Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   2   3   4   5   6   7   8   9   ...   64

                                                                                                                                                    
13
dünya  ictimai-fəlsəfı  fikir  tarixinin  ideal  cəmiyyət  haqqındakı
nəzəriyyələr zəncirində bir halqadır - XII əsrə qədər tarixən mövcud olan 
bu və ya digər dərəcədə utopik ideala yaxınlaşan, müvəqqəti də olsa ömür 
sürmüş demokratik dövlətlərin qanunauyğun davamıdır. 
Deyilənlər  mütəfəkkir  şairin  "Xəmsə"də  inkişaf  etdirdiyi  və
"İqbalnamə"də  tamamladığı  görüşlərin  tarixi  əhəmiyyətini  əsla  aşağı
salmır,  əksinə,  ümumdünya  mədəni  inkişafının  mütərəqqi  axarında 
Nizaminin iştirakını göstərir. 
Nizamiyə  görə  insanın  mənəvi  kamilləşməsi  cəmiyyətin  mənəvi 
kamilləşməsinin  rəhnidir, lakin  birinci yalnız  ikincinin  kamilliyi  zamanı
özünə  tam  imkan  tapır.  Əsil  insanların  cəmiyyəti  üçün  ictimai 
bərabərsizlik,  zorakıhq,  tamahkarlıq,  qanh  müharibələr,  kin,  qorxaqlıq, 
yaltaqlıq,  sevincdə  və  qəmdə  qardaş  həmrəyliyinin  olmaması,  sonsuz 
mənəvi və ictimai fitnələr qəbuledilməzdir. 
"İqbalnamə"  "Xəmsə"ni  tamamlayır,  başa  çatdırırsa,  ideal  cəmiyyət 
təlimi  də  "İqbalnamə"dəki  axtarışların,  istəklərin  son  zirvəsidir.  "Sirlər 
xəzinəsi"ndən başlamış "İskəndəmamə"yədək Nizami hər bir poemasında 
zorakılığı,  nəcib  zəhmətkeş  xalqa  zülm  edilməsini,  əyri  yollarla  var-
dövlət yığmağı, tamahkarlığı, qəddarlığı, vicdan alverini, rüşvəti dəfələrlə
kəskin tənqid etmiş, adil hakimlər silsiləsi yaratmışdır. 
Nizaminin  ictimai  rifah  haqqındakı  son  təsviri  yürüşlərdə  əldən 
düşmüş ordunun və İskəndərin qarşısında canlanan, Günəş şüalarına qərq 
olmuş,  gözəl  ab-havaya  malik,  çəpərsiz  bağları,  çobansız  sürüləri  ilə
təəccüb  oyadan  hakimsiz  bərabərlik  və  dostluq  diyarı  olan  şəhərdir.  Bu 
şəhəri  qoruyan  sirli  qüvvələr  oğruları  və  zorakıları  cəzalandırırlar. 
Şəhərdə  ürək  istəyən  hər  şey  varsa  da,  nə  qala  divarları,  nə  şəhər 
darvazaları nəzərə çarpır. Zəngin dükanlar qıfılsızdır. 
Bu  şəhərin  əhalisi  həm  də  qonaqpərvərdir.  İskəndərin  "Siz  nə  üçün 
belə cəsursunuz?" sualına onlar "Biz zəifik, ancaq dindarıq, doğruçuyuq, 
əyriliklə  işimiz  yoxdur"  deyə  cavab  verirlər.  O  insanlar  İskəndərə  öz 
sosial-etik qayələrini izah etdikcə, sanki qarşımızda din və 
  


                                                                                                                                                    
14
etiqad  haqqında  Nizami  təliminin  mahiyyəti  canlanır.  Başa  düşürük  ki, 
mütəfəkkirə görə, "din" bərabərlik və ədalətdir. 
Bizdə bərabərdir hamının varı,  
Bərabər bölərik bütün malları.  
Bizdə artıq deyil heç kəsdən heç kəs,  
Bizdə ağlayana heç kimsə gülməz...  
Birini qəzəbli, acıqlı görsək,  
Ona məsləhətlə eylərik kömək.  
Qızıla, gümüşə aldanmaz heç kəs,  
Onlar bizim yerdə bir şeyə dəyməz.  
Xəsislik bilmərik dünyada bizlər,  
Zorla şey almarıq bir arpa qədər. 
Gördüyümüz  kimi,  bu  adamların  etiqadı  həqiqətə  əsaslanan  ümumi 
ahəngdarlıqdan  başqa  bir  şey  deyilir.  Xeyir  və  ədalətin  rəmzi  olan  bu 
həqiqət mütəfəkkirin dövründə dillərində "ənəlhəqq", əllərində silah Yer 
üzərində  ədalətin  təntənəsi  üçün  mübarizə  aparanlara  xüsusən  yaxın  və
vacib idi. 
Diqqətəlayiq  cəhətdir  ki,  bir  çox  xalqları  öz  dininə  gətirmiş
peyğəmbər  İskəndər  bu  məkana  yetdikdə  öz  peyğəmbərliyini  unudur. 
Onun  dini  burada  heç  kimə  lazım  deyildir.  Əksinə,  o  özü  bu  insanların 
əqidəsinin əsil mənasını başa düşür ki, bu mənanı da bircə insanlıq sözü 
ilə ifadə etmək olar. Ömrü boyu uğrunda mübarizə apardığı kamillik artıq 
İskəndərin qarşısındadır. Şəhəri görərkən İskəndər yolunun sona çatdığını
anlayır və Ruma qayıtmağı qərara alır. 
Bu şəhərin təsvirini verməklə Nizami öz dünyagörüşünün izahında da 
son nöqtəni qoyur, çünki bərabərlik şəhəri mübariz humanist Nizaminin 
də, dövrün zülmlə daim mübarizə aparan zəhmətkeş xalqının da istək və
arzusunda son zirvəydi. 
Nizaminin  ədalətli  cəmiyyət  konsepsiyasını  uydurma,  həyata 
keçməyəcək  arzu,  boş  fantaziya  hesab  etmək  olmaz.  Bir  qədər  fantastik 
olsa  da,  o,  gerçək  ola  biləcək  arzunun  ifadəsidir  və  mövcud  quruluşla, 
mövcud siyasi və əxlaqi münasibətlərlə barışmayanlar üçün bələdçi 
  


                                                                                                                                                    
15
rolu oynayır. O, öz insani ləyaqətini başa düşərək, zorakılığın və qızılın 
yox,  insanlar  arasında  xeyirin,  dostluğun,  məhəbbətin  hökm  sürməsi 
uğrunda  mübarizə  aparanların  arzusunu  ifadə  edir.  O,  insan  ləyaqətinin 
mənəvi  təmizliklə,  başqasına  təmənnasız  kömək  etmək,  başqasının 
kədərinə  və  sevincinə  şərik  olmaqla  ölçüldüyü  cəmiyyət  uğrunda 
mübarizə aparanların arzusunu ifadə edir. 
Nizaminin başqa əsərlərində öz əksini tapmış sosial-etik görüşləri ilə
birlikdə  götürülərsə,  "İqbalnamə"dəki  kamil  cəmiyyət  təlimi  oxucunu 
ədalət  uğrunda  daha  fəal  mübarizəyə  çağırır.  Nizami  idealının  bütün 
dövrlərin  insanlarına  yaxınlığı  və  doğmalığının  səbəbi  də  buradadır. 
Şairin öz sözü ilə desək, "İqbalnamə" dürr yox, dəryadır. "İqbalnamə"nin 
təkraredilməz bədii gözəlliyini yalnız onu dəfələrlə, sevə-sevə oxuyanlar 
dərk edə bilərlər. 
Zümrüd Quluzadə 


                                                                                                                                                    
16


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə