Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

                                                                                                                                                    
85
Dostluqla baxmırlar heç mənə sarı. 
Şahın ürəyini adamtanıyan 
Qiyas ilə bilər adamlarından: 
Şahın adamları danışsa yumşaq, 
Onda olar şaha ümid bağlamaq. 
Kobud danışsalar səninlə yəqin, 
Bil ki, şah bəsləyir sənə qarşı kin. 
Səhnənin günbəzi düz olsa əgər, 
Köklənməmiş tel də gözəl səslənər
118

Günbəzin bir yeri olarsa xarab, 
Xoş səsli adam da alar pis cavab. 
Evdən çıxan pislik, yaxşılıq, yəqin, 
Əslini göstərər ev yiyəsinin. 
Doğrudur, sən özün "Gəl, gəl!" deyirsən, 
Dostlarından "Get, get!" eşidirəm mən. 
Onlar coşub-daşır coşğun dəniztək, 
Belə vurhavurda mümkünmü gəlmək? 
Bu ona bənzər ki, dərin bir dərya: 
"Məndə dürr-gövhər var!" deyə, çağıra. 
Ancaq ağzı açıq dura nəhənglər, 
Ora dürr dalınca, söylə, kim gedər" 
Qapında: "Uzaq ol!" deyənlər varkən, 
Orada nə cürə şəfəq saçım mən? 
Məni şah yanında pis göstərənlər 
Mənə yox, özünə yamanlıq eylər. 
Tək olan tanrıya pənah gətirən 
Bir qul heç qorxarmı dünya əhlindən? 
Mən bu qulluğumla ağayam sənə, 
Gəlsəm hüzuruna, qul ollam yenə! 
Baxsan bu məqama ağlın gözüylə
Bilərsən nə üçün ucadır belə." 
Şahın xidmətçisi qayıdıb geri. 
Ərz etdi hüzura bütün sözləri. 
O, dürr süfrəsindən örtüyü açdı, 
Şahın ətəyinə dürr-gövhər saçdı
119

Gövhər bəxş etməkdən bezmədi mədən, 
Şah isə yoruldu gövhər seçməkdən. 


                                                                                                                                                    
86
Düzdür, sərt olsa da Sokratın sözü, 
Bəyəndi onları İskəndər özü. 
Bildi, onu ancaq xəlvətdə görər, 
Piyada yollandı ora İskəndər. 
Gördü ki, yaşayır çox pərişan, tək, 
Xərabə guşədə bir xəzinətək. 
Dünya gərdişinə yumub gözünü, 
Hücrəyə çəkmişdi Sokrat özünü. 
Şahın ürəyini bu hal qanatdı, 
Tərpədib ayaqla onu oyatdı. 
Dedi: "Qalx ayağa, mənə qulaq as, 
Eyləyim dünyada səni biniyaz." 
Alim gülüb dedi: "Bu qüdrətin var, 
Məni yox, get, başqa bir adam axtar. 
Kim qane olarsa bir ovuc dənə, 
Dönməz dəyirmantək sənin dövrənə! 
Arpa çörəyinə edib qənaət, 
Buğda çörəyinə çəkmərəm minnət. 
Evdə bir arpası olmayan bir kəs 
Yarım arpa qədər minnət götürməz. 
Bir saman çöpündən yoruluram mən, 
Dağ boyda yük alım çiynimə nədən?" 
Şah dedi dübarə: "Ey nəcib insan, 
Mal-dövlət, nə desən, eylərəm ehsan!" 
Alim verdi şaha qürurla cavab: 
"Gəl, məntək adama vermə sən əzab, 
Mən qat-qat varlıyam hümmətdə səndən, 
Mən bir azyeyənəm, sənsə çoxyeyən. 
Bu geniş dünyaya maliksən özün, 
Ancaq bu süfrədən doymayır gözün
120

Mənsə, qorxmasaydım isti-soyuqdan, 
Bax, bu şəltəni də atardım çoxdan. 
Bu qədər ağır yük altındaykən sən, 
Mənim tələbimi necə ödərsən?" 
Hökmüdar söylədi: "Ver görüm cavab, 
Sən kimsən, məni kim edirsən hesab?" 
Belə cavab aldı padşah qocadan: 


                                                                                                                                                    
87
"Mən fərman verənəm, sən fərman alan!" 
Şaha acıq gəldi, söylədi ona: 
"Bu örtülü sözdən de, nədir məna?" 
Yenə cavab verdi ağıllı Sokrat: 
"Dinlə, mənasını deyim bu saat: 
Mənim həvəs adlı bir nökərim var, 
O daim önümdə fərmanla durar. 
Həmin on nökərin nökərisən sən, 
Mənə qul olana qulluq edənsən!" 
Padşah bu sözlərdən dərsini aldı, 
Utanıb, başını aşağı saldı. 
Şah ona dedi ki: "Üzümdəki nur 
Mənim pak fikrimə aydın sübutdur. 
Sən paksan, paklardan düşmə uzağa, 
Diriykən boş yerə girmə torpağa!" 
Sokrat verdi ona gümüştək cavab: 
Dedi ki: "Qulağa tökülməz simab!
121
Səndə ki pak olmaq idiası var, 
Bəs niyə heyvantək edirsən rəftar? 
Əlbəttə, tələsən bir heyvan ancaq 
Oyadar insanı təpik vuraraq. 
Mən yatmış, sən oyaq olan zamanda, 
Təpik niyə vurdun bəs oyadanda? 
Oyatdın hirslənib çox yatmağımdan, 
Halbuki sən özün çoxdan yatıbsan! 
Yatıb dovşan kimi, coşub pələngtək, 
Gəl, ayıq aslanla qovğadan əl çək. 
Özünə ov axtar, get, dolan bir az, 
Mənimtək aslandan sənə ov olmaz!" 
Bu qızğın danışıq təsir edərək 
Şahın ürəyini yumşaltdı mumtək. 
Sonra o, alimə eləyib minnət, 
Istədi bir qədər öyüd-nəsihət. 
Pərhizkar qocanın hiddəti getdi, 
Şirin bir dil ilə o söhbət etdi. 
Şahı nəsihətlə qane eylədi, 
Ona öyüd verib belə söylədi: 


                                                                                                                                                    
88
"Əlində yumşalsa dəmir, bunu bil, 
Tədbirlə yumşalar, hiddətlə deyil! 
Qəlbi də, istəsən, bu sayaqla sən 
Parladıb aynatək edə bilərsən. 
Dəmiri aynatək parladan insan 
Pası silməlidir öz vicdanından
122

O qədər saf qəlbli, pak vicdanlı ol, 
Mənəvi sirləri edəsən qəbul. 
Pis olan şəxslərə vur qara damğa, 
Çalış öz qəlbini saflaşdırmağa. 
Qəlbiqara kəsin dili düz deyil. 
Olmaz hər zəncidən bir Xacə Müqbil
123

Zəncinin zahiri qaradır, ancaq, 
Sən ağzından çıxan saf sözlərə bax. 
Qara olsan əgər, söyüd kimi yan, 
Zəncinin dişini odur ağardan
124

Zənci dəmir kimi qara, parlaqdır, 
Üzü qaradırsa, ürəyi ağdır! 
Dirilik suyunu Zülmatda sanan 
Alimlər o hökmü çıxarıb burdan
125

Xıltdan ayrılmağı öyrən gümüşdən, 
Çalış, gümüş kimi saf, təmiz ol sən! 
Bir idrak nurani olarsa əgər. 
Bu tutqun günbəzə qalxıb yüksələr
126

Ləkəsiz, tərtəmiz saf səhər çağı 
Allah sirlərinin olar ocağı. 
Açsan pəncərədən sən pərdələri, 
Onda işıq salar günəş içəri. 
Günəşə göz yumub, yandırsan çıraq, 
Külək söndürəcək onu, bil ancaq. 
Günəşin nuruna yedəkçi ol sən, 
Səni tərk etsə də, düşmə ümiddən
127

Süpürüb təmizlə qapı-bacanı, 
Heç qonaq çağırma sonra sultanı. 
Ova gedən zaman sataşar gözü 
Qapına-bacana, tez gələr özü. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə