Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

                                                                                                                                                    
69
Çünki həm xəzinə tapdım, həm açar" 
Bütün sərgüzəşti burada bitdi, 
Sözünü qurtarıb o, sükut etdi. 
Şah sordu: "Hansı gün doğulub oğlan? 
Arvadın hamilə olub nə zaman?" 
Çörəkçi tez gedib evinə dəydi, 
Gətirdi padşaha etdiyi qeydi. 
Həmin vərəqəni alıb şah isə
Göndərib tapşırdı alim Valisə: 
"Uşağın bəxtini ulduzlardan sən, 
Çalış, tədqiq elə, tezliklə öyrən. 
Onun yaxşı-yaman bəxtini axtar. 
Öyrəndikdən sonra de mənə aşkar." 
Valis bu fərmanı alıb, bir müddət 
Göydə ulduzlara eylədi diqqət. 
Görüb ulduzların göydə seyrini, 
Gizlin əhvalatın bildi sirrini. 
Yazdı İskəndərə öz gördüyünü. 
Qulaq deyəni yox, göz gördüyünü. 
Valisdən məktubu aldığı zaman 
Yazdığı şeylərə şah qaldı heyran. 
Pərdə ardındakı o nəqşələrdən 
Belə danışırdı tale göstərən: 
"Bu, bir çörəkçidən olmuş uşaqdır 
Ki, dövlət nuruyla parlayacaqdır. 
O körpə anadan lüt doğulsa da, 
Var-dövlət sahibi olmuş dünyada. 
Atası oğlunun xoşbəxtliyindən 
Varlanıb dövlətli olacaq birdən. 
Taleyi belədir, uşaq doğulcaq 
Xəzinə üstünə basacaq ayaq.." 
Şahı sarsıtmışdı bu söz, bu söhbət, 
O gövhər satana etdi mərhəmət
104

Onu əzizləyib elə o gündən. 
Elədi ən yaxın nədimlərimdən. 


                                                                                                                                                    
70
                    ALİMLƏRİN  
HÜRMÜZÜ İNKAR ETMƏLƏRİ VƏ
HƏLAK OLMALARININ HEKAYƏTİ 
Müğənni, sazını ələ alsana, 
Xoşahəng nəğməndən bizə çalsana! 
Dar pərdə dinləmək istəmirik biz, 
Genişdir, yüksəkdir öz ahəngimiz. 
Rumlu filosoflar sözləşib hərdən, 
Yığılıb gələrdi hərə bir yerdən. 
Onlar hər elmdən söhbət açardı, 
Hikmətli sözləri şəfəq saçardı. 
Kim yaxşı etsəydi sözünü isbat, 
Başlılar başçısı olardı o zat. 
Hürmüz adlı alim haqq danışmaqda 
Gedərdi hamıdan daim qabaqda. 
Çox möhkəm olardı onun dəlili, 
Qane eləyərdi hamını dili. 
Bir çox ruhanini faş etdiyindən, 
Oldu yunanlılar onunla düşmən. 
Bir gün yetmiş alim çıxardı qərar, 
Onun hər sözünü etsinlər inkar: 
"Hürmüz nə söyləsə, razı olmayaq, 
Doğru sözlərinə asmayaq qulaq. 
Onu yerli-dibli eyləyək inkar..." 
Inkarla haqq sözü danmaqmı olar? 
Hamısı söz qoyub əhd elədilər, 
Hürmüz çıxardıqca mədəndən gövhər, 
Qiymətdən salsınlar söz dənizini, 
Torpaqla örtsünlər xəzinəsini. 
Hər doğru sözünə yalan desinlər, 
Onun haqq sözünü eşitməsinlər... 
Hürmüz söz bəhrindən gövhər saçanda, 
Elmi-ilahidən söhbət açanda, 
Hər sözə dəlillər gətirib ustad, 
Hər şeyi aydınca etdikcə isbat, 


                                                                                                                                                    
71
Gördü ki, onlara heç etmir bu kar, 
Hər şeyi hay-küylə edirlər inkar. 
Başqa bir xəzinə çıxartdı üzə, 
Yeni dəlillərlə başladı sözə. 
Gətirdiyi dəlil, dediyi fikir 
Qəlbə yox, daşa da edərdi təsir. 
Yenə də sözünü təsirsiz görcək, 
Bildi ki, burda var yəqin, bir kələk. 
Üçüncü dəfə də müşküllər açan 
Diliylə haqq sözü eylədi bəyan. 
Qəlbə fərəh verən gözəl sözlərdən 
Onlara söylədi nə qədər desən. 
Bu qədər çaldığı zəngin səsinə 
Heç biri etina etmədi yenə. 
Daha danışmaqdan taqətsiz oldu, 
Boğazı qurudu, dili tutuldu. 
Bildi ki, həriflər tərs davranırlar. 
Aydın dəlilləri qəsdən danırlar. 
Görməyib onlarda heç bir hərəkət, 
Üzünü döndərib elədi nifrət. 
Qışqırdı onlara hiddətlənərək: 
"Qalın yerinizdə qiyamətədək!" 
Bir anın içində o yetmiş nəfər 
Qalıb hərəkətdən buza döndülər. 
Başları su kimi ayağa düşdü, 
Donmuş bədənləri torpağa düşdü. 
Düz pərdədə əyri çaldıqlarından 
Pərdənin dalında oldular nihan
105

Həmin əhvalatdan tutanda xəbər 
Ulduztək parladı orda İskəndər. 
O sərv meşəsində gördü ki, ancaq 
Yetmişi quruyub, biri qalıb sağ
106

Hürmüzdən soruşdu, o etdi bəyan: 
"Hümmətim kəşf etdi, - dedi, - asiman! 
İskəndər "afərin" söyləyib ona, 
Ordan tez qayıtdı öz dərgahına., 
Hər kəsə, xəlvətdə, düşəndə fürsət, 


                                                                                                                                                    
72
Ona bu dastandan edərdi söhbət: 
"Yetmişlər başladı tufan salmağa, 
Özləri çöp oldu, Hürmüzsə dalğa." 
Haqqı eşitməsə hər kəs dünyada 
Ömrünü kül edib verəcək bada. 
Ustadın dərsini kim etsə inkar, 
Onlartək kəfənə tutacaq ruzgar. 
Dəlili qüvvətli olan bir sözü 
Qanmaq istəməyən bədbəxtdir özü. 
Taca layiq dürrü yerlərə vuran 
Idraksız, şüursuz nadandır, nadan! 
Hünərə göz yummaq deyildir hünər. 
Hansı bir ağıllı tülə bez deyər? 
Alimlə xoş rəftar etsən əgər sən, 
Özün öz elmini aşkar edərsən. 
ƏFLATUNUN ÇALĞI ALƏTİ 
                  QAYIRMASI 
Müğənni, ucalsın o incə səsin, 
Qızdırsın qoy bizi odlu nəfəsin. 
Qızışsın işlərim, gəl, dadıma çat, 
Kömək ol, bazarım olmasın kasad! 
Təblini çaldıqca təbilçi yeyin 
Qızışdı havası soyuq gecənin. 
Naümid olanda o qara qarğa 
Ağ xoruz başladı xoş dil açmağa. 
Çıxdı Rum taxtına İskəndər erkən, 
Dili od, dimağı mumdu deyəsən
107

Gəlib filosoflar səf vurmuşdular, 
Taxtın qarşısında oturmuşdular. 
Hərə bir elmdən bildiyi qədər 
Danışır, deyişir, bəhs edirdilər. 
Biri danışırdı təbiiyyatdan, 
O biri dəm vurur ilahiyyatdan, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə