Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

                                                                                                                                                    
53
Əl çək hər kənizə könül verməkdən, 
Bunlarla ömrünü bada vermə sən. 
Sənə bircə dilbər edər kifayət, 
Tək qalar çox arvad alan, nəhayət. 
Ruzgar ona görə dəyişir hər an: 
Törəyib dörd ana yeddi atadan
91

Oğlunu bir rəngdə görmək istəsən, 
Ürəktək bir ata-analı ol sən". 
Arşimides rumlu alimin mumdan 
Balı çəkdiyini gördüyü zaman
92
Ondan üzr istədi, gəldi həvəsə, 
Əvvəlki şövq ilə başladı dərsə. 
Ancaq kənizdəydi ürəyi yenə, 
Çünki məftun idi gözəlliyinə. 
Uca sərv bir daha yarpaq açaraq 
Dikəldi, yenə də atdı qol-budaq
93

Bənövşə yenidən ətirlər saçdı, 
Nərgiz xumar-xumar gözünü açdı. 
Çinli türk gözəli açıldı gültək, 
Meyxana yolunu süpürdü külək. 
Yenə Arşimides gələrək cuşa, 
Bənzədi gül görmüş uçan bir quşa. 
Tərk etdi yolunu elm ilə dərsin, 
Açdı qapısını eyşin, həvəsin. 
O pəri qızıyla yaşadı pünhan, 
Xoşbəxtdir pərilə xəlvətdə olan. 
Görərək eşqində belə bir səbat, 
Onu danlamaqdan əl çəkdi ustad. 
Keçdi bir-iki il o gündən bəri, 
Soldu Çin qızının ahu gözləri. 
Torpağa səpildi solğun qızıl gül, 
Yox oldu bağçadan o şeyda bülbül. 
Necə ki, pərilər içər badəni, 
Torpaq da uddu o pərizadəni. 
Mənimlə xoş rəftar edərkən fələk 
Vermişdi ondan da gözəl bir mələk. 
O da sevimliydi, əziz canandı, 


                                                                                                                                                    
54
Ağıllı qadındı, iş bacarandı. 
Rüxü qoymuş idi Ayı piyada, 
"Atı" mat qoymuşdu "şahı" dünyada
94

Qanımla bəslənmiş bir güldü, göyçək. 
O da təkcə məni sevirdi cantək. 
Gözümə nur idi mənim o mələk, 
Yaman göz ayırdı rəhm etməyərək. 
Fələk ayrı saldı o şux gözəldən, 
yox imiş dünyada sanki əzəldən. 
Nə qədər razıydım mən ondan, eyvah!.. 
Ondan razı olsun, görüm ki, allah! 
Bir qüdrət bəxş edib taleyim sözdən 
Köhnə dastanları təzələyəm mən, 
Qənd-şəkər paylanar bayram gələndə, 
Dedim ki, bir gəlin bəzəyim mən də. 
"Şirin"in halvasın qurtaranda mən 
Bir halvaçalanım getdi evimdən
95

"Leyli" xəznəsinə çəkərkən hasar, 
Orda da bir Gövhər eylədim nisar. 
Bu toyu çatdırıb mən nəhayətə. 
Təzə bir gəlin də verdim cənnətə
96

Neçə gözəl dərdi sinəmdə ikən, 
Rum-rus dastanını necə yazım mən?
97
O qəmli çağları niyə yad edim? 
Bu xoş dastanımla könlü şad edim. 
QİBTLİ MARİYƏNİN HEKAYƏSİ  
VƏ ONUN KİMYAGƏRLİYİ 
Müğənni, gəl, qədim dövrü yada sal
Müğlartək müğani xoş bir hava çal! 
Yazığam, əzizlə, dərdimi dinlə, 
Qızışdır canımı nəğmələrinlə! 
Qoca bir filosof üzündən sözün 
Pərdəni açaraq, nəql etdi bir gün: 


                                                                                                                                                    
55
"Mariyə adlı bir qibtli vardı, 
Bir əmir qızıydı, Şamda yaşardı. 
Bir çox qalaları varmış ki, düşmən 
Alıbmış onları bir-bir əlindən. 
Yağı dadanmışdı onun yurduna, 
Şikəstlik vermişdi bu dünya ona. 
Düşmənin zülmündən təngə gələrək 
Gedib İskəndərdən istədi kömək. 
Əgər eləsəydi şah ona imdad, 
Öz abad yurduna qayıdardı şad. 
Şahın vəzirinə pənah apardı, 
Kömək almaq üçün ona yalvardı, 
Gördü ki, ağıllı, kamallı vəzir 
Əyləşib bir dəstə gəncə dərs verir. 
Əl çəkdi əvvəlki iddiasından, 
Ona elm oxumaq göründü asan. 
Gördü ki, dava bir cəncəlli işdi, 
Həvəslə, səy ilə elmə girişdi. 
Alimə ürəkdən eyləyib xidmət, 
Onun hüzurunda göstərdi hörmət. 
Kənizlər içində alimə məhrəm 
Yoxdu ondan başqa yaxın bir həmdəm. 
Ustadın pak, təmiz xisləti vardı, 
Qız üzün açanda, o, göz yumardı. 
Zərif əllərilə su tökəndə qız 
O, tökülən suya baxardı yalnız. 
Qadın ustadını öz ağ kafurtək 
Gözəl bədəninə meylsiz görcək, 
O da kişilərə olan həvəsdən 
Çəkinib, özünü saxladı qəsdən. 
Təkcə təlim oldu fikri, məqsədi, 
Məqsədə biliklə çatmaq istədi. 
Alim Ərəstu da o gözəl üçün 
Bilik xəzinəsi açdı büsbütün. 
O saf-təmiz dürrə çox dürlər saçdı, 
Ona deyilməmiş çox sirlər açdı. 
Elmin sirlərini açdı qadına, 


                                                                                                                                                    
56
Bir-bir təlim edib öyrətdi ona. 
Hər elmin önündə qız səcdə qıldı, 
Sinə lövhəsinə nələr yazıldı?! 
Istədi vətənə qayıdıb ordan 
Əz baba yurdunda olsun hökmüran. 
Yox idi qüdrəti, varı, dövləti, 
Dirildə yenidən o səltənəti. 
Ərəstu bu-işdən olub xəbərdar, 
Düşündü: xəznəsiz olmaz şəhriyar, 
Qızıl iksirini ona öyrətdi, 
Qadını elmiylə iksirçi etdi. 
Mariyə ucaldı o kimiyadan, 
Iksir alimitək qazandı ad-san. 
Ərəstu öz bilik xəzinəsindən 
Ona sirr öyrədib etdi işbilən. 
Şahın izni ilə ordu, xəzinə 
Verib, yola saldı öz ölkəsinə. 
Mariyə yetişcək doğma yurduna 
Davasız, qovğasız şah oldu ona. 
O qədər varlandı qazancdan, bacdan 
Ki, azad elədi yurdu xəracdan. 
Sehirli kimyada olub işbilən, 
Qızıl qayırırdı o xam gümüşdən. 
Nəhayət qızılla doldu xəzinə, 
Açdı xəzinəni elin üzünə. 
Ölçüsüz bol qızıl qazansa hər kəs 
Ona daş, ya qızıl, təfavüt etməz. 
Qoşunda nə qədər süvari vardı. 
Atının nalları qızıl nallardı. 
Çoxu bu sarayda yeyib gəzərdi, 
Hətta eşşəyin də palanı zərdi. 
Qızıl bəzəklərin yox idi həddi, 
İtin də zənciri qızıldan idi. 
Elm-fənn aşiqi bir dəstə insan 
Fəqirdi, yoxsuldu, dardaydı yaman. 
Onlar xəzinədən tutdular xəbər, 
Şahın hüzuruna gəlib, birtəhər, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə