Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

                                                                                                                                                    
65
Mənim bir arvadım vardır, çox zirək, 
O, hamilə idi... qaldıq neyləyək?...  
Çox çətin vururduq başa hər günü, 
Günəş də kəsmişdi bizdən lütfünü. 
Müşkün ətrindən də safdı o mələk, 
Yeyirdik onunla biz yavan çörək. 
Yetişdi arvadın doğum möhləti, 
Məndən bir az isti quymaq istədi. 
Evdə yemək üçün - ürək qanından 
Başqa heç şey yoxdu, ey şahım, inan! 
Evdə ikimizdik - bir mən, bir arvad, 
Dedi ki: "Ay kişi, bir dadıma çat, 
Ölürəm, bir azca şorba düzəltsən 
Ölümdən canımı qurtararsan sən. 
Yoxsa ki, ölmüş bil məni, həmdəmim, 
Əcəl küləyindən batacaq gəmim." 
Bu halda görəndə əziz yarı mən 
Ağlaya-ağlaya tez çıxdım evdən. 
Ona bir yeməli şey tapmaq üçün 
Gəzdim küçə-küçə şəhəri bütün. 
Bağlıydı üzümə qapılar - hər yan, 
Bədlik bərk tutmuşdu mənim yaxamdan. 
Baş alıb şəhərdən çıxdım kənara, 
Rast gəldim köhnə bir xarabazara. 
Gəzdim dönə-dönə o xarabanı, 
Bir acgöz div kimi eşdim hər yanı. 
Kim bilir nə vaxtdan qalıb bu saray, 
Basıb qapısını toz-torpaq lay-lay... 
Burda da bir zaman məşəllər yanmış, 
Ətirli udlarla nura boyanmış. 
Bir zənci gördüm ki: - atəşpərəstdi. 
Əlində bir kuzə, özü də məstdi. 
Asmışdı ocağa dolu bir qazan, 
Basmışdı hər yanı orda buğ, duman. 
Zənci dik atıldı yad adam görcək, 
Burula-burula qalxdı tüstütək. 
Üstümə çığırdı: "Ey div oğlu, sən 


                                                                                                                                                    
66
Üstümə cumaraq nə istəyirsən? 
Sən də oğrusansa mənimtək əgər. 
De, oğru oğrudan oğurluq edər?" 
Onun qorxusundan onun hövlündən 
Özümü itirib mat qalmışdım mən. 
Zənci adətilə tutaraq dilə, 
Könlünü birtəhər gətirdim ələ: 
"Mən kiməm? Bir kasıb, bir fağır adam, 
Gəldim ki, sayəndə mən də dolanam. 
Hamı söyləyir ki, sən aslanbasan 
Səxavət əhlisən, mərd bir adamsan. 
Odur ki, dəvətsiz qonaq gəlmişəm, 
Səni mən özümə pənah bilmişəm. 
Bəlkə köməyinlə işim düzələ, 
Əlimə bir qədər var-dövlət gələ..." 
O məndə belə bir şirin dil görcək, 
Acığı soyudu, yumşaldı mumtək. 
Odur ki, əl çəkdi bəhs eləməkdən, 
Çünki yağlı dilə aldanar düşmən. 
"Içən, çalansanmı?" deyə soruşdu. 
"Bəli!" Cavab verdim, gətirdi rudu, 
Mən də həmin rudu alaraq ələ, 
Qorxumdan kökləyib gətirdim dilə. 
Mizrabı tellərdə oynadıb bu an 
Bir nəğmə başladım ona yalandan. 
Qaynar qazan kimi o coşdu, daşdı, 
Başladı hay-küyə, həddini aşdı. 
Gah şərab içirdi o gülə-gülə, 
Gah da rəqs edirdi qazanc eşqiylə. 
Zəncini aldadan bir hava çaldım, 
Onun damarını əlimə aldım. 
Mənimlə həriftək elədi rəftar, 
Məst olub sirrini danışdı aşkar. 
Dedi: "Gözləyirəm burda gizlicə, 
Varlanmaq qəsdim var mənim bu gecə. 
Var mənim özümtək bir yoldaşım da, 
Mənsiz şərab içməz əsla dünyada. 


                                                                                                                                                    
67
Gizli bir xəzinə keçibdir ələ, 
Üstündə əjdaha yatmayıb hələ. 
Yalnız ikimizik ona əjdaha, 
Odur ki, quldurluq etmirik daha. 
Bir ilə yaxındır o xəzinədən 
Yeyib kef çəkirik dərd-qəm bilmədən. 
Tükənib xəzinə, xeyli azalıb, 
Yerində sonuncu bağlama qalıb. 
Dostum gedibdir ki, gətirsin onu, 
Mən də gözləyirəm-burda yolunu. 
Bu gecə sən bizə gəlibsən qonaq, 
Odur ki, biz gərək qulluqda duraq. 
Ancaq bir şərtim var: o qayıdanda. 
Xəzinə gətirib gələn zamanda 
Bir küncdə qısılıb durasan gərək, 
Səs-səmir çıxmasın səndən ölütək. 
Mənim fikrim budur: bu əjdahanı 
Bu gecə öldürüm, qoy çıxsın canı. 
Bütün xəzinəyə mən olub yiyə, 
Çəkilib sığınım dinc bir guşəyə. 
Sənə də, əzizim, ondan bir qədər 
Qoy könlün şad olsun, verərəm səhər..". 
Zənciylə mən şirin söhbətdə ikən 
Ayaq tappıltısı eşitdik birdən. 
Mən qalxıb gizləndim dərhal bir küncdə, 
Fikrim gah tikanda, gah da türüncdə
102

Qapqara bir adam girdi o anda, 
Həmin bağlama da onun dalında. 
Yükü çətinliklə endirdi yerə, 
Yaman qüvvətliydi, bənzərdi şirə. 
Hələ bağlı yükü töküb açmadan 
Bir qədər yedi o, hazır şorbadan. 
Yoldaşı yatmışdı. Getdi yanına, 
Onun dediyini bu etdi ona: 
Polad qılıncını ona əndərdi, 
Bir anda leşini torpağa sərdi. 
Qorxudan canıma düşdü vəlvələ, 


                                                                                                                                                    
68
Özümü birtəhər tez aldım ələ. 
O kəsib başını, qalxdı ayağa, 
Durdu bədənini şaqqalamağa. 
Bir şaqqa götürüb çıxdı o yerdən, 
Bu zaman huşumu itirmişdim mən. 
Aradan keçincə bir xeyli müddət, 
Gördüm ki, qayıdıb gəldi, nəhayət. 
O biri şaqqanı alıb bu səfər, 
Düzəldi yoluna yenə o təhər, 
Bildim ki, o uzaq bir yerə gedir, 
Gecə də qaranlıq, tutqun gecədir. 
Qartaltək yerimdən şığıdım o an. 
Cumdum xəzinəyə sarı durmadan. 
Zənci o meyidi alıb gedəndə 
Aldım xəzinəni çiynimə mən də. 
Bir kasa doldurub hazır şorbadan, 
Oldum evə sarı yoluma rəvan. 
Mən elə gəldim ki, bəxtimdən qeyri 
Kimsənin olmadı bundan xəbəri. 
Bəxtim kömək oldu, evimə çatdım, 
Yükümlə dərdi də çiynimdən atdım. 
Gəldi qulağıma bir çağa səsi, 
Artdı şad könlümün qat-qat nəşəsi. 
Verdim, alıb yedi şorbanı arvad, 
Təşəkkür elədi, könlü oldu şad... 
Arvada dedim ki: "Bəxtim oğlandır, 
Oğlan, doğrudan da, baş ucaldandır!" 
Həmin bağlamanı o saat açdım, 
Bu xəstə könlümə nəşələr saçdım. 
Gördüm ki, xəzinə dolu bir mədən, 
Tamam yaqut, qızıl, - boldu nə desən. 
Döndüm bir mədənə o xəzinədən, 
Dəniztək varlandım bir gecədə mən
103

Oğlumun bəxtindən könlüm şad oldu, 
Çünki xəzinəylə birgə doğuldu. 
Oldum o gecədən varlı, bəxtiyar, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə