Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   56   57   58   59   60   61   62   63   64

                                                                                                                                      
252
180
   
Oyanıb qalxanda Günəş yuxudan, 
Müşkə kafur səpdi sanki asiman. 
Müşk - qara, kafur-ağ, yəni səhər Günəş doğanda müşkə kafür səpilən kimi 
oldu hava işıqlandı. 
181 
 
Əsildir, yüksəkdir o da gövhərtək, 
Özünü həmişə qorusun gərək. 
Şah  nəcabət  əhlidir,  onun  vücudu  gövhər  kimi  qiymətlidir,  buna  görə  də 
xətərə düşə bilər. Deməli, o özünü, əsil-nəsəbini həmişə mühafizə etməlidir. 
182
   
Dünya tikanlıdır, kirpiyik biz də, 
İynə var, tikan var xislətimizdə. 
Dünyanı nahaq yerə pisləməliyik, çünki əgər dünyanın üstü zülm tikanları ilə 
doludursa, bizim də təbiətimiz kirpi kimi tikanlıdır, demək, ikimiz də - dünya da, 
biz də bir-birimizə bənzəyirik. 
183 
 
İki qarı qızın başladı bəhsi, 
Dünyanı götürdü onların səsi. 
Bizim  dünyanı  pisləməyimiz  iki  bədxasiyyət,  qarımış  qızın  bir-birini 
pisləməyinə bənzər. 
184 
 
Yeddi qat yanar od içrə, nəhayət, 
Kabablıq ət üçün nədir bu zəhmət? 
Yeddi qat yanar od - dünya deməkdir. Yəni bu kəşməkeşli, mərəkəli dünyada 
bu qədər arzu və ehtirasa əsir olmaq nə üçündür? 
185
 
Üç gün ötüb keçdi, yenə asiman, 
Rum-zənci oyunu oynayan zaman. 
İskəndər buyurdu qoca Sokrata 
Vursun üzüyündən muma möhr o da. 
Rum-zənci  oyunu  -  burada  rum  (rumlu)  -  ağ,  zənci  isə  -  qara  mənasında 
işlənmişdir. Asimanın rum-zənci oyunu oynaması - səhərlə axşamın, gündüzlə
gecənin bir-birini izləməsini bildirir. 
Mənası:  üçüncü  gün  səhər  olanda  İskəndər  əmr  etdi  ki,  Sokrat  öz  bilik 
üzüyünün  möhrünü  onun  mum  kimi  hər  naxışı  qəbul  edən  istedadlı  ağlına 
vursun, onun üçün nəsihətnamə düzəltsin. 
186
   
Dürlər çıxarmaqçün daldı ümmana. 
Sokrat İskəndərə gözəl, mənalı nəsihətlər vermək üçün fikrə getdi. 
187 
 
Yeməyi heç yemə deniz kimi tək, 
Yediyin olmasın acı, dəniztək. 
Dəniz  suyu  acı  olur.  Güya  acılıq  ona  görədir  ki,  dəniz  hər  şeyi  özbaşına 
təklikdə udur. 
Beytin mənası: xudbin və xəsis olma, yeməyi tək yemə. Belə etsən, yediyin 
nuş olmaz, ağzın daha gəlməz. 


                                                                                                                                      
253


                                                                                                                                      
254
188
   
Vaxtında evindən çıxarsan əgər, 
Qapına müşktək ətir səpilər. 
Bundan  əvvəlki  beytdən  də  aydın  olur  ki,  xəsislik  edib  yeməyi  evində 
saxlasan, onun üfunəti çox evlərə yayılacaq. Əliaçıq olub onu qonşulara versən, 
onların məhəbbətini qazanarsan, haqqında yaxşı sözlər yayılar. 
189 
 
Tək bircə fətirə, gəl, qane ol sən, 
Düşün, Günəşdən ki, artıq deyilsən. 
Burada fətir yuvarlaq Günəş qürsü ilə müqayisə edilir. Yəni dünyada acgöz 
olma,  bir  çörəklə  kifayətlən,  düşün  ki,  parlaq  Günəş  də  bir  qürs  (dairə)  ilə
kifayətlənir. 
190
   
Quraqlıq olanda, bilmirsən bunu, 
Zirəyə verərlər zirə suyunu? 
Rəvayətə görə, guya zirə bitkisinə su verilmir. Quraqlıq vaxtı: zirə - sənə su 
verəcəyəm,  -  deyən  sahibinin  vədilə,  ümidlə  yaşayır.  Buna  görə  də  zirə  suyu 
ifadəsi aldadıcı, yalançı vəd və ümid mənasını daşıyır. 
191
   
EIə sür kəcavə çəkən dəvəni, 
Filin ayağına salmasın səni. 
Az qan tök, az zülm elə, işini elə ehtiyatla apar ki, şahlığın bərbad olmasın; 
dəvə  (ədalət,  qanun)  səni  filin  (xalqın,  rəiyyətin)  ayağı  altına  salıb  pay-mal 
etməsin. 
192 
 
Bu harın göy atdan daim et həzər, 
O bir əjdahadır, gəlinə bənzər. 
Burada harın göy at - fələk, asiman mənasındadır. Yəni bu dünyanın gərdişi 
aldadıcıdır, əslində o, kinli bir əjdahadır, lakin zahirdən gozəl bir gəlinə bənzər. 
193 
 
Bağla torpaq kimi dinclik kəməri. 
Sokratın  dilindən  deyilən  bu  sözlər  yerin  sabit,  hərəkətsiz  olması  barədə 
idealist fəlsəfi nəzəriyyəyə işarədir. 
194
   
Mən “Xosrovnaməni” yazmaqçün rəvan... 
"Xosrovnamə" - "İqbalnamə" (yaxud "Xirədnamə") deməkdir. Xosrov 
-  böyük  Şah.  Əsər  İskəndərə  həsr  edildiyi  üçün  onu  "Xosrovnamə"  də 
adlandırmaq olar. 
195
   
Yuxudan məhrumdu o nərgiz gözlər, 
Sərvimdə görmədim gənclikdən əsər. 
Bənövşə üstünü basmış yasəmən, 
Öz qızılgülümii solğun gördüm mən. 
Şair öz bədəninin üzvlərini müxtəlif bitkilərə bənzədir: nərgiz - gözəl, sərv - 
boy,  qamət;  bənövşə  üstünü  basmış  yasəmən  -  yəni  saçlar  ağarmışdır. 
Qızılgülün  solğun  gördüm  -  al  yanaqlarımı,  üzümü  solub-saralmış  gördüm. 
Demək, daha qocalmışam. 


                                                                                                                                      
255


                                                                                                                                      
256
196  
 
Sikkəni bu qədər sürtülmüş görcək...  
Sifətimi rövnəqdən düşmüş görəndə... 
197 
 
Dövlət divanından pozdu adım, 
Zəhmət divanına yazdı adım. 
Dövlət divanı - hakimiyyət mövqeyi, şahlıq; zəhmət divanı - peyğəmbərlik. 
198
  Bisrək - güclü dəvə, qıvraq və tez yeriyən olur. 
199 
Büxti - Xorasan dəvəsi. 
200
  Naqə - dişi dəvə. 
201 
 
Qaldırdı balıqdan Aya bayrağı. 
İskəndər bayrağını qaldırıb yola düşdü. 
202 
 
Yunanlar Okyanos deyərdi ona. 
Nizami Okyanos sözünü bilavasitə yunancadan götürmüşdür. 
203
  Müəyyəb - eybəcər. Müəlləq - asılı, asılmış. 
204
   
Örtüyə bürünər bir az gedərək, 
Çunki yer altından keçsin o gərək. 
Guya Günəş əvvəl dənizdən keçdiyi üçün onun ipək sularına bürünər, sonra 
da yerin altından keçdiyi üçün yerin örtüyünü örtər. 
205 
 
Alim cavab verdi: "Həmin İsti su 
Çoxunun abrını tökmüş, doğrusu". 
Bu sirri çox adamlar gəzib axtarmış, tapa bilmədikləri üçün biabır olmuşlar. 
206
  Qəssasə - bir cins mifik, dəhşətli dəniz nəhəngi. 
207 
 
O çıxsın, ətəkdə qoysun oğlanı, 
Balası zəncirtək saxlar aslanı. 
Aslan üçün balası zəncir kimidir: balası harada olsa, özü də orada olmalıdır. 
Burada atanın öz övladına məhəbbətinin qüdrətindən söhbət gedir. 
208
  Ziyəhat - diri, yaşayan. 
209
   
Ulduzlu gecənin od tutub canı, 
Sanki əqrəb çalıb xallı ilanı 
Nizami yay gecəsindəki səmanı xallı ilana, ulduzların sayrışmasını isə əqrəb 
vurmuş ilanın hərarətdən çırpınmasına oxşadır. 
210 
Gecənin camına gün axıb doldu 
Gün batıb axşam oldu. 
211
 
Bu yeddi xalvarlıq təbli çaldıran 
Xoruza əmr edib verdirəndə ban... 
Yeddi  xalvarlıq  təbli  çaldıran  -  yeddi  təbəqəli  göyləri  işıqlandıran  günəş 
deməkdir. 
Beytin mənası: səhər olub Günəş doğanda, xoruzlar banlayanda... 
212
   
Tutiyə dönübsən, ey şad könül, sən, 
Yadına Hindistan düşüb deyəsən... 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə