Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

                                                                                                                                                    
29
Qar kimi düşərək donub buz olan. 
Xoşbəxtdir şimşəktək yalnız bir anda 
Parlayıb sönənlər fani cahanda. 
Nə lazım dünyada fərsiz bir şamtək 
Gecələr uzunu can verib sönmək? 
Etibar etməyən öz gəmisinə 
Gərək əvvəlcədən üzmək öyrənə. 
Tələsən adama köhlən at gərək, 
Yabıyla nə qədər o yol gedəcək? 
Hiylədən pozulub, korlanıb dünya, 
Nə qəlbdə qan qoymuş, nə üzdə həya. 
Fələk o fələkdir: dağ çəkib hədər, 
Bizi gah saraldar, gah da göyərdər. 
Hər pərdədə yalnız o adam çalar 
Ki, ola pərdədən yaxşı xəbərdar
54

Düz yolu yaxşı bir rəhbər göstərər, 
Mən yola çıxıram, bəs hanı rəhbər? 
Elə bir pis vaxtda gələcək ölüm 
Ki, bezmiş olacaq dünyadan könlüm. 
Qəflət qoşun çəkib gələcək birdən, 
Yatağa baş qoyub yatacağam mən. 
Xəyal dünyasına edib tamaşa 
Ömrü yuxu kimi vururam başa. 
Belə qol-qanadla olarmı uçmaq? 
Hara çatdıracaq belə əl-ayaq? 
Belə dörd müxalif yol a ayrıcından 
Çıxmaram, ya qoca olum, ya cavan
55

Qocalıq ədası göstərsəm əgər, 
Məndən bu cavanlar üz döndərərlər. 
Cavanlıq eləsəm bu bədənlə mən 
Gərək başqasından borc alam bədən. 
Yaxşısı budur ki, olam hər zaman 
Qoca ilə qoca, cavanla cavan. 
Açam bu düyünü bəlkə birtəhər, 
Məndən dost-aşnalar inciməyələr. 


                                                                                                                                                    
30
    SÖZÜN TƏRİFİ VƏ
PADŞAHLARA NƏSİHƏT 
Dəniz dalğalanıb gələrsə feyzə, 
Sədəfdən dürr alıb çıxardar üzə
56

Yenidən dövlətim başımdan aşdı. 
Dövlətli ürəyim sözlə dostlaşdı. 
Qaranlıq çəkildi, doğdu gözəl gün, 
Şux səhər açıldı şux bülbül üçün. 
Oyandı yenidən, bəxtim oldu yar, 
Gör indi şad könlüm nələr yaradar? 
Tale birisinə verərsə açar, 
O, qara daşdan da gövhər çıxarar. 
Hər günə ruzigar dedik əzəldən. 
Birində cələ var, o birində dən. 
Varlıq pərgarının ulu rəhbəri 
Mənə söz mülkünü verəndən bəri, 
Xeyli düşündüm ki, bu ölkəni mən 
Bəs kimə tapşırım özüm gedərkən? 
Bir şəhər yaratsam, baxtım olsa yar, 
Kim olsun bəs ona sonra şəhriyar?
57
Əqlim söylədi ki: - Belə şəxs gərək 
Tanınsın dünyada məruf insantək. 
Elə lütfkar əl ola ki, onda, 
Misli tapılmaya bütün cahanda. 
Gərək qarışqaya azca yem verə, 
Filə də fil payı seçib göndərə. 
Olmaya sərsəri, xam adamlartək 
Əlindən gəlməyə qələm də çərtmək. 
Qarışqa yemiylə fili yemləyə, 
Cəbrayıl rütbəsi verə milçəyə. 
Bütün bəxti dönmüş şahların, əlbət, 
Ölçü bilməzlikdən olub bəxti bəd. 
Baş ilə ayağı pis fərq etmişlər, 
Məst olub, tacı da qoyub getmişlər. 
Kiçik çox pay almış, böyük az almış, 
Böyüyün qiyməti belə azalmış! 
Mənasız səxavət göstərsə hər kəs, 


                                                                                                                                                    
31
Yırtıq təbil kimi çıxaracaq səs. 
Ölçü-biçi bilsən hər bir işdə sən, 
Böyük hesabları düz həll edərsən- 
Mətahı böləndə sən elə böl ki, 
Aparanın ağır olmasın yükü. 
Qoyma qoca şaha gənc üstün gələ, 
Şiruyə Pərvizi öldürdü belə
58

Qocaman ağaca mişar çəkmə sən. 
Zöhhak bunun üçün düşdü təxtindən
59

Hökmdar ölçüylə bəxş edə gərək 
Odu da, suyu da, - güntək, buludtək. 
Əliylə dürr saça o, dənizlərə, 
Dağlarda torpağı lələ döndərə. 
Harda bayrağını ucaltsa göyə 
Kisədən paylaya bol-bol hədiyyə. 
İdrak sahibidir, şükür allaha, 
Naz da, nəvaziş də yaraşır şaha. 
Dağlardan ta saman çöpünə qədər 
Hər şeyin hər zaman qədrini bilər. 
Hər kəsdə nə qədər varsa ləyaqət, 
O qədər göstərər ona səxavət. 
Odur ki, çox-çoxdur mədh edənləri, 
Dünyada yox misli, yox bərabəri. 
Çoxları istədi "İqbalnamə"ni, 
Tək ona həsr etdim mən bu naməni
60

Çünki tanıdığım bütün şahlardan 
Tək odur əməyə düz qiymət qoyan. 
Boşdur çox şahların ancaq başları, 
Nahaq çox kəsdirmiş onlar başları. 
Hay-küy çox, heç bir şey yoxdur süfrədə, 
Dönüb bədənləri quru cəsədə. 
Onlarda bir tacir təbiəti var, 
Zəlitək qan sorub ləzzət alarlar. 
Dəniztək düşüncəm, dürrtək sözlərim, 
Ləl ilə doludur mənim əsərim. 
Şah özü sərrafdır, qədrini bilər, 
Sözümün rütbəsi qat-qat yüksələr. 


                                                                                                                                                    
32
PADŞAHIN TƏRİFİ 
Deyirlər: göylərdə bir ağ xoruz var, 
O, ərşin altında tutubdur qərar. 
Deyirlər: o xoruz banlar hər səhər, 
Yerdəki xoruzlar ona səs verər
61

Bilin ki, göylərin o quşu mənəm, 
Hər səhər oyadar quşları nəğməm. 
Şəhərin quşları ötər hər səhər, 
"Dünyanı dindirən odur" deyərlər. 
Nizami, durma, gəl, xəzinəni aç, 
Bəsdir bu Gəncədə qalıbsan möhtac. 
Bir ov vurubsansa, çıxar meydana
62

Bir xəzinən varsa, göstər cahana! 
Belə xəzinəni bəxt verər ancaq, 
Xəzinən dünyanı nurlandıracaq. 
Vurubsan qızıla şah sikkəsini
63

Xütbə de, vüqarla ucalt səsini. 
O, elə şahdır ki, dövründə nə var, 
Onun şöhrətiylə edər iftixar. 
Ucadır, igiddir hər hökmdardan 
Məlik Nüsrətəddin, o şanlı sultan. 
Zəkada o, Mosul hökmranıdır, 
Mərdlikdə şahların Qədərxanıdır. 
Şövkətdə, zəkada Mahmud kimidir, 
Polad yumşaltmaqda Davud kimidir. 
Almış fərmanını Mahmudilərdən, 
Həsəbi, nəsəbi Davudilərdən
64

Meyvəli bahardır, sinəsində gül. 
Söz qoşur şəninə qumru və bülbül. 
Məclislər içində təzə bahartək 
Dürr, dirhəm paylayar o, ətək-ətək. 
Tünd şərab qədəhə tökülsə əgər, 
Ləl lacivərdə şəbxun eyləyər
65

Suya qılınc vurub, od saçan zaman 
Buludlar günəşi qoruyar ondan. 
Tərlanı ov üçün qalxarsa, yəqin 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə