14
etiqad haqqında Nizami təliminin mahiyyəti canlanır. Başa düşürük ki,
mütəfəkkirə görə, "din" bərabərlik və ədalətdir.
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz...
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə eylərik kömək.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
Xəsislik bilmərik dünyada bizlər,
Zorla şey almarıq bir arpa qədər.
Gördüyümüz kimi, bu adamların etiqadı həqiqətə əsaslanan ümumi
ahəngdarlıqdan başqa bir şey deyilir. Xeyir və ədalətin rəmzi olan bu
həqiqət mütəfəkkirin dövründə dillərində "ənəlhəqq", əllərində silah Yer
üzərində ədalətin təntənəsi üçün mübarizə aparanlara xüsusən yaxın və
vacib idi.
Diqqətəlayiq cəhətdir ki, bir çox xalqları öz dininə gətirmiş
peyğəmbər İskəndər bu məkana yetdikdə öz peyğəmbərliyini unudur.
Onun dini burada heç kimə lazım deyildir. Əksinə, o özü bu insanların
əqidəsinin əsil mənasını başa düşür ki, bu mənanı da bircə insanlıq sözü
ilə ifadə etmək olar. Ömrü boyu uğrunda mübarizə apardığı kamillik artıq
İskəndərin qarşısındadır. Şəhəri görərkən İskəndər yolunun sona çatdığını
anlayır və Ruma qayıtmağı qərara alır.
Bu şəhərin təsvirini verməklə Nizami öz dünyagörüşünün izahında da
son nöqtəni qoyur, çünki bərabərlik şəhəri mübariz humanist Nizaminin
də, dövrün zülmlə daim mübarizə aparan zəhmətkeş xalqının da istək və
arzusunda son zirvəydi.
Nizaminin ədalətli cəmiyyət konsepsiyasını uydurma, həyata
keçməyəcək arzu, boş fantaziya hesab etmək olmaz. Bir qədər fantastik
olsa da, o, gerçək ola biləcək arzunun ifadəsidir və mövcud quruluşla,
mövcud siyasi və əxlaqi münasibətlərlə barışmayanlar
üçün bələdçi