Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   2   3   4   5   6   7   8   9   ...   64

                                                                                                                                                    
10
tindən  bir  bulud  qalxmış,  ondan  göy  və  yer  əmələ  gəlmişdir  söyləyir.  Sokratın 
ardınca  Fərfuriyus  da  Yaradandan  və  onun  yaratdığı  cövhərin  suya,  suyun  isə
göyə və yerə çevrilməsindən söhbət açır. 
Hürmüz  Yaradanın  varlığını  iqrar  edir,  lakin  ilk  xilqətin  nə  sayaq  əmələ
gəlməsini  bilmədiyini  söyləyir.  Əflatun  dünyanın,  Yaradan  tərəfindən  mayesiz 
yarandığını qəbul edir. 
İskəndər  bu  məclisi  tamamlayaraq  Yaradanın  varlığını  qəbul  edir,  lakin 
yaradılışın necə olduğunu dərkedilməz sayır. Nizami məclisə yekun vuraraq öz 
fəlsəfı  qayəsini  burada  işıqlandırır.  Nizaminin  fıkrincə,  Yaradan  hər  şeydən 
əvvəl əqli yaratdı və ona ilk yaradılışın sirrindən başqa dünyanın bütün sirlərini 
açdı. Nizami bu məclisi tamamlayarkən Xızrın özünə müraciətlə dediyi: 
Bu gizli sözləri, fikirləri sən  
Neçin lal dilləre isnad edirsən? 
beyti yeddi alim məclisində söylənilən müddəa, iqrar və inkarların, əslində şairi 
düşündürən  fəlsəfi  fikirlər  olduğuna  bizi  inandırır,  onun  bu  yolda  inamı, 
tərəddüdü  və  şübhələri  haqda  aydın  təsəvvür  yaradır.  Təsadüfi  deyil  ki,  Xızrın 
verdiyi suala cavab kimi aşagıdakı beyt səslənir: 
Dövrün kişiləri nakişidirlər, 
Elmə yox, nücuma həvəs edirlər. 
Ancaq əsərin orta əsr oxucusu üçün yazıldığını nəzərə aldıqda, onun hakim 
dünyagörüşünə  nə  cür  zərbə  vurduğunu  dərk  etmək  olar.  Poemanın  bu  fəsli 
ardınca  gələn  "İskəndərin  peyğəmbərliyə  yetişməsi"  fəsli  də  söylənilənləri  bir 
daha sübut edir. Həmin fəsildə İskəndər daha yaradılışdan söz açmayıb Yaradanı
axtarır.  Əgər  əvvəllər  İskəndər  yaradılış  sirri  və  Yaradanı  dərkedilməz  hesab 
edirdisə, indi: 
İstədi çalışıb sirləri örtən 
Yeddi qat sürməni silsin tamamən. 
Maraqlıdır  ki,  şah  ilahi  qəzəbə  gəlmir,  əksinə,  mərhəmətli  Allah  alim  və
rəhmdil  şahın  bu  axtarışı  qarşısında  ona  peyğəmbərlik  bəxş  edir.  Allah 
peyğəmbər kimi səfərə çıxan İskəndərdə yenə də dünyəvi büiklərə ehtiyac hissi 
oyadır. Peyğəmbərlik səfərinə çıxan İskəndər dünyəvi ağla möhtacdır. 
  


                                                                                                                                                    
11
Nizami  rasionalizmi  və  azadfikirliliyi  gələcək  hadisələrin  izahında 
xüsusilə  gözə  çarpır.  Şah  yola  dini  kitabları  yox,  Ərəstu,  Əflatun  və
Sokratın  yazdığı  nəsihətnamələri  götürür.  Nəsihətnamələri  oxuduqca 
onların arxasında qədim yunan mütəfəkkirlərindən çox Nizami dühasını, 
Nizami  məntiqi  və  Nizami insansevərliyini  görürük;  mütəfəkkirin  siyasi 
və etik görüşləri burada geniş planda verilmişdir. Nizami humanizmi və
müdrikliyi İskəndərin səfərə çıxarkən anasına etdiyi vəsiyyətdə də özünü 
göstərir. 
Poemanın  belə  səhnələri  İskəndərin  bir  şah  və  sərkərdə  kimi 
müdrikliyini  nümayiş  etdirir,  onun  yüksək  insani  keyfıyyətlərini  açır  və
onu bir nümunə kimi dünya şahlarına və hər şeydən əvvəl, şairlə həmdövr 
olan şahlara göstərir. İskəndər ədalət səsini aləmə yayaraq zülm, nadanlıq 
və bədxahlıqla mübarizəyə qalxır. Ölkələr fəth edərək, xalqları haqqa və
ədalətə  tabe  edərək  şah  bu  üç  qüvvədən  özünü  də,  insanları  da  xilas 
etməyə çalışır. Onun müharibələri sülhə xidmət edir; o, dağıtmaqdan çox 
qorxur.  Əmin-amanlığın  bərpası  İskəndərin  əsas  qayəsidir.  Poemada 
Nizami  özünəməxsus  sənətkarlıqla  İskəndərin  tikintilərinin  füsunkar 
gözəlliyindən bəhs edir. 
İskəndərin  səfərinin  təsvirində  mütəfəkkir  həyati  səhnələrlə  yanaşı, 
alleqoriyadan  da  geniş  istifadə  edir.  Məsələn,  səfər  vaxtı  İskəndərin 
əsgərləri  iti  daşlarla  dolu  yolu  keçərək,  yüksək  dağın  zirvəsinə  qalxıb 
oradan özlərini sevinclə o biri tərəfə atırlar. Şah alimlərin məsləhətilə bu 
qəribə görünən hərəkətin səbəbini öyrənə bilir. Demə, insanlar qorxunc, 
düşgünlük  və  ehtiraslarla  dolu, əzablı  həyat yolunu  keçib  zirvəyə  (zirvə
burada kamillik, paklıq rəmzidir) qalxdıqda azad dünyaya çatırlar ki, bu 
da yaşadığımız dünyanın tərki deməkdir. 
Lakin hadisədən xəbərdar olan şah bu sirri gizli saxlayır, qoşununu tez 
o yerlərdən çəkir və yenə de insanlara din öyrədə-öyrədə səfərini davam 
etdirir. Burada biz bir daha İskəndərin tərki-dünyalıqdan uzaq, bu dünya 
ilə bağlı olduğunu görürük. 
Nizami  alleqoriya  və  realist  təsvirləri  üzvi  surətdə  birləşdirərək 
İskəndərin mənəvi yüksəlişini insanların ağlı və mənəvi kamilliyi  


                                                                                                                                                    
12
uğrunda apardığı mübarizə fonunda verir. Əsəri oxuduqca bu iki məqsədi 
güdən müvazi xətt unudulmamalı və poemanın insanın dünyəvi səadətinə
xidməti Nizami oxucularının diqqət mərkəzində olmalıdır. 
Kamilliyin  zirvəsi  ictimai  bərabərlik,  azad  və  xoşbəxt  insanlar 
şəhəridir.  Bu  şəhər  nizamişünaslıqda  Nizami  utopiyası  kimi  məlumdur. 
Bu şəhərə çatana qədər şah çox ölkə və möcüzələrə rast gəlir, çox zülmə
və nadanlıqlara son qoyur, xeyir və mərifət yayır. İskəndərin susuz səhra 
əhlilə  görüşü,  onlara  etdiyi  xeyirxahlıq,  xaqana  din  qəbul  etdirməsi, 
dənizin  dəhşət  doğuran  səsindən  sahildə  yaşayan  əhalini  xilas  etməsi, 
Yəcuc səddini bağlaması sanki şahı pillə-pillə ideal şəhərə yaxınlaşdırır. 
Şəhər İskəndərin səfərinin sonu və axtarışlarının zirvəsidir. Nizaminin 
ideal  cəmiyyət  haqqında  təlimi  ədəbiyyatşünaslıqda  və  xüsusən 
nizamişünaslıqda ən geniş işlənmiş problemlərdən biridir. İdeal şəhər və
cəmiyyət haqda həm qədim dövr, həm də orta əsr  Şərqinin abidələrində
müxtəlif təsəvvürlərə təsadüf edirik. Yaxın və Orta Şərqdə böyük şöhrət 
tapmış IX əsr alim və fılosofu Fərabinin "Xeyirxah şəhər" əsərində hətta 
ideal  şəhərlərin  müəyyən  təsnifatı  belə  verilir.  Bu  dövr  ədəbiyyatında 
rastlaşdığımız  ideal  şəhərlər  haqqında  yazılar  adətən  real  və  eyni 
zamanda  alleqorik  məna  daşıyır.  Həmin  şəhərlər  həm  həqiqətən  ictimai 
zülmü dəf etmiş insanlar, həm də çirkin mənəvi ehtiraslarına qalib gəlmiş
pakların cəmiyyəti kimi düşünülür. 
Orta  əsr  Şərq  humanizminin  məhsulu  olan  ideal  utopik  cəmiyyətlər 
adətən bu iki fünksiyanın ifaçısı kimi çıxış edir. Tarixdən məlumdur ki, 
kəskin  sinfi  mübarizə  nəticəsində  xalq  kütlələrinin  gücünə  əsaslanaraq, 
Şərqdə  ideal  dövlətləri  bu  və  ya  digər  dərəcədə  xatırladan  demokratik 
qərmətilər,  ismaililər  dövlətləri  mövcud  olub,  bunlar  və  xüsusən 
Beyləqanda,  XI  əsrdə  kəskin  sinfi  mübarizə  nəticəsində  müvəqqəti  də
olsa  yaranan  xalq  hakimiyyəti,  sözsüz  ki,  Nizaminin  ideal  cəmiyyət 
nəzəriyyəsini qidalandıran real zəmin idi. 
Nizaminin  kamil  cəmiyyət  nəzəriyyəsi  fantastik  uzaqgörənliyin 
məhsulu, şair dühasının qeyri-adi tapıntısı deyil. Bu nəzəriyyə Şərq və 
  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə