Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   2   3   4   5   6   7   8   9   ...   64

                                                                                                                                                    
17
Harda ki, ağıl bir xəzinə tapar, 
Allahın adını eyləyər açar. 
Allah ağıllıya nəvazişkardır, 
Ağılsızlara da əlacı vardır. 
O, sözün sirrini əyan eyləyər, 
O verər zəlilə, acizə hünər. 
Zahirdən, batindən aşikar, nihan, 
Əqlə yol göstərən odur hər zaman. 
O, bu imarətin səqfini tikmiş, 
O, bu karxananın nəqşini çəkmiş. 
Qəlbə də xoş gəlir ondakı qüdrət, 
Əqlə də vacibdir ona itaət. 
Bütün varlıqların fövqündə durur, 
Varlığı hər şeyi yaradıb qurur. 
Hikməti gizlindir, hökmü aşikar, 
Onun tərifinə dil aciz qalar. 
Əsli pak, zatı pak, təkdir vücudu, 
Nə oddur, nə torpaq, nə yel, nə də su. 
Varlıqlar hamısı onun möhtacı, 
Onunsa heç kəsə yox ehtiyacı. 
Yeddi qat içində nə var binadan, 
Min alqış ona ki, odur yaradan
1

Ona qovuşmağa yol yoxdur fəqət, 
Əqlə, düşüncəyə sığmaz bu hikmət. 
Desək ki, göydədir o pərvərdigar, 
Ona təzim edən yer tənha qalar. 
Yox, əgər yerdədir, söyləsək, allah, 
Şənini alçaltmaq olmazmı günah?! 
Məbudun zatından danışan zaman 
Axtarma nə göydə, nə yerdə məkan. 
Əgər qüdrətindən deyib-danışsaq, 
Hökmünə tabedir bu göy, bu torpaq. 
Hər bir kərəminə, qəzəbinə sən 
Naşükür olmayıb, baş əyməlisən. 
Birinin könlündə yandırar çıraq, 
Birinin könlünə çəkər dərdlə dağ. 


                                                                                                                                                    
18
Birinə saraylar verər fələkdən, 
Birini quyuya salar yüksəkdən, 
Birdir hüzurunda onun çox, ya az, 
Böyüyü, kiçiyi əsla ayırmaz. 
Onun qarşısında çöp kimidir dağ, 
Hökmünə bağlıdır ölmək, yaşamaq, 
Heç bir kəs torpağa dil verə bilməz, 
Nəqş vura bilməz suya da heç kəs
2

Təkcə o yaradar torpaqdan insan, 
Tək odur suya da naxışlar vuran. 
Azanın yoluna nur saçan odur, 
Bağlı qapıları ilk açan odur. 
Sakin, mütəhərrik, - nə var dünyada; 
Varlığı bağlıdır o böyük ada. 
Hökmüylə yaranmış bütün kainat, 
Bütün canlılara o verir həyat. 
Ondan ad almışdır bu varlıq tamam, 
O, tamdır, qalanlar nə var - natamam. 
MİNACAT 
Bəndəyə əl tutan sənsən, ilahi, 
Yoxdur səndən başqa onun pənahı. 
Olmuş-olacağı sənsən yaradan, 
Sənin kərəminə möhtacdır insan. 
Lütf elə, əlini mənə də uzat, 
Mənə öz qovğamdan özün ver nicat. 
Sənsən, pərvərdigar, hər bir muradım, 
Səndən hasil olar hər bir muradım. 
Mərhəmət görərsə səndən bir insan. 
Nə göydən qorxar o, nə də ulduzdan. 
Sən varkən ehtiyac yoxdur göylərə. 
Asiman var ikən kim baxar yerə. 
Varkən bu dünyada hər cürə büsat, 
Behiştdə nə üçün axtaraq həyat? 
Inanma ki. cənnət burdan şən olsun, 
Deyirsən yaxşıdır, sən deyən olsun. 
Bizə də behiştdə bir yer ayır sən, 


                                                                                                                                                    
19
Sil pis naxışları düşüncəmizdən. 
Biz öz çarəmizi bilmirik əsla. 
Hansı yol yaxşıdır apar o yola. 
Səni ümid ilə hey axtarmaqda 
Kimisi qarada, kimisi ağda
3

Bir meyvə dərməkçin sənin bağından, 
Hərə bir qapıda eyləyir fəğan. 
Məndə cəsarət yox sənə söz deyim, 
- Onu ver,- deyərək bir şey istəyim. 
Diləyim yerinə yetsə hər kəsdən. 
Görürəm o deyil, sənsən lütf edən. 
Sənin mövcudata yox ehtiyacın, 
Onların hamısı sənin möhtacın. 
Sən ki, dostluq ilə çıxdın qarşıma, 
Biganəlik külü tökmə başıma. 
Feyzindən işıq ver gözlərimə sən, 
Qoy olum asudə özgə gözlərdən. . 
Pərvanə olmuşam şəbçırağına. 
Bir quşam, qonmuşam sənin bağına. 
Bu kiçik bəndəni salma gözündən. 
Böyüksən, kömək et böyüklüklə sən. 
Mən nəyəm, bir zərrə - gözlə görünməz, 
Səndən nur almışdır o zərrə - sönməz. 
Sənin qüdrətinlə aşkar olmuşam, 
Hər bir xəzinəyə açar olmuşam. 
Köhnə hekayəti çatdırdım sona, 
Başlasın təzə söz indi cövlana
4

Saldın ilk sözümü sən dildən-dilə, 
Bu son addımı da yetir mənzilə
5

Ziya saç, qoy qəlbim işıqla dolsun, 
Incə mətləblərə o, güzgü olsun. 
Bu çətin yollarda budur məqsədim: 
Sənin bəyəndiyin bir yolla gedim. 
Elə kömək et ki, işlərimə sən. 
Özün şad olasan dediklərimdən. 
Mən öz xoşum ilə gəlim önünə, 
Itaət eyləyim peyğəmbərinə 


                                                                                                                                                    
20
SONUNCU PEYĞƏMBƏRİN 
TƏRİFİ 
Nə bir taxt istədi Məhəmməd, nə tac, 
Qılıncla çox aldı şahlardan xərac. 
Yox, yox, səhv elədim, o böyük nəbi 
Həm taxt sahibiydi, həm tac sahibi. 
Onun taxtı idi bütün bu əflak, 
Başının müqəddəs tacıydı "lövlak"
6

Mələk simalıydı, allahtanıyan, 
Bizə də allahı o verdi nişan. 
Bizləri cənnətə odur aparan, 
Cəhənnəm odundan odur qurtaran. 
Parlayıb nur saçdı bu kainatda, 
Bənzərdi Zülmatda abi-həyata
7

Uca qalxmasaydı ərşin tağından, 
Kimdi kainatın sirrini açan?
8
 
Mənəvi bir töhfə o verib bizə, 
Ərşin sovqatını göndərib bizə. 
Yolunun torpağı olan başımız 
Dəyməz başındakı bir tükə yalnız. 
Bizim halımıza qəlbdən yanaraq 
Gündüz günəş oldu, gecələr çıraq. 
Hər sınıq ürəyin odur pənahı, 
Odur bağışladan hər bir günahı. 
Dahidir, böyükdür o dahilərdən, 
Üstündür, yüksəkdir hər peyğəmbərdən. 
Cənnətdən torpağa gəldisə edəm, 
O qoydu torpaqdan cənnətə qədəm
9

Aytək çıxdı Yusif quyudan əgər, 
Nur saçdı quyudan o, aya qədər
10

Xızra abi-həyat oldusa qismət, 
Həyat çeşməsindən keçdi Məhəmməd
11

Yunisi uddusa balıq bir zaman, 
Ona səcdə etdi balıqla ilan
12

Davuddan yadigar tək bir zireh var, 
Məhəmməd yüz zireh qoyub yadigar
13

Süleymanın taxtı getdisə bada, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə