Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   2   3   4   5   6   7   8   9   ...   64

                                                                                                                                                    
7
Nizaminin ənənə üzrə yazdığı mədhiyyələr öz ideya məzmununa görə
daha  çox  nəsihətnamə  adlana  bilər.  Bunlarda  şair  itaətkar  kimi  yox, 
mərifət öyrədən müəllim kimi çıxış edir. Nizaminin şahlara itaətkarlığı ilə
bağlı  ədəbiyyatşünaslıqda  ara-sıra  rast  gəlinən  fıkirləri  isə  səhv  hesab 
edirik. 
"İqbalnamə"  orta  əsr  fəlsəfı  poeziyasına  məxsus  tərzdə  qurulub. 
Yüksək bədii formada yazılmış hekayələr bir-birilə əvəz olunur və əsərin 
süjetini  açaraq  oxucunu  heyran  edir.  Burada  mütəfəkkirin  fəlsəfi 
konsepsiyasının  məğzini  insanın  əxlaqi  və  intellektual  kamilliyinin 
cəmiyyətin sosial kamilliyi ilə tamamlanması ideyası təşkil edir. 
Ayrı-ayrı  hekayələrdə  bu  ümumi  konsepsiya  ilə  yanaşı,  biz  filosof 
şairin  dünyagörüşunün  muxtəlif  cəhətlərini  açan,  nisbətən  konkret 
məsələlərin qoyuluşunu və şərhini də tapırıq. Məsələn, Arşimed ilə çinli 
kənizin,  Qibtli  Mariyənin  hekayələrində  əsas  məqsəd  elmin,  ağlın 
təbliğidir.  Eyni  zamanda  birinci  hekayədə  şəhvət  pislənir,  həqiqi  insani 
sevgiyə isə bəraət qazandırılır. 
Yoxsul  çörəkçinin  hekayəsi  və  onun  varlanması  haqda  danışarkən 
Nizami taledən söhbət açır, taleyi maddi aləmin, ulduzların qanunauyğun 
hərəkətilə  bağlayır  və  ulduzların  sirrini  açmağı  poemada  Valisə  (qədim 
yunan filosofu Falesə) həvalə edir. 
Orta əsr dünyagörüşünə müvafiq olaraq Nizami tale və qəzavü-qədəri 
insan  üzərində  hökmran  hesab  edir.  Qəzavü-qədərlə  mübarizədə  insan 
gücsüzdür. Məhz buradan da Nizami qəhrəmanının fələyə qarşı, bəlkə də
özü  tərəfindən  tamamilə  dərk  olunmamış,  etirazı  irəli  gəlir.  Məcnunun 
səhraya qaçması, İskəndərusun şahlıqdan imtinası fələyin zülmünə etiraz 
deyilmi? 
Poemada  fələk  "qəddar",  "oyunbaz",  "qaniçən",  "təlxək"  və  başqa 
təşbehlərlə  xarakterizə  edilir.  Fələyə  qarşı  ən  güclü  etirazı  İskəndərin 
vaxtsız  ölümü  doğurur.  Nizami  öz  qəhrəmanı  ilə  birlikdə  yer  üzerində
heyatın  çox  qısa  olduğundan  şikayətlənir.  İskəndərin  ölümü  səhnəsində
oxucu qarşısında iki əzabkeş dayanır: İskəndər və Nizami özü. 
Şərq,  eləcə  də  dünya  ədəbiyyatında  Allah  və  fələyin  bir-birinə
münasibəti  problemi  öz  daxili  ziddiyyətlərinə  görə  ən  maraqlı
probemlərdən biridir. Fələyi adətən bütün şərlərin törədilməsində günah- 
  


                                                                                                                                                    
8
landırır,  onu  hətta  çox  vaxt  şərlə  eyniləşdirirlər,  Allah  isə  pak  təsəvvür 
edilir. 
"Alimlrəin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəsin"də
həsəd,  alçaqlıq,  yalan  kimi  mənfi  sifətlər  pislənir.  Eyni  ideyalar  sonrakı
"Əflatunun çalğı aləti qayırması" hekayəsində də təbliğ edilir. Burada da 
həsəd, özündən bədgümanlıq pislənir. Lakin bu hekayədə Ərəstu sonra öz 
səhvini  başa  düşdüyü  üçün  əfv  edilir.  Hekayə  böyük  insan  hünərinin 
mədhinə həsr edilmişdir. Sokrat İskəndərə deyir: 
Kim qane olarsa bir ovuc dənə  
Dönməz dəyirmantək sənin dövrənə?  
Arpa çörəyinə edib qənaət,  
Buğda çörəyinə çəkmərəm minnət. 
Yəni  dünya  nemətlərindən  əl  çəkmək  insana  zülm  və  zalımlıq  hökm 
sürən  dünyada  öz  mənliyini,  insani  ləyaqətini  qorumaq  üçün  lazımdır. 
Nizami qəhrəmanlarında tərki-dünyalığa meyl də buradan doğur. Nizami 
qəhrəmanları  tərki-dünyalığa  behişt  naminə  yox,  bu  dünyada  insani 
ləyaqəti qorumaq, insan qürurunu itirməmək naminə meyl edir, aza qane 
olurlar.  Eyni  zamanda,  hekayədə  əxlaqi  paklıq,  təmizlik,  nəcabət 
ideyaları da Sokratın dili ilə təbliğ və tərənnüm edilir. 
İskəndərə mənəvi, əxlaqi paklıq öyrədən Sokratın hekayəsindən sonra, 
Nizami  öz  qəhrəmanını  və  onunla  bərabər  saysız-hesabsız  oxucusunu 
yenə  də  əqlin  qulluğuna  dəvət  edir.  İskəndərlə  hind  aliminin  görüşü 
zamanı Nizami mahiranə bir şəkildə, sual-cavab yolu ilə, dövrü üçün bir 
sıra  mühüm  fəlsəfi  və  elmi  məsələlər  qoyur.  Məsələn,  din  öyrədirdi  ki, 
Allahın  varlığı  ağılla  dərkedilməzdir.  Hindli  alim  isə  şahdan  Allahın 
varlığı,  mahiyyəti  və  yeri  haqda  ağıllı  dəlillərlə  əsaslandırılmış  sübut 
tələb  edir,  bizim  kainatdan  başqa  bir  kainatın  olması,  o  dünya,  insanın 
canı,  röya,  bədnəzər  haqda  suallar  verir.  İskəndər  hindliyə  dini  qane 
edəcək  cavablar  verir,  bir  tərəfdən  "əqildə  görünməz  şeyə  yer  yoxdur" 
deyirsə, digər tərəfdən din tərəfindən qəbul edilmiş təsəvvürlərdən kənar 
çıxanı  qılınc  və  teşt,  yəni  edam  gözləməsini  də  onun  və  başqalarının 
nəzərinə  çatdırır.  İskəndərin  hindliyə  cavabları  Nizami  dövründəki  Şərq 
elminin və bu elmə əsaslanan fəlsəfənin səviyyəsini əks etdirir. 
  


                                                                                                                                                    
9
Qədim  yunan  elminin  Ərəstu,  Bəlinas,  Sokrat,  Əflatun,  Valis, 
Fərfuriyus  kimi  nümayəndələrini  bir  yerə  toplayan  böyük  mütəfəkkir 
onları  orta  əsr  fəlsəfə  və  elminin  ən  ümdə  və  mühüm  məsələləri  haqda 
fikir  söyləməyə,  qoca  kainatın  tarixindən  danışmağa  məcbur  edir. 
Maraqlı  burasıdır  ki,  Nizami  qəhrəmanları  -  filosofları  dilləndirərək 
onların  fıkrini  çox  vaxt  olduğu  kimi  yox,  Şərq  fəlsəfəsi  cərəyanlarına 
uyğun  şəkildə  verir.  Orta  əsr  ərəb  dilli  füosoflar,  məlum  olduğu  kimi, 
qədim  yunan  fəlsəfəsinə  dair  əsərləri  tərcümə  və  təfsir  edərək,  bu 
fəlsəfəni  qədim  və  orta  əsr  Şərq  fəlsəfi  fıkriylə  birləşdirib,  yeni  orijinal 
keyfiyyətli  təlim  yaratmışlar.  Nizami  poemasındakı  məclisdə  də  yunan 
alim və fılosoflarının adından söylənən fıkirlər, orta əsr klassik ərəb dilli 
fəlsəfə süzgəcindən keçirilən və böyük mütəfəkkiri bu və ya digər şəkildə
xüsusilə maraqlandıran fıkirlərdir. Nizami qəhrəmanların dili ilə müxtəlif 
müddəaları  sadalayıb  qarşı-qarşıya  qoyarkən,  açıq  və  dolayı  yollarla 
oxucusunu öz dünyagörüşünə bələd edir, ona feodal cəmiyyətində hökm 
sürən,  ehkam  kimi  qəbul  edilmiş  fıkirlərə  qarşı  öz  şübhələrini, 
inamsızlığını aşılamağa çalışır. 
Poemada  qoyulmuş  məsələlər,  onların  izahı,  aydın  və  örtulü  şəkildə, 
Nizami  azadfıkirliliyini,  onun  elmi-fəlsəfı  görüşlərinin,  xüsusən  dinə
münasibətinin  tarixən  mütərəqqi  olduğunu  açıq  nümayiş  etdirir.  Əgər 
hindli  alim  ilə  söhbətdə  şah  "haqqı  düşüncədə  olmaz  axtarmaq"  və  onu 
sirriaçılmaz  pərdə  hesab  edirdisə,  yeni  məclisdə  fələyin  "sirrini"  ortaya 
qoyur  və  onu  açmağa  cəhd  göstərir:  "Yaradılış  necə  olub?  İlk  tərkib 
nədir? Dünyadakı dəyişkənlik necə baş verib?" Yeni məclisdə söhbət bu 
məsələlər ətrafında gedir. 
İlk xilqət haqqında birinci Ərəstu söz açır. O, yaradılışın başlanğıcını
və  əsasını  hərəkətdə  görür.  Alim  hərəkətdən  odun  yaranmasını,  oddan 
havanın,  havadan  suyun,  suyun  xıltından  isə  torpağın  yaranmasını, 
bunların  qarışmasından  da  nəbatat  və  heyvanatın  əmələ  gəlməsini 
söyləyir.  Valis  hər  şeyin  əsasında  olan  ilk  cövhəri  suda  görür,  su  və
hərəkət dörd ünsürü və dünyanı yaradır. Bəlinas əvvəl yerin yaranması və
sonra  onda  hərəkət  vasitəsilə  dörd  ünsürün  əmələ  gəlməsini  qəbul  edir. 
Əgər Ərəstu, Valis və Bəlinas ilk yaradılışdan danışarkən hərəkət və dörd 
ünsürü  əsas  götürür,  Yaradandan  söhbət  açmırlarsa,  Sokrat  bunların 
içində birinci olaraq Yaradandan danışır. Yaradanın heybə- 
  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə