Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   56   57   58   59   60   61   62   63   64

                                                                                                                                      
244


                                                                                                                                      
245
123
   
Olmaz hər zəncidən bir Xacə Müqbil
Xacə Müqbil - Hüseyn Cavid "Xəyyam" pyesində buna Xacə Nizam deyir. 
Məşhur "Siyasətnamə" kitabının müəllifi Nizamülmülkdür. Bu bir çox dillərə, o 
cümlədən  Azərbaycan  dilinə  Rəhim  Sultanov  tərəfindən  tərcümə  edilmişdir. 
Səlcuq padşahlarından Alp Arslanla oğlu Məlikşahın baş vəziri olmuşdur. 
124 
 
Qara olsan əgər, söyüd kimi yan, 
Zəncinin dişini odur ağardan. 
Zəncilər dişlərini söyüd kömürü ilə yuyarlarmış. 
125 
 
Dirilik suyunu Zülmatda sanan 
Alimlər o hökmü çıxarıb burdan. 
Əsatirə görə, dirilik suyu Zülmatda, yəni qaranlıq dünyadadır. Nizami demək 
istəyir ki, qara zəncidə işıqlı, fərəhli rah olduğunu görən alimlər dirilik suyunun 
qaranlıqda, Zülmatda olduğunu düşünmüşlər. 
Bundan o zamankı fəlsəfi əqidəyə görə, "həqiqət qaranlıqdadır" nəticəsini də
çıxarmaq olar. 
126 
 
Bir idrak nurani olarsa əgər, 
Bu tutqun günbəzə qalxıb yüksələr.  
İdrak işıqlı, güclü olarsa, əlçatmaz göyləri də dərk edə bilər. 
127 
 
Günəşin nuruna yedəkçi ol sən, 
Səni tərk etsə də düşmə ümiddən. 
Günəşin nuru - həqiqət, doğruluq. 
Yəni sən həmişə həqiqətdən, doğruluqdan yapış. O səni bir müddət tərk etsə 
də, ümidsiz olma. Burada Nizami həqiqət və mərifət günəşini kəcavədə gedən bir 
gözələ bənzədir. 
128 
 
İndi sən bir düşün, nə dərgahdasan, 
Gör necə, hansı bir seyrəngahdasan? 
Nizami Sokratın dili ilə padşahın sarayını elm və mərifət rütbəsi ilə müqayisə 
edir və elmi, mərifəti daha yüksək tutur. 
129 
 
Bilik ayinilə İskəndər yenə 
Çıxdı öz möhtəşəm şahlıq təxtinə. 
Bilik ayini ifadəsində İskəndərin təşkil etdiyi elmi məclislər nəzərdə tutulur. 
130 
 
Eşitcək buyurdu ona İskəndər 
Ki, muği Günəşə tez yetirsinlər. 
Muğ - atəşpərəstə, Günəş - şaha işarədir. 
131
   
Ədəblə, ərkanla o muğ eyildi, 
Atəşin önünə təzimlə gəldi. 
Atəş  sözündə  İskəndər  nəzərdə  tutulur.  Məlumdur  ki,  atəşpərəstlər  -muğlar 
oda sitayiş edirlər. 


                                                                                                                                      
246
132 
 
Növbə o hindliyə yetişən vaxtda 
Təzə gül açıldı köhnə budaqda. 
Təzə  gül  -  eşidilməmiş  dəyərli  sözlər  deməkdir,  köhnə budaq  - qoca hindli 
alimdir. 
133
   
Nurdan bəzək vurdu fələk bağına, 
Dürdən sırğa asdı yer qulağına. 
Onun söylədiyi sözlər kainatın sirlərini işıqlandıran, izah edən və dünyanın, 
insanların qulağına sırğa olacaq qədər dəyərli, mənalı sözlər idi. 
134 
 
Pərvanə zülmətdə yanan çırağa 
Uçantək gəlmişəm mən də bu bağa. 
Yanan çıraq - İskəndər, bu bağ - İskəndərin sarayı mənasında işlənmişdir. 
Yəni mən İskəndərin yanına və onun sarayına böyük məhəbbətlə gəlmişəm. 
135 
 
Özü gizlindədir, nişanı aşkar? 
Nişan - dünya, aləm deməkdir. Yəni Yaradan özü görünmür, lakin yaratdığı 
aləm göz qabağındadır. 
136 
 
Allahı xəyalda olmaz axtarmaq, 
Xəyaldan doğan şey divlərdir ancaq. 
Xəyal  yalnız  yaradılmış  şeyləri  təsəvvür  edə  bilər,  Yaradanı  təsəvvür  edə 
bilməz. 
137 
 
Haqqı tanımaqçın bəsdir bir nişatı, 
Bura yetişdinmi, daha dur, dayan! 
Haqqın  varlığına  dəlil  olan  bir  nişandan  -  bu  gördüyümüz  aləmdən  o  yana 
getməyək, bu maddi aləmdən başqa şey axtarmayaq. 
138 
 
Bu yerdən, bu göydən kənar çıxma sən, 
Yoxsa səriştəni lap itirərsən. 
Bu  gördüyümüz  kainatdan  başqa  bir  aləm  axtarmaq  fikrinə  düşsək,  doğru 
yoldan çıxarıq, səhv edərik. 
139 
 
Bizə yeddi hüdud çəkmişdir fələk, 
Onlardan kənara çıxmayaq gərək. 
Yeddi  hüdud  sözündə  sehirbazların  dövrələrinə  çəkdikləri  tilsimli  xətlər 
nəzərdə tutulur. 
Beytin  mənası:  insan  bu  dünyada  yeddi  tilsim  içində  yaşayan  kimidir,  bu 
aləmdən kənara çıxmağa, bu aləmdən başqa bir aləm axtarmağa çalışmamalıdır. 
140
   
Qılınc, teşt gözləyir kənar çıxanı. 
Kim  bu  aləmdən  kənara  çıxmaq  istəsə  (Allahı  axtarmaq  fikrinə  düşsə)  onu 
ölüm gözləyir. 
141 
 
Bu uca barigah - uca bir hasar, 
İçində əsirdir bütün xəyallar. 


                                                                                                                                      
247
Uca barigah və uca hasar - maddi aləm, kainat deməkdir. Yəni bütün bizim 
fikirlərimiz, xəyallarımız içində yaşadığımız bu varlıqla hüdudlanmışdır. 
142 
 
Yuxuda gördüyün canlı, ya cansız 
Sənin öz şamının odudur yalnız. 
Yuxuda  gördüklərin  fövqəladə  bir  şey  deyil,  onlar  sənin  öz  fikir-xəyalının 
məhsuludur. 
143
   
Gövhəri almazla deşərək dedi... 
Yəni sözlərini almaz kimi kəskin və parlaq mənalarla birləşdirib danışmağa 
başladı. 
144 
 
Rumipərəst hindli doymaq bilmədi, 
Öz hind qılıncını çəkərək dedi. 
Rumipərəst - yəni Yunandan, Rumdan (burada isə rumlu İskəndərdən) xoşu 
gələn  deməkdir.  Hind  qılıncını  çəkərək  -  yəni  qılınc  kimi  kəskin  dili  ilə
danışmağa başlayaraq... 
145
   
Hindli bu şərabdan məst olub qaldı... 
Burada şərab İskəndərin sözləri deməkdir. Yəni: İskəndərin dedikləri hindlini 
heyran etdi. 
146
   
Bu küpdə olan rəng yalnız bircədir. 
Bu  küpdə  -  bu  dünyada  deməkdir.  Misranın  mənası:  bu  dünya  üçün  bütün 
insanlar bərabərdir. 
147
  Rühulqüdüs - İskəndər nəzərdə tutulur. 
148 
 
Qoy açsın bu sirri ağlın açarı: 
Necə çiçək açmış yerin baharı? 
İnsan öyrənməli, bilməlidir ki, bu dünya necə yaranmışdır. 
149
   
Padişah beləcə dürlər saçdı, 
Bağlı xəzinənin ağzını açdı. 
İskəndər öz mənalı sözləri ilə mübahisə açdı və filosoflar söhbətə başladılar. 
150
   
Bunlar andırırdı müşkü, kafuru, 
Yarısı mayedi, yarısı quru. 
Kafurun təbiətindəki nəmlik və müşkün təbiətindəki quruluq, eyni zamanda, 
kafurun ağlığı ilə - yer, torpaq nəzərdə tutulur. 
151 
 
Hürmüz də əl atdı qıfıla san, 
Zənciri çeynədi əqlin açarı. 
Bəhs  olunan  mövzu  barədə  fikir  demək  növbəsi  Hürmüz  çatanda  o  da 
məsələni öz anladığı kimi dərindən izah etməyə başladı 
152
   
Mayedən doğurmaq - yaratmaq deyil, 
Kəndxuda başqadır, xuda başqa, bil! 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə