Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə64/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   56   57   58   59   60   61   62   63   64

                                                                                                                                      
257


                                                                                                                                      
258
Tutuquşu  əsasən  isti  ölkələrdə, xüsusən, Hindistanda  yaşayır.  Oradan  başqa 
ölkələrə  aparılan  tutuquşu  daima  öz  vətənini  arzularmış.  Bu  beytdə  şair  öz 
qəlbini tutuquşuna, eşq və gənclik dövrünü Hindistana bənzədir. 
Beytin  mənası:  tutuquşu  Hindistana  uçmaq  istədiyi  kimi,  könlüm  də 
gəncləşmək, sevinmək istəyir. 
213 
 
Yolları cəhənnəm istisi sardı, 
Gündən balığın da beli qızardı. 
Hava Günəşdən o qədər qızmışdı ki, istilikdən (məlum əfsanəyə görə) yerin 
altında olan balıq da qızardı. 
214 
 
Padişah buyurdu: o gözəl dilbər 
Yaqut sandığından saçsın saf gövhər. 
İskəndər əmr etdi ki, o gözəl qız yaqut kimi qırmızı dodaqlarını (ağzmı) açıb 
gövhər kimi sözlər söyləsin. 
Nur alır gözümüz gündən, gündüzdən, Rəvamı gözləri gün ala bizdən? 
Bütün  gözlər  Günəşdən  nur  aldığı  halda  Günəş  (yəni  İskəndər)  necə  bizim 
gözümüzü bizdən uzaqlaşdırar? Burada gözümüzü sözü, haqqında söhbət gedən 
bütün, heykəlin üzündəki iki parlaq gövhəri bildirir. 
216 
 
Sabah öz möhrünü göstərən zaman 
Atəşpərəst oldu hindli Qaraxan. 
İkinci  gün  günəş  çıxanda  hindli  Qaraxan  atəşpərəst  oldu  -  gecənin 
gündüzlə əvəz olunmasına işarədir. 
217 
 
Beytlər yayılır bəhrdən çölə, 
Heç kəs bu bəhrdə yazmayıb hələ. 
Burada birinci misrada bəhr sözü dənizi, ikinci misrada əruz vəzninin bəhrini 
bildirir. 
Yəni bu dənizdən sahilə elə xoş nəğmələr yayılır ki, bunlan heç bir şair heç 
bir bəhrdə (vəzndə) deməmişdir. 
218 
 
Bəzədi göyləri ağ Çin ipəyi, 
Yer açdı üzündən qara örpəyi. 
Ağ  Çin  ipəyi  -  burada  Günəşin  işığı,  qara  örpək  -  gecənin  zülməti 
mənasında işlənmişdir. 
Beytin mənası: Günəş çıxdı, yerin üstündən qaranlıq çəkildi. 
219 
Kim görüb ki, dəniz gəmiyə minə! 
Burada dəniz (dərya) sözü gəmiyə minib gedən İskəndərə işarədir. 
220 
Dəniz dünyasında bir dünya getdi. 
Bu misrada ikinci dünya sözü İskəndəri bildirir. 
221
   
Gecənin hindusu bu göy çadırdan 
Yeddi rud boyunca ip çəkən zaman... 


                                                                                                                                      
259
  


                                                                                                                                      
260
Rud  -  nəhr,  böyük  çay;  yeddi  rud  -  yeddi  iqlim-dünya,  aləm...  Hindu  -
qaranlıq; çadır - səma. Burada çay dünya çadırının ipinə bənzədilir. 
222 
 
İp üstə oynadı şah bir hindlitək... 
Şah ip kimi incə və təhlükəli bir yol ilə getdi. 
223
  Qılavuz - yol göstərən, bələdçi. 
224 
 
Qırmızı pərdəni göy yığan zaman 
Düşdü qızıl teşti uca damından. 
Günəş özü teştə, işığı isə qırmızı pərdəyə oxşadılır. 
Beytin mənası: axşam olanda Günəş qızıl teşt kimi göydən enir. 
225
   
Onların səsləri dəhşətlər saçdı, 
Xoruzun boynundan zəngləri açdı
Xoruzun boynundan zəngləri açdı - xoruzun banlamasına son verdi. Səhər 
açılarkən təbil səsləri xoruzların səsini batırdı. 
226 
 
Dəccahın təbliydi sanki çalman. 
Dəccal  -  xristiyanlarda  İsanın  düşməni,  müsəlmanlarda  Məhəmmədin 
düşməni; yalançı Mehdi; guya qiyamətdə təbilini çalıb zühur edəcək. 
227 
 
Günəş öz evinə edəndə şitab 
İstidən aslanlar oldular kabab. 
Günəşin  evi  -  astronomiyada  Aslan  bürcü  (Əsəd  bürcü)  deməkdir.  Beytin 
mənası:  Günəş  Aslan  bürcünə  girəndə  -  yayın  ən  isti  vaxtı  gələndə  meşədəki 
aslanlar da istidən bişdilər. 
228
 
Günəşi göylərdə dolanan zaman 
Sancıb saraltmadı əqrəbtək xəzan, 
Tüstülənən bir teşt vardı əlində, 
Gəzib od saçırdı o, Zəngdə, Çində. 
Yırtırdı aslantək iti çaynağı 
Gah Öküz sağrısı, gah gur dırnağı. 
Əqrəb sözü burada Əqrəb bürcü mənasındadır. Astronomiyaya görə, Günəş
Əqrəb  bürcünə  girəndə  havalar  soyumağa,  qış  yaxpınlaşmağa  başlayır.  Aslan 
sözü  də  Aslan  bürcünü  bildirir.  Günəş  bu  bürcə  girəndə  havalar  çox  isti  olur. 
Zəng  və  Çin  sözləri  burada  ekvatora  yaxın  isti  ölkələri  bildirir.  Sancıb 
saraltmadı əqrəbtək xəzan - yəni hələ payız girməmişdi. 
Bəytlərin mənası: yay fəsli idi, günəş çox yandırıcı idi, hər çıxanda yerə od 
saçırdı,  hərarəti  ilə  öküzlərin  sağrısını  və  dağ  eşşəyinin  (gurun)  dırnaqlarını
yandırdı. 
229 
Bu yeddi budaqlı, altı cəhətli, 
Dövrəsi, meydanı, yeri vüsətli 
Sərvdən ucaldı qaibanə səs: 
"Daha fatehlikdən əl çək, bəsdir, bəs!" 


                                                                                                                                      
261
  


                                                                                                                                      
262
Burada sərv - dünya, maddi aləm deməkdir; altı cəhət - sağ, sol, ön, arxa, 
üst,  alt  -  aləmin  altı  cəhəti;  yeddi  budaq  isə  -  yeddi  fələk,  yeddi  qat  asiman 
deməkdir. 
230 
İskəndər sözünü yazanda katib 
Yalnız beşcə hərflə ifadə edib 
Beş hərfə müvafiq etdin beş səfər... 
İskəndər  sözü  ərəb  əlifbası  beş  hərflə  yazılır.  Beş  səfər  dedikdə,  Nizami 
İskəndərin Misir, İran, Hindistan, Rus və Çin səfərlərinə işarə edir. 
231 
 
Əmanət aldığı mayəni yenə
Gərək qaytaraydı tələb edənə. 
Maye  burada  dörd  ünsür  mənasındadır.  Yəni  vücudunu  müvəqqəti  təşkil 
edən  ünsürləri  geri  qaytarmalısan  -  torpağı  torpağa, odu oda  suyu suya,  havanı
havaya tapşırmalısan. 
232 
 
Ayı yəhərləyən həmin İskəndər 
Ölüm yatağına baş əyib inlər. 
Ayı  yəhərləyən  -  şöhrəti  göylərdə  gəzən.  Yəni:  şan-şövkəti  bütün  dünyaya 
yayılmış İskəndər başını yerə qoyub ölüm yatağında can verirdi. 
233 
 
Nədənsə gecikib quşların səsi, 
Çal, suğdi quşunun gəlsin naləsi. 
Suğd  -  qədimdə  Səmərqəndin  yaxınlığında  bir  şəhər  olmuş  ki,  orada  yaxşı
musiqi  aləti  qayırarlarmış.  Suğdi  quşu  -  məcazi  mənada  simli  musiqi  alətini  - 
rübabı bildirir. 
Beytin  mənası:  səhər  quşunun,  xoruzun  səsi  gəlmir.  Müğənni,  sən  suğdi 
quşunu - rübabı çal, kədərli nəğmə yayılsın. 
234
   
Nəbzi, qarurəsi olundu təhlil. 
Qarurə - sidiyi təhlil etmək üçün işlənən qab, cihaz. Yəni xəstəliyinin səbəbi 
axtarıldı, öyrənildi. 
235
 Qülzüm'>Bəhri-Qülzüm - Qırmızı dəniz. 
236
   
Qünnücdən Qülzüma oldum hökmüran, 
Şimşək qılıncımı gördü Qiyrəvan. 
Qünnüc  -  Hindistanda  ən  qədim  şəhərlərdən  biridir  ki,  vaxtilə  bir  hind 
dövlətinin  mərkəzi  olmuşdur.  Qülzüm  -  Qırmızı  dəniz  sahilində  Suveyş
kanalının yaxınlığında şəhər. Qiyrəvan - Afrikada Tunis məmləkətində məşhur 
bir şəhər olmuşdur. 
Beytin mənası: Şərqdən qərbə qədər bütün ölkələri fəth etmişdim. 
237
   
Yudum məcusluğu dünya üzündən, 
Rus dənizində də od qaladım mən. 
  


                                                                                                                                      
263
Məcusluq - atəşpərəstlik, zərdüştilik. 
Tarixdən  məlumdur  ki,  İskəndər  zərdüştiliyə  düşmən  olmuş,  atəşkədələri 
yıxıb məhv etmişdir. 
İkinci  misrada  Nizami  İskəndərin  ruslarla  müharibələrini  nəzərə  alır  ki,  bu 
müharibələri o, "Şərəfnamə"də təsvir etmişdir. 
238 
 
Hətta Sərəndibə gedib çıxaraq 
Adəmin izinə basdım mən ayaq. 
Sərəndib - Seylon adasının hindcədə adıdır. 
Əfsanəyə görə, guya Adəm cənnətdən qovulduqda Sərəndib adasına 
atılmışdır. 
239
   
Ölüm girdabına düşməmiş, gərək 
Suya qalxan tutam ləngiməyərək. 
Günəş batanda onun qürsü su üzərində qalxana bənzəyir, batarkən bu qalxan 
suyun üstündə işıq kimi yayılır. İskəndər burada - girdaba düşməmişdən qabaq 
qalxam suyun üstünə tutmalıyam, yəni ölüm yaxınlaşanda təslim olub tərk-silah 
etməliyəm, - deyir. 
240
   
Nifrətə layiqdir bu qozbel dayə. 
Qozbel dayə - burada qoca dünya deməkdir. 
241 
 
Susuza eyləməz cəhənnəm əlac, 
Sən o dörd çeşməli behiştdən söz aç. 
Dini  etiqada  görə,  cənnətdə  kövsər,  səlsəbil,  təhur  və  təslim  adında  dörd 
bulaq və ya arx var. Nizami onlara işarə edir. 
242 
 
Sanki ərimişdi şah səhərədək 
İyirmi yeddinci gecəki aytək. 
Hicri tarixlə ayın iyirmi yeddisində Ay qaralmağa və görünməməyə başlayır. 
Nizami burada  İskəndərin ömrünün sonunu yavaş-yavaş incələn və sönən Ayla 
müqayisə edir. 
243 
 
Vərəqə əbiri yaydıqca qəşəng, 
Kağız dönüb oldu müşkin bir ipək. 
Əbir  -  ənbərin  ikinci  adıdır;  balinaya  bənzəyən  və  Hind  okeanı  sahillərinə 
yaxın  yerlərdə  olan  bir  balığın  qanından  çıxan  ətirli  maddədir;  xoş  qoxusu 
mühafizə olunsun deyə onu ipəyə büküb saxlarlar. 
Burada  İskəndərin  anasına  yazdığı  sözlər  ənbərə,  o  sözlərin  yazıldığı  kağız 
isə ipəyə bənzədilir. 
244 
 
Məndən - İskəndərdən bu namə getsin, 
Dörd yox, bircə olan anama yetsin. 
Burada  dörd  ana  -  dörd  ünsür  (su,  od,  torpaq,  hava)  deməkdir  ki,  qədim 
tesəvvürə görə insan vücudu da bunlardan ibarətdir. 


                                                                                                                                      
264
  


                                                                                                                                      
265
Beytin  mənası:  məktubum  təbiət  hadisələrinə  məruz  qalmayıb  öz  doğma 
anama yetişsin. 
245
   
Şəbdizim sıçradı çaydan o taya, 
Məndən salam olsun dosta, aşnaya. 
Yəni ömrüm bitdi, dostlara əlvida! 
246
   
Gecə öz təxtini yüklədi filə, 
Yer saldı donunu göylərək nilə. 
Fil - zülmət mənasını verir. 
Birinci misranın mənası: gecə tamamilə qaranlıqlaşdı.  
Nil  -  Hindistanda  və  Yəməndə  bitən  bir  bitkidən  əldə  edilən  tünd  mavi 
boyadır. İkinci misranın mənası: dünya İskəndərin ölümü ilə matəmə batdı. 
247 
 
Zənəbin ağzından alaraq zəhər, 
Ayın boğazına onu tökdülər. 
Zənəb - quyruqlu ulduz. 
Astrologiyaya  görə,  Ay  Zənəb  üqdəsində  uğursuzluğa  düçardır.  Buna  görə 
Zənəb üqdəsi ayın boğazında zəhərdir. 
Beytin mənası: ay Zənəb nöqtəsinə çatanda artıq gözə görünmür, batır. 
248 
 
Çatdı Gudi dağa səxa dalğası 
Cudi - Mesopotamiyada yüksək bir dağın adıdır. 
249
   
İpək karxanası bil bu dünyanı, 
Bir yanı sudursa, oddur bir yanı. 
İpək  karxanasında  barama  qozasını  ocaq  üstündəki  suda  həll  edib  ipək 
qayırırlar. 
Mənası: dünya od ilə su arasındadır, ziddiyyətlərlə doludur. Örtdü qara qanad 
Rumu sərasər, Bürüdü ölkəni sanki zəncilər. 
Ədəbiyyatda məcazi mənada rum - ağ, zəng və zənci - qara deməkdir. Beytin 
mənası:  İskəndərin  ölümü  münasibətilə  bütün  məmləkət  yasa  batdı.  Sanki  qara 
ağa hücum elədi, ağ adamlar qara geyindi. 
251 
 
Baxdıqca oğlunun bu məktubuna, 
Tumartək qıvrılıb açıldı ana. 
Tumar - qədim zamanlarda burulub bağlanan məktub və ümumiyyətlə, yazılı 
uzun kağızlardır. 
Beytin  mənası:  İskəndərin  anası  oğlunun  son  məktubunu  oxuyarkən 
iztirabdan tumar kimi açılıb büküldü. 
252
 "Cahanmədxəl - Ərəstunun əsərinin adıdır. 
253
   
Xatircəm olmayın, - deyirəm ki, mən 
Qara zınqırovlu yeddi hindlidən. 
Qədimdə şahlar hindlilərdən gecə damda zınqırovlu keşikçi qoyarlarmış. 


                                                                                                                                      
266
  


                                                                                                                                      
267
Burada Nizami  fələyin yeddi damında (göy təbəqələrində)  Günəş sistemini 
təşkil  edən  yeddi  ulduzu  yeddi  hindliyə  bənzədir.  Mənası:  taleyin  uğurlu 
olmasına bel bağlamayın. 
254
   
Pərgarı nəqşədən üzüldu bu dəm 
Onun da ömrünə çəkildi qələm. 
Pərgar sözü burada dil, nəqşə - dildən çıxan sözlər mənasında işlənmişdir. 
Beytin  mənası:  Fərfuriyus  sözlərini  deyib  qurtaranda  onun  da  ömrü  tamam 
oldu. 
255  “Ramişi-can” - İran klassik musiqi havalarından birisinin adı. 
256   
Odur yeddi ulduz sirini açan, 
Odur səkkizinci qərana sultan. 
Qəran  -  min  il  deməkdir.  Səkkizinci  qəran  -  səkkizinci  minillik.  Köhnə 
tarixçilər  tarixi  Adəmdən  başlayırdılar.  Nizaminin  dövründə  guya  Adəmin 
cənnətdən yerə atılmasından səkkiz min il keçirmiş. 
Nizami  burada  "İqbalnamə"ni  ithaf  etdiyi  İzzəddin  Məsudit  tərif  edib  deyir 
ki, Günəş sisteminin yeddi ulduzunun sirrini bilən və səkkizinci minilliyin şahı
olan odur. 
257 
 
Dəryamdan iki dürr olubdur əyan. 
İki  dürr  sözləri  ilə  "İqbalnamə"  poeması  və  Nizaminin  oğlu  Məhəmməd 
nəzərdə tutulur. 
258
   
Müqbil, İqbal adlı iki hindli qul 
Göndərdim hüzura, olaydı məqbul. 
İqbal - "İqbalnamə" əsərinə, Müqbil - Nizaminin oğlu Məhəmmədə işarədir. 
Eyni zamanda iqbal - bəxt, müqbil - xoşbəxt deməkdir. Lakin müqbü sözü həm 
də qul mənasında işlənir. Beləliklə, burada "İqbalnamə"nin Məhəmməd vasitəsi 
ilə şaha göndərilməsi ifadə olunur. 
259 
 
Qızını mehrlə köçürər ana, 
Qardaş duvaq salar onun başına. 
Qız - "İqbalnamə"ni, qardaş isə - əsəri şaha aparan Məhəmmədi bildirir. 
Yəni  ana  qızını  təmiz,  bakirə  olaraq  köçürür  və  belə  qızın  da  duvağını 
özgələr yox, məhz qardaşı başına saldığı kimi, mən də əsərimi başqası ilə yox, öz 
oğlumla yollayıram. 
260 
 
Hüzura göndərdim bu gəlini mən, 
Qardaşı tutmuşdur onun əlindən. 
Bu beyt də əsərin Məhəmməd tərəfindən arxayınlıqla mühafizə edilib bakirə 
bir gəlin kimi sahibinə çatdırılmasını bildirir. 
261 
 
Canımı yollayıb bir peşkəş kimi. 
Qoşmuşam mən ona ciyərparəmi. 


                                                                                                                                      
268
Burada yenə canımı - "İqbalnamə"mi, ciyərparəmi isə oğlumu deməkdir. 
262
 
Dedim: "Gövhər üçün edərlərmi cəng?  
Nəğmə gözəl olar, olsa həmahəng". 
Əsərimi tələb edənlərə dedim ki, dürr satıb almaq müharibə etmək deyil; 
burada zor işə keçməz. Nəğmə o zaman bəyənilər ki, o, musiqi ilə həmahəng 
ola; belə qiymətli əsəri yalnız sənəti başa düşən şəxs qiymətləndirə bilər. 
263 
 
Saz olsa qarğanın əgər bədəni, 
O, Bəsti ənciri bilər hər dəni. 
Bəsti - Xorasan vilayətində bir şəhərdir ki, gözəl ənciri ilə məşhurdur, qarğa 
da çox əncir yeyən olur. 
Beytin  mənası:  qarğanın  canı  sağlam  olsa,  hər  əlinə  düşən  dən  ona  Bəsti 
ənciri kimi dadlı gələr. Səhhətin möhkəmliyi insanı bir çox qayğıdan azad edər. 
264
 
     
Şahın adı kimi o, Məsud olsun.  
Şah da bu dastanla qoy Mahmud olsun. 
Burada Nizami "İqbalnamə"ni Firdovsinin "Şahnamə"si ilə, İzzəddin Məsudu 
da Sultan Mahmud Qəznəvi ilə müqayisə edir. 
  


                                                                                                                                      
269
KİTABIN İÇİNDƏKİLƏR 
Kamillik zirvəsi (Zümrüd Quluzadə)………………………………………...4 
"Harda ki, ağıl bir xəzinə tapar"…………………………………………….17 
Minacat……………………………………………………………………...18 
Sonuncu peyğəmbərin tərifi…………………………………………………20 
Kitabın yazılmasının səbəbi…………………………………………………21 
Sözün tərifi və padşahlara nəsihət…………………………………………..30 
Padşahın tərifi..……………………………………………………………...32 
Təzim xitabəsi………………………………………………………………34 
Kitabın başlanması………………………………………………………….36 
İskəndərin başqırxan qul ilə əhvalatı………………………………………..41 
İskəndər ilə çoban dastanı…………………………………………………...45 
Arşimides ilə çinli kənizin hekayəsi………………………………………...50 
Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi…………………………...54 
Fağır çörəkçinin hekayəsi və onun varlanması……………………………...62 
Alimlərin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti…………70 
Əflatunun çalğı aləti qayırması……………………………………………...72 
Əflatunun keçmişdən hekayə söyləməsi……………………………………77 
İskəndərlə Sokratın əhvalatı………………………………………………...81 
Hindli həkimin İskəndərlə söhbəti………………………………………….90 
İskəndərin yeddi alim ilə xəlvətə çəkilməsi………………………………..98 
Ərəstunun dedikləri………………………………………………………..100 
Valisin dedikləri…………………………………………………………...101 
Bəlinasın dedikləri…………………………………………………………102 
Sokratın dediklari …………………………………………………………103 
Fərfuryusun dedikləri……………………………………………………...103 
Hürmüzün dedikləri……………………………………………………….104 
Əflatunun dedikləri………………………………………………………..105 
İskəndərin dedikləri……………………………………………………….106 
Nizaminin dedikləri……………………………………………………….107 
İskəndərin peyğəmbərliyə yetişməsi………………………………………109 
  


                                                                                                                                      
270
Ərəstimun nəsihətnaməsi…………………………………………………..114 
Əflatunun nəsihətnaməsi…………………………………………………..121 
Sokratın nəsihətnaməsi……………………………………………………125 
İskəndərin peyğəmbərlik səfərinə çıxması………………………………...130 
İskəndərin başa sitayiş edənlər kəndinə yetişməsi ………………………..149 
İskəndərin Qəndəhar bütxanəsinə yetişməsi………………………………157 
İskəndərin Şimala çatması və Yəcuc səddini bağlaması…………………..173 
İskəndərin Ruma qayıtması………………………………………………..183 
İskəndərin vəsiyyəti……………………………………………………….186 
İskəndərin anasına məktub yazması………………………………………193 
İskəndərin məktubunun anasına çatması…………………………………..202 
Atasının vəfatında İskəndərusun nale etməsi……………………………...204 
Ərəstunun ruzgarının sonu…………………………………………………206 
Hürmüzün ruzgarının sonu………………………………………………...208 
Əflatunun ruzgarının sonu…………………………………………………208 
Valisin ruzgarının sonu…………………………………………………….209 
Bəlinasın ruzgarının sonu………………………………………………….210 
Ferfüryusun ruzgarının sonu……………………………………………….211 
Sokratın ruzgarının sonu…………………………………………………...212 
Nizaminin ruzgarının sonu………………………………………………...213 
Məlik İzzəddinin mədhi……………………………………………………214 
Kitabın sonu………………………………………………………………..216 
İzahlar……………………………………………………………………...221 


                                                                                                                                      
271
Nizami Gəncəvi 
İSKƏNDƏRNAMƏ
İqbalnamə 
"Lider nəşriyyat"  
BAKI-2004 


                                                                                                                                      
272
Buraxılışa məsul: 
 
 
Əziz Güləliyev 
Texniki redaktorlar:   
 
Rauf Cəfərov 
Rövşən Ağayev 
Tərtibatçı-rəssam: 
 
 
Nərgiz Əliyeva 
Kompyuter səhifələyicisi: 
 
Alianna Duxanina 
Kompyuter yığıcıları:   
 
Bəsti Cəfərova 
Aygün Məmmədova 
Korrektorlar:   
 
 
Elmira Teymurova 
Pərinaz Səmədova 
Yığılmağa verilmişdir 24.04.2004. Çapa imzalanmışdır 09.11.2004. 
Formatı 60x90 716. Fiziki çap vərəqi 16. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 160. 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə