Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

                                                                                                                                      
226
Bu fikri nizamişünaslar da təstiq edirlər. 


                                                                                                                                      
227
Beytin mənası: mənəvi şərabım - təbim coşduqca sözlər, fikirlər də beynimdə
coşub daşır. 
32
 
İlham buludlarım çəkdi nərələr, 
Gövhərşünaslara yağdırdı gövhər. 
İlhamım cuşa gəldi, sənəti sevənlər üçün yağış kimi dürlər yağdırdım. 
33
 
Taleyim açıldı, oldum bəxtəvər, 
Zöhrə dəf göndərdi, Müştəri dəftər. 
Zöhrə ulduzu Yaxın Şərqin klassik şairlərinin əsərlərində göylərin çalğıçısı 
sayılır. Zöhrənin dəfi buna işarədir. 
Kosmoqrafiya  Müştəri  ulduzu  üzərində  qara  xətlər  olduğunu  göstərir. 
Müştərinin  bu  xətlərini  qədimdə  yazı  saymışlar.  Müştərinin  dəftəri  ifadəsi  də
buna işarədir. 
İkinci  tərəfdən,  Müştərinin  Zöhrə  ilə  bir  bürcdə  qarşılaşması,  qədim 
astroloqların fikrincə, xoşbəxtlik əlamətidir. 
Bu beytdə  Zöhrənin  dəfi - əyləncəli,  zövq verən şeirlər,  Müştərinin dəftəri 
isə, xoşbəxtlik kitabı demekdir ki, bu da "İqbalnamə"yə işarədir. Nizami demək 
istəyir ki, bu kitabda həm zövq, sevinc, həm də səadət yolunu tapmaq olar. 
34 
 
Neçə vaxt ağ rəngə lacivərd qatdım, 
Bitdi "Şərəfnamə", murada çatdım. 
Ağ  rəng  -  kağıza,  lacivərd  isə  mürəkkəbə  işarədir.  Nizami  ağ  rəngi 
lacivərdə qatdım deməklə, əsərlərini yazmasından bəhs edir. 
35
 
 
Gör əvvəl nə ekdim, gör bitdi nələr, 
Sınığı bu sayaq bitişdirərlər. 
Şair  "İqbalnamə"ni  yazmaqla  və  onu  "Şərəfnamə"  ilə  bitişdirməklə, 
"İskəndərname"  kimi  bütöv  bir  əsərin  meydana  çıxdığını  göstərir.  Beytdə  sınıq 
sözü  "Şərəfhamə"nin  mövzuca  yarımçıqlığına  işarədir  ki,  "İqbalnamə"  bunu 
tamamlayır. 
36
 
 
Bilmirəm bu qədər füsunkar sözlər 
Babil quyusundan çıxır nə təhər? 
Əsatirə görə, qədim Babil şəhərində dərin bir quyu var imiş ki, oradan asılmış 
Harut və Marut adında sehrbaz mələklər də quyudan çıxa bilməzlərmiş. Nizami 
burada  öz  şeirlərinin  o  quyudan  çıxa  biləcək  dərəcədə  qüvvətli  caduya,  yəni 
təsirə malik olduğunu söyləyir. 
37
 
Zöhrəyə o "Zənd"i kimlər öyrətdi, 
Oxuyub Harutu tamam bənd etdi? 
Əsatirə  görə, guya  Zöhrə  ulduzu  çox  gözəl  oxumağı  ilə  Harutu  cəzb  etmiş, 
Harut  da  ona  qovuşmaq  üçün  sehrbazlığa  başlamış  və  sehrbazlıq  etdiyinə  görə
cəzalandırılaraq quyudan başı üstə asılmışdır. 


                                                                                                                                      
228
"Zənd"  -  atəşpərəstlərin  peyğəmbəri  Zərdüştün  kitabının  adıdır.  Buna 
"Zənd-Avesta" da deyilir. Nizami isə təbini "Zənd" oxuyan Zöhrəyə, şeirlərini 
də Zöhrənin cəzbedici nəğmələrinə bənzədir. 
38
 
 
Sehirli nəğməmdən Zərdüşt xar oldu, 
Söndü çox "Zənd"lərin alovu, odu. 
Yəni mənim sehrə - qüvvətə malik sözlərimin müqabilində Zərdüştün sözləri 
kölgədə qaldı, çox "Zənd"lər rövnəqdən düşdü. 
39
 
 
Dəryaya dürr saçsm qətrə buradan, 
Qoy xurma daşısın Bəsrə buradan. 
Məlumdur ki, qətrə dəryada sədəfin ağzına düşüb, dürr olar. Nizami deyir ki, 
qətrələr məndən dəryalara dürr saça bilər, yəni mən sözlərdən dürr yaradan bir 
şairəm. 
İkinci  misra  Bəsrənin  bol  və  əla  xurma  yeri  olduğuna  işarədər.  Nizami 
özünün Bəsrə xurmasından da şirin və bol sözlər yaratdığını söyləyir. 
40
 
 
Bu altıkünc tağda bir buludam mən, 
Səpərəm hər yana su ciyərimdən. 
Mən bu altıcəhətli (sağı, solu, önü, arxası, yuxarısı, aşağısı olan) aləmdə elə 
bir sənətkaram ki, sözlərimin şöhrəti hər yana gedib çatır. 
41
 
 
Bitkitək pay alıb hamı suyumdan, 
Yağışım sərvlər becərir hər an. 
Mənim  əsərimdən  ilham  alan  şairlər  damcı  ilə  bitən  otlara  bənzərlər,  onlar 
mənim böyük bəhrələr verən sənətimə möhtacdırlar. 
42
 
Kölgətək işıqdan kim çəksə zərər, 
Əlbəttə, həmişə ondan çəkinər. 
Çeşməmdən feyziyab olsa da çoxu,   
Getmir gözlərinə həsəddən yuxu. 
Bu  beytlərdə  Nizami  özünu  işığa  və  onun  poetik  istedadına  həsəd  aparan 
şairləri kölgəyə bənzədir. 
Mənim meyxanamdan içərlər şərab...  
Yəni mənim əsərlərimdən istifadə edərlər. 
Bu feyzi onunçün qazandım ki, mən  
Əsla su içmədim yad bir çeşmədən. 
Mən özgəyə göz dikmədən öz əməyimlə belə bir dərəcəyə çatdım. 
45
 
 
Xəlvətdə poladdan sildim ki, pası, 
Yaqut rəngi alsın onun aynası. 
Bu və başqa beytlərdə Nizami öz yaradıcılığının tamamilə orijinal olduğunu, 
heç kəsi təqlid etmədiyini və heç kəsdən söz almadığını göstərir və deyir ki, mən 
zəhmət və əziyyətimlə öz yaradıcılıq xəyalımı güzgü kimi parlatdım. 


                                                                                                                                      
229
  


                                                                                                                                      
230
Hələ can almamış əcəl turactək:  
"Dad, məni tutdular!" - çığırıb dad çək, 
Dad,  məni  tutdular!  -  Turacın  oxumasına,  təqlid  yolu  ilə  düzəldilmiş 
ifadəyə işarədir. 
Fələk - yeddibaşlı qorxunc əjdaha,  
Bircə zərbə vursa, məhv oldım daha. 
Əsatirə  görə,  güya  göy  əjdahası  olan  fələk  Ayı  udurmuş,  həm  də  onun 
tutulmasına səbəb olurmuş. 
48
 
 
Xəlbirə bənzəyən teştdir asiman, 
Sən bir xəlbir torpaq, o da bir teşt qan. 
Birinci misra ulduzlarla dolu göyə işarədir, İkinci misrada isə insan bir ovuc 
torpağa, çərxi-fələk isə məhv olmuşların qanı ilə dolmuş bir teştə bənzədilir. 
49
 
 
Bu göy rəngli küpün çox hiyləsi var, 
İçindən görərsən yüz cür rəng çıxar. 
Göy  rəngli  küp  -  fələk,  səma  deməkdir.  Beytin  mənası:  bu  fələk  cadularla, 
füsunlarla doludur, ondan yüz növ hiylə baş verir. 
50
 
 
Küpə bir cadugər minər, deyərlər
Bu küpə minmişdir yüz min cadugər. 
Əfsanələrə  görə,  küpə  bircə  cadugər  minir,  amma  göyün  küpünə  bax  ki, 
üstündə  yüz  minlərlə  cadugər  və  sehrbaz,  yəni  bədbəxtlik  və  nəhslik  ulduzları
dolaşır. 
51 
 
Tülkütək geydirər qırmızı papaq, 
Sonra qara itə yedirdər ancaq. 
"Dərzi tülkü" adlı Azərbaycan nağılına işarədir. Yəni bu çərxi-fələk bu gün 
bir  adama  qırmızı  tülkü  dərisindən  papaq  geydirsə,  sabah  onu  tülkü  kimi  qara 
itlərə yem edər; bu gün güldürər, sabah ağladar. 
52
 
 
Nədir dörd yol üstə məskən düzəltmək? 
Dörd  yol  -  dörd  ünsürdən,  yəni  su,  od,  torpaq  və  havadan  ibarət  dünya 
deməkdir. Mənası: nə vaxta qədər bu kəşməkeşli dünyada yaşayacağı? 
53 
 
Dörd balış qeydindən qurtaranda biz, 
Asudə yatanq səssiz-səmirsiz. 
Dörd balış - yenə də dörd ünsürdən ibarət olan dünya deməkdir. Yəni yalnız 
öləndən sonra asudə olmaq mümkündür. 
54 
 
Hər pərdədə yalnız o adam çalar 
Ki, ola pərdədən yaxşı xəbərdar. 
Musiqidə  işlənən  pərdə  sözü  burada  məcazi  mənadadır.  Beytdə  deyilir  ki, 
həyatın  qanun-qaydalarını  bilməyən,  onlarla  hesablaşmayan  adam  daim 
çətinliklərə rast gələr. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə