Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   56   57   58   59   60   61   62   63   64

                                                                                                                                      
235
77 
 
Borc əgər vaxtında ödənilməsə. 
Qaydadır: varisdən çatar varisə. 
Rəvayətə görə, Sultan Mahmud Firdovsiyə "Şahnamə"ni yazdırmış, lakin vəd 
etdiyi  mükafatı  verməmişdir.  Nizami  şaha  deyir  ki,  Firdovsinin  varisi  mənəm. 
Mahmud  xəzinəsinin  varisi  sən.  Qanun-qaydaya  görə  ödənilməmiş  borcu  bu 
varis o varisə verməlidir. 
78 
 
O gövhər kanını yox edib ruzgar, 
Bircə "İntiyaxis" qalıb yadigar. 
"İntiyaxis"  -  İskəndərdən  sonra  İranda  hakimiyyət  sürmüş  sultanlar 
nəslindən  birinin  adıdır.  Bu  söz  eyni  zamanda  həmin  hökmdarların  adına 
yazılmış bir kitabdır ki, Nizami burada qalıb yadigar dedikdə, onu nəzərə alır. 
79
 
 
Yoxsa ram papaqlı bir türk nə sayaq 
Çinə, Hindistana basardı ayaq? 
Rum  papaqlı  türk  sözləri  ilə  Hindistanı  alıb,  Çini  özünə  tabe  etmiş  olan 
İskəndər Zülqərneyn nəzərdə tutulur. 
80 
 
Əfsunda Harutu vurub keçənlər, 
Neçə əfsun quran, neçə cadugər. 
İskəndər Zülqerneyn öz yanında Harutdan da mahir cadugərlər aparırdı. 
81
 
 
Madam ki, o rami ipək bir rəngmiş, 
İçdən belə çirkin, üzdən qəşəngmiş, 
Gümüş məcməyidə gərək biz nahaq, 
Bir qara ud kimi coşub daşmayaq. 
Rum  çeşnili  ipək  -  üzdən  gözəl  naxışlı,  astardansa  çirkin  olur.  Bu  ipəyin 
astar  tərəfini  açıb  eybini  göstərmək  lazım  olmadığı  kimi,  biz  də  bu  gümüş
məcmeyidə, yəni bu göy altında (məcazi: bu dünyada) yaxşı qoxu verməyən qara 
ud  kimi  yanaraq  eybimizi  üzə  çıxarmayaq  (ud  ağacı  yanarkən  xoş  qoxu  verir, 
amma qara ud, əksinə, yandıqda yaxşı iy vermir). 
82 
 
"...Ud, söyüd külüylə yoxsa gözəllər 
Dişini ağardıb bizə gülərler..." 
Keçmişdə  ud  və  söyüd  ağaclarını  yandırıb  külü  ilə  diş  yuyarlarmış.  Dişini 
ağardıb  ifadəsi  həm  həqiqi  mənada,  həm  də  gülmək  mənasında  işlənmişdir. 
Nizami  deyir  ki,  qara  ud  yananda  külü  ilə  diş  yuduqlan  kimi,  biz  də  coşub-
daşsaq, eyblərimizi üzə çıxararıq və xalq gülüb bizə iztehza edər. 
83 
 
"İki qərn sahibi" qoymuş namını, 
Çünki Şərqdən, Qərbdən almış kamını. 
Ərəb  dilində  qərn  sözü  Şərq  ve  Qərb  mənasında  da  işlənir.  İskəndər 
Zülqemeynə "İki qərn sahibi" ləqəbini ona görə vermişlər ki, o, Şərqi də, Qərbi 
də fəth etmişdir. 
84
 
 
Deyirlər ki, qoşa hörüyü varmış, 


                                                                                                                                      
236
Onu kürəyinə daim atarmış. 


                                                                                                                                      
237
Qərn - sözü saç mənasında da işlənir. Guya İskəndər saçını başının dalında 
iki dəstədə hörüb bururmuş, buna görə ona Zülqərneyn - iki hörüklü deyirmişlər. 
85 
 
Deyirlər görübmüş bir belə röya, 
Gündən iki qərni alıbmış guya. 
İskəndər yuxuda görübmüş ki, Şərqi və Qərbi Günəşin əlindən almış, iki qərn 
sahibi olmuş, buna görə ona Zülqəmeyn adını vermişlər. 
86
 
 
Başqa rəvayətdə deyirlər yenə: 
İskəndər yaşamış iki qərinə. 
Qərinə - sözü həm əsr, həm də əsrin üçdə biri mənasında işlənir. İskəndərin 
yeni eradan qabaq 356-cı ilin payızında doğulduğu və 13 iyun 323-cü ildə, yəni 
otuz üç yaşında öldüyü məlumdur. Demək, bu rəvayət uydurmadır. 
87
 
İskəndər bilmişlər o gündən bəri 
Buynuzlu çəkilmiş məlakələri, 
Odur ki, şübhəyə düşmüş ərəblər, 
"Zülqərneyn" ləqəbi almış İskəndər. 
Əbu-Məşər  -  adı  Ömər,  atasının  adı  Məhəmməd  Bəlxlidir.  Ən  məşhur 
münəccimlərdən  olmuşdur.  Riyaziyyat  və  astronomiya  sahəsində  əsrinin  ən 
böyük  alimi  sayılır.  886-cı  ildə  ölmüşdür.  “Üluf”  onun  məşhur  əsərlərindən 
biridir.  O,  “Üluf”  kitabında  yazır  ki,  İskəndər  öləndən  sonra  yunanlar  onun 
surətini  çəkmişlər.  Həmin  surətin  sağ  və  solunda  iki  mələk  şəkli  də  rəsm 
etmişlər.  Surətin  üstündə  iki  buynuz  şəkli  olmuşdur.  Guya  İskəndər  Allah 
tərəfindən  yaradılıb  yerə  göndərilmiş,  bu  mələklər  də  onun  sağ-solunda 
qarovulçusudurlar.  Sonra  həmin  şəkil  ərəblərin  əlinə  keçmiş,  onlar  buynuzlu 
mələyi İskəndər bilib, ona "Zülqərneyn" (ikibuynuzlu) adını vermişlər. 
İskəndər sikkəsi üstündə buynuzlu büt şəklinin həkk edildiyi də məlumdur. 
88
 
 
Dürdən taca bənzər qınları varmış, 
İki qulağına o qın taxarmış. 
İskəndərin  qulaqları  çox  uzun  imiş,  onları  gizlətmək  üçün  o,  tacının 
yanlarında  buynuza  oxşar  iki  balaca  qın  qayırtdırıbmış,  tacını  qoyanda 
qulaqlarını o qınların içinə salırmış. 
89
 
 
Sevdi çinli türkü, könlu şad oldu, 
Qəmlər hindusundan o, azad oldu. 
Türk  -  sözü  gözəl  mənasında  da  işlənir.  Burada  Çində  yaşayan  türk  gözəli 
nəzərdə tutulur. Hindu sözü qaralıq, qəm, kədər rəmzi kimi alınır. 
Beytin mənası: Arşimed o ağ çinli türk gözəli ilə o qədər zövqə dalmışdı ki, 
qəmin, kədərin qaralığı onun qəlbini tərk etmişdi. 


                                                                                                                                      
238
90 
 
Dik servi əyərək taqətdən saldı 
Qızı sağlamlıq, gənclik və gözəllikdən məhrum etdi. 
91
 
 
Rüzgar ona görə dəyişir hər an: 
Törəyib dörd ana, yeddi atadan. 
Dörd  ana  -  maddi  aləmin  əsasını  təşkil  edən  dörd  ünsür  (su,  od,  torpaq, 
hava),  yaxud  dörd  cəhət  (şərq,  qərb,  cənub,  şimal);  yeddi  ata  isə  astrologiyaya 
görə göyün yeddi təbəqəsi deməkdir. 
Beytin mənası: dünya və insanın həyatı ona görə durmadan dəyişilir ki, bir-
birinə zidd müxtəlif maddə və qüvvələrdən əmələ gəlmişdir. 
92
 
 
Arşimides rumlu alimin mumdan, 
Balı çəkdiyini gördüyü zaman... 
Rumlu alim - yunan filosofu Ərəstuya işarədir. 
Beytin  mənası:  Arşimides  Ərəstunun,  balı  mumdan  ayıran  kimi  o  qızın 
gözəlliyini soldurduğunu gördükdə... 
93
 
 
Uca sərv bir daha yarpaq açaraq, 
Dikəldi, yenə də atdı qol-budaq. 
O sərvboylu kənizin əvvəlki gözəlliyi qayıdıb yerinə gəldi. 
94 
 
Rüxü qoymuş idi Ayı piyada, 
"Atı" mat qoymuşdu "şahı" dünyada. 
Nizami  bu  beytdə  öz  fikrini  obrazlı  ifadə  etmək  üçün  şahmat  oyunu 
tərminlərindən  istifadə  edir.  Birinci  misrada  rüx  sözünü  şair  eyni  zamanda  iki 
mənada işlədir. Rüx - farsca üz və piyada (şahmat fıquru) mənasını verir. Misra 
gözəlin hüsnü ayı piyada qoymuşdu mənasındadır. 
Beytin  mənası:  parlaq  üzü  Ayın  ışığının  yolunu  bağlamışdı  və  onun 
gözəlliyinə şahlar mat (heyran) qalmışdılar. 
95 
 
"Şirin"in halvasın qurtaranda mən, 
Bir halvaçalanım getdi evimdən
"Şirin" - "Xosrov və Şirin" əsəri, halvaçalanım - arvadım mənasındadır. 
Beytin  mənası:  "Xosrov  və  Şirin"  əsərimi  yazıb  bitirdikdə,  öz  Şirinimi  -
Afaqımı itirdim. 
96 
"Leyli" xəznəsinə çəkərkən hasar, 
Orda da bir Gövhər eylədim nisar. 
Bu toyu çatdırıb mən nəhayətə, 
Təzə bir gəlin də verdim cənnətə. 
"Leyli və Məcnun" əsərini yazıb sona çatdıranda da ikinci arvadım öldü. 
Nizaminin  ikinci  arvadının  adı,  bizcə,  Gövhər  olmuşdur.  Yuxarıdakı 
beytlərin  ikinci  misrasındakı  Gövhər  sözü  buna  işarədir  və  iki  mənada 
işlənmişdir. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə