Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

                                                                                                                                                    
45
Təzə tütəyə də dəyəndə nəfəs, 
Şahın qulağına gəldi həmin səs. 
Bildi ki, heç sirri saxlamaz nihan, 
Hamının sirrini açar bu cahan! 
Allahı xeyr ilə eyləyərək yad 
Dəlləyi qılıncdan elədi azad. 
Üzünü örtməsin qönçə, nahaqdır, 
Gec-tez ləl yanağı açılacaqdır. 
Qara daş içində gizlənən buxar 
Axır ki, olacaq bir gün aşikar. 
İSKƏNDƏR İLƏ ÇOBAN 
DASTANI 
Müğənni, dayanma, sübh açılarkən, 
Püxtə bir mizrab vur o xam rudə sən. 
Könlümə ruh versin gözəl nəğməsi, 
Bu qafil sevdanı oyatsın səsi. 
Həkimlər içində misilsiz olan 
Bir qoca bu sayaq eyləyir bəyan: 
O, rumi kəmərli, o Çin taclı şah 
Təxtdə oturmuşdu yenə bir sabah, 
Qaşını çatmışdı onun qüssə, qəm. 
Gözündə deyildi əsla cami-Cəm. 
Yarının çöhrəsi günəşdi, aydı, 
O qızı qızdırma yandırmadaydı. 
Qəlbində qalmışdı arzusu, kamı, 
Əfsus ki, müşküldü onun əncamı. 
Şahın da köksündə sevdalı ürək 
Qəmli, qüssəliydi həmin xəstətək. 
Əmr etdi, nə qədər Rumda həkim var, 
Hansı bir ölkədə, harda olsalar 
Gəlsinlər, etsinlər çarə birtəhər. 
Şahın ürəyindən silinsin kədər. 
İşdən başı çıxan həkimlər gəldi. 
Sarayda məşvərət - məclis düzəldi. 


                                                                                                                                                    
46
Min cür çarə etdi hərə bir yandan, 
Ancaq o gözələ olmadı dərman. 
Yanırdı almatək qızın yanağı, 
Şahın açılmırdı qaşı, qabağı. 
Ona vermiş idi şah öz könlümü, 
Qəmlə keçirirdi bütün gününü. 
Qüssə gətirmişdi o şahı cana, 
Təxtindən enərək çıxdı eyvana, 
Eyvanda dayanıb qəmgin, mükəddər, 
Ordan çölə, dağa salırdı nəzər. 
Padişah çölləri seyr edən zaman 
Göründü gözünə onun bir çoban. 
Müdrik bir qocaydı, nurlu, zəkalı, 
Kafurtək ağ idi saçı, saqqalı. 
Sürü yayıldıqca çəmənə, çölə 
Ürəyi fərəhdən gəlirdi dilə. 
Şah bir az sevindi onu görərkən, 
Çünki nur yağırdı gülər üzündən. 
Tez adam göndərdi onun yanına. 
Çağırtdı çobanı öz eyvanına. 
Qulamlar baş əyib hökmünə yenə. 
Piri gətirdilər şahın qəsrinə. 
Çoban daxil olub uca saraya, 
Bir qəsr gördü ki, ucalmış Aya. 
Bilirdi, belə sədd İskəndərin var, 
Xoşbəxtdir bu qəsrə daxil olanlar. 
Ədəblə yer öpdü, çünki bir müddət 
Başqa şahlara da etmişdi xidmət. 
Şah onu yanına dəvət elədi, 
Onunla söhbətə başlayıb dedi: 
"Ay kişi, gəl, mənə dağdan, dərədən 
Gözəl bir sərgüzəşt danış görüm sən. 
Ürəyim kədərdən çəkilib dara, 
Bəlkə söhbətinlə edəsən çara..." 
Çoban söylədi ki: "Ey tacidar, sən 
Özünsən aləmi abad eyləyən. 
Taxtın işıq salsın ölkəyə hər an, 


                                                                                                                                                    
47
Pis göz uzaq olsun təxtü tacından. 
Əvvəl söylə görüm, sən, ey hökmüdar, 
Nə üçün tutmuşdur könlünü qubar? 
Söylə ki, müsahib o yolla getsin, 
Sözləri dərdinə bir çarə etsin." 
Çobanın sözünü şah çox bəyəndi, 
Gördü ki, söz bilən və iş biləndi. 
Ağıllı danışır dinpərvər kimi, 
Mənasız söz demir çöllülər kimi. 
Şah onu dərdindən etdi xəbərdar... 
Bu sirri biləndə çoban da təkrar 
Torpağı öpərək yenə də şaha 
Sidqlə, ürəkdən elədi dua. 
Dedi: "Gəncliyimin xoş zamanında 
Mən xidmət etmişəm şahlar yanında. 
O xidmət etdiyim şahlar içində 
Biri var, yadımdan çıxmaz bu gün də: 
O bir şahzadəydi, Mərvdə yaşardı. 
Uca qəd-qaməti, gül üzü vardı. 
Boyuna sərvlər min həsrət çəkər, 
Üzünün rəngindən sərxoşdu güllər. 
Vardı bir gəlini - gözəl, mehriban, 
Saray nur alardı ay kimi ondan. 
Göz dəydi o qıza, üz verdi əzab, 
Qızdırma əlindən oldu o, bitab. 
Canını yandıran bu bəd azara, 
Nə qədər etdilər, olmadı çara. 
Uca sərv incəlib söyüdtək əsdi, 
Hamı o gözəldən ümidi kəsdi. 
Şahzadə ölümlə pəncə-pəncəyə
Görəndə gözəli: - Sağalmaz, - deyə. 
Hələ o dilbəri almamış əcəl, 
Biçarə gözəldən tamam üzdü əl. 
Naümid olaraq, o birdən-birə
Dünyadan əl çəkib düşdü çöllərə. 
Vardı həmin yerdə ucsuz-bucaqsız, 


                                                                                                                                                    
48
Qupquru bir səhra - meşəsiz, dağsız, 
Hər tərəf xaraba mağaralardı, 
İçində pələnglər, şirlər yatardı. 
Nə bir ot, nə yarpaq - hər tərəf ölü, 
Xalq ona deyirdi: Ölümlər çölü". 
Hər kəs əl çəksəydi dünyada candan, 
O möhnət çölündə olardı nihan. 
Heç görən, eşidən yoxdu: bir nəfər 
Ordan sağ qayıdıb gətirə xəbər. 
Şahzadə dözülməz qəmdən, qüssədən 
O çölü etmişdi özünə məskən. 
Bir dostu vardı ki, o şahzadənin 
Yolunda canından keçərdi yəqin. 
Bildi ki, bu çöldə cavan şahzadə
Ömrünü verəcək boş yerə badə. 
Quldurtək niqablı, əlində yaraq, 
Getdi arxasınca, ona çataraq 
Tanınmaz bir səslə qopardı nərə, 
Tutub şahzadəni o sərdi yerə. 
Şahzadə sərvtək yerə yıxılcaq, 
Tez onun gözünü bağladı qoçaq. 
Tərk etdi durmadan o qorxunc yeri, 
Onu gözübağlı qaytardı geri. 
Cavanın vardı bir gizlin otağı, 
Aparıb oturtdu orda qonağı. 
Yanında qoydu bir keşikçi - məhrəm, 
Sirri şahzadədən saxladı möhkəm. 
Çörəyə, suya da edib qənaət, 
Başqa şey verməyə vermədi rüxsət. 
O dustaq şahzadə, sinəsi dağlı, 
Qəlbi, könlü tutqun, gözləri bağlı, 
Özü öz işinə qalmışdı heyran: 
Bu bəla hardandır, nədir bu zindan? 
Dostusa, durmayıb cəhd edir yenə, 
Çarə axtarırdı onun dərdinə. 
Çalışıb gəlini sağaltdı əvvəl. 
Yüz cürə şərbətlə dəf oldu əcəl. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə