Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

                                                                                                                                      
222
Uca qalxmasaydı ərşin tağından,  
Kimdi kainatın sirrini açan? 
Ərşin  tağı  -  burada  Məhəmmədin,  dini  əfsanədə  deyildiyi  kimi  qalxdığı
"merac"dır ki, göyün yeddinci təbəqəsi sayılır. 
Beytin  mənası:  Məhəmməd  göylərin  ən  yüksək  qatından  uca  qalxdığı  üçün 
kainatın sirlərini açdı. 
Cənnətdən torpağa gəldisə Adəm, O qoydu torpaqdan cənnətə qədəm. 
Dini əfsanəyə görə, birinci peyğəmbər olan Adəm Allahın əmrindən çıxdığı 
üçün cənnətdən çıxarılıb dünyaya atılmışdı. 
Beytin  mənası:  Məhəmməd  Adəm  peyğəmbərdən  də  yüksəkdir.  Adəm 
cənnətdən çıxarılıb yerə qovulduğu halda, Məhəmməd yerdən cənnətə getmişdir. 
Burada Məhəmmədin behişti görməsinə işarə edilir. 
10
 
 
Aytək çıxdı Yusif quyudan əgər, 
Nur saçdı quyudan o, Aya qədər. 
Yusif  quyudan  Ay  kimi  bayıra  çıxdısa,  Məhəmməd  merac  gecəsi  yerdən 
Ayın üstünə, ərşə çıxdı və hər yeri öz nuruna qərq etdi. 
11
 
 
Xızra abi-həyat oldusa qismət, 
Həyat çeşməsindən keçdi Məhəmməd. 
Əgər  Xızır  Zülmata  gedib  dirilik  suyuna  çatdısa,  Məhəmməd  merac  gecəsi 
daha yüksək məqama çatdı. 
12
 
 
Yunisi uddusa balıq bir zaman, 
Ona səcdə etdi balıqla ilan. 
Yunis  -  dini  rəvayətə  görə,  qədim  yəhudilərin  peyğəmbərlərindəndir. 
Uydurduğu  möcüzə  yalan  çıxdığı  üçün  qaçıb  Dəclə  kənarına  gəlmiş,  gəmiyə
minmiş, günahkar olduğundan gəmi onu aparmamışdır; Yunisi suya atmışlar. Bir 
böyük balıq onu udmuş, o da balığın qanında tövbə və dua etmiş, Allah duasını
qəbul etmiş, bir müddət sonra balıq onu kənara buraxmışdır. 
İkinci  misrada  Nizami  Məhəmmədin  möcüzələrindən  birinə  işarə  edir.  Dini 
əfsanəyə  görə,  Məhəmmədin  möcüzələrindən  biri  də  güya  heyvanları  dilə
gətirməsi  olmuşdur.  Guya  balıq  və  ilan  da  ona  ram  olub  dilə  gəlmiş,  onun 
peyğəmbərliyini təsdiq etmişdir.  
13
 
 
Davuddan yadigar tək bir zireh var, 
Məhəmməd yüz zireh qoyub yadigar. 
Davud  peyğəmbər  öləndən  sonra  ondan  insanlara  yadigar  kimi  zireh 
qayırmaq bacarığı qalmışdı. Məhəmmədin təlimi isə yüz zirehə bərabərdir. 
14
 
 
İsanın beşiyi göyə qovuşdu, 
Məhəmmədsə özü göylərə uçdu. 
Məhəmməd peyğəmbərin meracına işarədir. 


                                                                                                                                      
223
  


                                                                                                                                      
224
15  
 
Tur dağı Musaya oldusa eyvan, 
Məhəmmədin qəsri yarandı nurdan. 
Musa Allahdan vəhy almaq üçün "Turi-Sina" dağına çıxmışdısa, Məhəmməd 
nurdan yaranmış qəsrdə Allahla söhbət edirdi. 
16
 
 
Gəlinimdə olan şuxluq, təravət 
Peykərşünaslara eylər kifayət. 
Gəlinim  -  burada  əsərim,  yəni  "İqbalnamə"ni,  peykərşünas  isə  sənəti, 
gözəlliyi qiymətləndirən deməkdir. 
17
 
 
Kürədən çıxanda güzgü bərq vurar, 
Fəqət sınan zaman zirehə yarar. 
Qədimdə  güzgünü  pardaxlanmış  dəmirdən  qayırardılar.  Güzgü  qırıldıqda 
ondan zireh də düzəltmək olurdu. 
Beytin  mənası:  gənclikdə  insanın  üzü güzgü kimi  parlaq və  saf olur,  amma 
qocalanda üz qırışır, zireh kimi çin-çin olur. 
18
 
 
Zülmətə bürünmüş keşikçixana, 
Həmlə eləmişdir fil pasibana. 
Keşikçixana  -  dünya,  fil  -  gecə,  pasiban  -  Günəş  mənasını  verir.  Yəni  gecə 
gəlmiş, hər tərəfi qaranlıq basmışdır. 
19
 
 
Bir ahu balası doğmuşdur çəmən, 
Müşk-ənbər saçmada öz göbəyindən. 
Ahu  -  ulduz,  çəmən  -  göy  mənasındadır.  Ahunun  göbəyindən  qara  müşk 
düşən kimi göydən yerə qaranlıq çökməkdədir, yəni - gecədir. 
20 
 
Dürr üçün qəvvastək suya batırdım, 
Gah seçib götürür, gah da atırdım. 
Nizami  "İqbalnamə"ni  yazarkən  yeni  surətlər,  incə  mənalar,  gözəl  ifadələr 
tapmasını qəvvasın dənizdən dürr çıxarmasına oxşadır. 
21
 
 
Fələyin köhləni olub təngnəfəs... 
Vaxtın sürətlə keçməsinə işarədir. 
22 
 
Daxmada gecənin hörüklərindən, 
Yeddi rəng ipəklər toxuyuram mən. 
Bu  dar  evimdə  gecənin  mənə  verdiyi  ilhamla  rəngarəng  surətlər,  sözlər 
yaradıb, əsərimi yazıram. 
23
 
 
Bu lacivərd küpdən mən də İsatək 
İplər çıxarıram hər an rəngbərəng. 
Dini  əfsanəyə  görə,  İsanın  peyğəmbərliyinə  ən  əvvəl  inanan  on  iki  boyaqçı 
olmuşdur.  Bunlar  İsadan  möcüzə  istəmişlər.  İsa  da  guya  boyaqçılara  boyamaq 
üçün  verilmiş  bütün  əşyanı  bir  küpə  tökmüş  və  bunları  eyni  küpdən  hər  kəsin 
istədiyi rəngdə çıxarmışdır. 


                                                                                                                                      
225
Bu beytdə: lacivərd küp - göy, səma; rəngbərəng iplər isə - müxtəlif surətlər 
və müxtəlif mənalar ifadə edən misralar, beytlər deməkdir. 
24
 
 
Onda Müştərini görərək hər an, 
Vurar üzüyünə Ütarid nişan. 
Nizami  özünü  Ütaridə  -  katibə,  Xoylu  İmadı  isə  xoşbəxtlik  gətirən  Müştəri 
ulduzuna bənzədir. Münəccimlərin fikrincə, Müştəri xoş tale göstərən ulduzların 
ən böyüyüdür, Ütarid isə göylərin katibidir. 
Beytin  mənası:  Müştəri  Ütaridə  xoşbəxtlik  nəzərini  salan  kimi  Ütarid  bu 
səadəti möhürləmək üçün katiblik üzüyünü barmağına keçirir. Keçmişdə şahların 
katibi onların möhürünu özündə saxlardı ki, yazılanları möhürləsin. 
25
 
 
Məgər neçə uşaq tutar bir mama? 
Bir ağac nə qədər yetirər xurma? 
Burada  Nizami  özünü  mamaya  və  bar  verən  ağaca,  yaratdığı  misraları  və 
beytləri uşaq və xurmaya bənzədir. Yəni bir şair bir gecədə nə qədər şeir yazar. 
26
 
 
Yuxusuz, ac-susuz qalıb o gece, 
Bu mavi dəryada üzürdüm tekcə. 
Mavi dərya ilham  mənasındadır. Yəni bu yuxusuz çalışdığım gecədə fikrim 
ilham dənizində söz inciləri toplamaq üçün üzməkdədir. 
27 
 
Gecə gecə deyil, dibsiz bir quyu, 
Ayı da, günü də udmuşdu suyu. 
Ayın görünmədiyi gecə, yəni tamam qaranlıq olan gecə el arasında qədimdən 
bəri qaranlıq quyuya bənzədilir, güya Ay və Günəş bu quyuya düşmüşdür. 
28 
 
Atdığım kəməndlə, şahın bəxtindən 
Əmlik ceyranları ovlamışam mən. 
Şahın  dövlətindən  ilham  kəməndini  ələ  alaraq  xəyahmın  çəmənində  məna 
ceyranları ovlamışam - gözəl beytlər yaratmışam. 
29
 
 
Əngin dənizlərə mən tor atmışam, 
Bu torla növbənöv balıq tutmuşam. 
Xəyalımın  dənizinə  tor  ataraq,  çoxlu  təzə  fikirlər  tapmışam,  rəngarəng 
beytlər yaratmışam. 
30 
 
Vuraşur önümdə Çin ilə Həbəş. 
Çin - ağ kağız, Həbəş isə kağız üzərində qara xətlər, yazılar deməkdir. 
31
 
 
Qızışıb coşduqca beynim şərabdan, 
Gəldi səxavətə söz də bu zaman. 
Şərab  şairin  ilhamı,  təbi  mənasındadır.  Nizami  ömründə  şərab  içmədiyini 
başqa beytlərində də bildirmişdir. Məsələn: 
Sən mey iç, gətirmə heç bir bəhanə,  
Ağzım möhürlüdür, üz vurma mənə.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə