Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

                                                                                                                                                    
57
O dövlət kanına etdilər minnət, 
Dedilər: "Yoxsuluq, çəkirik zillət. 
Başqa adamlartək yoxdur peşəmiz, 
Yalnız düşünməklə ömr edirik biz 
Çünki güdməmişik dünyada qazanc, 
Bir günlük çörəyə qalmışıq möhtac. 
Rəhmdil məlikə edib mərhəmət, 
Açar xəzinəni bizə də, əlbət. 
Yəqin ki, mərhəmət edərsə əgər, 
İksirdən bizə də bir şey öyrədər. 
Gövhər xəznəsiylə zəngindir dünya, 
Nə qədər paylansa çatar hamıya. 
Nə olar, bizlər də bir parça çörək 
Qazanıb, heç kəsdən minnət çəkməyək?!... 
Işbilən, saf qəlbli, kəmallı gözəl 
Onların sözünə eylədi əməl. 
Ölkədə bir guşə şux laləzardı, 
"Səngi-əzəm" adlı bir qaya vardı. 
Mariyə oraya çıxdı, qəmərtək 
Başında buluddan qara bir örpək, 
Müşkin zülflərinə nərgizə bənzər 
Parlaq gövhərlərdən düzüb bir qədər, 
Qara saçlarını kəmənd etmişdi, 
Hörüb xaç şəklində o bənd etmişdi. 
Dedi alimlərə: "Gəlin bir yaxın, 
Qaşımın tağında bu bəndə baxın. 
O gizlin iksiri, diqqət etsəniz, 
Səhərtək alnımda görərsiniz siz". 
Bunu eşidəndə, düşünüb hərə 
Bir cür məna verdi həmin sözlərə. 
Biri söylədi ki, Zöhrətək parlaq 
Alnına işarə etdi o, ancaq. 
Saçlarda aradı sirri bir nəfər, 
Saçlar içindəydi çünki o gövhər. 
Hərə bir yol tapdı həmin sənətə, 
Düşdü hər birisi bir cür niyyətə, 
Hərə o qissədən aldı bir hissə, 


                                                                                                                                                    
58
Alimin sirrini tapmadı kimsə. 
Bir gün də yığışıb gəldilər onlar, 
Dedilər: şərh etsin bu sirri təkrar. 
Qoyub aşağıda o gələnləri, 
Çıxdı eyvanına vüqarla pəri. 
Həmin xəzinədən söhbət edərək, 
Sehirli sözlərə vurdu min bəzək: 
"O laləzar dağlar, sirli nəbatat, 
O sehirli sözlər, o rəmz, o büsat, 
O qızıl mədəni - o "Səngi-əzəm" - 
Nağıldır... Kimyasa başqa bir aləm!.." 
Hökmdar sirli bir xəznə göstərdi, 
Dəmir qıfıl vurdu, zər açar verdi. 
Ariflər bu sözdən tapdı xəzinə, 
Nadanlar dərd, əzab çəkdilər yenə. 
Bitkidə kimyanın varsa əsəri. 
Qələmdir əslində onun cövhəri! 
Bu qədər var ikən elmdə imkan. 
Əfsus, pay almamış hamı kimyadan. 
Kim əsil kimyaya verərsə ürək, 
O, saxta kimyaya uymasın gərək!" 
Deyirlər: Bağdada etmişdi səfər 
Zirək xorasanlı, kasıb bir nəfər. 
O, xeyli dolanıb çəkdi əziyyət, 
Özünə bir peşə tapdı nəhayət. 
Hamıya məlumdur, əhli-Xorasan 
Bağdadda fənd ilə yaşayar asan
98

Min misri qızılı vardı onun, saf, 
Rumda da tapmazdı bunları sərraf. 
Qızılı yeyəylə ovub sürtərək, 
Sarı palçıq qatıb, etdi xəmirtək. 
Bundan neçə möhrə qayırdı qoçaq, 
Indi gəl qurduğu oyuna bir bax! 
Gəlib bir əttarın yanında sayıb, 
Bir-bir möhürləyib, əmanət qoyub 
Söylədi: "Bunları saxla sən bir az. 


                                                                                                                                                    
59
(Əcəb möhrələrdir, əcəb möhrəbaz!) 
Satıram bunları bir dinara mən, 
Çox pul qazanarsan sən bu alverdən. 
Vaxt olar, qayıdıb bu möhrələri 
Birə on qiymətə alaram geri." 
Əttar soruşdu ki: "Bunlar nədir bəs?" 
Dedi: "Təbərrikdir, bilməsin heç kəs!" 
Əttarın yanından dönüb geriyə, 
Başladı əfsunla kimyagərliyə. 
Darülxilafətə
99
 yaydı bir xəbər 
Ki, gəlib bir nəfər usta kimyagər, 
Deyir ki: "Kimyada baş ustayam mən, 
Yoxdur mənim kimi bu sirri bilən. 
Istəsəm iksirlə edərəm, yəqin, 
Biri - on, onu - yüz, yüzü də ki - min. 
Yüz dinar pul verin siz əvvəlcədən, 
Min dinar eləyim yüz dinarı mən. 
Qoyun üstümdə də mənim bir nəfər 
İşbilən, yetirsin işimə nəzər. 
Əgər hünərimi təsdiq eləsə, 
Daha söz deməsin mənə bir kimsə. 
Yox, əgər görsəniz yalançıyam mən, 
Baş məndən, təşt ilə qılınc da sizdən"
100

Xəlifə eşidib, bərk tamahlandı, 
Guya qızıl verib, qızıl qazandı. 
Qurd özün bir tülkü cildinə saldı, 
Xam şərab içirib, saf qızıl aldı. 
Vur-tut on qızılı qalanda onun, 
Düşünüb o, qurdu başqa bir oyun: 
Zərgər qaydasıyla bir kürə qurdu, 
Bir qaba cürbəcür dərman doldurdu. 
Şəhərdə hər yana adam salaraq, 
Təbərrik axtardı, tapmadı ancaq. 
Müştərilər gəzib dükan-bazarı, 
Axır ki, tapdılar həmin əttarı. 
O qızıllı gilə verib zər dinar, 
Gətirib ustaya çatdırdı onlar. 


                                                                                                                                                    
60
Mahir xorasanlı göstərib tədbir, 
Həmin möhrələri doğradı bir-bir, 
Sonra da alovlu kürəyə saldı, 
Gil yanıb töküldü, saf qızıl qaldı. 
Ərimiş qızılı qalıba tökdü, 
Dibinə yaquttək saf qızıl çökdü. 
Xəlifə tez xəbər tutdu bu işdən: 
Təzə qızıl verir o köhnə mədən. 
Gördü ki, qızılı o mahir ustad 
Sehrlə, əfsunla artırır on qat. 
Gövhər xəzinəsi qazansın deyə, 
Hədsiz hörmət etdi həmin kişiyə. 
Aldanıb hərifin bu oyununa, 
On min misri qızıl göndərdi ona. 
Tapşırdı: "Bunları tez işə sal sən, 
Ey usta, çıxaram xəcalətindən. 
Daha gözətçilər səndən əl çəkər, 
Məlumdur səndəki sədaqət, hünər. 
Düz çıxdın işinlə sən bu sınaqdan. 
Təmiz olduğunu göstərdi mizan". 
Alıb qızılları naz eyləyərək, 
Qurdu hindu kimi yenə bir kələk. 
Tədbirlə iş görüb xəlvət, gizlicə
İçdi qafillərlə bir neçə gecə. 
Hamısı məst olub düşdü torpağa.- 
Zirək xorasanlı qalxdı ayağa, 
Bir neçə qul tapdı o,dayanmadan, 
Atları yükləyib çıxdı aradan. 
Gizlin bir yol ilə ordan birtəhər 
Əkildi, görmədi onu bir nəfər. 
Xəlifə bu işdən xəbər tutanda, 
Onun qaçdığını bilcək, bir anda 
Təbərrik söhbəti düşdü yadına, 
O biri söhbətlər puç gəldi ona. 
Danışdı sirləri təbərrik satan, 
Güldü bu hiyləni eşidən zaman. 
Bir təbərrik yazıb versə kim sənə. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə