Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   56   57   58   59   60   61   62   63   64

                                                                                                                                      
248
Bir kəs ki, əql ona ad verib: Qadir, 
Özü bildiyini özü xəlq edir. 
Hazır bir maddədən - mayedən bir şey yaratmaq qüdrət, allahlıq deyildir. Şərt 
odur ki, yoxdan, heç nedən bir şey yaradasan; allahlıq budur. Bu qüdrətə ancaq 
Allah malikdir. 
153
   
Bu zidd qüvvələri bir yerə qatdı, 
Ağıllı, hünərli insan yaratdı. 
Zidd qüvvələr - bir-birinə zidd keyfiyyətlərə malik olan dörd ünsür (su, od, 
torpaq, hava) deməkdir. 
Yəni Allah insanı bu dörd ziddiyyətli maddədən yaratdı. 
154 
 
Hər camı ayrıca alıb nuş etdi. 
İskəndər bəhsdə iştirak edən hər filosofun sözlərinə ayrı-ayrı, diqqətlə qulaq 
asdı. 
155
   
Nizami, bu qapı açar götürməz, 
İlk nəqş bağlananda görməyib heç kəs. 
Nizami,  kainatın  -  varlığın  bu  əsrarına  ağıl  çatmaz,  yaradılışın  başlanğıcını 
heç kəs görməmişdir, əzəl nəqşini oxumaq mümkün deyil. 
156 
 
Bu gizli sözləri, fikirləri sən 
Neçin lal dillərə isnad edirsen? 
Lal dillər - özü ölüb getmiş filosoflara işarədir. 
157 
 
Yemə çörəyini yad süfrələrdə, 
Öz süfrən üstünə gəl çəkmə pərdə. 
Lal dillər ifadəsində olduğu kimi burada da guya Xızır Nizamiyə öz sözlərini 
ölüb getmiş filosoflara isnad etməməyi söyləyir. 
158
   
Mərhəmət umarlar qara torpaqdan, 
Torpaqdan yaxşıdır ancaq sağ insan. 
Nizami  öz  dövründəki  hakimlərin  əsil  elmə  qiymət  vermədiklərindən  və 
ölüləri  dirilərdən  üstün  tutduqlarından  şikayətlənir,  diriləri  daha  çox  sevmək 
lazım gəldiyini söyleyir. 
159
   
Hoqqabaz torpaqda sehirbazlıq var, 
Həm möhrə oğurlar, həm də oynadar. 
Burada  və  bundan  aşağıdakı  misralarda  Nizami  torpağın  sehrbazlığını,  yəni 
onun ölü bədənləri quru xəzəlləri udub, təkrar canlı heyvanlar, yaşıl otlar, nəbatat 
şəklində meydana çıxartdığını söyləyir. 
160
   
İstədi çalışıb sirləri örtən 
Yeddi qat sürməni silsin tamamən. 
İskəndər kainatın sirlərini kəşf etməyə çalışdı, həqiqəti örtən yeddi qat sürmə 
rəngli, dumanlı göy perdələrini açıb axtardığını tapmaq istədi. 
161
   
Qərbdə bir tayfa var, özü köçəri, 


                                                                                                                                      
249
Nasikdir adları, yoxdur dinləri. 


                                                                                                                                      
250
Şərqdə bir tayfa var, xislətdə mələk,  
Onlara layiqdir Mənsək ad vermək. 
Nasik - ümumi mənasmda abid, zahid, Allaha ibadət edən, xüsusi mənada isə
mifik  bir  tayfadır  ki,  güya  Qərbdə  heç  bir  dinə  bağlanmayaraq  və  heç  bir 
ibadətgaha malik olmayaraq çöllərdə yaşamışdır. 
Mənsək - ibadət yeri, dini ayinlərin icra olunduğu yer. Burada isə ibadət və 
pərəstiş olunmağa layiq, mələk xislətli tayfa mənasında işlənmişdir. 
162
   
Nasikdən Mənsəkə çək qoşunları, 
Keç sonra Habildən Qabilə san. 
Ordunu qərbdən şərqə çək, sonra da cənubdan şimala tərəf apar. 
Qabil  və  Habil  -  dini  əfsanələrə  görə  Adəmin  oğlanlarıdırlar.  Guya 
qısqanclıq  və  paxıllıq  nəticəsində  Qabil  Habili  öldürmüş,  sonra  peşman 
olmuşdur. Bu dünyada insanın ilk cinayəti hesab edilir. 
Şərq əsatirində guya Habilin nəsli cənubda, Qabilin nəsli isə şimalda imiş. 
163
   
İşıq bəxş edersən sən də o şəxsə. 
Sən də o adama ədalət göstərib yaxşılıq edərsən. 
164 
 
Sən də qaranlıqdan bir pay ver ona. 
Sən də o adama zülm elə, cəza ver, yamanlıq et. 
165 
Allah tərəfindən gəlmiş mükəmməl 
O "Sifri-əzəm"dən başqa üç gözəl 
Nəsihətnamə də keçirdi ələ... 
Sifr - kitab; "Sifri-əzəm" - Tövratın beş cildindən böyüyü. Üç nəsihətnamə - 
Ərəstunun,  Əflatunun  və  Sokratm  "Nəsihətnamə"ləri.  İskəndər  "Sifri-əzəm"dən 
və  bu  nəsihətnamələrdən  öz  işlərində  rəhbərlik  göstərən  əsərlər  kimi  istifadə
edərmiş. 
166
   
O, bir gün çıxaraq öz ac taxtinə... 
Ac təxtinə - fil sümüyündən qayrılmış təxtə. 
167
   
Mədəndən gövhərlər çıxarmaq üçütı... 
Ağıllı fikirlər, gözəl tədbirlər söyləmək üçün. 
168
   
Diltək itiləyib qələmi, yenə 
Qamışdan qend səpdi kağız üstünə. 
Qamışdan  qənd  səpdi  -  yəni  qamış  qəlemlə  qiymətli,  şirin  sözlər  yazdı. 
Burada eyni zamanda şəkər qamışına işarə edilir. 
169
   
Naqqaya qonşudur sədəf dəryada, 
Qılınc yox, dürr verir şaha dünyada. 
Sədəf  dənizdə  nəhənglə  bir  yerdə  olur.  Lakin  o,  tacları  bəzəyən  incilər 
verdiyi halda, nəhəngin belində qılınca bənzər tikanlar olur. 
170
   
Qardaşın qanını alma qardaşdan, 
Tamam ayrı şeydir çünki südlə qan. 


                                                                                                                                      
251
Qardaş qardaşla ana südünə şerik olurlar; amma qan - cinayət işlərində onlar 
şərik deyillər. Birisi bir günaha batıbsa, onun cəzasını o birinə vermək olmaz. 
171
   
Paslanıb kəsməsə qılıncın əgər, 
Qızıl ver, daşları dəmirə döndər. 
Qılıncın pas tutsa, onunla bir iş görə bilməsən, qızıl ver ki, daş kimi bərk olan 
düşməni dəmir kimi əridib yumşaldasan. 
172 
 
Xalqın məclisində mütrübtək şad ol, 
Sərvsən, kibrdən, çalış, azad ol. 
Öz şəxsi mənfəətini güdmə, xalq ilə birgə şad ol. Belə olmasın ki, xalq şad 
olanda sən kədərə batasan; lovğalıqdan, dikbaşlıqdan uzaqlaş. 
173
   
Bəzəmə üzünü sən reyhansayaq, 
Özgənin əlində ol nurlu çıraq. 
Gül-çiçək  kimi  üzünü  bəzəmə,  çıraq  kimi  ol  ki,  yanaraq  başqasına  fayda 
verəsən. 
174 
 
Qızıl ya sahibi xoşdur? - Sorma sən. 
Düyün bənddən pisdir, bənd də düyündən. 
Qızıl  sahibi  qızıl  kisəsinə  vurulmuş  bir  düyün  kimi,  qızıl  isə  sahibinin 
ayaqlarına vurulmuş bənd kimidir. Hər ikisi pisdir. 
175 
 
Geniş ətəkli ol, çünki meyvələr 
Geniş ətəklərə daha çox düşür. 
Səxavətli,  əliaçıq  ol  ki,  özün  də  səxavət  və  əliaçıqlıq  görəsən,  ruhun  bol 
olsun. 
176 
 
Həmişə düz gedən piyada əsgər 
Vəzir olan kimi əyri yol gedir. 
Bəzi  adamların  yüksək  vəzifə  və  rütbəyə  çatdıqları  zaman  lovğalanıb 
yollarından azmalarını Nizami şahmat fiqurlarının hərəkətləri ilə müqayisə edir. 
Məlum olduğu kimi, şahmatda əsgər (piyada) yalnız düz istiqamətdə hərəkət edə
bilər.  Lakin  o,  taxtanın  son  xanasına  çatdıqda  vəzir  olur  və  bu  zaman  yana  da 
(əyri yola da) hərəkət edə bilir. 
177 
 
Bəd gündə ulduzdan olma bədgüman. 
Yaman  vəziyyətə  düşəndə  bədbin  olma,  ümidsizliyə  qapılıb  taleyin 
uğursuzluğundan şikayətlənmə. 
178
   
Göyə atılan daş yerə tez düşər, 
Bu qısa müddətdə işlər dəyişər. 
Pis vəziyyət çox tez - bir daşın göyə atılıb yerə düşməsi müddətində dəyişib 
yaxşılaşa bilər. 
179
   
Çalış ki, kirpiyin olsun almaztək, 
Ayıq ol, ölkənin keşiyini çək. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə