemək yolu tutaraq, 
Hamı riyazətlə məşğuldu ancaq. 
Hətta varlılar da min əzab çəkər. 
Dünya ləzzətindən elərdi həzər. 
Guya ki, bilikli, ağıllı olan 
Bu dünya zövqünə uymaz heç zaman. 
Qadından, şərabdan çəkmişdilər əl, 
Guya bunlar əqlə gətirər xələl. 
O yerə çatdı ki, belə bir adət 


                                                                                                                                                    
82
Onların nəslini kəsdi nəhayət. - 
Qadından uzaqda yaşamaq üçün 
Qurudan dənizə köçdülər bütün. 
Ayırdı qadını kişidən onlar, 
Ayrı bir gəmidə qaldı qadınlar. 
Kişilər qan alıb damarlarından 
Uzaq yaşadılar daim qadından. 
Bu qayda düzgün bir qayda deyildi, 
Odur ki, onların nəsli kəsildi." 
Şahın əmri ilə yenə bir səhər 
Toplaşıb məclisə gəldi alimlər. 
Saray ağasına şah verdi fərman: 
"Heç kəsi yanıma bu gün qoymazsan! 
Bir də ki, xəbər ver qoy gəlsin Sokrat, 
Tərkibdə, ixlatda o böyük ustad!"
115

Xidmətçi fərmana əməl eylədi, 
Sokratı taparaq ona söylədi: 
"Dəyiş paltarını, bəzəkli geyin
Şahın hüzuruna gəl gedək, yeyin!" 
Dünyagörmüş alim buna uymadı, 
Onun təklifinə məhəl qoymadı. 
Dedi: "İskəndərə get eylə bəyan: 
Bir şey tapmayacaq əsla bu yoldan. 
Çünki indi başqa aləmdəyəm mən, 
Yalnız xəyalımdır burda görünən. 
Haqsevər adamsa məni axtaran, 
Tapa bilər ancaq haqq dərgahından..." 
Qasid qulaq asdı həmin sözlərə 
Gəlib xəbər verdi tez İskəndərə. 
Şaha günəş kimi oldu aşikar, 
Sokrat bir şamdır ki, xəlvətdə yanar. 
Aytək gecə oyaq olmasa hər kəs 
Axtarıb o şama yol tapa bilməz. 
İskəndər hərçənd ki, sahib-tac idi, 
Biliyə, hikmətə çox möhtac idi. 
Ən gözəl gövhəri seçib hər zaman 


                                                                                                                                                    
83
Aqillər yollardı şaha ərməğan. 
Ona alimlərdən hər bəxşişindən - 
Kəlamı, söhbəti, hər bir işindən 
Daha xoş gələrdi Sokratın sözü, 
Fikri aydın idi, açıqdı gözü. 
Şahın bilik sevən könlü o gün də
İstədi Sokratı görsün önündə. 
Dedilər: "Xəlvətə çəkilib daim, 
Xalq ilə get-gəli kəsib o alim. 
Elə üz döndərib dünya işindən. 
Gorda dürr tapıbdır qoca, deyəsən. 
Qohumdan, qardaşdan üz döndərərək 
Yaşayır kənarda, bir bucaqda tək. 
Candan xidmət etsə bu cahan ona, 
O yenə üz tutmaz əsla cahana. 
Tərgidib tamamən o, ət yeməyi, 
Palaza bürünüb, atıb ipəyi. 
O hər cür yeməyə edir qənaət, 
Bir az qovut eylər ona kifayət. 
İbadət eləyir tənha, kimsəsiz, 
Tapmayır yanına bir kimsə yol, iz. 
Əql ilə dost olub Nizami təkin, 
Ondan dərs alıbdır Nizami yəqin...* 
Şaha təsir etdi verilən xəbər, 
Sokratı daha çox sevdi İskəndər. 
İnsanın belə bir xasiyyəti var: 
İraq gəzənləri çox yada salar. 
İnsandan qaçana, - belədir adət,- 
İnsan daha da çox göstərər rəğbət. 
Sokrat da eldən üz döndərdiyindən 
Hamı onu görmək istərdi hökmən. 
Şah onu nə qədər dəvət etdisə, 
O məhəl qoymadı əsla məclisə. 
Çox rica elədi ondan hökmüdar, 
Onun ürəyinə etmədi bu kar. 
Alimin gözəltək naz etməsinə 
Naz çəkən hökmüdar dözürdü yenə. 


                                                                                                                                                    
84
Özünə ən məhrəm olan bir nəfər 
Çağırdı yanına bir gün İskəndər, 
Göndərib alimin tək hüzuruna, 
Dedi ki, gizlicə söyləsin ona: 
"Səni dəfələrlə mən dəvət etdim, 
Var idi səninlə məhrəm söhbətim. 
Bilmirəm nə üçün rədd elədin sən, 
Hörmətin qədrini niyə bilmirsən? 
Mənim dərgahımdan nədir bu həzər? 
Buyur gəl, ya da ki, bir səbəb göstər. 
Üzrünü isbat et ya açıq-aşkar, 
Ya söylə, başqa bir məramınmı var?" 
Qasid bu fərmana əməl eylədi, 
Şahın sözlərini Sokrata dedi. 
Dünyagörmüş alim, o alicənab 
Qasidə söylədi belə bir cavab: 
"Doğrudur, çağırıb məni hökmüdar, 
Mənim də, pis-yaxşı, öz düşüncəm var. 
Düşüncəm getməyi görmür məsləhət, 
Çünki şahda yoxdur mənə məhəbbət. 
Getməmək üçün də vardır çox dəlil, 
Hara oynamağa gedib Cəbrail?
117
Saraya getməyə edərdim rəğbət, 
Görsəydim dəvətdə bir səmimiyyət. 
Bilinər nafə müşk bağlasa əgər, 
Çünki o bu zaman xoş qoxu verər. 
Dostluq iddiası edən bir ürək 
Sözdən başqa çox şey bildirə gərək. 
Bir könül məhəbbət elərsə izhar. 
Çox şeylə seçilər ondakı rəftar. 
Şahın məclisinin o məhrəmləri, 
Onun həmsöhbəti və həmdəmləri 
Yolumu bataqlıq ediblər mənim, 
De, necə oradan keçsin köhlənim. 
Yəqin ki, məclisdə söhbət edərkən 
İskəndər yaxşı söz deməyib məndən. 
Odur ki, padşahın yaxın dostları 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə