Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

                                                                                                                                      
218
Yaxşı tanıyıram mən hər yetəni, 
Kəmər oğrusuyla tac bəxş edəni... 
Bunları deməkdən qəsdim, yaxşı bil, 
Əsla yoxsulluqdan şikayət deyil! 
Demirəm pis keçir günüm, həyatım, 
Ancaq yorulmuşdur azacıq atım. 
Süfrəmdə bir parça çörək tapılar, 
Amma səhhətimdən şikayətim var. 
Insanın bədəni olmasa möhkəm, 
Yazarkən süstləşər əlində qələm. 
Saz olsa qarğanın əgər bədəni, 
O, Bəsti ənciri bilər hər dəni
263

Düzdür, yaşım ötüb, əsir dizlərim, 
Rövnəqdən düşməmiş ancaq sözlərim. 
Hələ çox solmayıb göy sərvim mənim, 
Hələ diribaşdır bu ağ köhlənim. 
Hələ haqq gözləyən, qədirbilənlər 
Əllicə beytimə yüz qızıl verər. 
Bəxtimdən, zəmanə eyləyir kömək, 
Kisəmə dürr verir, taxtıma ipək. 
Ancaq bir arzu da keçir qəlbimdən, 
Aslanlar ovuna kəmənd atım mən, 
Şir kimi doyaram qanıyla ovun, 
Leşini qoy yesin tülkülər onun. 
Əti apararsa pişik qazandan, 
Nə çıxar, qarı hey qoparsın fəğan! 
Fələyin zərləri əyri atması, 
Dünyanın oyuna xələl qatması
Altmışa çatdırdı yaşımı mənim, 
Düşməmiş qüvvədən ancaq bədənim. 
Sanıram yenə də on yaşındayam, 
Hələ də divlərin savaşındayam. 
Keçənlər keçibdir çöllərdə yeltək, 
Qalanlar da belə gəlib keçəcək. 
Ömrün hesabını düşünsən əgər, 
Quyuya sallamış dolçaya bənzər. 
Bir dolça quyudan su çıxarmasa, 


                                                                                                                                      
219
Nə xeyri, uzunmuş ipi, ya qısa? 
Getdim, bu dastanda qoyub qəlbimi, 
Gərək oxunmasın əyləncə kimi. 
Dinləyən halını duysun dərindən, 
O da getməlidir bu köç yerindən! 
Bizi nə düşünsün, nə yada salsın, 
Özünün, dostların qeydinə qalsın. 
Mən də oturmuşdum bir gün, dünyada 
Olub keçənləri salırdım yada. 
Ölənlərin qəmi qəlbimə doldu, 
Gözlərimin yaşı dönüb sel oldu. 
Suda batanlardan bir nəfər gecə
Yuxuma girərək dedi gizlicə: 
"Sən özün bizimlə bir yerdə ikən 
Bizim dərdimizi nahaq çəkirsən. 
Indi ki, gedirsən bu karvan ilə, 
Sən öz dərdini çək, fikrini elə!" 
Bu dünya mənasız göründü mənə, 
Düşdüm o gecədən səfər fikrinə. 
Çünki təşviş etməz ayıq bir insan 
Bu çıraqsöndürən dəli ruzgardan. 
Mən şərab küpünə düşərsəm, nə qəm, 
Meylə al boyanmış libas geyərəm! 
Tapa bilməsəm də qulan kababı, 
Çəkmirəm toxluq ya aclıq əzabı. 
Yoxsa da içməyə dadlı bir şərbət, 
Şirin xəyallardan alaram ləzzət! 
Qurtarıb tükənsə yağdanda yağım, 
Nə olar, qoy sönsün bu can çırağım. 
Səsim çıxmasa da təbiltək əgər, 
Dözərəm təbiltək yağsa zərbələr. 
Sındırsa sərvimi zamanın yeli, 
Sağaldar yaramı şahın öz əli. 
Xudaya, sən özün bu saf gövhəri, 
Bu, hünər bağında yetmiş bəhəri, 
Yetimdir, dünyada qoru hər zaman, 
Gecəli-gündüzlü dərddən, bəladan. 


                                                                                                                                      
220
Bu dəri dastanım yetişdi sona, 
Yaxşı fal, xoş tale yar oldu ona. 
Şahın adı kimi o Məsud olsun, 
Şah da bu dastanla qoy Mahmud olsun
264

İlk dəfə bu dürrü mən sapa düzdüm, 
Tale ümmanında fərəhlə üzdüm, 
İqbalı xoşlara yazdığım əsər, 
Təəccüb etməyin məqbulsa əgər. 
Nəzər salan zaman şah bu dastana 
Qoy əqli, zəkası yar olsun ona! 
Ucalsın adıyla onun bu kitab, 
O da bu kitabdan olsun feyziyab! 
Nizami aləmə bir də səs salsın, 
Adı bu əsərlə əbədi qalsın! 
Bunun adı kimi olsun bəxtəvər, 
Dolandıqca dövran, keçdikcə illər!
 


                                                                                                                                      
221
İZAHLAR 
1
 
Yeddi qat içində nə var binadan, 
Min alqış ona ki, odur Yaradan. 
Yeddi  qat  -  Şərq  əsatirində  göyün  yeddi  təbəqədən  ibarət  olduğu  təsəvvür 
edilir. 
2
 
Heç bir kəs torpağa dil verə bilməz, 
Naxış vura bilməz suya da heç kəs. 
Heç kim torpağı danışdıra bilməmiş və heç kim suya naxış sala bilməmişdir. 
Təkcə  Allah  torpaqdan  nitq  sahibi  olan  insan  yaratmış  və  bir  damcı  suya 
(nütfəyə) insanın surətini nəqş etmişdir. 
3
 
Səni ümid ilə hey axtarmaqda 
Kimisi qarada, kimisi ağda. 
Səni hər kəs qaranlıq gecədə, işıqlı gündüzdə, kimi yerdə, kimi göydə axtarıb 
tapmaq istəyir. 
4
 
Köhnə hekayəti çatdırdım sona, 
Başlasın təzə söz indi cövlana. 
Bundan  əvvəlki  hekayəni  -  "İskəndərnamə"nin  birinci  hissəsini  -
"Şərəfnamə"ni  yazıb  bitirdim,  indi  də  onun  ikinci  hissəsini  -  "İqbalnamə"ni 
yazmağa başlamışam. 
5
 
Saldın ilk sözümü Sən dildən-dilə, 
Bu son addımı da yetir mənzilə. 
"Şərəfnamə"də  müvəffəqiyyətimi  və  şöhrətimi  təmin  etdin,  indi 
"İqbalnamə"ni də o cür başa çatdırmağa mənə yol göstər, yardım et. 
6
 
Onun taxtı idi bütün bu əflak, 
Başının müqəddəs tacıydı "lövlak". 
Həqiqətdə  Məhəmmədin  taxt-tacı  yox  idisə  də,  mənən  o  həm  taxt,  həm  tac 
sahibi idi. 
Quranda  "Lövlökə  ma  xələqqü-1-əflak"  ("Əgər  sən  olmasaydın,  göyləri 
yaratmazdım")  ayəsinin  ixtisar  edilmiş  variantıdır.  Güya  bu  sözləri  Allah 
Məhəmmədə müraciətlə demişdir. 
7
 
Parlayıb nur saçdı bu kainata, 
Bənzərdi Zülmatda abi-heyata. 
Məhəmməd  cəhalət  qaranlığında  olan  dünyaya  öz  mərifəti  ilə  işıq  saçdı. 
Onun  dünyada  varlığı  əsatirə  görə  Zülmətda  olan  dirilik  suyuna  (abi-həyata) 
bənzədilir. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə