Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

                                                                                                                                                    
37
Dürr yığdı elm üçün bir-bir hər yandan. 
Bunlardan yaratdı böyük bir ümman. 
Onun yaratdığı birinci əsər 
Dünyaşünaslıqdan verirdi xəbər. 
O biri - ruhani sirlərə açar, 
Onunla yunanlar əbədi yaşar. 
Bir də "İskəndərin qeydləri"dir, 
Mum kimi yumşalar bununla dəmir. 
Kin, qəzəb, mərhəmət nədir - bilərlər
Fələyin sirrindən tutarlar xəbər. 
O gövhər kanını yox edib ruzgar, 
Bircə "Intiyaxis" qalıb yadigar
78

Neçə əql övladı nur yaya yaya, 
O şahın rəyilə gəldi dünyaya. 
O böyük, ağıllı, ayıq hökmüdar 
Öz şahlıq taxtında tutarkən qərar, 
Əmr etdi, verildi belə bir fərman: 
"Alimdir gözümdə ən əziz insan! 
Elmlə, hünərlə! - Başqa cür heç kəs 
Heç kəsə üstünlük eləyə bilməz! 
Rütbələr içində seçilir biri - 
Hamıdan ucadır alimin yeri!" 
Belə qərar verdi: yanında ancaq 
Hər kəs öz elmiylə bir yer tutacaq. 
Hamı elmə, fənnə elədi rəğbət. 
Çünki elmə təşviq edirdi dövlət. 
Elmə qiymət qoydu böyük hökmüran. 
Elm ilə ucaldı dünyada Yunan. 
Onun tacü təxti indi yoxsa da, 
Elm ilə məşhurdur bütün dünyada. 
Qəsrinin bürcləri göyə dəyərdi, 
Haqqın cəlalına o, baş əyərdi. 
Hücrəsi ziynətsiz, bərsiz-bəzəksiz, 
Bir dəri üstündə o, çökərdi diz. 
Söyüddən qurulmuş sadə bir otaq, 
Yerliyi ağappaq, tərtəmiz torpaq. 
Könlü bu dünyadan doyduğu zaman 


                                                                                                                                                    
38
İbadətxanaya olardı rəvan. 
Tacını götürüb, bir xeyli müddət 
Elərdi ürəkdən haqqa ibadət. 
Üzünü sürtərək təmiz torpağa 
Başlardı tanrıya o yalvarmağa. 
Keçmiş günlər üçün şükr eləyərək, 
Gələcək işlərə dilərdi kömək. 
Bütün qazandığı qalibiyyəti 
Sanardı allahın bir inayəti. 
Allaha şahanə dua edərdi, 
Özü də duaya layiq bir ərdi. 
Könüldən gəlməyən dua, yaxşı bil, 
Mənasız bir işdir, ibadət deyil. 
Sidq ilə ibadət eləsə insan 
Naümid qayıtmaz haqq dərgahından. 
İskəndər belə bir düz yolla getdi, 
Odur ki, cahanı tamam fəth etdi. 
Qafil şahlar kimi keyfə dalaraq, 
Yaxşını, yamanı gözündən iraq 
Qoymazdı... O, zülmə verməzdi imkan, 
Saxlardı dünyada daim bir mizan. 
Qocalar, cavanlar, uşaqlar üçün 
Açıqdı qapısı onun bütün gün. 
Özünə düzlüyü eləyib şüar, 
O, yeddi ölkəyə oldu hökmüdar. 
Tədbir soruşardı iş bilənlərdən. 
Odur ki, olmuşdu özü işbilən. 
Yoxsa rum papaqlı bir türk nə sayaq 
Çinə, Hindistana basardı ayaq?
79
Deyirlər, getsəydi o bir yer üstə, 
Yanında hazırdı bu altı dəstə: 
Minlərcə ən möhkəm, mərd qılıncvuran 
Durardı əmrində onun hər zaman, 
Əfsunda Harutu vurub keçənlər, 
Neçə əfsun quran, neçə cadugər
80

Elə nitqlər ki, dilləri atəş, 
Heyrandı onlara səmada günəş. 


                                                                                                                                                    
39
Alim, uzaqgörən hikmətşünaslar, 
Saysız, hesabsızdı qiymətşünaslar, 
Qoca zahidlər də vardı bir qədər, 
Dua elərdilər onlar gecələr. 
Peyğəmbərlərə də gətirib pənah. 
Almışdı orduya onlardan da şah. 
Bir işi düyünə düşsə, hər zaman 
Kömək istəyərdi daim bunlardan. 
Bu altı dəstədən məclis qurardı, 
Onlardan iş üçün tədbir sorardı. 
Hər kəs bildiyini açıb deyərək, 
Ona öz işində edərdi kömək. 
Bu qədər köməkçi edib məsləhət. 
Düyünü açardı onlar, nəhayət. 
Yaşlı kişilərin məsləhətilə, 
Xoştale ulduzun hərəkətilə
Gördüyü tədbirlər düz çıxan zaman, 
Çatardı məqsədə qadir hökmüran. 
Ona rast gələndə bir qatı düşmən, 
Vuruşda işləri bərkə düşərkən, 
Qızılı salardı işə ən əvvəl, 
Qızıltək eylərdi işi təmiz həll. 
Qızıl iş görməsə, iş olsa mahal, 
Qılınca atardı əlini dərhal 
Qılınc etməsəydi bu işə çara, 
İşi tapşırardı əfsunçulara. 
Bir iş görməsəydi onlar da əgər, 
Köməyə gələrdi onda natiqlər. 
Söz də etməsəydi düşmənə təsir, 
Alimlər yığışıb görərdi tədbir. 
Onlar da qalsaydı tədbirdə naçar, 
Zahidlər allaha yalvarardılar. 
Bu da verməsəydi əgər səmərə, 
Həvalə edərdi peyğəmbərlərə. 
İşə gəlməsəydi heç biri hərgah. 
Haqqa gətirərdi axırda pənah. 
Bəxti yar olardı o şaha müdam, 


                                                                                                                                                    
40
İşinə verərdi xeyr ilə əncam. 
Keçdiyi yollara edərdi diqqət, 
Gördüyü şeylərdən alardı ibrət. 
Kefdən, əyləncədən ovçuluğadək 
Heç şeyə baxmazdı bir oyuncaqtək.. 
Şah içki məclisi düzəltdi bir gün, 
Şadlığa qərq etdi dünyanı bütün. 
Müğənnilər gəldi, çalanlar gəldi, 
Ucsuz-bucaqsız bir məclis düzəldi. 
Məclisdə bir gözəl oxuyan vardı, 
Şah ona daima nəzər salardı: 
Libası yeddi rəng zərif ipəkdən. 
Ərişi, arğacı güldən, çiçəkdən, 
O qəşəng paltara edib tamaşa, 
Heyran qalmış idi xanəndəyə şah. 
Paltar günəş kimi par-par yanırdı, 
Ancaq ki, xam bezdən astarı vardı. 
O paltar sahibi bir xeyli müddət 
Ömr etdi, hər yanda qazandı şöhrət. 
Soldurdu, toz-torpaq vermədi aman. 
O zərif paltarı köhnəltdi zaman. 
Tikişlər sökülüb, bəndlər boşaldı, 
Xanəndə oxuyub çalmaqdan qaldı. 
Gördü çox köhnədir əynində paltar. 
Astarı üz etdi, üzü də astar. 
Bu bədrəng paltarı şah görən zaman 
Ona acıqlanıb dedi: "Anadan, 
Atıb qızılgülün ləçəklərini, 
Bəzədin tikanla ətəklərini, 
Niyə palaz oldu geydiyin ipək? 
Gövhərşünaslara şəvə nə gərək?" 
Xanəndə baş əyib təzim eylədi, 
Başına, canına and içib dedi: 
"Haman o libasdır bu, ey hökmüdar, 
Diqqətlə nəzər sal, özüdür ki, var. 
Dəyişməyib ovda, inan ki, heç nə, 
Astarı çevrilib ancaq üzünə. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə