Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

                                                                                                                                                    
61
Aç, oxu, məna tap, uyma cildinə. 
Bir əfsun eşitsən bir əfsungərdən. 
Ayıq ol, əfsuna düşməyəsən sən. 
Dünyada görmədim elə kimyagər 
Kimya oyunundan çəkməsin zərər. 
İskəndər bir xəbər aldı Yunandan: 
Olub xəzinəyə Mariyə ilan
101

Şaha dedilər ki: "O dişi aslan 
Bir şikar fikrinə düşəcək, inan! 
İşbilən qadındır, dünyada heç kəs 
Onun dövlətinin sayını bilməz. 
Xəzinə sirrindən olub xəbərdar. 
Onun dünya qədər xəzinəsi var. 
Əfsunla daşları saf qızıl eylər, 
Sədəfdən çıxarar zərif incilər. 
O qədər qızıl var, dövlət var onda, 
Qarunun dövləti heçdir yanında. 
Şah onun başını kəsməsə əgər, 
Çox çəkməz, dünyanı o əldə edər. 
Düşmənə qoşundur verən əziyyət, 
Qoşun da qızılla düzələr, əlbət.* 
Şah yandı qəzəbdən odlu günəştək, 
Düşündü: Mən onu məhv edəm gərək. 
Onu yox etməkçin bu pak torpaqdan, 
Tədbir görülməli vermədən aman." 
Artdı, alovlandı şahın qəzəbi, 
Müdrik vəziri də bildi mətləbi. 
Şahın hüzurunda baş əyib vəzir, 
Ona ehtiramla göstərdi tədbir. 
Dedi ki: "Gövhərtək safdır o qadın, 
Kiçik bir kənizdir yanında şahın. 
Şamda hökmüdara eyləyir xidmət, 
Kənizin olmağa çəkir o minnət. 
Bir müddət olmuşdur mənə xidmətkar, 
Yaxşı fərasəti, yaxşı elmi var. 
Onu elmə, fənnə məftun etmişəm, 


                                                                                                                                                    
62
Mən ona gizli bir sirr öyrətmişəm: 
Qazanar nə qədər dövlət istəsə, 
Dünyada o möhtac olmaz heç kəsə. 
Bacarıq sahibi görərək onu 
Öyrətdim xəzinə tapmaq yolunu. 
O sənət yoluyla heç kəs dünyada 
Əldə edə bilməz bircə arpa da. 
Xoşbəxt Mariyədən başqa bir insan 
Belə xəzinəyə olmadı ilan. 
Kifayət qədər pul yığdı əlinə, 
Gedib hakim oldu doğma elinə." 
Vəzirin rəyini eşidən zaman 
Əl çəkdi İskəndər həmin qovğadan. 
Padşahın könlündən tozu siləntək, 
Vəzir Mariyəyə xəbər verərək, 
Dedi ki, padşahdan üzr istəməkçin 
Tez onun yanına qasid göndərsin. 
İşbilən Mariyə alıb xəbəri, 
Açdı qızıl dolu xəzinələri. 
Qasidə hazırlıq əmrini verdi, 
Şaha misilsiz bir xəznə göndərdi. 
Xəzinə görənlər hələ bu qədər 
Bir yerdə xəzinə görməmişdilər. 
Bəxşişlə rəf oldu - getdi nəhayət 
Mariyədən kədər, şahdan ədavət. 
Bəxşişlə ədavət, kin sönüb gedər, 
Kini, küdurəti bəxşiş məhv edər! 
FAĞIR ÇÖRƏKÇİNİN HEKAYƏSİ 
     VƏ ONUN VARLANMASI 
Müğənni, öt yenə, o lətif səsin 
Bülbülün səsini batil eyləsin. 
Nəvalar nəvası olsun bu nəva, 
Dərdlərin dəvası olsun bu nəva. 


                                                                                                                                                    
63
Belə deyirlər ki, Ruma bir zaman 
Bir yoxsul gəlibmiş başqa diyardan. 
Az vaxtda qazanmış o çoxlu dövlət, 
Yığmış karvan-karvan xəzinə, sərvət. 
Ancaq bilən yoxmuş dərya xəzinə
Dağdan, ya dənizdən çıxıb bəxtinə? 
Kimisi deyirdi: mədən tapıbdır, 
Kimisi deyirdi: yox, ev çapıbdır. 
Əlqərəz, yazıqdan əl çəkmədilər, 
Axır ki, padşaha verdilər xəbər. 
Dedilər: "Yad eldən bura bir adam 
Gəlmişdi, əvvəllər yoxsuldu tamam. 
Keçməmiş aradan bircə il müddət, 
O qədər qazanmış qızıl, mal, sərvət 
Ki, padşah on katib ayırsa əgər, 
Onun dövlətini saya bilməzlər. 
O bir çörəkçiydi əvvəl, yoxsul, ac, 
Quru çörəyə də, suya da möhtac. 
Indi alıb-satır ləl ilə gövhər, 
Ağıl bu barədə heç susa bilər? 
Peşə yox, alver yox, əkin də əkməz, 
Bu qədər dövləti hardan tapıb bəs?" 
Yığılıb gördülər belə məsləhət: 
Şah ondan bu sirri soruşsun xəlvət. 
Əmr etdi padşah ki, o kişi bir gün 
Üstündən şübhəni götürmək üçün 
Xəlvəti padşahın yanına getsin, 
Bu sirri xoşluqla ona nəql etsin. 
Varlanmış çörəkçi gedib bargaha, 
Ədəblə baş əydi ulu padşaha. 
Diz çökdü, bir daha təzim eylədi, 
Torpağa düşərək səna söylədi. 
Şah onu görəndə bəxtəvər, xoşbəxt, 
Təxtinin yanına eylədi dəvət. 
Gahdan hədələdi, gah xoş danışdı, 
Sonra xəzinədən söz-söhbət açdı. 
Dedi ki: "Sən xoşbəxt adamsan, yəqin. 


                                                                                                                                                    
64
Fələk də xoş baxmış üzünə sənin. 
Eşitdim buraya köçüb gələndə 
Bir günlük azuqə yox imiş səndə. 
Indisə, deyirlər, çox sərvətin var, 
Acizdir çəkməyə onu karvanlar. 
Dövlət qazanmaqçın çəkərlər zəhmət, 
Padşaha yetişər tapılma dövlət. 
Bu işin sirrini doğru söyləsən, 
Canından, malından arxayın ol sən. 
Yox, əgər sözündə duysam bir yalan 
Əmrimlə ən ağır cəza alarsan!.." 
Çörəkçi gördü ki, qəzəblənib şah, 
Bildi ki, düzlüyə qalıbdır pənah. 
Təzim eləyərək şaha yenidən, 
Söylədi: "Ey padşah, eşitmişəm mən, 
Zülmünü görməyib kimsə dünyada, 
Yaxşılıq yaraşır səndəki ada. 
Xoş rəftar edibsən sən rəiyyətlə, 
Yolunda can qoyar hamı minnətlə. 
Sənin torpağında qazandım nemət, 
Sənin sayəndədir məndəki dövlət. 
Əgər qəbul edib buyuruq versən, 
Tamam əl çəkərəm var-dövlətimdən. 
Ən axmaq quluna bəxş edib, əlan, 
Torpağı öpərək gedim qapından. 
Əgər soruşursan, budur doğrusu, 
Nəql edim nə cürə gəldi arxa su: 
Ey şahım, mən bura gəldiyim zaman 
Əliboş bir quldum, yoxsul bir insan. 
Möhnət içindəydi ömrüm, həyatım, 
Dedim, çörək satıb, çörəyə çatım. 
Peşəmdən dərdimə olmadı dəva, 
Doğrusu, bundan da görmədim səfa. 
Şahı səxavətli bir məmləkətdə
Çörəkçi varlana bilməz, əlbəttə. 
Karıxıb hər yerə baş vururdum mən, 
Təsəlli tapırdım bu əlləşmədən. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə