Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   56   57   58   59   60   61   62   63   64

                                                                                                                                      
239


                                                                                                                                      
240
Üçüncü  və  dördüncü  misralardan  məlum  olur  ki,  şair  "İqbalnaməni  yazıb 
qurtaranda üçüncü arvadı da vəfat etmişdir. 
97 
 
Neçə gözəl dərdi sinəmdə ikən, 
Rum-rus dastanını necə yazım mən? 
Rum-rus  dastanı  burada  "İskəndərnamə"yə  işarədir.  Rum  dastanı  -İskəndər 
Ruminin  dastanını,  rus  dastanı  isə  İskəndərin  ruslarla  bir  sıra  müharibələrini 
bildirir ki, bunlar "Şərəfnamə"də təsvir edilmişdir. 
98
 
 
Hamıya məlumdur, əhli-Xorasan 
Bağdadda fənd ilə yaşayar asan. 
Abbasilər  dövründə,  səkkizinci  əsrdə  Xorasan  hakimlərinin  (Əbu-Müslüm 
Xorasanının,  Bəni-Tahir  dövlətinin  banisi  Tahirin  və  b.)  Bağdad  xəlifələri  ilə
diplomatik əlaqələrinə və xəlifələri aldatmalarına işarədir. 
99
 
 
Darülxilafət - xilafət mərkəzi, paytaxt. 
100
   
Yox, əgər görsəniz yalançıyam mən, 
Baş məndən, teşt ilə qılınc da sizdən. 
Gördünüz  ki,  mən  sizi  aldadıram,  başımı  teşt  içində  kəsin.  (Keçmişdə 
məhkum olanların başını teşt içində kəsmək cəza formalarından biri olmuşdur). 
101
   
İskəndər bir xəbər aldı Yunandan: 
Olub xəzinəyə Mariyə ilan. 
Şərq  əfsanələrinə  görə,  guya  hər  gizli  xəzinə  üstündə  bir  ilan  yaşayıb  onu 
qoruyarmış. 
102
   
Mən qalxıb gizləndim dərhal bir küncdə, 
Fikrin gah tikanda, gah da türüncdə, 
Mənim  ürəyimdə  bir  tərəfdən  arvad-uşaq  dərdi  və  ölüm  qorxusu,  digər 
tərəfdən də xəzinə qazanmaq, varlanmaq arzusu vardı. 
103
   
Döndüm bir mədənə o xəzinədən, 
Dəniztək varlandım bir gecədə mən. 
Mədəndə  qiymətli  daşlar,  dənizdə  dürr,  inci  və  s.  bol  olduğu  kımi,  mən  də 
eləcə varlandım. 
104 
 
Şahı sarsıtmışdı bu söz, bu söhbət, 
0 gövhər satana etdi mərhəmət. 
Gövhər satan ifadəsində bu əhvalatı danışan çörəkçi nəzərdə tutulur. 
105
   
Düz pərdədə əyri çaldıqlarından 
Pərdənin dalında oldular nihan. 
Doğru sözləri inkar edib yanlış yol ilə getdikləri üçün tələf oldular. 
106 
 
O serv meşəsində gördü ki, ancaq 
Yetmişi qurayub, biri qalıb sağ. 
Sərv meşəsi burada alimlər məclisi deməkdir. 
Yəni bunların yetmişi də ölmüş, bir Hürmüz sağ qalmışdı. 


                                                                                                                                      
241


                                                                                                                                      
242
107 
Təblini çaldıqca təbilçi yeyin, 
Qızışdı havası soyuq gecənin. 
Naümid olanda o qara qarğa 
Ağ xoruz başladı xoş dil açmağa.  
Çıxdı Rum taxtına İskəndər erkən,  
Dili od, dimağı mumdu deyəsən.  
Təblini çaldıqca təbilçi: - Günəş doğduqca...  
Qara qarğa - qaranlıq gecə, ağ xoruz - gündüz deməkdir. İkinci beytin birinci 
misrasının mənası: gece keçdi, səhər açıldı, dan yeri ağardı. 
İkinci  beytin  ikinci  misrasının  mənası:  İskəndərin  dili  kəsərli,  ağlı  isə  elmi, 
fəlsəfəni  mənimsəmək  üçün  hər  nəqşi  asanlıqla  qəbul  edən  mum  kimi  yumşaq 
idi. 
108
   
Bir küpün içində gizləndi bir gün. 
Axtardı səsini bu yeddi küpün. 
Əflatun bir küpün içinə girib yeddi fələyin, kainatın səsini axtardı. 
109
   
Ərğənun təkmilə yetdiyi zaman 
Süni ud çox yaxşı oldu xam uddan. 
Ərğənün zahirən pianoya bənzəyən bir musiqi alətidir. Ud həm simli musiqi 
aləti, həm də Hindistanda bitən və yanarkan xoş qoxu verən ağac adıdır. İkinci 
misrada süni ud - musiqi alətinə, xam ud isə ağaca işarədir. 
Yəni  çalman  musiqi  dinləyənləri  çox  ruhlandırır.  Bunun  təsiri  yanan  xoş
qoxulu udun təsirindən daha yaxşı idi. 
110 
 
Bu xəbər bürüdü bütün cahanı
Ki, yaqut paylayır o yaqut kanı. 
Yaqut kanı sözlərində elm və hikmət sahibi olan Əflatun nəzərdə tutulur. 
Yəni hər tərəfə xəbər yayıldı ki, Əflatun gözəl musiqi aləti yaratmışdır. 
111
   
Şahın sarayına çatdı bu xəbər 
Ki, Zöhrə Harutla bəhsə giriblər. 
Harut əfsanəvi sehirbazdır. Güya o, Zöhrə ulduzuna aşiq imiş və ona çatmaq 
üçün  mahir  cadugər  olmuşdur.  Burada  Əflatun  adamı  sehirləyən  musiqi  aləti 
yaratdığı üçün Haruta bənzədilir. Zöhrə də əsatirdə göyün musiqiçisi sayılır. 
Yəni  saraya  xəbər  çatdı  ki,  Əflatun  Harut  kimi  Zöhrə  ilə  çalğı  meydanında 
deyişməkdədir. 
112
 
Birinci havanı çalanda yenə 
Baş qoyub yatdılar Məndəl xəttinə. 
Məndəl xətti - sehirbazların və cadugərlərin öz dövrələrinə çəkdikləri tilsimli 
xəttə deyilir. 


                                                                                                                                      
243
Yəni  musiqi  o  qədər  təsirli  idi  ki,  dinləyənlər  sehirlənmiş  kimi  bihuş
olmuşdular. 
113 
 
Qayıdıb üzüklə qurdu min kələk. 
Necə ki, ulduzla oynayır fələk. 
Fələk  göydəki  ulduzlarla  cürbəcür  hadisələr  törətdiyi  kimi  çoban  da 
barmağındakı üzüyün qaşını oynatmaqla min kələk qururdu. 
114
   
Bəlkə ilham alıb sazın telindən, 
Ruma ipək həşyə nəqş eləyim mən. 
Bəlkə  bu  ipək  telli  sazın  musiqisi  ilə  ilhama  gələrək  Rum  tarixini,  ipəyini 
gözəl naxışlarla bəzəyim, İskəndər Rumi haqqında gözəl bir əsər yazım. 
115
   
Bir də ki, xəbər vər, qoy gəlsin Sokrat, 
Tərkibdə, ixlatda o böyuk ustad. 
Tərkib  və  ixlat  sözləri  köhnə  elmi  istilahlardır.  İxlat  -  qədim  nəzəriyyəyə 
görə orqanizmdə olan dörd ünsürdür: qan, səfra, qara öd və bəlğəm. Tərkib - bu 
ünsürlərin birləşmə qayda və nisbətləridir. 
Beytdə Sokrat bu əməliyyatın böyük bilicisi kimi göstərilir. 
116 
 
İnsanın belə bir xasiyyəti var: 
İraq gəzənləri çox yada salar. 
İraq gəzən sözləri ilə Sokrat nəzərdə tutulur. 
117 
 
Getməmək üçün də vardır çox dəlil, 
Hara oynamağa gedib Cəbrail? 
Sokrat  özünü  Cəbrail  ilə  müqayisə  edib.  Cəbrail  kimi  hər  kiçik  iş  üçün 
yerindən tərpənməməyi, ağır oturub-durmağı özünə layiq bilir. 
118
   
Səhnənin gümbəzi düz olsa əgər, 
Köklənməmiş tel də gözəl səslənər. 
Evin sahibi (İskəndərə işarədir) düz adam olsa, evindən çıxan söhbət də xoş 
olar. 
119
   
O, dürr süfrəsindən örtüyü açdı, 
Şahın ətəyinə dürr-gövhər saçdı. 
Xidmətçi Sokratın dəyərli, hakimanə sözlərini açıb İskəndərə söylədi. 
120 
 
Ancaq bu süfrədən doymayır gözün. 
Süfrə sözü burada dünyanın mal-dövləti mənasında işlənmişdir. 
121 
 
Sokrat verdi ona gümüştək cavab, 
Dedi ki: "Qulağa tökülməz simab!" 
Simab  -  civə.  Yəni  Sokrat  ona  gümüş  kimi  parlaq  və  təmiz  cavab  verərək 
dedi ki, qəflət civəsini üz qulağından çıxart, bu haqq sözü eşit. 
122 
 
Dəmiri aynatək parladan insan 
Pası silməlidir öz vicdanından. 
Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə