Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

                                                                                                                                      
231
55
 
 
Belə dörd müxtəlif yol ayrıcından, 
Çıxmaram, ya qoca olum, ya cavan. 
Dörd  müxtəlif  yol  -  sağa,  sola,  irəli,  geri  gedən  yollar,  dünyəvi  həyatın 
yollarıdır. Yəni cavan da, qoca da olsam, bu bir-birinə zidd yollardan keçməyə
məcburam. 
56 
 
Dəniz dalğalanıb gələrsə feyzə, 
Sədəfdən dürr alıb çıxardar üzə. 
Padşahın  səxavəti  dəniz kimi  hərəkətə  gəlsə,  mənim  təbimdən  de  dürr kimi 
sözlər çıxar. 
57
 
 
Bir şəhər yaratsam, baxtım olsa yar, 
Kim olsun bəs ona sonra şəhriyar? 
Nizami  əsərini  bir  şəhərə  benzədib  deyir  ki,  onu  tikib  qurtarsam,  yəni 
"İqbalnamə"ni  müvəffəqiyyətlə  yazıb  başa  çatdırsam,  ona  sahib  çıxan,  onun 
"şəhriyarı" kim olar? 
58
 
 
Qoyma qoca şaha gənc üstün gələ, 
Şiraye Pərvizi öldürdü belə. 
Nizaminin  "Xosrov  və  Şirin"  poemasında  Pərviz  öz  sağlığında  şahlığı  oğlu 
Şirayəyə vermiş, onu həddindən artıq yüksəltmişdir. Şiruyə də yolunu azıb atası
Xorsov Pərvizi öldürmüşdür. 
59
 
 
Qocaman ağaca mişar çəkmə sən, 
Zöhhak bunun üçün düşdü təxtindən. 
Qocaman  ağac  sözlərinden  Pişdadiyan  sülaləsinin  guya  yeddi  yüz  il 
padşahlıq  etmiş  dördüncü  şahı  Cəmşid  nəzərdə  tutulur.  Zöhhak  onu  taxtdan 
saldığı üçün öz taxt-tacını itirdi. 
60 
 
Çoxları istədi "İqbalnamə"ni, 
Tək ona həsr etdim mən bu nameni. 
Namə sözü "İqbalnamə"yə, ona sözü isə İzzəddin Məsuda işarədir. 
İzzəddin Məsud - Nurəddin Arslan şahın oğlu, Məsul atabəylərinin yeddinci 
hökmdarı  olmuş,  1218-ci  ilə  qədər  hakimiyyət  sürmüşdür.  Nizami 
"İskəndərnamə"də bir neçə dəfə İzzəddin Məsudun adını çəkmiş, "İqbalnamə"ni 
də  ona  ithaf  etmiş  və  oğlu  Məhəmməd  vasitəsilə  əsəri  Məsula  göndərmişdir. 
Onun  hakimiyyətdə  olduğu  dövr  (1214-1218)  nəzərə  alındıqda,  görünür  ki, 
Nizaminin vəfatı bizim qəbul etdiyimiz 1209-cu ildən sonra olmuşdur. 
61
 
 
Deyirlər o xoruz banlar hər səhər, 
Yerdəki xoruzlar ona səs verər. 
Nizami özünü guya göydə yaşayan və hər səhər ilk banlayan xoruza, o biri 
şairləri isə onu təqlid edərək, yerdə banlayan xoruzlara bənzədir. 


                                                                                                                                      
232
62 
Bir ov vurubsansa, çıxar meydana, 
Bir əsər yazmısansa, ortaya qoy. 
63 
Vurabsan qızıla şah sikkəsini. 
Pulun  üstündə  şahın  adı  həkk  edilən  kimi  sən  də  bu  qızıl  kimi  əsərin 
("İqbalnamə"nin) üstünə şahın adını yazmısan, əsəri ona ithaf etmisən. 
64
 
 
Almış fərmanını Mahmudilərdən, 
Həsəbi, nəsəbi Davudilərdən. 
Mahmud - Sultan Mahmud Qəznəvi və ya Səbuktəkin Qəznəvilər dövlətinin 
banisidir. 997-ci ildən 1030-cu ilə qədər hakimiyyət sürmüşdür. Mahmudilər - 
Mahmud  nəsli,  sülaləsi  deməkdir.  Davud  -  Selcuq  hökmdarlarından  Qılınc 
Arslanın böyük qardaşı idi. Məlikşah Səlcuqinin fərmanı ilə 20 il hakimiyyətdə
olmuş, 1107-ci ildə ölmüşdür. Şair İzzəddin Məsudun Səlcuq sülaləsindən olan 
Qılınc  Arslanın  böyük  qardaşı  Davud  ibn-Süleymanla  əsil-nəsəbcə  bağlı
olduğunu göstərir. 
65
 
 
Tünd şərab qədəhə tökülsə əgər, 
Ləl lacivərdə şəbxun eyləyər. 
Ləl - qırmızı şərab, lacivərd isə tünd göy rəngli qədəh mənasında işlənmişdir. 
Ləl lacivərdə şəbxun (basqın) eyləyər - yəni qırmızı şərab göy qədəhin rəngini 
dəyişdirər. 
66
 
 
Fəzada uçarsa əgər üqabı.. 
Üqab - qaraquş, ulduz adı. 
67
 
 
Ayı göydə fətir eləyib güman, 
Çoxları quyuya düşüblər, inan. 
Şair Ayın quyu suyunda əks olunan şəklini fətirə, şahın çöhrəsini isə həmin 
şəkle oxşadır; şaha təmənna ilə yanaşanlar Ayın quyudakı şəklini fətir bilib ona 
can atanlar kimi özlərini fəlakətə salırlar. 
68
 
 
Mələyə bənzəyər divlər kənardan, 
Div zülmətdən törər, mələksə nurdan. 
Əsatirə görə, div qaranlıqdan, mələk isə nurdan yaranmışdır. 
69
 
Neçün Bişkin demiş ona bu dövran? 
O ki, mehribandır bütün şahlardan. 
Bişkin kəlməsini dürüst yazsalar, 
Ona layiq bir ad Keypişin olar. 
Bişkin  -  sözünün  lüğəvi  mənası  çox  kinli  deməkdir.  Nizami  bu  ləqəbin 
əsərdə mədh edilən şahın xasiyyətinə uyğun olmadığını bildirir və deyir ki, onun 
kini  deyil,  Əksinə,  mehribanlığı  bütün  şahlardan  artıqdır.  Buna  görə  də  şair 
Bişkin  (yaxud  Pişkin)  sözünün  hərflərinin  yerini  deyişməklə,  onu  Keypişin 
şəklinə  salır  və  bu  adı  şaha  daha  layiq  bilir;  çünki  Keypişin  İranın  əfsanəvi 


                                                                                                                                      
233
padşahı  və  Keylər  sülaləsinin  birinci  şahı  olan  Keyqubadın  oğlu  Keykavusun 
adıdır. 


                                                                                                                                      
234
70 
 
Qopdu bir zəlzələ, göyü oynatdı, 
Şəhərlər dağılıb yerlərə batdı. 
XII əsrdə Azərbaycanda və o cümlədən, Gəncədə bir neçə zəlzələ olmuşdur. 
Bunların  ən  böyüyü  1139-cu  il  zəlzələsidir  ki,  rəvayətə  görə,  bu  vaxt  Gəncədə
230  minə  qədər  adam  həlak  olmuşdur.  Kəpəz  dağı  zirvəsinin  çökməsi 
nəticəsində Göygölün əmələ gəlməsinə səbəb olan bu dəhşətli zəlzələni Nizami 
həyəcanla təsvir edir. 
71
 
 
Surun gur səsindən balıq qorxaraq 
Atıldı öküzdən bir xeyli uzaq. 
Sur - buynuzdan qayrılan iri çalğı borusudur. Əsatirə görə, güya yer öküzün, 
öküz  də  balığın  üstündə  durmuşdur.  Beytin  mənası:  suran,  yəni  zəlzələ  vaxtı
qopan gurultunun səsi o qədər güclü oldu ki, yer kürəsini titrətdi, balıq öküzün 
altından sıçrayıb uzağa düşdü. 
72
 
 
Yusiflər gözünə sanki batdı mil, 
Sanki aşıb-daşıb Misri basdı Nil. 
Nizami burada Gəncəni əfsanəvi gözəl Yusifə və Misrə bənzədir. Mil Yusifin 
gözünü kor və Nil Misri viran etdiyi kimi zəlzələ də Gəncəni viran etmişdir. 
73
 
 
Bircə sap gövhəri sağ gördü səhər, 
O düzdü yenidən saplara gövhər. 
Gəncənin zəlzələdən sonra şah tərəfindən bərpasına işarədir. 
74
 
 
Yeddi firuzəli bu qəsrdə sən 
Haqqa, ədalətə vüsət vermisən. 
Yeddi  firuzəli  qəsr  -  yeddi  göy  təbəqəsini  bildirir;  məcazi  mənada  isə 
dünyaya işarədir. Yəni sən bu dar dünyanı hünərin və ədalətinlə genişləndirdin. 
75
 
Bir qədəh mey verir sənə Nizami, 
Gərək nuş edəsən Keykavus kimi. 
Bu tusi qədəhlə Mahmuda bildir 
"Şahnamə"nin qədri, qiyməti nədir! 
Bir qədəh mey dedikdə, "İqbalnamə" nəzərdə tutulur. Şair deyir ki, gərək bu 
qədəhdəki meyi nuş edib, ona qiymət vərəsən. Başqa sözlə, bu tusi qədəhlə, yeni 
Firdovsi Tusinin "Şahnamə"si qiymətində olan bu əsərə layiqli qiymət verməklə, 
Sultan Mahmuda bildirəsən ki, şairin qədrini necə bilərlər. 
76
 
 
İki xəzinənin varisi, hökmən, 
Səxavətdə sənsən, söz deməkdə mən. 
İki  xəzinə  -  Sultan  Mahmudun  xəzinəsi  ilə  Firdovsinin  "Şahnamə"  əsərini 
bildirir. Nizami deyir ki, "Şahnamə" şairinin varisi mənəm, Mahmud xəzinəsinin 
varisi sən. Məndən böyük əsər yazmaq, səndən böyük səxavət göstərmək... 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə